Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5447/2025 01.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X49 İlham oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X13, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 ilə Cavabdeh arasında Səbail rayon VVAQ şöbəsində bağlanmış 08 avqust 1992-ci il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 may 1983-cü ildə X14 ilə Naftalan şəhəri VVAQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Bu nikahdan uşaqları olmuşdur. Bu nikah bu günə kimi pozulmamışdır. Bunu Naftalan şəhəri qeydiyyat şöbəsindən verilən arayış təsdiq edir. Bu yaxınlarda iddiaçıya X7 onunla nikahda ola-ola 08 avqust 1992-ci ildə Səbail VVAQ şöbəsində Cavabdeh ilə rəsmi nikaha daxil olduğu məlum olmuşdur. X14 uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkdikdən sonra 24 yanvar 2003-cü ildə vəfat etmişdir. İddiaçı bu mübahisə ilə əlaqədar mediatora müraciət etmişdir. Mediator tərəfindən bununla bağlı müvafiq arayış verilmişdir. İddiaçı hesab edir ki, X7 onunla nikahda ola-ola cavabdeh ilə bağladığı nikah qanuna əsasən etibarsız hesab olunmalıdır. X2 hazırda vəfat etsə də, etibarsız nikahın yaratdığı nəticələr hazırda da davam etdiyi üçün belə bir etibarsız nikahın mövcudluğunun davam etdirilməsi iddiaçının hüquqlarını pozur. Göstərilənlərə əsasən X14 ilə Cavabdeh arasında Səbail rayon VVAQ şöbəsində bağlanmış 08 avqust 1992-ci il tarixli nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ilə X14 28 may 1983-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Bu nikahdan övladları dünyaya gəlmişdir. Lakin qeyd olunan nikah bağlandıqdan 9 il sonra həmin nikah ləğv edilmədən Nizami Baxşəliyev ilə Cavabdeh həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə saxta nikaha daxil olmuşlar. Natalya X6 ilə İddiaçı arasında qohumluq evliliyinin olması, onların nikahından 2 (iki) övladlarının olması və aralarında normal ərarvad münasibətlərinin olması barədə xəbəri olmuşdur. İddiaçı ilə Nizami Baxşəliyev arasında rəsmi və daha sonradan pozulmayan nikah münasibətləri olmuşdur. Bu faktı Naftalan rayon qeydiyyat şöbəsinin və 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin iş materiallarına əlavə etdikləri sorğulara cavab məktubları təsdiq edir. Lakin belə bir rəsmi nikahın mövcud olduğu halda N.Baxşəliyev ilə Cavabdeh hansı yolla rəsmi nikah münasibətlərinə daxil olduqları məlum deyildir. N.Baxşəliyev hazırda vəfat etdiyindən onu dindirib bu hala aydınlıq gətirə bilmirlər. Bir rəsmi nikah pozulmadan tərəf digər şəxslə nikaha daxil olmuşsa, həmin nikah saxta nikah hesab olunmalıdır. Bu hal nikah bağlanılan dövrdə qüvvədə olan qanunvericilikdə öz əksini tapmışdır. Belə ki, 26 dekabr 1969-cu il tarixli qanunla təsdiq edilmiş və 2000-ci ilə qədər qüvvədə olan Nikah və Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu məcəllənin 15 və 17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandıqda nikah saxta (etibarsız) sayıla bilər. Həmin məcəllənin 17-ci maddəsinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Həmçinin cavabdeh və habelə onun nümayəndəsi tərəfindən məhkəməyə verilən izahatlar bir-birinə ziddiyyət təşkil edir. Həmin ziddiyyətli arqumentləri məhkəmənin nəzərinə çatdırır. Belə ki, məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdi ki, guya Cavabdeh X27 İddiaçı ilə aralarında olan nikahlarından məlumatı olmamışdır. Daha sonra cavabdehin nümayəndəsi Natalya Borisovnanın sözü gedən nikahdan xəbəri olduğunu, lakin o ailənin rayonda yaşadığını bildiyini demişdir. Həmçinin cavabdeh Natalya Borisovna izahatında özü 1984-cü ildə Naftalanda X27 atasının evinə zəng edərkən bacısı İntizar Baxşəliyevanın qardaşı Nizaminin evlənib Bakıya köçdüyünü ona bildirdiyini demişdir. Daha sonra isə cavabdeh Natalya Borisovna X27 mütəmadi olaraq Nərimanov rayonunda digər ailəsi, yəni İddiaçı ilə olan ailəsilə vaxt keçirdiyini bildiyini demişdir. Bundan başqa cavabdeh X36 Baxşəliyevin İddiaçı ilə olan nikahı haqqında bir dəfə də olsun pis söz işlətmədiyini desə də ölümündən qabaq o ailə və çevrəsindən olan insanlarla əlaqəyə girməməsini, onların pis insan olmasını, hətta “giyena” kimi insanlar olmasını bildirmişdir. Əvvəl X27 qohumlarının bu ailəni niyə qəbul etmədiyini soruşduqda guya bacısı X17 Baxşəliyeva adlı uşağı övladlığa götürmək istədiyi zaman icazə verməməsi ilə əlaqələndirsə də, daha sonra bunun səbəbinin Natalyanın milliyətcə rus olması ilə əlaqələndirmişdir. Halbuki, hal-hazırda sağ olan Nizami Baxşəliyevin bacısı İntizar Baxşəliyeva bu deyilənlərin hamısının yalan olduğunu bildirir və lazım olarsa şahid kimi ifadə verə biləcəyini deyir. Digər tərəfindən isə bu övladlığa götürülmə barədə məsələ hətta doğru olmuş olsaydı belə Nailə Baxşəliyevanın doğumuna qədər İntizar Baxşəliyeva ilə normal ünsiyyətlərinin olduğunu bildirən X18 X5 İddiaçı ilə qanuni nikahının olub-olmamasını soruşmamış ola bilməzdi. Bundan başqa cavabdehin qızı Raisa Baxşəliyeva hətta X27 atası Məmməd Baxşəliyevin - Məmməd babanın onlara qonaq gəldiyini demişdir. X22 həm bütün qohumlar, həm də bütün dost-tanışlar və iş yoldaşları tərəfindən Mamed deyə çağırılmışdır. Yəni nəvəsinin ona Məmməd deməsi mümkün deyil. Bundan əlavə Məmmədxan Baxşəliyev oğlu mərhum Nizami Baxşəliyevi öz bacısı qızı Aidə Qarayevə ilə evləndirdiyi üçün bu ailəni mənən tapdalayaraq, başqa qeyrirəsmi ailəni qəbul edə bilməzdi və bizdə olan məlumata görə X19 yaşadığı evə heç vaxt getməmişdir. Cavabdeh Natalya Borisovna həmçinin qeyd edir ki, guya Nizami Baxşəliyev ilə onun və qızlarının arasında çox gözəl münasibətlər olmuş və mərhum Nizami Baxşəliyev onları hər şey ilə təmin edib, hətta 1992-ci ildə guya gələcəkdə maddi təminatları olsun deyə onunla nikaha daxil olduğunu bildirmişdir. Bununla bağlı qeyd edir ki, cavabdehin kürəkəni olan Ramin adlı şəxslə iddiaçının nümayəndəsi Əli Baxşəliyev arasında olan telefon danışığı zamanı X31 bu ailəyə heç bir diqqət göstərmədiyini, yarı ac yarı tox saxladığını bildirmişdi. Bununla yanaşı cavabdehin qeyd etdiyi kimi əgər mərhum Nizami Baxşəliyev bu ailənin maddi təminatını düşünəcək olsaydı, onda hələ təzəcə xəstələndiyi dönəmlərdə həm yaşadığı evi, həm də pensiya kartını rəsmi nikahda olduğu həyat yoldaşı İddiaçı verməzdi. Həmçinin ölümündən ən azı 1-2 il öncə cavabdehin dediyi kimi maddi təminatı yalnız mərhum Nizami Baxşəliyev tərəfindən olunan Natalya Borisovna bu pensiyanın hara getdiyini və niyə İddiaçı getdiyini çox gözəl bilirdi. Ölümündən sonra 2003-cü ildə cavabdehin özünün də ifadə etdiyi kimi pensiyanın 35 faizini alan Natalya Borisovna 65 faizin niyə verilmədiyini də bilmişdir. Hərbi sahədə olan huquqşünasla danışdığını və onun hər şeyi izah etdiyini məhkəmədə izahat verdiyi zaman bildirmişdir. Cavabdehin və onun məhkəməyə dəvət etdiyi şahidlərin bir-birinə zidd ifadə verdikləri aydındır. Belə ki, onların hər birinə verilən suallarda guya birlikdə X27 məzarını ziyarət etdiklərini bildirsələr də, ziyarət tarixinin hər bir ailə üzvünün fərqli zamanlarda baş verməsini qeyd etməsi olmuşdur. Belə ki, cavabdeh tərəfin şahidi Raisa Baxşəliyeva, habelə onun yoldaşı məhkəmə hazırlıq prosesində iştirak edən Bəhruz bəy ilk dəfə məzar ziyarətinin 4 il öncə olduğunu bildirmişlər. Daha sonra öz ifadələrində Natalya Borisovna başqa tarix, övladlardan Nailə Baxşəliyeva isə 2004-cü ildə məzarı ziyarət etdiyini bildirmişdir. Əlavə olaraq Nailə Baxşəliyeva dözməyərək özünün gedib 2004-cü ildə atasının qəbrini ziyarət etdiyini desə də, Natalya Borisovna məzarın yerini uzun müddət axtarışdan sonra tapa bildiklərini və birlikdə ziyarət etdiklərini bildirmişdir. Raisa Baxşəliyeva atasının evdən xəstələnəndən sonra birdəfəlik getdiyini bildirsə də, Nailə Baxşəliyeva mərhumun ölümündən maksimum 1 ay əvvəl evdən getdiyini, Natalya Borisovna isə mərhumun ölümündən bir neçə ay öncə getdiyini bildirmişdir. X37 mərhumun ambulansla mərkəzi hərbi hospitala gətirilib morfin vurulub daha sonra Naftalana aparıldığını və orada vəfat etdiyini desə də, Nizami Baxşəliyev Bakıda öz evində, ailə üzvlərinin yanında heç bir xəstəxanaya aparılmadan vəfat etmişdir. Bununla bağlı bütün tibbi sənədlər təqdim olunmuşdur. Bundan başqa X36 Baxşəliyevin guya əməliyyatda aorta anevrizması olduğunu bildirmişdir. Həmin məlumat həqiqətə uyğun deyildir və bütün tibbi sənədlərlə tanış olduqda ümumiyyətlə belə bir diaqnozun olmadığını görmək olar. Cavabdeh Natalya Borisovna guya X27 onlarla yaşadığını və birgə təsərrüfat apardığını desə də, mərhumla ailə bağlarını və birgə təsərrüfat idarə etmələrini sübut edən heç nə yoxdur. Bunun əksi olaraq mərhuma aid bütün sənədlər, hətta tələbəlik, gənclik dövrünə aid olan sənəd və fotoşəkillər hal-hazırda rəsmi nikahı olan İddiaçıdır. Azərbaycanda, hətta bütün ailə dəyərlərini qoruyan toplumlarda cinsindən asılı olmayaraq istər qadın, istərsə də kişi fərdlər həmişə ən xoşbəxt və ağır günlərində öz ailəsinin yanında olur. X27 də iddiaçının ailəsində olduğunu əllərində olan hüquqi sənədlər, ailəvi və qohumlarla olan fotoşəkillər sübut edir. Beləliklə, cavabdeh tərəfin açıq aşkar həqiqətə uyğun olmayan arqumentləri onun qeyri səmimi olduğunu sübut edir. Bütün bunlardan əlavə cavabdeh izahatında bildirmişdir ki, Nizami Baxşəliyevlə 1975-ci ildə avtobus dayanacağında tanış olmuşlar. Həmin vaxt Nizami başqa bir rus əsilli Natalya adlı qadınla evli olmuş, ondan bir oğlu var idi, cavabdeh özü də başqa bir Ali Fətəliyev adlı tatar əsilli kişi ilə evli idi və ondan iki uşağı var idi. Cavabdeh həmçinin izahatında bildirdi ki, hər ikisi həmin vaxt evli olduqlarından ara-sıra gəzməyə çıxmışlar. Natalya Borisovna 1982-ci ildə özü hələ başqa kişi, yəni Ali Fətəliyev ilə evli olduğu vaxt mərhum Nizami Baxşəliyevdən hamilə olmuş və özünün də dediyi kimi mərhum Nizami Baxşəliyev gəzəyən olduğu üçün onunla evlənmək istəmədiyini qeyd etmişdi. Lakin bununla belə yenə “ideal” münasibətlərinin olmasına baxmayaraq, 1984-cü ildə sonuncunun başqa biri ilə evləndiyini bilmiş və bu da azmış kimi ardıcıl yenə nikahdan kənar 3 uşaq dünyaya gətirmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X30 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, anası İddiaçı ilə X44 arasında olan toy mərasiminə, ailəvi və qohumlarla çəkilən fotoşəkilləri bütövlükdə hazırda özü ilə məhkəmə iclasına gətirmişdir. Bu fotoşəkillər cavabdeh tərəfin N.Baxşəliyevin onlarla birlikdə yaşamasının yalan olduğunu təsdiq edir. Onların ailəsində N.Baxşəliyevin Cavabdeh ilə hansı münasibətlərdə olduğunu bilmişlər və qısqanclıq zəmnində bununla bağlı ailə daxili sözsöhbətlər də olmuşdur. 2025-ci il tarixdə İddiaçı pensiya yaşına çatdığına və ailə başçısını itirdiyinə görə pensiya təminatı ilə bağlı DOST mərkəzinə müraciət etmişdir. DOST mərkəzindən İddiaçı ailə tərkibi barədə arayış tələb etmişlər. Qeyd edilən ailə tərkibi barədə arayışı aldıqda hazırki mübahisələndirilən ikinci nikah faktı ortaya çıxmışdır. Həmin vaxtı da X23 Baxşəliyeva ilə rəsmi nikahlarının olmasından xəbər tutmuşlar. Həmçinin sonradan əmisinin bildirdiyinə görə cavabdehin onların yaşadığı ünvana tez-tez gəlməsinin, nəticədə ailədə narazılıq yaratmasının qarşısını almaq məqsədi ilə atası birinci nikahın ləğv edilməsi və Cavabdeh A.Fətəliyev ilə nikahın ləğv edilməsi barədə qətnamələri qeydiyyat şöbəsinə təqdim edərək aldatmaqla nikaha daxil olmuşlar. Ehtimala görə Cavabdeh nikaha daxil olmaqda məqsədi atasından qalmış əmlakların satılmasında və ya istifadə edilməsində onun da sərəncam vermək hüququnun tanınması olmuşdur. 1992-ci il tarixdən sonra Cavabdeh onların yaşadığı ünvana gəliş-gedişi dayanmışdır. Digər tərəfdən N.X6 ilə nikaha daxil olmaq fikri var idisə, niyə 9 il əvvəl 1983-cü il tarixdə nikaha daxil olmurdu. İddiaçı ilə atası N.Baxşəliyev nikaha daxil olarkən orda şahid qismində bibisi iştirak etmişdir. Bibisini çağırıb şahid qismində dindirə bilərlər. Verilmiş suallara cavabında qeyd edir ki, X44 ilə Cavabdeh arasında olan nikah etibarsız hesab edildikdən sonra cavabdeh tərəfindən alınmış pensiya məbləğinin ondan geri alınması ilə bağlı müraciət edəcəyini, alınmış məbləğin isə hansısa fonda köçürəcəyini, onun və anasının həmin məbləğə ehtiyacı olmaması barədə dediyi sözləri təsdiq edir. Əlavə olaraq qeyd edir ki, Cavabdeh Ali Fətəliyev adlı şəxslə nikahda ola-ola hazırda atasına məxsus olduğu qeyd edilən qız uşaqlarını dünyaya gətirmişdir. Bu əxlaq və etik normaların tələblərinə ziddir. Həmçinin cavabdehin onların yaşadığı ünvanın dəhlizində atası N.Baxşəliyev tərəfindən döyülməsi və qonşuların cavabdehi atasının əlindən alıb ordan uzaqlaşdırdıqları, atasının işlədiyi xəstəxanadakı kabinetdə Cavabdeh döyməsi, cavabdehin ordan çıxdıqdan sonra polisə şikayət etməsi, nəticədə bir müddət atasının rütbədə və vəzifədə irəli çəkilməsinin dayandırılması, daha sonra 1991-1992-ci illərdə Sovet Sosialist Respublikası dağıldıqdan sonra atasına polkovnik rütbəsinin verilməsi danılmaz faktlardır. Digər tərəfdən ailənin faktiki mövcudluğunu ailə üzvlərinin qohumlarla, ailəvi dostlarla və toy mərasimlərində birlikdə çəkdirdikləri fotoşəkillər də təsdiq edir. Belə fotoşəkillər də onlarda mövcuddur. Həmçinin atası N.Baxşəliyevin 1982-ci il tarixə kimi Natalya adlı başqa bir xanımla evli olduğunu, həmin nikahdan Şamil Baxşəliyev adında oğlunun olduğunu, hazırda onun 52 yaşında olduğunu və Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində yaşadığını bilirlər. Nənəsi, bibisi və digər qohumlar həmin evlilikdən olan Şamil adlı uşağı atası N.Baxşəliyevin övladı kimi qəbul etmişlər, ona ad günü keçirtmişlər. Buna dair fotoşəkillər də mövcuddur. Bu faktı qohumlarda təsdiq edə bilərlər. N.Baxşəliyevin birinci nikahının pozulmasına səbəb də hazırki iş üzrə cavabdehlə sevgili münasibətlərində olması olmuşdur. Yəni N.Baxşəliyevin birinci nikahının pozulmasına səbəbkarı cavabdeh olmuşdur. Hətta 1983-cü il tarixdə anası İddiaçı ilə atası N.Baxşəliyevin Naftalan rayonunda toy mərasimləri zamanı cavabdeh ordakı ev telefonuna da zəng etmiş, əvvəlcə ata tərəfdən nənəsi telefonun dəstəyini yerə qoymuş, daha sonra isə təkrar zəngi götürən atası nalayiq ifadələrlə cavabdehi söyərək telefonun dəstəyini yerə qoymuşdur. Bu faktları cavabdeh hazırda inkar etsə belə, faktiki baş verənlərdir. Hətta həmin dövrdə cavabdehin N.Baxşəliyevin işlədiyi xəstəxananın qabağında dəmiryolu relsinin üstündə atasının Gülya adlı başqa bir sevgilisi ilə dalaşdıqlarını və bir-birinin yumruqladıqlarını görən şahidlər vardır. Həmin şahidləri də məhkəməyə təqdim edə bilərlər. Onlar iki qardaşdırlar - 1984-cü il təvəllüdlü Kamil və 1986-cı il təvəllüdlü o, Əli. Hazırda adları çəkilən 4 (dörd) qız uşağı nikahdan kənar olmuşlar. Daha doğrusu qeyd olunan 4 (dörd) qız uşağı Cavabdeh Ali Fətəliyev ilə rəsmi nikahda olarkən dünyaya gəlmişlər. Bu halın mövcudluğu həmin uşaqların N.Baxşəliyevin bioloji uşaqları olması faktına da şübhə yaradır. 2025-ci ilin iyulun 16-da Silahlı Qüvvələr günü təşkil edilən məclisdə atasının pensiyasının hərbiçi kimi daha çox olduğu bildirildikdən sonra onlar bununla bağlı DOST mərkəzinə müraciət etdikdə ikinci nikahın mövcudluğundan xəbər tutmuşlar. Əgər o, bu halı 2016-cı il tarixdə bilmiş olsaydı, həmin vaxtı bunun üstünə düşərdi. Belə ki, o, 2016-cı il tarixə kimi xaricdə təhsil almışdır. Həmin tarixdən sonra isə bura köçmüşdür. Digər tərəfdən bu halın mövcudluğunu bilsəydi, X44ə xəstələndiyi və 1 (bir) il yataq xəstəsi olduğu dövrdə baxmazdı, Cavabdeh qapısına aparıb ona təhvil verərdi. Eləcə də, şəxsin başqa yerdə digər qadınlardan istənilən qədər uşağı ola bilər. Bu onunla da ikinci rəsmi nikah bağlanması üçün əsas deyildir. Həmçinin SSRİ pasportları dəyişildiyi dövrdə elədə çox kseroks çıxaran yerlər mövcud olmamışdır ki, onlar atalarının SSRİ pasportu dəyişiləndə onun bir surətini çıxartsınlar. Həmçinin o dövrdə belə bir məsələnin ortaya çıxmasını düşünməmişlər ki, pasportdan surət çıxardıb saxlasınlar. Həmçinin təqdim edilən anasına məxsus SSRİ pasportunda nəyinki Nizami Baxşəliyev ilə iddiaçının nikahı haqqında qeydiyyat ştampı mövcuddur, hətta həmin pasportda atasının və anasının yaşadıqları qeydiyyat ünvanlarının dəyişməsi barədə qeydlər də mövcuddur. X43 1992-ci il tarixdə onların təzə köçdükləri ünvana da gəlmişdir. Lakin bu Cavabdeh onların evinə sonuncu gəlişi olmuşdur. X44 o zaman həmin evdə qeydiyyatda olmuşdur. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, mərhum Nizami Baxşəliyev ilə Cavabdeh arasında real nikah münasibətləri olmuşdur. Tərəflərin birgə nikah münasibətlərindən 1984-cü il, 1985-ci il, 1986-cı il və 1988-ci il tarixdə 4 (dörd) qız uşağının dünyaya gəlməsi təsadüfi deyildir. Yəni, tərəflər real nikah münasibətlərində olublar ki, bu dörd uşaq dünyaya gəlmişdir. 1992-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Yəni N.Baxşəliyevin birinci nikahı pozulduqdan sonra tərəflər hazırki mübahisələndirilən rəsmi nikahı bağlamışlar. Tərəflər faktiki ailə kimi N.Baxşəliyev ölən günə kimi bir yerdə yaşamışlar. Göründüyü kimi nikah həm faktiki, həm də rəsmi bağlanmaqla real olaraq mövcud olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfin Cavabdeh aldığı pensiya məbləğinə ehtiyacı yoxdur. İddiaçı tərəfin məqsədi Cavabdeh nikahı etibarsız saymaqla rəsmi nikahdan çıxarmaqdır. Daha sonra isə növbəti addım olaraq Cavabdeh aldığı pensiya məbləğini geri almaqdır. İddiaçının nümayəndəsi özü də şəxsi söhbətlər zamanı cavabdehin onlara çox əziyyət verdiyini, bu səbəbdən də mərhum atasından Cavabdeh hər hansı xeyrin keçməsini istəmədiyini bildirmişdir. Digər tərəfdən onlar da iş üzrə fotoşəkillər təqdim etmişlər. Həmin fotoşəkillər də Nizami Baxşəliyevin cavabdeh və uşaqları ilə ailə olmasını təsdiq edir. Həmçinin N.Baxşəliyev cavabdeh və uşaqları ilə birlikdə qonşularının və dostlarının evlərinə də qonaq getmişlər. Eyni zamanda Mülki Məcəllənin normaları ailə münasibətlərinə tətbiq edilə bilər. İddiaçı tərəf 2000-ci ilə qədər qüvvədə olan Nikah və Ailə Məcəlləsinə istinad edir. Həmin Məcəlləyə də istinad etsələr görərlər ki, ailə faktiki mövcud olmuş və tərəflərin ailə qurmaq niyyətləri olmuşdur. Həmçinin iddiaçı tərəf iddia müddətini ötürmüşdür. Çünki iddiaçı tərəf ilkin olaraq N.Baxşəliyevə məxsus pensiya kartını 2003-cü il tarixdən əldə etmişdir. 1992-ci il tarixdə Nizami Baxşəliyev ilə Cavabdeh nikaha daxil olduqda heç birinin digər şəxslə nikahı olmadığına görə nikah rəsmi şəkildə qeydə alınmışdır. Eləcə də, iddiaçı tərəfin toy şəkilləri təqdim etməsi İddiaçı ilə Nizami Baxşəliyevin rəsmi nikaha daxil olmasını təsdiq edən sübut deyildir. Eyni zamanda onlar dəfələrlə sorğu etsələr də, iddiaçı ilə N.Baxşəliyevin nikaha daxil olarkən imzaladığı nikah haqqında akt qeydləri kitabı ortaya çıxmır. Nikah haqqında şəhadətnamə verilə bilər. Ən əsası nikah haqqında akt qeydləri kitabında imzaların mövcudluğu və imzaların kimə məxsus olmasıdır. Əksinə bu gün Nizami Baxşəliyev ilə Cavabdeh imzaladıqları nikah haqqında akt qeydləri kitabı barədə sorğu ediləsə, həmin kitab ortaya çıxacaqdır. Hazırki iş üzrə iddiaçı ilə Nizami Baxşəliyev arasında nikah bağlanarkən nikah haqqında akt qeydləri kitabında olan imzanın mərhuma məxsus olub-olmamasını faktını onlar bilmək istəyirlər. Həmçinin qarşı tərəf çıxışında 2-3 halı təhrif etməyə çalışmışdır. Belə ki, iddiaçı tərəf qeyd edir ki, Cavabdeh izahatında başqa şəxslə nikahda ola-ola Nizami Baxşəliyevlə tanış olduğunu və aralarında münasibət olduğunu demişdir. Lakin cavabdeh belə deməmişdir. Bununla bağlı qeyd edir ki, cavabdeh ilk əvvəl Nizami Baxşəliyevlə tanış olduqları vaxt 17-18 yaşında olmuş, Nizami Baxşəliyev ilə aralarında yaş fərqi olmuşdur. X28 evli olmuşdur. Bu səbəbdən də cavabdeh həmin dövrdə N.Baxşəliyevlə münasibətlərinin davam etdirilməsinə zərurət görməmişdir. Aradan xeyli müddəti keçdikdən sonra cavabdeh işə düzəlmiş, həmin vaxtı N.Baxşəliyevlə yenidən qarşılaşıb tanış olmuşlar. Həmin dövrdə Nizami Baxşəliyev artıq birinci həyat yoldaşından boşanmışdı. Cavabdehin ailə münasibətləri isə pozulmağa və nikahın pozulmasına doğru getmişdir. Həmçinin onunla Cavabdeh izahatları arasında heç bir ziddiyyət yoxdur. O, məhkəmə iclasında izahatında onların rəsmi nikahdan məlumatlı olmamalarını demişdir. Həmçinin Cavabdeh izahatında Nizami Baxşəliyev ilə Aidə Baxşəliyeva arasında el adəti ilə toy olduğunu və bunun qohum evliliyi olduğunu, onlar arasındakı rəsmi nikahdan xəbəri olmamasını qeyd etmişdir. Göründüyü kimi izahatları arasında hər hansı ziddiyyət yoxdur. Eyni zamanda təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə Nizami Baxşəliyev arasında faktiki ailə münasibətləri olmuşdur. Necə qarşı tərəf fotoşəkillər təqdim etmişdir, onlarda eyni ilə fotoşəkillər təqdim etmişlər. Təqdim etdiyi fotoşəkillərdən görünür ki, Nizami Baxşəliyev ev geyimində cavabdeh və ondan olan uşaqları ilə fotoşəkillər çəkmişdir. Bu onların bir ailə olduğunu və bir yerdə faktiki yaşadıqlarını təsdiq edir. Həmçinin tərəflərindən vəsatətlə İddiaçı və Nizami Baxşəliyevin SSRİ dövründə verilmiş pasportlarının məhkəməyə təqdim edilməsi istənilmişdir. İddiaçı tərəfindən İddiaçı pasportunun surəti elektron məhkəmə sisteminə yüklənmişdir. X32 pasportunun surəti elektron sistemə yüklənməmişdir. İddiaçı tərəf etirazında pasportların əsillərinin yenisi ilə əvəz edildikdə təhvil verildiyini izahatında qeyd edir. Lakin qarşı tərəf Nizami Baxşəliyevə SSRİ dövründə verilmiş pasportun hazırda onlarda olmamasını da inkar etmir. Sadəcə təhvil verdiklərini deyirlər. Göründüyü kimi həm İddiaçı, həm də Nizami Baxşəliyevə aid SSRİ dövründə verilmiş pasportlar qarşı tərəfdə olmuşdur. Nizami Baxşəliyevə aid SSRİ dövründə verilmiş pasportda Cavabdeh ilə nikahda olması barədə ştamp mövcud olmuşdur. Təqdim edilmiş İddiaçı SSRİ dövrünə aid pasportunun surətində Nizami Baxşəliyevlə nikahının olması barədə qeyd vardır. Nizami Baxşəliyevin pasportunda da Cavabdeh ilə nikahda olması barədə qeyd olmuşdur. Bu səbəbdən də Nizami Baxşəliyevə SSRİ dövründə verilmiş pasportu qarşı tərəf təqdim etmir. Bu pasportun surətini iddia müddətinin axımına görə istəyir. Çünki X23 Baxşəliyeva ilə nikahının olması barədə o dövrdən qarşı tərəfdə məlumat olmuşdur. Eləcə də 2000-ci ilə qədər qüvvədə olan SSRİ Cinayət Məcəlləsinin 130-cu maddəsinə əsasən 2 (iki) arvadlılığa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Buna görə də hesab edir ki, Nizami Baxşəliyev həmin dövrdə İddiaçı ilə nikahda olmuş olsaydı, cavabdeh ilə nikaha daxil olmazdı. Eləcə də hazırda Cavabdeh öz nikahına münasibəti araşdırılmalıdır. Əgər Cavabdeh Nizami Baxşəliyevin başqa şəxslə nikahda olmasını bilsəydi bu nikaha daxil olmazdı. Eyni zamanda X38 rayon qeydiyyat şöbəsində Cavabdeh ilə nikaha daxil olarkən qeydiyyat şöbəsinə subay olması barədə sənəd gətirmişdir. Bu səbəbdən də Cavabdeh onunla nikaha daxil olmuş və Səbail rayon qeydiyyat şöbəsidə bu nikahı rəsmiləşdirmişdir. Həmçinin fikir versələr görərlər ki, həm iddiaçının, həm də cavabdehin birinci övladları 1984-cü il tarixdə dünyaya gəlmişlər. Hətta cavabdehin qızı Kamilə daha əvvəl, 1984-cü ilin sentyabr ayında, iddiaçının oğlu Kamil isə 1984-cü ilin oktyabr ayında dünyaya gəlmişdir. Göründüyü kimi Nizami Baxşəliyevin birinci ailə münasibətləri Cavabdeh ilə olmuş və sonuna qədər onunla davam etmişdir. İddiaçının son oğlu Əli Baxşəliyev 1986-cı il təvəllüdlü olsa da, cavabdehin sonuncu uşağı Raisa Baxşəliyeva 1988-ci il təvəllüdlüdür. Nizami Baxşəliyev ilə Cavabdeh birgə münasibətlərindən 1984-cü il, 1985-ci il və 1986-cı il tarixlərdə uşaqların olması üçün ailə tələb olunur. Göründüyü kimi Nizami Baxşəliyev ilə cavabdeh faktiki ailə olmuşlar. Belə olan halda ailə qanunvericiliyi tərəfin ailə hüquqlarının saxlanılmasını tələb edir. Həmçinin iddiaçının nümayəndəsi olan oğlu Əli Baxşəliyev iclas zamanı öz şəxsi fikirlərini səsləndirmişdir. Qanunvericiliyə əsasən o iddiaçının nümayəndəsi hesab edilir və onun izahatı iddiaçının mövqeyi kimi qəbul edilməlidir. Lakin İddiaçı hazırki məsələ ilə bağlı fikri başqa ola bilər. Yəni, bəlkədə iddiaçı bu işə baxılmasında maraqlı deyildir. Ona görə də vəsatətlə iddiaçının məhkəmə iclasına gəlməsini xahiş etmişdir. Eləcə də, hazırki iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə yol aça bilər. Belə ki, iddiaçının nümayəndəsi olan oğlu bu qətnamədən istifadə edib alınmış pensiyanı geri tələb etməklə cavabdeh tərəfi cəzalandıra bilər. Halbuki, iddiaçı tərəfin bu pensiyaya ehtiyacı yoxdur. Ailə qanunvericiliyinə əsasən tərəflər birgə nikah bağlamadan faktiki nikah münasibətlərində yaşayıblarsa, onlar arasındakı nikah saxta hesab edilə bilməz. İşdən görünür ki, Nizami Baxşəliyev ilə iddiaçı arasında ilk günlərdən münasibətlər ailə qurmaq niyyəti ilə qurulmuşdur. İddia əsassızdır. Həmçinin iddia müddəti baxımından da iddia əsassızdır. Eyni zamanda Cavabdeh vicdanlı şəkildə ailə həyatı qurmuşdur. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia ərizəsini almışdır və iddia tələbi ona bəllidir. Belə ki, o, Nizami Baxşəliyevlə olan nikahının saxta nikah olmamasını sübut etməlidir. 1975-ci il tarixdə məktəbə gedərkən avtobus dayanacağında təsadüf nəticəsində N.Baxşəliyevlə tanış olmuşdur. N.Baxşəliyev onu görüşə dəvət etmişdir. Lakin həmin dövrdə onunla görüşə gedə bilməzdi. Çünki onların arasında yaş fərqi var idi. N.Baxəliyev çox səməmi insan idi. Həmin vaxtı o ailəli olduğunu, bir uşağının olduğunu, Bayılda yaşadığını və həkim olduğunu ona bildirmişdir. Qısaca olaraq həmin vaxtı onlar onunla yalnız gəzmişlər. Həmin vaxt N.Baxşəliyev onun ev telefon nömrəsini, harda yaşadığını və ümumiyyətlə barəsində heç nə bilməmişdir. Sadəcə olaraq o, onu sonra görməmişdir. 1981-ci il tarixdə o, təsadüfən dənizçilər xəstəxanasına getmişdir. N.Baxşəliyev də orda həkim işləmişdir. Həmin vaxtı o növbətçi həkim olmuşdur. Orda onunla tanış olmuşdur. Həmin vaxtı o rəsmi şəkildə ona ərə getməsini xahiş etmişdir. O da cavabında etibarlı insan olmadığı üçün ona ərə getməyəcəyini bildirmişdir. Həmin vaxtı N.Baxşəliyev birinci həyat yoldaşından ayrılmışdı və ondan bir oğlu var idi. Eləcə də həmin dövrdə o onun həyatında çoxlu qadın olduğunu bilmişdir. Qısaca olaraq onlar birlikdə yaşamağa qərar vermişlər. Daha sonra N.Baxşəliyevdən birinci qızına hamilə olduğu dövrdə birinci ərindən boşanmışdır. Sonra isə N.Baxşəliyev rayona valideynlərinin yanına getmişdir. Həmin vaxtı mütəmadi onların rayondakı evlərinə zəng etmiş və onun bacısı İntizarla danışmışdır. Bir dəfə də yeni il ərəfəsində onlara zəng etmiş və bacısını telefona çağırmağı xahiş etmişdir. Bacısı telefonda onun evləndiyini və yaşamaq üçün Bakıya getdiyini bildirmişdir. O, həmin vaxtı onun evləndiyini bilmişdir. Bundan sonra o, N.Baxşəliyevin yaşadığı ünvana getmişdir. O həmin vaxtı evdə olmuş, həmin nikahın rəsmi şəkildə qeydə alınmadığını, qohum evliliyi olduğunu, bunun ona aidiyyəti olmadığını, rahat şəkildə uşağı dünyaya gətirməsini və bunun onların birinci övladı olmayacağını bildirmişdir. Onlar bir yerdə yaşamışlar və o həmişə onun yanında olmuşdur. Əgər aralarında anlaşılmazlıqlar olubsa, bu onlar arasında olmuşdur. Qızları atalarını ondan daha çox sevirlər. Bu gündə onu sevir və ona hörmət edirlər. N.Baxşəliyev övladları üçün yaxşı valideyn olmuşdur. Buna görə də uşaqları həmişə ona təşəkkür edirlər. Bu sevginin yaranmasının onun əməyi nəticəsində olmasını deyə bilməz. Bu atalarının əməyidir ki, uşaqları onu çox sevir. O gözəl insan olmuşdur. 1992-ci il tarixdə isə N.Baxşəliyev onu qeydiyyat şöbəsinə çağırmış, ona çox pis zamanda yaşadıqlarını və hər şeylə təmin olunmağımın onun yeganə arzusu olduğunu demişdir. Bundan sonra onlar birlikdə qeydiyyat şöbəsinə getmişlər. Qeydiyyat şöbəsində onlardan nikahın pozulması haqqında məhkəmə sənədinin surətini gətirmələrini tələb etmişlər. Onlar da nikahın pozulması haqqında məhkəmə sənədlərinin surətini qeydiyyat şöbəsinə təqdim etmişlər. Nizami Baxşəliyevin birinci həyat yoldaşının adı Natalya İvanovna olmuşdur. Həmin qadın yaşca ondan böyük idi. Uzun illər onunla normal münasibət saxlamışlar. Onun N.Baxşəliyevdən oğlu var idi. Həmçinin onlar Nataya adlı xanımla bir yerdə işləmişlər. Daha sonra həmin dövrdə o da ərə getmişdir. N.Baxşəliyevin çağırışına görə onunla nikahın bağlanması üçün qeydiyyat şöbəsinə getmişdir. Qeydiyyat şöbəsində nikaha daxil olmaq üçün həm o, həm də N.Baxşəliyev ərizə vermişdir. Həmin ərizələr tərəflərindən imzalanmışdır. Nikahlarlarının pozulması haqqında sənədləri təqdim etdikdən sonra onların nikahlarını rəsmi qeydiyyata almışlar. Daha sonra onun və Nizami Baxşəliyevin şəxsiyyətini təsdiq edən sənədlərinə evli olmaları barədə ştamp vurmuşlar. Həmin vaxtı N.Baxşəliyev ondan onun soyadını qəbul etməyini tələb etmişdir. O bunun onun birinci tələbi olduğunu demişdir. Bu barədə danışacaqları bu qədərdir. Nizami Baxşəliyev xəstələndikdən sonra ayağının altından torpaq qaçmışdır. Çünki bu həyatında ona olan yeganə güclü təsir idi. X10 ən yaxını idi. O onkoloji xəstə olduğunu dedikdə çox pis olmuşdu. Xəstəxanadan gəldikdən sonra isə o, ona qulluq etmişdir. O xəstəxanaya əməliyyata gedənə kimi çox səlis danışmışdır. Nizami Baxşəliyev həkim idi. Buna görə də özünün sağalması üçün bütün müalicəni və sağalmasını proqramlaşdırmışdı. O xəstəxanadan buraxıldıqdan sonra o, ona müalicəsi ilə bağlı qulluq etməli idi. Əməliyyatdan sonra onun bir əli yaxşı işləmirdi. Buna səbəb onun əməliyyatda aorta anevrizma olması olmuşdur. Belə ki, həmin vaxtı təkcə ondan səhhəti pisləşdiyi halda rayona göndərməsini xahiş etmişdi. Çünki həm fiziki, həm də mənəvi cəhətdən onun bunun öhdəsindən gələ bilməyəcəyini bildirmişdi. O, əvvəlcə onun onkoloji xəstə olduğunu bilmirdi. Belə ki, həmin vaxtı onlar evdə bir yerdə oturub nahar edəndə Nizami Baxşəliyevin bacısı zəng edib qışqıraraq nə etməyə çalışdığını, qardaşına qulluq etmək üçün uşağını buraxıb gəldiyini, lakin onun evdə olmadığını, onun evdən buraxmasını, onun yaşadığı mənzilə gəlməsini, özünün ona qulluq edəcəyini, uşaqları ilə bunun öhdəsindən gələ bilməyəcəyini və digər çoxlu sözlər demişdi. Dediyi yegənə sözlərdən də biri qardaşının xərçəng xəstəsi olduğunu və öləcəyini bildirməsi olmuşdu. Bundan sonra onun halı dəyişmişdi. N.Baxşəliyev bacısının nə dediyini ondan soruşmuşdu. Cavabında bacısının onun öləcəyini dediyini bildirmişdi. Bundan sonra o telefonun dəstəyini yerə qoymasını və bunu uşaqlara bildirməməsini ondan xahiş etmişdi. Daha sonra həmin vaxtı o həmişə uşaqlarına bu xəstəliyin öhdəsindən gələcəyini demişdi. Eləcə də o zaman nə vaxt qızları ataları ilə danışmaq istəmişlər, o vaxtı da danışmışlar. Heç vaxt onun öləcəyini düşünməmişlər. Nizami Baxşəliyevin xəstələnməsi onun üçün çox ağır idi. Vəziyyəti ağırlaşdıqdan sonra ona hərbi qospitalda morfin vuraraq ambulansla rayona aparmışlar. Rayonda da vəfat etmişdir. Həmin vaxtı o, dəfələrlə rayona zəng etmiş, həmişədə telefonun dəstəyini yerə qoymuşlar və heç vaxtı onun səhhəti barədə ona heç bir məlumat verməmişlər. Kimin xoşuna gəlsə də, gəlməsə də, o, həqiqəti danışır. Nizami Baxşəliyev həmişə ona qara çörək yesə də, qohumları yaxşı insanlar olmadığına görə ona əhəmiyyət verməyəcəklərini demişdi. Səbəbi kimi onları və övladlarını qəbul etmədiklərini göstərmişdir. N.Baxşəliyevin qohumları onu heç vaxt qəbul etməmişlər və onu tanımaq istəməmişlər. Həmçinin onlar onun uşaqlarını da qəbul etməmişlər. Çünki N.Baxşəliyev birgə yaşamaq üçün onların yanına gəlmişdir. N.Baxşəliyev xəstələndiyi dövrdə bacısı onlara gəlmişdir. Xüsusilədə hansı ki, həmin dövrdə o, yaşadıqları mənzili satmışdı. Bacısı müalicə üçün böyük xərc çəkdiklərini, buna görə də mənzilin satışından əldə etdiyi pulu ona verməsini tələb etmişdir. O da heç nə deməyərək, pulu vermişdir. Hazırda isə iddiaçı tərəf bu pul haqqında heç nə danışmır. X11 haçan öləcəyini bilmədiyini, birdən bu baş verərsə, gedib pulu götürməsini, onun nənəsinin məzarının yanında dəfn edilməsini, uşaqları da ziyarət üçün bura gətirməsini demişdir. Uşaqları böyüdükdən, hətta ərə getdikdən sonra da, ildə 2 (iki) dəfə, ad günü və ölüm günündə atalarının məzarını ziyarət edirlər. Verilmiş suallara cavabında qeyd edir ki, onlar uzun müddət Nizami Baxşəliyevin dəfn edildiyi yeri axtarmalı olmuşlar. 3-4 qəbristanlıq gəzdikdən sonra ətrafdakılar Nizami Baxşəliyevi həkim kimi tanıdıqlarını, onun dəfn edildiyi yeri bildiklərini demişlər və onları həmin məzar yerinə aparmışlar. Həmin vaxta qədər onlara heç kəs Nizami Baxşəliyevin dəfn edildiyi yeri deməmiş və göstərməmişdir. Nizami Baxşəliyevin qohumlarının onlara qarşı pis münasibəti barədə heç nə deyə bilməz. Əgər iddiaçının nümayəndəsi məhkəmə iclas zalından çıxsa, bu barədə nə bilirsə, hamısını deyə bilər. Buna baxmayaraq, bu barədə heçnə demək istəmir. O, həmişə iddiaçıya hörmət etmişdir. Çünki o Nizami Baxşəliyevin uşaqlarının anasıdır. Nizami Baxşəliyevin bacısı ərə getdikdən sonra uzun müddət övladı olmamışdır. Bu zaman ondan uzun müddət ikinci qızını ona övladlığa verməsini tələb etmişlər. O da bundan imtina etmişdir. Bundan sonra onu qəddar insan kimi tanımışlar. Bu barədə artıq danışmaq istəmir. 1983-cü il tarixdə Kamilə adlı birinci qızına hamilə olanda rayona zəng etdiyini, N.Baxşəliyevin bacısının telefonu götürdüyünü, həmin vaxtı N.Baxşəliyevin rayona gəldiyini və burda evləndiyini ona bildirdiyini təsdiq edir. Birinci evlilikdən 2 övladı vardır. N.Baxşəliyevin rayon getdiyini və orda qohum evliliyinə daxil olduğunu bilirdi. Lakin o, bunu heç də sakit qəbul etməmişdir. Bu mövzuda Nizami Baxşəliyevi həmişə sıxışdırmışdır. Hətta həmin vaxtı Nizami Baxşəliyev bir müddət əşyalarını yığıb onun yaşadığı evə köçmüşdür. O heç vaxt üstünə qışqırmamış və heç vaxt onu danlamamışdır. O həmişə ancaq ondan üzr istəmişdir. N.Baxşəliyev heç vaxt oğlanlarının anası haqqında pis danışmamışdır. O çox mədəni insan idi. Yeganə olaraq qohumları ilə əlaqə saxlamamasını ondan tələb etmişdir. Səbəb kimi isə həmişə qohumlarının yaxşı insanlar olmamasını qeyd etmişdir. O, iddiaçı ilə Nizami Baxşəliyevin birgə yaşadıqları mənzilə getməmişdir. Yalnız Nizami küçəsində yerləşən 1 otaqlı mənzilə getmiş, hansı ki həmin mənzil Nizami Baxşəliyev ilə birlikdə həkim işləyən Viktor Sakalenkaya məxsus idi. O, həmin mənzildə qonaq olmuşdur. Viktor Rusiya Federasiyasına köçdükdən sonra N.Baxşəliyev həmin mənzili alaraq qardaşı Surxayın yaşaması üçün təmir etdirmişdir. O, ancaq bu mənzili tanımışdır. Nizami Baxşəliyevin başqa mənzili, həyət evi və ya başqa mülkinin olduğundan, onların ünvanlarından məlumatlı deyil və görməmişdir. Nizami Baxşəliyevin nə qədər pensiya almasını bilməmişdir. Ümumiyyətlə onun nə qədər qazanc əldə etməsindən xəbəri olmamışdır. O, özü işləməmişdir. Bütün ailə xərclərini Nizami Baxşəliyev çəkmişdir. Öz qazancını və pulunu ona göstərməsini necə deyə bilərdi. Nizami Baxşəliyev tərəfindən pensiya kitabçasının götürülməsi üçün iddiaçıya etibarnamə verilməsini və pensiya kitabçasının iddiaçı tərəfindən götürülməsi barədə heç nə deyə bilməz. Onların başqa gəlir yeri olmamışdır. Ailənin saxlanılması üçün bütün xərcləri Nizami Baxşəliyev çəkmişdir. Qohumlarının dediyinə görə X29 şəhərində vəfat etmişdir. Daha doğrusu qohumlarından tanımadığı qadın ona zəng edərək onun vəfat etdiyini bildirmişdir. Həmin qadını tanımır və onun adını bilmir. Nizami Baxşəliyev əməliyyat olunanda bu barədə özü ona xəbər vermişdir. Həmin vaxtı onun nə qədər müddət xəstəxanada yatdığını deyə bilməz. Bu yadına gəlmir. Qızım X1mış pensiyanı almağa getməmişdir. Pensiyanın 35 faizini almışlar. Nə üçün pensiyanın 35 faizini almalarını sual etməmişlər. Çünki bunun qanunun tələbi olduğunu düşünmüşlər. 1984-cü il tarixdən Nizami Baxşəliyevin iddiaçı ilə ailə həyatı qurduğunu, daha sonra bu nikahdan uşaqlarının olduğunu bilmişdir. Nizami Baxşəliyev heç vaxt bu halı ondan gizlətməmişdir. Lakin həmişə həmin nikahın rəsmi qeydiyyata alınmadığını demişdi. Hətta Rusiya Federasiyasının Moskva şəhərində Nizami Baxşəliyevlə birlikdə onun oğlanları üçün hədiyyə də almışlar. 1982-ci il tarixdən onunla birlikdə yaşamışlar. Həmin vaxtı N.Baxşəliyev onların birlikdə yaşamaları üçün kirayə ev tutmuşdu. Onlar həmin evdə yaşamışlar. 1982-ci ildən ezamiyyətlər və məzuniyyətlər istisna olmaqla demək olar ki, onunla daima bir yerdə yaşamışlar və birgə təsərrüfat aparmışlar. Evə gəlmədikdə isə zəng edərək qohumlarının rayondan gəldiyini və həmin gün Nərimanovdakı mənzildə qalacağını bildirmiş, başqa heç nə ona deməmişdir. Qarşı tərəfdən təqdim edilən toy, ailəvi və dostlarla olan fotoşəkillərə münasibətdə qeyd edir ki, Nizami Baxşəliyevin iddiaçı ilə də birgə ailə həyatı yaşadıqlarından xəbəri vardı. O, Nizami Baxşəliyevin iddiaçı ilə də ailə həyatı yaşamaması barədə heç nə deyə bilməz. Onda da belə ailəvi çəkdirdikləri fotoşəkillər mövcuddur. Onların da ailəvi dostları və qohumları olmuşdur. Qarşı tərəfin bu fotoşəkillərini isə heç vaxt görməmiş və bu fotoşəkillərdən xəbəri olmamışdır. X39 iddiaçı ilə birgə ailə təsərrüfatı aparmasından xəbəri olmamışdır və bunu bilməmişdir. Sadəcə hazırda belə bir faktın mövcudluğundan xəbəri olmuşdur. Həmçinin qeyd edilən fotoşəkilləri görməmişdir. Bununla bağlı heç nə deyə bilməz. Ailəvi dostları və qohumları ilə evdə və digər yerlərdə birlikdə çəkdirdikləri fotoşəkillər vardır. Həmçinin ailəvi və uşaqlarla bulvarda, uşaqları məktəbə aparanda və xəstəxanada çəkilən fotoşəkillər onda mövcuddur. Həmin fotoşəkilləri təqdim edə bilər. Eləcə də, Nizami Baxşəliyevin ailə üzvi kimi 2 (iki) dəfə xəstəxanada yatmalı olmuş, onun qızı da həmin xəstəxanada əməliyyat olunmuşdur. Əgər iddiaçı tərəf üçün belə rahatdırsa, qoy onların ailəsinin ikinci ailə olduğunu düşünsünlər. Nizami Baxşəliyev heç vaxt onun ikinci ailəsinin mövcud olduğunu ona deməmişdir. O sadəcə qohum evliliyi olduğunu və bu evliliyin rəsmi qeydə alınmadığını ona demişdir. Evdən çıxanda Nizami Baxşəliyev ikinci ailəsinin yanına getdiyini ona deməmişdir. O heç vaxt oğlan uşaqlarının olmamasını da inkar etməmişdir. Bunu o, həmişə bilmişdir. Onu da deyə bilər ki, Nizami Baxşəliyevin kim tərəfindən müalicə olunmasını bilməməsinin səbəblərindən biri də onun xəstə olmasını uzun müddət ondan gizlətməsi olmuşdur. Xəstələndikdən sonra Nizami Baxşəliyev evdən getmişdir. Çünki bacısı Nizami Baxşəliyevə zəng edərək tərəfindən ona baxılacağını demişdir. Həyat yoldaşı kimi xəstələndiyi dövrdə Nizami Baxşəliyevin bacısının ona xidmət etməsi üçün evdən gedərkən, onu evdən niyə buraxmasını deyə bilməz. Nizami Baxşəliyev özü istədiyinə görə bacısının yanına getmişdir. Daha sonra müalicə aldığı dövrdə də Nizami Baxşəliyev evə gəlmiş və onlarla qalmışdır. Nizami Baxşəliyevin kim tərəfindən müalicə olunmasını bilmir. O özü həkim idi, özünü müalicə edirdi. Digər tərəfdən o müalicə aldığı dövrdə bəzən evdə olmadığından bunu deyə bilməz. Lakin həkimlərin yanına müalicə olunmaq üçün getdiyini bilir. Çünki o da onunla getmişdir. O onunla gəlməsini istəmirdi. X46 yolda düşüb qalmasın deyə onunla birlikdə taksiyə minərək həkimlərə getmişlər. N.Baxşəliyev özünə məxsus jiqulu markalı avtomobili sevimli oğluna hədiyyə vermişdir. Bundan məlumatlıdır. Qarşı tərəfin öz qohumları ilə olan ailəvi fotoşəkilləri mövcuddur. Onun da öz qohumları ilə olan ailəvi fotoşəkilləri mövcuddur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, atası X14 ilə anası Cavabdeh rəsmi nikahda olduğunu bilir. Bununla bağlı veriləcək suallara cavab verəcəkdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddia ərizəsində qoyulan tələbdən xəbəri vardır. Belə ki, iddia tələbində X44 ilə anası Cavabdeh arasında olan nikahın rəsmi olmadığının müəyyən edilməsi xahiş edilir. X44 uşaq olduğu vaxtdan onun yadındadır. Belə ki, atası Nizami uşaqlıqdan onlarla birlikdə yaşamışdır. Onun ikinci ailəsinin olması barədə həmin vaxtı məlumatı olmamışdır. Böyüdükdən sonra bundan məlumatlı olmuşlar. Bəlkə də anasının həmin vaxtı bundan xəbəri var idi. Lakin bu barədə o dövrdə onlara heç bir söz deməmişdir. Atası N.Baxşəliyev 2003-cü il tarixdə vəfat etmişdir. Vəfat etdiyi dövrə qədər onlarla yaşamışdır. Ailə kimi qonşularla və ailəvi dostlarla münasibətləri olmuş, bir-birilərinin tədbirlərindən iştirak etmişlər. Nizami Baxşəliyevin digər ailəsinin olması barədə orta məktəbi qurtardıqdan sonra təxminən 18 yaşında eşitmişdir. Bu barədə məlumatı bacılarından eşitmişdir. Atası bu barədə, yəni digər ailəsinin və ondan oğlan uşaqlarının olması haqqında ona heç nə deməmişdir. Atasının ölümü və onun dəfn edildiyi yerə getməsi onun mənəvi cəhətdən yaralı yeridir. Təxminən 5 il bundan əvvəl atasının dəfn edildiyi yerə getmişdir. Nizami Baxşəliyevin rayonda dəfn edildiyini bilmişlər. Lakin bu onlar üçün mənəvi cəhətdən gərginlik doğuran məsələ olduğundan atasının dəfn edildiyi yerə getməmişlər. Atasının məzarı üstünə gedəndən sonra üstündən bu gərginlik qalxmışdır. Qardaşı, bacısı və rayonda yaşayan digər qohumları atasını dəfn etmişlər. O, bacıları və anası dəfndə iştirak etməmişlər. Daha dəqiq atası xəstələndiyi dövrə qədər onlarla yaşamışdır. Xəstələndikdən sonra isə evdən getmiş, onun bacısı ona baxmışdır. Onların bildikləri budur. O, həmin vaxtı uşaq olmuşdur. Bu səbəbdən də atasının tibbi sənədlərinə baxmamışdır. N.Baxşəliyevdə diaqnoz insult olmuşdur. Beynində xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Bununla bağlı atası 2 (iki) dəfə əməliyyat olunmuşdur. Hətta yadındadır ki, atası birinci dəfə əməliyyat olunan zaman işdən evə gəlmiş və onlara səhəri gün beynindən xərçəng xəstəliyindən əməliyyat olunacağını bildirmişdir. Bu onlar üçün çox pis gözlənilməz hadisə olmuşdur. Çünki atasında qeyd olunan xəstəliyin olmasını bilməmişlər. O, həmin vaxtı balaca uşaq olmuşdur. Bu səbəbdən də atasının neçə gün xəstəxanada yatdığı dəqiq yadında deyil. Həmin vaxtı 13 yaşı var idi. Əməliyyat üçün evdən çıxdıqda atası anasına əməliyyatdan sonra rayonda olacağını demişdir. Həmin vaxtı uşaq olduğundan anasının xəstəxanaya nə üçün getməməsini deyə bilməz. Eyni zamanda həmin dövrdə bibisi ilə münasibətləri yaxşı olmamışdır. Hansı orqanı olmadan Nizami Baxşəliyevin dəfn edildiyini bilmir. Növbəti dəfə bunu anasından dəqiqləşdirib suala cavab verə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, atası X9 valideynləri kimi çox sevmişlər. Ata tərəfdən qohumlarından babaları onlara gəlmiş və babalarını görmüşlər. Bibisi onlara zəng edib anası ilə telefonda danışmışdır. Bibisi onlarla əlaqə saxlamışdır. Daha sonra isə zəng etməmişdir. Lakin həmin vaxtı bunun səbəbini bilməmişlər. Daha sonra atasının xərçəng xəstəliyinə tutulduğunu bilmişlər və buna görə də çox pis olmuşlar. Atası onu və bacılarını dəfələrlə məktəbə aparmışdır. Nizami Baxşəliyev cərrah olmuşdur. Onu tanıyıb və ona hörmət etmişlər. Avtobus görməmişlər, ataları özünə məxsus volqa markalı avtomobillə onları məktəbə dərsə aparmışdır. Sonradan bildiyinə görə həmin volqa markalı avtomobil qarşı tərəfə qalmışdır. Onlar böyüdükdən sonra atasının digər uşaqlarının olmasını bilmişlər. Daha doğrusu bunu atası xəstə olanda bilmişlər. O özü onlara Kamil və Əli adlı oğlanlarının olduğunu demişdir. Bunu atası özü xəstə olanda onlara demişdir. Onlarla yaşadığı dövrdə atası bəzən ezamiyyətlərdə olmuş və tez-tez rayona gedib-gəlmişdir. Atasının xəstəliyi ilə bağlı onlarda evdə sənədlər də mövcud olmuşdur. Lakin atasının xəstəliyi ağırlaşıb evdən getdikdə o özü ilə həmin xəstəlik sənədlərini aparmışdır. Onlar dörd bacı qız uşaqları olmuşlar və atasının şahzadələri olmuşlar. Atası daima onlarla yaşamışdır. Atası tərəfdən qohumları anası Cavabdeh xoşlamamışlar. Bildiyinə görə ata tərəfdən qohumları həm Nizami Baxşəliyevin birinci həyat yoldaşı olan Natalya adlı xanımı, həm də anası Natalyanı heç vaxt sevməmişlər. Eşitdiyinə görə əvvəlcə bibisi onu övladlığa götürmək istəmişdir. Anası onu bibisinə övladlığa vermədiyindən buna görə sonradan münasibətlər pozulmuşdur. Atası vəfat edəndə onlar onun yanında olmamışlar. O rayonda vəfat etmişdir. Atası evə gəlməyəndə Nərimanovdakı mənzilə getmişdir. Onun ölüm xəbərini onun qohumları onlara zəng edib demişlər. Ata tərəfdən qohumları bizi görmək istəməmişlər. Anasını da sevməmişlər. Bu səbəbdən də dəfnə və yas mərasiminə getməmişlər. Evdən çıxdıqdan 3 ay sonra atası vəfat etmişdir. Atası vəfat etdikdən dərhal sonra onun məzarına getməmişlər. Onları həmin vaxtı heç kim ora aparmamışdır. Həmçinin həmin vaxt kiminlə atasının dəfn edildiyi yerə getməliydi. Eyni zamanda atası vəfat ediyi dövrdə o, uşaq idi. Lakin onun vəfatından 2 (iki) il keçdikdən sonra atasının məzarını ziyarət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarının və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Naftalan şəhər VVAQ şöbəsi tərəfindən 28 may 1983-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 448860 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı 28 may 1983-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 may 1983-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyeva, arvada Qarayeva soyadı verilmişdir. Naftalan şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 iyul 2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X14 ilə xx.xx.1961-ci il təvəllüdlü X25 arasında bağlanmış nikah və həmin nikahın pozulması haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1983-cü il tarixdə bağlanmış nikahın pozulması haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd: xx.xx.1983-cü il tarixdən xx.xx.1992-ci il tarixdə X7 növbəti nikaha daxil olduğu günədək Naftalan şəhər qeydiyyat şöbəsinin arxivində nikah pozulması haqqında akt qeydləri üzrə yoxlamalar aparılmış və nikah pozulması haqqında akt qeydi aşkar olunmamışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2025-ci il tarixli məktublardan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 5.2 və 5.4-cü bəndlərinə uyğun olaraq ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında qeydiyyat orqanı tərəfindən pozula bilər. Ər-arvadın nikahın pozulmasına razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulması, eyni zamanda nikahın etibarsız sayılması Ailə Məcəlləsinin 25.2-ci bəndinə uyğun olaraq nikah məhkəmə qaydasında etibarsız sayılır. X14 xx.xx.1983-cü il tarixdə İddiaçı ilə olan birgə nikah pozulmadan xx.xx.1992-ci ildə X20 ilə nikaha daxil olmuşdur. X21 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Qeyd edilənlərə əsasən nikahın pozulması və ya etibarsız sayılması üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən 08 avqust 1992-ci il tarixdə verilmiş 802519 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən və Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış X14 ilə X8 nikah haqqında akt qeydinin surətindən görünür ki, X14 ilə X12 08 avqust 1992-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 avqust 1992-ci il tarixdə 236 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Baxşəliyeva, arvada Baxşəliyeva soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayonu VVADQ şöbəsi tərəfindən 13 fevral 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 034323 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 24 yanvar 2003-cü il tarixdə intoksikasiya səbəbindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 13 fevral 2003-cü il tarixdə 182 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan məhkəmə qeyd edir ki, hazırki mübahisəyə 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin maddi hüquq normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 01 iyun 2000-ci il tarixədək qüvvədə olmuş Nikah və Ailə Məcəlləsinin: 13-cü maddəsinə əsasən nikah vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan dövlət orqanlarında bağlanır; 17-ci maddəsinə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında, qohumlar (doğma və ögey qardaş və bacılar, övladlığa götürənlər və övladlığa götürülənlər) arasında, ikisindən biri ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanan nikahın bağlanmasına yol verilmir; 48-ci maddəsinə əsasən nikah bu Məcəllənin 15-17-ci maddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər; 49-cu maddəsinə əsasən nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir; 51-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 17-ci maddəsində göstərilən hallarda nikah etibarsız hesab edilə bilər. Bu əsasa görə nikahın etibarsız hesab edilməsini ər-arvadın və həmin nikahın bağlanması ilə hüquqları pozulmuş şəxslərin, habelə qəyyumluq və himayə orqanlarının və ya prokurorluğun tələb etməyə ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, X14 ilə İddiaçı el adəti ilə toy mərasimi keçirməklə və 28 may 1983-cü il tarixdə Naftalan şəhər VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınmış nikah bağlamaqla ailə həyatı qurmuşlar. Daha sonra İddiaçı ilə N.Baxşəliyev arasında 28 may 1983-cü il tarixdə Naftalan şəhər VVAQ şöbəsində akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınmış nikah qüvvədə olduğu və pozulmadığı dövrdə mərhum X14 ilə Cavabdeh arasında 08 avqust 1992-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon VVAQ şöbəsində akt qeydləri kitabında 236 nömrə ilə nikah qeydə alınmışdır. Hazırda isə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 ilə Cavabdeh arasında 08 avqust 1992ci il tarixdə bağlanmış və Bakı şəhəri Səbail rayon VVAQ bürosu tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 avqust 1992-ci il tarixdə 236 nömrə ilə qeyd edilmiş nikahın etibarsız sayılmasını xahiş edir. Məhkəmə mübahisənin həlli ilə bağlı qeyd edir ki, cavabdehin və onun nümayəndəsi və vəkilinin istinad etdiyi hallar, yəni Nizami Baxşəliyev ilə Cavabdeh faktiki ailə kimi yaşamaq və birgə təsərrüfat aparmaq faktı mövcud və ya tam şəkildə sübut olunsa belə, Nizami Baxşəliyev ilə Cavabdeh arasında rəsmi nikah münasibətinin mövcudluğu nəticəsinə gəlmək üçün kifayət etmir. Çünki, mərhum Nizami Baxşəliyev həmin dövrdə cavabdeh ilə faktiki olaraq yaşamış olsaydı belə, rəsmi olaraq iddiaçı ilə boşanmamış və onunla evli olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilməklə təmin edilməli, Nizami Baxşəliyev ilə Cavabdeh arasında qeyd edilmiş nikah etibarsız sayılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 373.5-cü maddəsinə əsasən bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdeh tərəf ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı X14 ilə Cavabdeh Barisovanın rəsmi nikah münasibətlərindən 1992-ci il tarixdən məlumatlı olduğunu, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verildiyini bildirərək, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı tərəfin mübahisələndirməsinə və məhkəmənin təklif etməsinə baxmayaraq, cavabdeh tərəf iddiaçının hazırda mübahisələndirilən nikahdan 2025-ci ilin iyun ayından deyil, 1992-ci il tarixdən məlumatı olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bunu sübut edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X14 ilə Cavabdeh arasında 08 avqust 1992-ci il tarixdə bağlanmış və Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 avqust 1992-ci il tarixdə 236 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X14 ilə Cavabdeh arasında 08 avqust 1992-ci il tarixdə bağlanmış və Bakı şəhəri Səbail rayon VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 avqust 1992-ci il tarixdə 236 nömrə ilə qeyd edilmiş nikah etibarsız sayılsın. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov
Məhkəmə qərarları › İş №e-2(012)-5447/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5447/2025
01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver