Məhkəmə qərarları › İş №e-2(012)-5089/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5089/2025

26.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5089/2025 26.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19) qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, anası X11 xx.xx.2008-ci il tarixdə Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən xx.xx.1997-ci il tarixli reyestr kitabı 22170 saylı qeydiyyatla qeydə alınmış, Abşeron Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən bir otaqlı yaşayış sahəsi 20.5 kv.m və köməkçi sahəsi 27.0 kv.m olan fərdi yaşayış evini X8 almışdır. Həmin vaxt X10 ailə üzvləri X13, X14, X20 və X23 yuxarıda qeyd olunan fərdi yaşayış evinin satılmasına etiraz etmədikləri barədə notarial qaydada təsdiq olunmuş ərizə imzalamışdırlar. Bundan əlavə X2 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən sahə ilə bağlı xx.xx.2009-cu il tarixli ƏN-1N 120441 saylı etibarnamə vermişdir. Sonra anası xx.xx.2009-cu ildə İnşaat MMC-yə həmin evin qiymətləndirilməsi üçün müraciət etmiş və bu barədə sxem daxil olmaqla qiymətləndirmə haqqında rəy almışdır. Bundan sonra anası uzun müddət həmin evdə yaşamış və bütün komunal xidmətlər (qaz, su elektrik) onun adına qeydiyyata alınmışdır. Anası qeyd olunan fərdi yaşayış evini 2018-ci il Cavabdeh hər ay 200 manat kirayə haqqı ödəmək şərtilə ailəsi ilə birlikdə qalmaq üçün kirayəyə vermişdir. 2022-ci il anası vəfat etmişdir və vəfat etməmişdən əvvəl bütün əmlakını öz bacısıoğlu X22 vəsiyyət etmişdir. Beləliklə, o, yeganə varis kimi, xalasıoğlu X25 vəsiyyətnamə üzrə vərəsə kimi həmin evə sahiblik edə bilmirlər. Onların evində kirayədə qalan Cavabdeh onlara məxsus evdən çıxmır. Onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə müraciət etsələr də, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilib və onlara mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Eyni zamanda bildirir ki, 2022-ci ildə anası xəstə yatan zaman vəsiyyətnamə üzrə vərəsə xalasıoğlu X5 Şirzada kirayə haqqının ödənilməsi barədə müraciət etdikdə Cavabdeh kirayə haqqını kart vasitəsilə ödəmişdir. Sonrada anasının vəfat etməsini öyrəndikdən sonra kirayə haqqını ödəməyərək yalandan deyir ki, guya həmin fərdi yaşayış evini anasından almışdır. Həqiqətən Nəbiyev X17 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evini anasından almışdırsa bunu sübut edən sənədi olmalıdır. Lakin belə bir sənəd mövcud deyil. Bu səbəbdən Nəbiyev X17 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Hesab edir ki, “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi bağlanarkən iddiaçı aldadılıb, ona vəd verilmiş fərdi yaşayış evi hədiyyə edilməmişdir. İddiaçının sözügedən mənzili cavabdehə qarşılığı olmadan bağışlamaq niyyəti olmamışdır. Buna görə də İddiaçı Bakı şəhəri, Xətai rayonu, X36 küçəsi ev 9, m 86 ünvanında yerləşən ümumi sahəsi 48,61 kv.m olan mənzilin ona aid payını X22 hədiyyə verməsinə dair bağlanmış bağışlanma müqaviləsi etibarsız hesab edilməlidir. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, 2017-ci ilin dekabr ayında sözügedən evi Mahirə xanımdan almışdır. Belə ki, alarkən ev tamamilə təmirsiz olmuşdur. O, evin təmiri üçün 7000 manat pul xərcləmişdir, aya 200 manat ödəmək məqsədilə. Daha sonra Mahirə xanım ona evin satılmasını heç kəsə deməməyini xahiş etmişdir. Mahirə xanım təxminən 2021-ci ildə rəhmətə getmişdir. Mahirə xanım özü həmin evdə qalmamışdır, evdə o yaşamışdır. Mahirə xanım sağ olan vaxtı o, qazı və işığı öz adına keçirmişdir. Evin sənədi yoxdur. Ona görə də o, evi öz adına keçirə bilməmişdir. İddiaçı Mahirə xanımın qızıdır, lakin Mahirə xanım analıqdan məhrum edilmişdir. Belə ki, bu müddətlərdə iddiaçını o, Mahirə xanımın yanında heç görməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -X30 ilə alıcı X12 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, satıcı Quşçuluq yaşayış massivində yerləşən sahəsi 57 kv.m olan və 2 otaqdan ibarət olan evi alıcıya satmışdır. -xx.xx.2009-cu il tarixli ƏN-İ 120441 saylı etibarnamədən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, Quşçulu qy/m, 6-cı küçə, döngə-1, ev 46 ünvanında həyətyanı torpaq sahəsindən yalnız 0,01 ha torpaq sahəsi və orada tikiləcək tikinti üzrəində hüquqları X9 xx.xx.2098-ci il tarixinədək etibar etmişdir. -"xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, abonent X6 evinə məxsus sayğaclar xx.xx.2009 və xx.xx.2018-ci il tarixlərində dəyişdirilmişdir. -“Azəriqaz” İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX- 04980xx/xx-2022 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilıə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, X2 Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən əmlakını X1 yazılı qaydada müqavilə və xx.xx.2009-cu il tarixli ƏN-1N 120441 saylı etibarnamə əsasında vermişdir. İddia ərizəsindən görünür ki, iddiaçının anası qeyd olunan fərdi yaşayış evini 2018-ci il Cavabdeh hər ay 200 manat kirayə haqqı ödəmək şərtilə ailəsi ilə birlikdə qalmaq üçün kirayəyə vermişdir. 2022-ci il anası vəfat etmişdir və vəfat etməmişdən əvvəl bütün əmlakını öz bacısıoğlu X22 vəsiyyət etmişdir. Beləliklə, o, yeganə varis kimi, xalasıoğlu X25 vəsiyyətnamə üzrə vərəsə kimi həmin evə sahiblik edə bilmir. Onların evində kirayədə qalan Cavabdeh onlara məxsus evdən çıxmır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir. Abşeron Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evinə dair müqavilə və etibarnamə, kommunal xidmətlər (işıq, qaz) iddiaçının anasının, sonradan isə cavabdehin adına olsa da, həmin ev iddiaçının anası X7 mülkiyyət hüququnun yaranması üçün əsas olmamışdır. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1.maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmə iclasında tərəflərin izahatlarından göründüyü kimi Abşeron Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evinin hüquqmüəyyənedici sənədi yoxdur və özbaşına tikilidir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçının iddia tələbinin predmeti olan Abşeron Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evi iddiaçının anasına məxsus olsa da, evin hüquqmüəyyənedici sənədi olmamışdir. Daha sonra həmin ev cavabdehə verilmiş və kommunal xidmətlər cavabdehin adına olmuş, lakin həmin evin cavabdehə verilməsini təsdiq edən hər hansı sənəd də mövcud olmamışdır. Belə ki, işıq və qazın adına keçirilməsi şəxsin həmin evə dair istifadə və sahiblik hüququnun yaranması demək deyildir, bu hər hansı hüquq yaratmır. Göründüyü kimi iddiaçı və cavabdeh mübahisəli evə bərabər statusa malikdirlər. Həmçinin iddiaçı həmin ev cavabdehə verilməmişdən qabaq orada yaşamamış və lakin iddiaçı sözügedən evdən istifadə edə bilməmişdir, ümumiyyətlə həmin evə dair iddiaçının hər hansı istifadə və sahiblik hüququ yaranmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində anasının vəsiyyətnamə üzrə yeganə varisinin onun xalasıoğlu X15 olduğunu bildirmişdir. Odur ki, iddiaçının hazırki tələblə məhkəmyə müracitə etməyə subyektiv hüququ olmamışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Məhkəmə, İddiaçı iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına dair münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı, mübahisəli fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, həmin evin hüquqmüəyyənedici sənədlərlə anasına məxsus olması və anasının vərəsəsi olması bardə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göründüyü kimi, İddiaçı vərəsə kimi iddia etdiyi və hüquqmüəyyənedici sənədi olmayan Abşeron Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, 1-ci dalan, ev 46 yerləşən fərdi yaşayış evinə anasının vərəsəsi olması haqqında sübutlar təqdim etmədiyindən, onun həmin evə hər hansı hüquqları müəyyən edilmədiyindən, iddiaçının evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq öz elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, “..Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz...” Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X4 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə iclasında tədqiq olunmuş sübutları ümumiləşdirib qeyd edir ki, iddia ərizəsi İddiaçı iddia tələbi əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19) qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar