Məhkəmə qərarları › İş №e-2(012)-5043/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5043/2021

24.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5043/2021 24.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X1 vəkili-nümayəndəsi Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 qarşı “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və kommunal borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı qanuni nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Afıq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afıq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızının və Cavabdeh5 tərəfindən boşaldılmasını təmin edərək həmin yaşayış sahəsinin qanuni mülkiyyətçisinə təhvil verilməsinə və cavabdehlərin tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə 16.08.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə 13.08.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcun, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qanuni nümayəndəsi X1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra - yaşayış sahəsi) İddiaçı mülkiyyətindədir. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 12.11.2020-ci il tarixli Çıxarış ilə öz təsdiqini tapır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, həmin yaşayış sahəsi üzrə daimi qeydiyyatda olan hər hansı bir şəxs yoxdur. 2019-cu ilin sentyabr ayında sözügedən yaşayış sahəsi iddiaçının razılığı olmadan cavabdehlərin-Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızının və Cavabdeh5 əvəzsiz isifadəsinə verilmişdir. İddiaçı dünyada yayılmış Covid-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayında yaşayış sahəsinə köçərək orada yaşamaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq, cavabdehlərdən xahiş olunmuşdur ki, iddiaçıya məxsus olan yaşayış sahəsi boşaldılsın. Lakin cavabdehlər yaşayış sahəsini boşaltmaqdan imtina etmişlər. İddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlayaraq, yaşayış sahəsinin boşaldılmasını tələb etsə də, cavabdehlər qanuni tələblərinə əməl etməkdən yayınmış və hər dəfə iddiaçı özünə və qanuni nümayəndəsinə qarşı yönəlmiş təhqiredici ifadələrə məruz qalaraq hədə-qorxu ilə müşayiət olunan rədd cavabı almışdır. Cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yaşadıqlarının təsdiqi kimi 08.08.2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən cavabdehlərdən aldıqları izahatları iddiaçı göstərə bilər. Həmçinin əldə edilmiş arayışlardan da məlum olur ki, cavabdehlər Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yaşadıqları müddətdə istifadə etdikləri kommunal borcları ödəməmişlər. Hal-hazırda cavabdehlərin elektrik enerjisindən istifadəyə görə 16.08.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə 13.08.2021-ci il tarixə olan 197,75 manat məbləğində kommunal borcları var. Cavabdehlərə həmin kommunal borcların ödənilməsi ilə bağlı müraciət olunsa da cavabdehlər həmin borcların ödənilməsindən də yayınmaqdadırlar. Belə olan halda iddiaçı öz konstitusion hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh4 məhkəmədə izahatında bildirdi ki, o, Cavabdeh1 atasıdır. Oğlu Kamranla iddiaçının atası Fətullayev Fazil tanışdırlar. X5 ev aldığını bildirmiş və həmin evdə onların pulsuz yaşaya biləcəklərini təklif etmişdir. 2019-cu ilin senytabrın 15-dən həmin evdə yaşayırlar. O, öz evini tikə bilməmiş və yarımçıq qalmışdır. Hazırda o, fəhlə işləyir. Getməyə başqa yeri yoxdur. X4 maşınını oğurlamışdır. Hazırda maşını qaytarmaq mümkün olmamışdır. Şərait quran kimi evdən çıxacaqlar. Qazı isə istifadə etmirlər. İşığa görə isə 300 manat borcları vardır. Suya görə isə borcunun olduğunu bilmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, 0,0107 ha torpaq sahəsi üzərində yerləşən ümüumi sahəsi 58 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 12.11.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPŞ QVŞV bölməsi tərəfindən verilmiş 01.02.2021-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında quraşdırılmış abonent kodu **********15175 olan sayğaca əsasən işıq sərfiyyatına görə borc 13.08.2021-ci il tarixinə 278,05 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC Abşeron rayon sukanal idarəsi tərəfndən verilmiş hesab fakturadan görünür ki, Masazır kəndi, ev-320 ünvanına quraşdırılmış abonent kodu **********573 olan sayğaca əsasən su sərfiyyatına görə borc 13.08.2021-ci il tarixinə 197,75 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, tərəflər dinlənilərkən və iş materialları araşdırılarkən müəyyən edilir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışla 0,0107 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 58 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 12.11.2020-ci il tarixdə qeydiyyata alınmış və cavabdehlərin mübahisəli fərdi yaşayış evində yaşamaların məhkəmədə sübutların tədqiqatı zamanı heç bir hüquqi əsas müəyyən edilməmişdir. Cavabdehlərin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi, Afıq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afıq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evində yaşamaları mülkiyyətçinin qanunla qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə cavabdehlərin tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə 16.08.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə 13.08.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcunun olması iş materiallarında olan abunə haqqında cədvəl və hesab faktura ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə 16.08.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə 13.08.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası Mülki-Prosessual Məçəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Abşeron rayonu, Masazır kəndi, Afıq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 tərəfindən boşaldılsın və həmin yaşayış sahəsi İddiaçı qanuni nümayəndəsi X2 təhvil verilsin. Cavabdehlər tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə 16.08.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə 13.08.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcu, həmçinin ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 tutularaq İddiaçı qanuni nümayəndəsi X2 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar