Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-502/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İstehsalat Birliyi Cavabdeh qarşı yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 460.61 manat borc və ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********01836 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 460.61 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 460.61 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. Qeyd etmək istərdi ki, tələb olunan 460.61 manat elektrik enerjisinin sərfiyyatına görə hesablanmış borc məbləğidir. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. “Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi ərizə verməklə iddianın baxılmamış saxlanılmasını xahiş etmçişdir. Cavabdeh iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etdi və iddia tələbinin mahiyyəti üzrə baxılması və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və bildirmişdir ki, qeyd olunan borc üzrə məhkəmənin qətnaməsi var, həmçinin o, 2023-cü ildən Azərişıq ASC ilə müqavilə bağlamışdır, qeyd olunan borc ona deyil qardaşı Rahil Zeynalova aiddir, qardaşı da Azərişıq ASC-yə qarşı borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddiası qismən təmin edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan “Enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısına dair 566371 saylı, 09 may 2023-ci il tarixli müqavilənin surətindən görünür ki, Həmid Zeynalov ilə "xxxx" ASC ünvan 1 ünvanında yerləşən evin elektrik enerjisi ilə təchiz edilməsi və bu sərfiyyatın dəyərinin vaxtında ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Abonentə **********01836 saylı kod verilmişdir. İş materiallarında olan **********01836 saylı abonentin hərəkət cədvəlindən görünür ki, X4 borcu elektrik enerjisinə görə 2115,57 manat təşkil edir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, X1 cavabdeh Sumqayıt Regional Elektrik Şəbəkəsi MMC-yə qarşı **********01836 saylı abonent kodu üzrə hesablanmış 2297,39 manat borcundan 990,27 manat pul vəsaitinin silinməsi barədə iddiası qismən təmin edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısı ilə bağlı müqavilə mövcud deyildir, cavabdeh elektrik enerjisinin dəyərini vaxtında ödəməsi barədə iddiaçı qarşısında öhdəlik götürməmişdir. İş materiallarında olan Abşeron RETSİ tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Xırdalan şəhəri M.Əliyarbəyov küçəsi, ev 8 ünvanında yerləşən mənzilə dair sayğac **********01836 saylı abonent kodu ilə Azərişıq ASC-nin elektron məlumat bazasında Həmid Zeynalovun adına qeydiyyata alınmışdır. X6 ilə Azərişıq ASC arasında elektrik enerjisinin verilişinə dair müqavilə imzalanmamışdır. Bu səbəbdən yuxarıda qeyd edilən ünvana dəfələrlə yaxınlaşaraq Elektrik enerjisindən istifadə Qaydalarının 1.3-cü yarımbəndinə müvafiq enerji təchizatı müəssisəsi və abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalı olduğu, əks halda həmin qaydaların 9.13.4-cü yarımbəndinə əsasən istehlakçıya verilən elektik enerjisinin dayandırılacağı istehlakçıların nəzərinə çatdırılmışdı. Görülən müəyyən tədbirlərdən sonra qeyd edilən abonent kodu üzrə 09 may 2023-cü il tarixində Azərişıq ASC ilə Cavabdeh Həmdulla qızı (Həmdulla Zeynalov vəfat etdiyindən) arasında elektrik enerjisinin alqısatqısına dair 566371 nömrəli müqavilə imzalanmışdır. Bu səbəbdən Cavabdeh enerji təchizatı müəssisəsində abonent kimi qeydiyyata alınmış və tərəflər arasında hüquq və vəzifələr yaranmışdır. Hal-hazırda həmin mənzildə abonent Cavabdeh, eləcə də X3 və onların övladları Zeynalov Sübhan və Zeynalov Sahib yaşayırlar. Cari günə abonent Cavabdeh enerji təchizatı müəssisəsi olan Azərişıq ASC qarşısında 1338,46 manat məbləğində debitor borcu vardır. Lakin iddiaçı olaraq Azərişıq ASC tərəfindən Abşeron rayon məhkəməsinə müraciət edərək son 5 ilin 2019-2023-cü ilə debitor borcu olaraq 460,61 manat tələb edilmişdir. Mütəmadi olaraq abonentə göndərilən bildirişlər vasitəsilə debitor borcunun olmasına dair xəbərdarlıq edilir və Elektrik enerjisinin istifadə Qaydalarına uyğun olaraq elektrik enerjisinin verilişi dayandırılır. Həmçinin iş materiallarında olan qətnamədən görünür ki, həmin abonent kodu Cavabdeh qardaşı Rahil Zeynalova aid olmuş və həmin kod üzrə hesablanmış 2017-2022cil illər üzrə borc məhkəmə qaydasında mübahisələndirilmiş və Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 4.2-ci bəndinə görə istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. 8.14-cü bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.1-ci bəndinə görə istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan, iddiaya cavab verməli olan cavabdehə qarşı verilmədiyindən, həmçinin borcla bağlı Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi olduğundan iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" İstehsalat Birliyinin Cavabdeh qarşı yaranmış borcun və maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №e-2(012)-502/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-502/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver