Məhkəmə qərarları › İş №e-2(012)-561/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-561/2024

14.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-561/2024 14.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilərək məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanması və həmin məbləğin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı əmrin ləğv edilməsi, işə bərpa edilərək məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanması və həmin məbləğin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli KÇ-173 saylı əmrinin ləğv edilməsinə, işə bərpa edilərək məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsinə, işə düzəldiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində hər gün 1 saat artıq işlədiyi üçün əmək haqqının hesablanması və həmin məbləğin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin hesablanaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında tərəflərin nümayəndələri mübahisəni öz aralarında həll etdiklərini qeyd edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki: “1. İddiaçı işə düzəldiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində hər gün 1 saat artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanması və həmin məbləğin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödənişin alınması tələbindən tam şəkildə imtina edir.

2. Tərəflər əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrdə müqaviləyə xitam verilməsi əsasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən, həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə keçirilməsinə razılığını bildirir; Cavabdeh MMC əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli KÇ-173 saylı əmri ləğv edir, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsini qeyd edir, öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndi ilə işdən azad edilməsi barədə əmr verir, habelə həmin əmrə dair müvafiq qeydləri əmək kitabçasına əlavə edir və "Əmək və Məşğulluq" altsistemindən (ƏMAS) silinməsi üçün müvafiq icra hakimiyyəti orqanına maraqlı şəxs kimi müraciət edir.

3. Tərəflər razılaşır ki, bir-birinə qarşı bu günə qədər yaranan mübahisələrlə bağlı gələcəkdə hər hansı maddi, mənəvi və ya işgüzar nüfuza dəyən ziyan tələbi yoxdur.

4. Tərəflər hazırki barışıq sazişinin şərtlərini 3-cü şəxslərə bildirməmək barədə razılığa gəlir.

5. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

6. Tərəflər barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə razılıq verir.”. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməli, hazırki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilərək məcburi işburaxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi, artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanması və həmin məbləğin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödəncin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi bu məzmunda: “1. İddiaçı işə düzəldiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində hər gün 1 saat artıq işlədiyi vaxt üçün əmək haqqının hesablanması və həmin məbləğin faktiki ödənildiyi tarixədək hər gün üçün əlavə 1 faiz məbləğində ödənişin alınması tələbindən tam şəkildə imtina edir.

2. Tərəflər əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli əmrdə müqaviləyə xitam verilməsi əsasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən, həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə keçirilməsinə razılığını bildirir; Cavabdeh MMC əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli KÇ-173 saylı əmri ləğv edir, həmin əmr əsasında əmək kitabçasında aparılmış qeydin etibarsız hesab edilməsini qeyd edir, öz ərizəsi ilə, yəni Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə əmr verir, habelə həmin əmrə dair müvafiq qeydləri əmək kitabçasına əlavə edir və “Əmək və Məşğulluq” altsistemindən (ƏMAS) silinməsi üçün müvafiq icra hakimiyyəti orqanına maraqlı şəxs kimi müraciət edir.

3. Tərəflər razılaşır ki, bir-birinə qarşı bu günə qədər yaranan mübahisələrlə bağlı gələcəkdə hər hansı maddi, mənəvi və ya işgüzar nüfuza dəyən ziyan tələbi yoxdur.

4. Tərəflər hazırki barışıq sazişinin şərtlərini 3-cü şəxslərə bildirməmək barədə razılığa gəlir.

5. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir.

6. Tərəflər barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməsinə razılıq verir.”. təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar