Məhkəmə qərarları › İş №e-2(012)-5093/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5093/2022

02.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5093/2022 02.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 Rəhman oğlu və Cavabdeh1 ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 0,0678 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evindən əşyalarıyla birlikdə çıxarılmalarını və fərdi yaşayış evi boşaldılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 0,0678 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evindən əşyalarıyla birlikdə çıxarılmalarını və fərdi yaşayış evi boşaldılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayon 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli 8İ-3766 saylı və 8İ3767 saylı icra qeydlərinə əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 0,0678 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evi Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən satılması məqsədi ilə hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-də satışa çıxarılmışdır. Əmlakın ilkin satış qiyməti 180000 manat olmuş, keçirilmiş hərraclarda satılmadığı üçün əmlak “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan-onun tərəfindən 114750 manat məbləğinə alınmış və bu barədə “X1 Mərkəzi” MMC ilə onun arasında xx.xx.2020-ci il tarixli, YP-066 saylı Hərracın yekunlarına dair Satış Protokolu imzalanmışdır. Bundan sonra onun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 0,0678 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evi üzrində mülkiyyət hüququ DƏDRX-də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixli: xx.xx.2022-ci il) Lakin bununla belə keçmiş mülkiyyətçi Cavabdeh2 və Cavabdeh1 onun fərdi evi üzərində mülkiyyət hüqularına hörmətlə yanaşmamışlar və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 9 saylı fərdi yaşayış evində İddiaçı ilə birgə Cavabdeh1 da qeydiyyatdadır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayon 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli 8İ-3766 saylı və 8İ3767 saylı icra qeydlərinə əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 0,0678 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evi Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən satılması məqsədi ilə hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-də satışa çıxarılmış, əmlak “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı tərəfindən alınmış və bu barədə “X1 Mərkəzi” MMC ilə onun arasında xx.xx.2020-ci il tarixli, YP-066 saylı Hərracın yekunlarına dair Satış Protokolu imzalanmışdır. Bundan sonra İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 0,0678 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evi üzrində mülkiyyət hüququ DƏDRX-də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tanınmışdır (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixli: xx.xx.2022-ci il) Lakin bununla belə keçmiş mülkiyyətçi Cavabdeh2 və Cavabdeh1 onun fərdi evi üzərində mülkiyyət hüqularına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur.Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan həmin fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehlərin iddaçıya məxsus mənzildən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Osman Sarıvəlli küçəsində yerləşən 0,0678 ha torpaq sahəsi və üzərində yerləşən 9 saylı fərdi yaşayış evindən əşyalarıyla birlikdə çıxarılsınlar və fərdi yaşayış evi boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar