Məhkəmə qərarları › İş №e-2(012)-4896/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4896/2024

16.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4896/2024 16.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “Bakı Mühəndislik Universiteti” PHŞnin rektorunun imzaladığı xx.xx.2024-cü il tarixli 0360 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (nümayəndəsi vasitəsilə) ərizə ilə müraciət edərək, tərəflərin arasında əmrlə bağlı mübahisə qalmadığını qeyd etmiş, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, ərizə təmin edilməli, İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı mülki işin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh “Bakı Mühəndislik Universiteti” PHŞ-yə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar