Məhkəmə qərarları › İş №e-2(012)-527/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-527/2025

09.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-527/2025 09.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 vəkili və nümayəndəsi Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X18 iştirakları ilə, İddiaçı cavabdehlər ünvan 3 Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X25, X24 və X26) qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ünvan 3 Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin verilməsi, çıxarışın etibarsız hesab edilməsi tələbi ilı Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mərhum anasına (X11) məxsus olmuş ünvan 1nə dair miras əmlakının ona (İddiaçı) məxsus hissəsində vərəsəlik şəhadətnaməsinin verilməsinin, ünvan 1nə dair verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6 məxsus olmuş ünvan 1nə dair mirasa əmlak barədə ünvan 3 Notariat Ofisində açılmış vərəsəlik işi üzrə verilmiş 09 dekabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi İddiaçı X6 məxsus olmuş ünvan 1nə dair miras əmlakına dair vərəsəlik hüququnun tanınması, ünvan 1nə dair ********** saylı xx.xx.2022-ci il tarixli qeydiyyat əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini dəqiqləşdirərək, onun mərhum anasına (X11) məxsus olmuş ünvan 1nə dair miras əmlaka onun payının müəyyən edilməklə, vərəsəlik şəhadətnaməsi verilməsi, şəhadətnamə əsasında ünvan 1nə dair X20 verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli, 2V-236 reyestr nömrəli, V-162/2021 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsnin etibarsız hesab edilməsi, onun mərhum anasına (X11) məxsus olmuş ünvan 1nə dair miras əmlaka onun payının müəyyən edilməklə, vərəsəlik şəhadətnaməsinin verilməsi, şəhadətnamə əsasında ünvan 1nə dair X20 verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı anası (X11) 15 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. İddiaçının mərhum anasına (X11) məxsus olmuş ünvan 1nə dair mirası əmlakı üzrə ünvan 3 Notariat Ofisində vərəsəlik işi açılmışdır. Həmin vərəsəlik işinə əsasən X25, X24 və X26 vərəsə kimi tanınmış və buna əsasən həmin miras əmlaka üç paydan ibarət çıxarış verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçı həmin vərəsəlik işinə cəlb edilməmiş və bu barədə yalnız payların bölgüsü zamanı qardaşlarından məlumat almışdır. Bundan sonra iddiaçı tərəfindən ünvan 3 Notariat Ofisinə müraciət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2024 saylı 19 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı X17 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsinə payı aşağıdakı koordinatlar üzrə naturada ayrılsın: 833.0 m2 X=401029.8760, Y=4489961.0990, Z=0.0000; X=401069.9700 Y=4489961.2100, Z=0.0000; X=401070.2900, Y=4489936.2300, Z=0.0000; X=401022.0990, Y=4489933.4360, Z=0.0000; X=401021.6640, Y=4489943.0960 Z=0.0000; X=401053.3200, Y=4489943.8350, Z=0.0000; X=401052.7620, Y=4489956.5000, Z=0.0000; X=401029.8760, Y=4489955.9730, Z=0.0000. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər X13 və X14 müştərək qaydada tutularaq iddiaçı X20 ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsaitinin cavabdehlər X13 və X14 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir. ünvan 3 Notariat Ofisinin 11 sentyabr 2024-cü il tarixli məktubuna əsasən miras payın ayrılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmiş və miras payına dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının tam hüquqlu vərəsə olaraq payının alınması hüququ vardır. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 vəkili və nümayəndəsi Nümayəndə izahatında və etirazında bildirmişdir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırkı iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zoya Əhmədovanın atası Kamil Əhmədova 1967-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 0,25 ha sahəsi olan 442 nömrəli bağ sahəsi verilmişdir. Kamil Əhmədov 05 mart 1976-cı il tarixdə vəfat etmişdir. 11 noyabr 2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sözügedən 0,25 ha bağ sahəsinin üzərində olan tikililərlə icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə Zoya Əhmədovanın anası X11 arasında müqavilə bağlanmışdır. Zoya Əhmədovanın anası X11 15 oktyabr 2015-ci il tarixdə vəfat etmişdir. Mərhum valideynlərindən miras qalmış sözügedən 0,25 ha bağ sahəsi Zoya Əhmədova və qardaşları, yəni X24 və X26 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Zoya Əhmədova 2021-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahişi ilə ünvan 3 notariat ofisinə müraciət etmişdir. Bundan sonra notariat orqanı vərəsələrin dairəsini müəyyən etmiş və gələcəkdə vərəsəlik şəhadətnaməsi verilməsi məqsədilə Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən sözügedən 0,25 ha bağ sahəsinin mərhum anası X2 adına özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məktub göndərmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 29 noyabr 2021-ci il tarixdə X6 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 0,25 ha sahəsi olan 442 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsindən ibarətdir. ünvan 3 notariat ofisi tərəfindən iddiaçıya verilmiş 09 dekabr 2021-ci il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə” dən görünür ki, 15 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan X25(AA1495863,xx.xx.2019-ASAN 3, FİN:0Z7YU8L,d/t:xx.xx.1967) miras əmlakdan 1/3 hissədə pay almalıdır, digər vərəsələr xx.xx.1965-ci ildə anadan olmuş X18 və xx.xx.1974cü ildə anadan olmuş X19 miras əmlakdan hər birinə ayrı-ayrılıqda düşən 1/3 hissə notariat ofisinə müraciət etmədikləri üçün açıq saxlanılır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17 fevral 2022-ci il tarixdə X20 verilmiş **********50 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 0,25 ha sahəsi olan 442 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsi mülkiyyət hüququ əsasında X20 məxsusdur. Həmin bağ sahəsinin X6 məxsus 2/3 hissəsi isə açıq saxlanılmışdır. Yəni Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 0,25 ha sahəsi olan 442 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsi (0,083 hektarı) mülkiyyət hüququ əsasında hazırkı iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Zoya Əhmədovaya məxsusdur. İddiaçı Zoya Əhmədovanın, Şaban Əhmədovun və Elçin Əhmədovun ögey qardaşıdır (anadan bir). O heç vaxt həmin bağ sahəsinə iddia etməmişdir (hesab ediri ki, həmin bağ sahəsi 1967-ci ildə Zoya Əhmədovanın, Şaban Əhmədovun və Elçin Əhmədovun ataları Kamil Əhmədova verildiyinə görə). Zoya Əhmədova ilə qardaşları Şaban Əhmədovun və Elçin Əhmədovun arasında həmin bağ sahəsinin bölünməsi barədə dəfələrlə mübahisə olmuş, hətta tərəflər polis orqanlarına müraciət etmiş və İddiaçı bu mübahisə barədə məlumatı olmuş, hətta təhqiqatşı tərəfindən izahatı da alınmışdır. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis kapitanı Rəşad Yaqubovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixli Qərarından görünür ki, təhqiqat araşdırması zamanı X19 izahatı alınmış, o, izahatında iki qardaşının və bir bacısının olduğunu, atası Kamil və anası Əminə vəfat etdikdən sonra onlara Binəqədi rayonu, Goradil bağlarında yerləşən 25 sotdan ibarət torpaq sahəsi qalmış, həmin torpaq sahəsində 90 kv.metrdən ibarət bir mərtəbəli ev tikmiş, torpaq sahəsininin digər hissəsində qardaşı Şabanın ata evində yaşadığını, digər qardaşı Rüstəm Mircəcanovun isə həmin torpaq sahəsində heç bir iş görmədiyini bildirmişdir. Bacısı Zoya ilə mübahisənin səbəbi tikdirdiyi evin qarşısında bacısı Zoya Əhmədovaya yer versə, onda tikdirdiyi evin qarşısından giriş-çıxış yolu ləğv olunaraq evin arxa tərəfindən olacağını bildirmişdir. Təhqiqat araşdırması zamanı X18 izahatı alınmış, o, izahatında atası Kamil və anası Əminə vəfat etdikdən sonra onlara Binəqədi rayonu, Goradil bağlarında yerləşən 25 sotdan ibarət torpaq sahəsi qalmış, sözügedən torpaq sahəsində atasının tikdirdiyi evdə yaşadığını, həmin torpaq sahəsində digər qardaşı Elçinin bir mərtəbəli ev tikdirdiyini, Rüstəm Mircəcanovun isə həmin torpaq sahəsinə iddia etmədiyini bildirmişdir. Sözügedən torpaq sahsəsindən bacısı Zoyaya yer verildikdə oğlunun tikdirdiyi evin sahəsinə düşdüyünü, bu səbəbdən bacısı ilə mübahisələri yarandığını bildirmişdir. Təhqiqat araşdırması zamanı İddiaçı izahatı alınmış, o, izahatında X17 izahatında bildirdiklərini öz izahatında təsdiq etmiş, sözügedən torpaq sahəsində ona pay çatacağı təqdirdə bacısı X20 bağışlayaçağını bildirmişdir. Bütün bunlar onu göstərir ki, İddiaçı mirasın açılması və vərəsələr arasında miras əmlakın naturada bölüşdürülməsi barədə mübahisə olması haqqında məlumatlı olmasına baxmayaraq, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməmiş, eləcə də əmlaka sahiblik etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmişdir. Yəni İddiaçı miras əmlakdan faktiki olaraq imtina etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-64/2024 nömrəli qətnaməsinin qəbulundan, eləcə də mirasın açılmasından 9 il keçdikdən sonra sözügedən miras əmlakda payının olduğunu bildirərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-64/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, eləcə də “Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X29 1 Sayli Baki Ərazi İdarəsinə və 2 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-64/2024 nömrəli qətnaməsi ilə iddiaçı X17 cavabdehlər X21 və X22 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 nömrəli Bakı Ərazi İdarəsi cəlb edilməklə) “xüsusi mülkiyyətdə olan torpaq sahəsinin yerdə (naturada) ayrılması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X17 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsinə payı aşağıdakı koordinatlar üzrə naturada ayrılmışdır: 833.0 m2 X=401029.8760, Y=4489961.0990, Z=0.0000; X=401069.9700 Y=4489961.2100, Z=0.0000; X=401070.2900, Y=4489936.2300, Z=0.0000; X=401022.0990, Y=4489933.4360, Z=0.0000; X=401021.6640, Y=4489943.0960 Z=0.0000; X=401053.3200, Y=4489943.8350, Z=0.0000; X=401052.7620, Y=4489956.5000, Z=0.0000; X=401029.8760, Y=4489955.9730, Z=0.0000. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-64/2024 nömrəli qətnaməsindən cavabdeh X24 və proses iştirakçısı olmayan şəxs İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətlərinə baxılması üçün mülki iş məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və hazırda həmin məhkəmənin icraatındadır. Bütün bunlara səbəb İddiaçı bacısı X25 ilə münasibətlərinin pisləşməsi, habelə digər vərəsələr Şaban Əhmədovun və Elçin Əhmədovun bu işdə maraqlı olmasıdır. Bunu İddiaçı Zoya Əhmədovaya göndərdiyi səsli mesaj da sübut edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyamızın 26-cı maddəsinin İ və İİ hissələrində göstərilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyamızın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrində qeyd olunur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyamızın 60-cı maddəsinin İ, İİ və İİİ hissələrində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Konstitusiyamızın 71-ci maddəsinin İ və İİ hissələrində qeyd olunur ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmin maddənin Vİ hissəsində göstərilir ki, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Konstitusiyamızın 129- cu maddəsinin İİİ hissəsində göstərilir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 26 dekabr 2023-cü il tarixə kimi qüvvədə olan 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 26 dekabr 2023-cü il tarixə kimi qüvvədə olan 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə görə, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı (“Respublika” qəzeti, 28 dekabr 2023-cü il, № 285) ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin 26 dekabr 2023-cü il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Ona görə də hesab edir ki, yuxarıdakı göstərilənlərə əsasən İddiaçı cavabdeh “Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X29 1 Sayli Baki Ərazi İdarəsinə və 2 saylı Notariat ofisinə qarşı “X6 məxsus olmuş ünvan 1nə dair miras əmlak barədə ünvan 3 Notariat ofisində açılmış vərəsəlik işi üzrə verilmiş verilmiş 09 dekabr 2021-ci il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, İddiaçı X6 məxsus olmuş ünvan 1nə dair miras əmlaka dair vərəsəlik hüququnun tanınması və ünvan 1nə dair 17 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin oluna bilməz. Eyni zamanda bildirir ki, İddiaçı nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə 03 aprel 2025-ci il tarixdə yenidən EMS vasitəsi ilə məhkəməyə müraciət edərək 09 dekabr 2021-ci il tarixli 2V-236 reyestr nömrəli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, iddiaçının mərhum anasına (X6) məxsus olmuş ünvan 1nə dair miras əmlaka iddiaçının payının müəyyən edilməklə vərəsəlik şəhadətnaməsinin verilməsi və ünvan 1nə dair 17 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yəni Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinin tələbinə görə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər yol verilir. Hazırda isə məhkəmə baxışı mərhələsidir. Bundan başqa iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və belə əsaslar heç mövcud da deyildir. Odur ki, hazırkı halda iddia tələbinin dəqiqlşəşdirilməsinə yol verilə bilməz və bu barədə qəbul edilmiş qərar məhkəmənin özü tərəfindən ləğv edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı cavabdeh “Daşinmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X29 1 Sayli Baki Ərazi İdarəsinə və 2 saylı Notariat ofisinə qarşı “X6 məxsus olmuş ünvan 1nə dair miras əmlak barədə ünvan 3 Notariat ofisində açılmış vərəsəlik işi üzrə verilmiş verilmiş 09 dekabr 2021-ci il tarixli “Vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, İddiaçı X6 məxsus olmuş ünvan 1nə dair miras əmlaka dair vərəsəlik hüququnun tanınması və ünvan 1nə dair 17 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X25 öz vəkili və nümayəndəsi Nümayəndə izahatına uyğun izahat vermişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 izahatında bildirmişdir ki, onlar 3 qardaş 1 bacıdırlar, başqa bacı və qardaşları yoxdur. Sözügedən vərəsəlik şəhadətnaməsində İddiaçı adı göstərilməmişdir. Onu da qeyd edir ki, o, hazırda ünvan 1ndə yaşayır. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X26 müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X19 izahatına uyğun izahat vermişdir. Cavabdehlər ünvan 3 Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Səadət Sarayı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05/Q-595/69 nömrəli arayışdan görünür ki, X27 və X12 arasında xx.xx.1965-ci il tarixdə rəsmi nikah bağlanmış və nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. -AЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1967-ci ildə anadan olmuşdur. X10, anası isə X3. -Abşeron Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Vİİ-ЖГ 474999 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X1, anası isə X4. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 199108 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixində vəfat etmişdir. -ünvan 3 Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-236 reyestr nömrəli, vərəsəlik işinin nömrəsi V-162/2021 olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, 15 oktyabr 2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri: ünvan 4 ünvanında qeydiyyatda olan X25(AA1495863,xx.xx.2019-ASAN 3, FİN:0Z7YU8L,d/t:xx.xx.1967) miras əmlakdan 1/3 hissədə pay almalıdır, digər vərəsələr xx.xx.1965-ci ildə anadan olmuş X18 və xx.xx.1974-cü ildə anadan olmuş X19 miras əmlakdan hər birinə ayrıayrılıqda düşən 1/3 hissə notariat ofisinə müraciət etmədikləri üçün açıq saxlanılır. Miras əmlak ünvan 1ndən ibarətdir. -Binəqədi Rayon Məhkəməsinin 2(001)-64/2024 saylı 19 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, iddiaçı X17 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsinə payı aşağıdakı koordinatlar üzrə naturada ayrılması: 833.0 m2 X=401029.8760, Y=4489961.0990, Z=0.0000; X=401069.9700 Y=4489961.2100, Z=0.0000; X=401070.2900, Y=4489936.2300, Z=0.0000; X=401022.0990, Y=4489933.4360, Z=0.0000; X=401021.6640, Y=4489943.0960 Z=0.0000; X=401053.3200, Y=4489943.8350, Z=0.0000; X=401052.7620, Y=4489956.5000, Z=0.0000; X=401029.8760, Y=4489955.9730, Z=0.0000. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər X13 və X14 müştərək qaydada tutularaq iddiaçı X20 ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatların dəyərini təşkil edən cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsaitinin cavabdehlər X13 və X14 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 1/3 hissəsi paylı mülkiyyət hüququ üzrə X17 adına **********50 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, torpaq sahəsinin 2/3 hissəsi isə X8 adında açıq qalmışdır. -Binəqədi RPİ-nin 43-cü PB tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda izahatı alınmış X26 atası Kamil və anası Əminə vəfat etdikdən sonra onlara Binəqədi rayonu, Goradil bağlarında yerləşən 25 sotdan ibarət torpaq sahəsi qalmış, sözü gedən torpaq sahəsində atasının tikdirdiyi evdə yaşadığını, həmin torpaq sahəsində digər qardaşı Elçinin bir mərtəbəli ev tikdirdiyini, Mirzəcanın isə həmin torpaq sahəsinə iddiya etmədiyini bildirmişdir. Sözügedən torpaq sahəsindən bacısı Zoyaya yer verildikdə oğluna tikdirdiyi evin sahəsinə düşdüyün bu səbəbdən bacısı ilə mübahisələri yarandığını bildirmişdir. İzahatı alınmı digər şəxs X28 Ramil qızmən izahatında bildirdiklərini öz izahatında təsdiq etmiş, sözü gedən torpaq sahəsində ona pay catacagı təqdirdə bacısı X15 bağışlayacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq) 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Dövlət vərəsəlik hüququna təminat verir. İşin araşdırılan hallarından məlum olmuşdur ki, İddiaçı anası (X11) xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçının anasına məxsus olmuş ünvan 1nə dair mirası əmlakı üzrə ünvan 3 Notariat Ofisində vərəsəlik işi açılmış və həmin vərəsəlik işinə əsasən X25, X24 və X26 vərəsə kimi tanınmış və buna əsasən həmin miras əmlaka üçdə bir paydan ibarət çıxarış verilmişdir. İddiaçı həmin vərəsəlik işinə cəlb edilməmişdir. İddiaçı ünvan 3 Notariat Ofisinə miras əmlakdan payın ayrılması barədə müraciət etmiş, həmin Notariat ofisinin 11 sentyabr 2024-cü il tarixli məktubuna əsasən miras payın ayrılması ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmiş və miras payına dair vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Bu səbəbdən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 2V-236 reyestr nömrəli, V-162/2021 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsnin etibarsız hesab edilməsi, onun mərhum anasına (X11) məxsus olmuş ünvan 1nə dair miras əmlaka onun payının müəyyən edilməklə, vərəsəlik şəhadətnaməsinin verilməsi, şəhadətnamə əsasında ünvan 1nə dair X20 verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Mülki Məcəllənin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). İddiaçı, X25, X24 və X18 (anadan bir) bacı və qardaş olmaları, analarının X5ması və X2 xx.xx.2015-ci il tarixdə vəfat etməsi işin mübahisələndirilməyən halıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən şəhadətnamə bilavasitə İddiaçının marağına toxunduğundan onun tələb etmə hüququ yaranmışdır, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə isə cavabdeh X23 tərəfindən alındığına görə iddia tələbinin ona qarşı yönəlməsi qanuni və əsaslıdır. Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. İş materiallarında olan ünvan 3 Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 2V-236 reyestr nömrəli, vərəsəlik işinin nömrəsi V-162/2021 olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən göründüyü kimi, şəhadətnamə verilərkən, mərhum X2 sonrakı nikahından olan övladı-İddiaçı göstərilməmiş, ünvan 3 Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 2V-236 reyestr nömrəli, vərəsəlik işinin nömrəsi V- 162/2021 olan qanun üzrə vərəsəlik şəhadətnaməsi X25, X24 və X26 nəzərə alınmaqla X17 adına verilmişdir. Sözügedən şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinə əməl edilməmiş, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 digər vərəsələrinin, mirasdan pay almaq hüququ olan şəxslərin olub-olmaması ətraflı yoxlanılmadan yalnız X25, X24 və X18 miras əmlakdan pay almalı olduğuna dair şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, notariusun vəzifəsi vərəsələrin dairəsinin tam müəyyən edilməsi olduğu halda bunları etməmişdir. “Notariat Haqqında” Qanunun: 55-ci maddəsinə əsasən, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. 62-ci maddəsinə əsasən, ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Həmin Təlimatın 103-cü bəndinə əsasən notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Göründüyü kimi notarius qanunla nəzərdə tutulmuş üzərinə düşən vəzifələri yerinə yetirməmiş, nəticədə iddiaçıların mirasdan pay alma hüquqları pozulmuşdur. Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə sübutları qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ünvan 3 Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 2V-236 reyestr nömrəli, vərəsəlik işinin nömrəsi V-162/2021 olan qanun üzrə vərəsəlik şəhadətnaməsi vərəsələrin dairəsi tam nəzərə alınmadan verildiyindən etibarsız hesab edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, ünvan 3 Notariat Ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli, 2V-236 reyestr nömrəli, vərəsəlik işinin nömrəsi V-162/2021 olan qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edildiyindən, məhkəmə belə nəticəyə gəlir ki, həmin vərəsəlik şəhadətnaməsinin əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş **********50 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə X17 adına qeydiyyata alınmış çıxarış da ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Cavabdeh izahatında iddiaçıların mirasın qəbulu üçün müddəti ötürdüklərini bildirsə də, AR MM-nin 1256-cı maddəsində də göstərildiyi kimi mirasın qəbulundan imtina vərəsə, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan başlanır. Lakin iddiaçılar izahatlarında atalarının ölümündən sonra vərəsəlik işinin açılmasından xəbərsiz olduqlarını bildirmişlər. Belə ki, iddiaçıların mirasdan pay əldə etməkdə maraqlı olmasını nəzərə alsaq, vərəsəlik işininin açılmasından xəbərlərinin olduğu halda, müraciət etməmələri inandırıcı deyil. Ona görə də məhkəmə tərəfindən cavabdehin müddətin ötürülməsi ilə əlaqədar dediklərini asalı hesab etmir. Məhkəmə iddia tələblərini iddiaçının mərhum anasından miras qalmış əmlaka dair payının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, X2 vərəsəsi İddiaçı, X25, X24 və X26 olduğundan, mərhum X2 adına Çıxarış əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş **********50 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış ünvan 1nə dair miras əmlakdan vərəsəsi İddiaçı 1/4 hissədə payı müəyyən edilməlidir. İddia tələbinin vərəsəlik şəhadətnaməsinin verilməsi hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin hissə Notariat haqqında Qanuna əsasən notariusun vəzifə işi olduğundan həmin hissə təmin edilə bilməz. İnsan hüquqlarının və X16 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Mülki Prosessual Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddia tələbində tələb edilmədiyindən, həmin məbləğ iddiaçın özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 3 Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-236 reyestr nömrəli, vərəsəlik işinin nömrəsi V-162/2021 olan qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş **********50 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə X17 adına qeydiyyata alınmış çıxarış ləğv edilsin. X2 adına Çıxarış əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş **********50 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış ünvan 1nə dair miras əmlakdan vərəsəsi İddiaçı 1/4 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun məbləği İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar