Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5416/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Cavabdeh iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin icraatında olmuş və bir icraatda birləşdirilməsi üçün Abşeron rayon Məhkəməsinə göndərilmiş e-2(001)-6811/2021 saylı mülki işin Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-4499/2021 saylı mülki işə birləşdirilməsi məqsədəmüvafiq hesab edildiyindən bir icraatda birləşdirilməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş: -e-2(001)-6811/2021 saylı mülki işdən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi 24.08.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli e-2(001)- 6811/2021 saylı qərardadından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair e-2(001)- 6811/2021 saylı mülki işin Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın etibarsız sayılması” tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə birlikdə birləşdirilərək, baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan daha sonra görünür ki, Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, eyni iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət etdiyini və artıq işin hazırlıq iclasının keçirildiyini və mahiyyəti üzrə baxılması üçün cavabdehin gəlməməsi səbəbindən təkrar olaraq məhkəmə iclasının 08 sentyabr 2021-ci il tarixə təyin olunduğunu bildirərək, ilkin olaraq tərəfindən Abşeron rayon Məhkəməsinə iddia verməyini və artıq mahiyyəti üzrə baxılmağa təyin olunmasını nəzərə alaraq, icraatda olan mülki işin bir icraatda baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsini xahiş etmiş, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh vəsatətinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin: 43.1. maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3 maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin icraatına 12.07.2021-ci il tarixdə, İddiaçı isə Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına 24.08.2021-ci il tarixdə qəbul edildiyindən, iddiaçı Cavabdeh iddia ərizəsi digər mülki iş üzrə İddiaçı iddia ərizəsindən daha əvvəl Abşeron rayon Məhkəməsinin icraatına qəbul edildiyindən, hər iki mülki iş üzrə eyni iddia tələbi üzrə bir-birilərinə qarşı tələb ilə çıxış edən tərəflər eyni olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş e-2(001)-6811/2021 saylı mülki iş Abşeron rayon Məhkəməsinin icraatında olan 2(012)-4499/2021 saylı mülki işə birləşdirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Abşeron rayon Məhkəməsinə daxil olmuş İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair e-2(012)- 5416/2021 saylı mülki iş Abşeron rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5416/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5416/2021
06.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver