Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-562/2024 22.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 say müqavilənin ləğv edilməsini, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı İnvestisiya müqaviləsinə əsasən 5000 ABŞ Dolları əsas borcun, 105 manat dövlət rüsumunun və layihədən əldə edilən qazancdan xalis gəlirin 1%-i həcmində məbləğin hesablanaraq Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 say müqavilənin ləğv edilməsini, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı İnvestisiya müqaviləsinə əsasən 5000 ABŞ Dolları əsas borcun, 105 manat dövlət rüsumunun cavabdeh BAFSELL» MMC-dən tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı İnvestisiya müqaviləsi imzalanıb. Həmin Müqavilənin 1-ci bəndinə uyğun olaraq bu müqaviləyə əsasən “investor” yəni iddiaçı cavabdeh Şirkətə razılaşdırılmış ödənişi (bundan sonra “investisiya”) etməyi öhdəsinə götürür. Bunun müqabilində isə cavabdeh Şirkət investisiya vasitəsi ilə “baflike.com” layihəsini (bundan sonra “layihə”) təkmilləşdirib bu müqavilədə müəyyənləşdirilən tarixdə Layihədən əldə edilən qazancdan bütün məcburi ödənişlər, vergilər və xərclər çıxıldqdan sonra yerdə qalan xalis gəlirin 1%-i həcmində olan məbləği İnvestora ödəməyi öz öhdəsinə götürür. İddiaçı İnvestor olaraq Bu müqavilənin tərkib hissəsi olan xx.xx.2019-cu il tarixli, 1 nömrəli Əlavəyə əsasən cavabdeh Şirkətə 5000 ABŞ dolları ekvivalentində olan Azərbaycan manatı ilə investisiya qoyuldu. Lakin cavabdeh Şirkət olaraq Bu müqavilə bağlandığı tarixdən 3 (üç) ildən çox bir müddət keçməsinə baxmayaraq bu vaxtadək İnvestora heç bir ödəniş edilməmiş və edilməməsinin əsaslı səbəbləri barədə heç bir məlumat verilməmişdir. Cavabdeh tərəfindən edilən bu hərəkət yuxarıda qeyd olunan müqavilənin 3.13-cü və 4.5.2-ci bəndlərinin pozulmasına gətirib çıxartmışdır. İddiaçı olaraq Bu müqavilənin 7.3-cü maddəsinin tələblərinə əsasən mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərindən xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə elektron qaydada və hüquqi ünvanına poçt vasitəsi ilə pretenziya məktubu göndərildi və 30 gün müddət gözlənildi. Lakin cavabdeh şirkət heç bir ödəniş etməmiş, göndərilən pretenziya məktubuna bu vaxtadək heç bir münasibət bildirməmişdir. Həmin Müqavilənin 7.3-cü maddəsinə əsasən Tərəflər bu cür münaqişənin yaranması tarixindən etibarən 30 (otuz) gün müddətinə danışıqlar vasitəsi ilə tərəflər arasındakı məsələ həll edilmədikdə, bu mübahisə Azərbaycan Repsublikasının müvafiq məhkəməsi tərəfindən həll olunur. Bundan başqa cavabdeh şirkət müqavilə öhdəliyini pozduğu üçün tərəfimizdən xx.xx.2019-cu il tarixli, BAFSELL/İM-001 saylı investisiya müqaviləsinin 10 gün ərzində ləğvi üçün Cavabdeh şirkətə təklif göndərildi. Ancaq həmin müddət ərzində cavabdeh şirkətdən heç bir cavab alınmadı. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin azaldılması barədə ərizə verildiyini, iddia ərizəsinin azaldılmış həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024 elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, mülki işə onların iştirakları olmadan baxaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbinə dair mülki iş üzrə iddiaçının iddiasının əsassız və qanunsuzdur. Onun iddiasında göstərdikləri heç bir sübuta əsaslanmır. Bu barədə məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq alınmış cavablarla da təmsil etdikləri hüquqi şəxsin hər hansı bir gəlirinin olmaması öz təsdiqini tapır. İddiaçı tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilmir. İddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilə bilməz və iddia tələbi rədd edilməlidir. Şirvan Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbrindən verilmiş apellyasiya şikayətinə baxılması və verilmiş apellyasiya şikayətinə əsasən təqsirləndirilən şəxsin hüquqqlarının qorunması məqsədi ilə Şirvan şəhərində sözügedən məhkəmə iclasında iştirak etməkləri zərurətindən Abşeron rayon məhkəməsində baxılan hazırki mülki işdə iştirak edə bilməyəcəklər. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024 elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, e-2(012)-562/2024 saylı mülki iş üzrə xx.xx.2024 saat 12.00-a növbəti baxış iclası təyin edildiyini, həmin saatda Nəsimi rayon məhkəməsi hakim Solmaz xanımın icraatında olan inzibati xəta işi ilə bağlı iclas olduğunu, buna görə də həmin vaxtda məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İnvestor İddiaçı ilə şirkət Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisiya müqaviləsinin surətindən görünür ki, investisiya şirkətə ödıənildiyi gündən etibarən 5 il müddətinə investor ödəniləcək investisiya qarşılığı 10000 dollara (on min ABŞ dolları) qədər olan məbləğ təşkil edir. Bu müqavilənin investor tərəfindən yatırılacaq məbləğinin minimum limiti 5000 dollar (beş min ABŞ dolları) təşkil edir. Bu zaman investisiya qarşılığı kimi investor ödəniləcək məbləğ 10000 dollardan (on min ABŞ dolları) çox ola bilməz. -xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisya müqaviləsinin 3.13-cü maddəsindən görünür ki, bu müqavilə investor tərəfindən investisiya yatırdıqdan 2 (iki) il sonra pozularsa və ya İnvestor tərəfindən hər hansı səbəbə görə ləğv olunarsa investisiya kimi yatırılan məbləğin 100%-i investora geri ödəniləcək. --xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisya müqaviləsinə xx.xx.2019-cu il tarixli Əlavə Razılaşmadan görünür ki, bundan sonra şirkət və investor ayrı-ayrılıqda tərəf, birlikdə isə tərəflər adlandırıla bilər. Bu razılaşmaya əsasən investor bu razılaşmanın imzalandığı gün müqavilənin 2.1-ci maddəsinə əsasən şirkətin “baflike.com” layihəsinə 5 illik müddət üçün 5000 dollar ekvivalentində olan Azərbaycan manatı ilə vəsaiti investisiya qoymuşdur. Şirkət də bu investisiyanı qəbul etmişdir. İnvestor qoyduğu investisiyanın müqabilində müqavilənin bağlandığı tarixdən 5 il müddətinə şirkətlə 50000 ABŞ dollarına qədər limitlə razılaşmışdır. Bu razılaşma imzalandığı andan qüvvəyə minir. Bu razılaşma tərəflər üçün eyni hüquqi qüvvəyə malik olan iki nüsxədə tərtib olunub və müvafiq olaraq təsdiqləndikdən sonra tərəflərdə saxlanılır. Tərəflərin qeyd olunanlara dair hər hansı etiraz, irad və iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır. -xx.xx.2023-cü il tarixli Cavabdehnə göndərilmiş pretenziyadan görünür ki, cavabdehə 30 gün ərzində 5000 ABŞ dolları olan investiya məbləğinin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2023-cü il tarixli Cavabdehnə göndərilmiş müqavilənin ləğvi barədə təklifdən görünür ki, İnvestor İddiaçı ilə şirkət Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisiya müqaviləsinin 10 gün ərzində ləğv edilməsini təklif edilmiş və investisiya məbləğinin tam ödənilməsi xahiş edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********4200 saylı məktubundan görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında olan inzibati işlə əlaqədar olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) xx.xx.2019-cu il tarixdən hazırkı tarixədək olan dövr üzrə yalnız 2019-cu ilin dekabr ayında 14235.0 manat dövriyyəsi olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********228900 saylı məktubundan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan Cavabdeh (VÖEN: **********) Vergi Məcəlləsinin 219.1-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərməsi səbəbindən xalis gəlirləri barədə məlumatın təqdim edilməsi mümkün deyildir. Cəmiyyətin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə ümumi hasilatı, yalnız 2019-cu ilin dekabr ayında 14235.0 manat, sadələşdirilmiş vergi məbləği 284.70 manat olmuşdur. Hazırda vergi ödəyicisinin fəaliyyəti dayandırılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı xx.xx.2019-cu il tarixli investisiya müqaviləsinə əsasən, cavabdehə 5000 ABŞ dolları investisiya qoyulmuş, şirkət isə həmin pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməyərək investisiya məbləğini iddiaçıya geri qaytarmamış, nəticədə, iddiaçının borcu cavabdehdən məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, həmin investisiya müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisiya müqaviləsi bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan investor İddiaçı və şirkət Cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, tərəflərin hərəkətlərinin nəticələri barədə xəbərdarlıq verilmişdir. Müqavilə bağlanarkən tərəflər investisiya müqaviləsini imzalamış, şirkət Cavabdeh investisiya müqaviləsini imzaladıqdan sonra imzasının yanında möhürünü vurmuşdur. Müqavilə hüquq münasibətlərindən hazırda tərəflər arasında borc mübahisəsi yaranmışdır. Mülki Məcəllənin: 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli investisiya müqaviləsi əsasında Cavabdehnə İddiaçı tərəfindən 5000 ABŞ dolları investisiya yatırılmış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında təsdiq edilmiş investisiya müqaviləsi mövcud olmuş, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla da, iddiaçının tələb hüququ yaranmışdır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və qanunvericiliyin tələbləri əsasında cavabdehin investisiya müqaviləsi üzrə iddiaçıya borclu olduğu 5000 ABŞ dolları pul vəsaitini qaytarmaması öz təsdiqini tapmışdır. Belə ki, müqavilədən göründüyü kimi həmin pul vəsaiti müqavilə əsasında cavabdehə verlmiş, cavabdeh isə pulun onda olmamasını inkar etməmiş, yalnız gəlirlərinin olmamsı ilə əlaqədar müqavilə öhdəliklərinin yerinə yetirilməməsini ərizəsində göstərmişdir. Ona gərə də məhkəmə hesab edir ki, iddia əsaslıdır təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəliyin pozulması nəticəsində müqavilə şərtləri cavabdeh tərəfindən riayət olunmadığından müqavilə ləğv olunmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq İnvestisiya müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdehnə investisiya qoyulmuş 5000 (beş min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə Cavabdehndən alınaraq İddiaçı geri qaytarılsın. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ və İİİ hissələrinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır və Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. «Məhkəmə qətnamələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia tələbindən müəyyən olunduğu kimi, iddiaçı tərəfindən dövlət rüsumuna görə 105 manat pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna görə ödənilmiş pul vəsaitinin əvəzi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BAFSELL/İM-001 nömrəli investisiya müqaviləsi ləğv edilsin. İnvestisiya müqaviləsinə əsasən, İddiaçı tərəfindən Cavabdehnə investisiya qoyulmuş 5000 (beş min) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə Cavabdehndən alınaraq İddiaçı geri qaytarılsın. Ödənilmiş dövlət rüsumuna görə 105 (yüz beş) manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov