Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-479/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət edərək, Cavabdeh2 ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzildən çıxarılması, ünvan 1 ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİİ blok, 3-cü mərtəbə, 2 (iki) otaqlı, ümumi sahəsi 78.8 kv.metr olan 10 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixinə saat 12:15-ə, xx.xx.2024-cü il tarixinə saat 15:10-a və xx.xx.2025-ci il tarixinə saat 12:10-a təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və Cavabdehlər Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Hazırki məhkəmə iclasında iştirak etməyən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil isə məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının məhkəmə iclasına dəfələrlə gəlməməsini nəzərə alaraq hazırki mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-479/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-479/2025
27.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver