Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-564/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı məcburi icra ödənişlərinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı məcburi icra ödənişlərinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 3369,19 manat məbləğində icra ödənişi, 2406 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 77,75 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli 2(012)-322/2016 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, xx.xx.2013-cü il tarixli 115567-1-8068 saylı “Girovlu istehlak krediti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə 29.027.72 ABŞ dolları məbləğində əsas borc, 10,827.31 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə, cəmi 40,355.03 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin 0.125 ha torpaq sahəsinin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitdən 40.355.03 ABŞ dolları məbləğdə ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına keçirilməsi qət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2017-ci il tarixli 2(105)-102/2017 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 115567-1-8068 saylı kredit müqaviləsindən yaranmış xx.xx.2015-ci il tarixə Banka borclu olduğu 10827.31 ABŞ dolları fazi borcunun, 500 ABŞ dolları cərimə borcunun məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pulun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi qət etmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli 17/75-8İ150 saylı sifariş məktubuna əsasən borclu Cavabdeh məxsus Abşeron rayonu, Digah qəsəbəsi, 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin 0.125 ha torpaq sahəsi hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı “X1 Mərkəzi” MMC-nin 01 dekabr 2020-ci il tarixli 039 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus Abşeron rayonu, Digah qəsəbəsi, 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi və 0.125 ha torpaq sahəsi ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. 30 noyabr 2020-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən “X1 Mərkəzi” MMC-nin "xxxx" ASC-də olan hesabına Cavabdeh məxsus Abşeron rayonu, Digah qəsəbəsi, 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin 0.125 ha torpaq sahəsinin hərrac xidmətinin dəyəri olaraq 2406 manat ödənilmişdir. 30 noyabr 2020-ci il tarixli ********* saylı ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X3 hesabına Cavabdeh icra işi ilə əlaqədar Abşeron rayon İcra və Probasiya şöbəsinə 3369.19 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 2406 manat məbləğində hərracın keçirilməsi xərci və 3369.19 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Buna görə də iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2, həmçinin iştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədilər və onun rədd olunmasını xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixli 2(012)-322/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, xx.xx.2013-cü il tarixli 115567-1-8068 saylı “Girovlu istehlak krediti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə 29.027.72 ABŞ dolları məbləğində əsas borc, 10,827.31 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə, cəmi 40,355.03 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin 0.125 ha torpaq sahəsinin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitdən 40.355.03 ABŞ dolları məbləğdə ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına keçirilməsi qət etmişdir. İş materiallarında olan hərrac təşkilatçısı «X2 Mərkəzi» MMC-nin xx.xx.2020-ci il tarixli YP-039 saylı Satış Protokolundan görünür ki, “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus Abşeron rayonu, Digah qəsəbəsi, 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi və 0.125 ha torpaq sahəsi ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən «X2 Mərkəzi» MMC-nin "xxxx" ASC-də olan hesabına Cavabdeh məxsus Abşeron rayonu, Digah qəsəbəsi, 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi və 0.125 ha torpaq sahəsinin hərrac xidmətinin dəyəri olaraq 2406 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* nömrəli ödəniş tapşırığı ilə müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X3 hesabına 3369.19 manat məbləğində icra ödənişi ödənilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilmişdir ki, kredit öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyinə görə İddiaçı ASC tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən İddiaçı ASC-nin xeyrinə Cavabdeh xx.xx.2013-cü il tarixli 115567-1-8068 saylı “Girovlu istehlak krediti müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə 29.027.72 ABŞ dolları məbləğində əsas borc, 10,827.31 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 40,355.03 ABŞ dolları məbləğində ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsində 0.125 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 120.5 kv.m, ümumi 85.4 kv.m yaşayış sahəsi, 35.1 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin 0.125 ha torpaq sahəsinin açıq hərracda satılması, satışından əldə olunan pul vəsaitdən 40.355.03 ABŞ dolları məbləğdə ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin hesabına keçirilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş və son nəticədə ipoteka predmeti açıq hərracda bank tərəfindən əldə edilmişdir. Bununla belə, işdən görünür ki, həmin qətnamənin icrası ilə bağlı bir sıra xərclər bank tərəfindən ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Həmin Qanunun tələbindən göründüyü kimi, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Mülki Məcəllənin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 443.2-ci maddəsinin tələbinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən vaxtında yerinə yetirilməmiş, kredit mübahisəsi üzrə məhkəmə qətnaməsi çıxarılmış, bu məhkəmə aktının icra edilməsi ilə bağlı icra sənədi üzrə tələbkar olaraq İddiaçı ASC tərəfindən ümumilikdə 5775.19 (2406 + 3369.19) manat xərc çəkilmişdir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, həmin xərc Cavabdeh kredit öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində çəkildiyindən ondan tutularaq İddiaçı ASC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 77.75 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh məcburi icra tədbirləri zamanı ödənilmiş 3369,19 manat məbləğində icra ödənişinin, 2406 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcin əvəzi olmaqla, cəmi 5775,19 manat və dövlət rüsumunun əvəzi kimi 77,75 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-564/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-564/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver