Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5652/2024 11.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş materiallarını nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, xx.xx.2011- ci il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla üzərində iddiaçının icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Xəzər rayonu inzibati ərazisində yerləşən (Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisi ünvanında) 1.00 hektar torpaq sahəsində cavabdehlərin(cavabdehlərin qeyri-qanuni sahibliyində olan torpaq sahələri barədə məlumat aşağıda qeyd olunur) hər biri tərəfindən inşa edilmiş tikililərin onların vəsaiti hesabına sökülməsi və yerləşdiyi torpaq sahəsini təyinatına uyğun vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-1412/2024 saylı qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. İşə əlavə olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 5/29-2943/2024 saylı məktubundan görünür ki, fiziki şəxs İddiaçı icarəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi inzibati cəhətdən Bakı şəhəri, Suraxanı rayonun inzibati ərazisində yerləşir. İddiaçı iddia ərizəsini mübahisəli torpaq sahəsinin yerləşdiyi yer üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə versə də, Xəzər Rayon Məhkəməsi mübahisəli əmlakın Abşeron rayonunda yerləşməsi əsası ilə MPM-nin 39.1-ci maddəsinə istinad etməklə iş materiallarını Abşeron Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarından isə görünür ki, hazırki tələb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 4 saylı Ərazi İdarəsi tərəfindən Seriya RX ******* nömrəli, xx.xx.2011-ci il tarixli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla üzərində iddiaçının icarə hüquqları qeydiyyat alınmış, Bakı şəhəri Xəzər rayonu inzibati ərazisində yerləşən (Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisi ünvanında) 1.00 hektar torpaq sahəsində cavabdehlərin hər biri tərəfindən inşa edilmiş tikililərin onların vəsaiti hesabına sökülməsi və yerləşdiyi torpaq sahəsini təyinatına uyğun vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi vəzifəsinin həvalə edilməsi barədədir. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki mübahisəyə mübahisəli torpaq sahəsinin yerləşdiyi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan xüsusatlar məhkəmələr arasında fikir ayrılığının yaranmasına səbəb olduğundan və yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edildiyindən iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq, Q Ə R A R A A L D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmiş İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı torpaq sahəsinin qaytarılması tələbinə dair e-2(012)-5652/2024 saylı mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-5652/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5652/2024
11.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver