Məhkəmə qərarları › İş №e-2(012)-5764/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5764/2025

19.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5764/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı payların müəyyən edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, 18 nömrəli evdən Cavabdeh istifadə hüququnun olmadığının müəyyən edilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, ev 18 İddiaçı mülkiyyətindədir. Həmin mənzili o daha əvvəl vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş və onun alqı-satqısından sonra əldə etmişdir. Belə ki, ünvan 1 ünvanı iddiaçı Qazıməhəmmədova (Primova) Zalina Nadirovnanın adına ünvan 6nin 2V-134 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeydə alınmış və Bakı şəhəri 52 saylı Notariat Ofisinin 4Ə-1149 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 72500 manata satılmışdır. Bundan sonra iddiaçı Abşeron rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-2943 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6, 64 nömrəli mənzilini 50000 manata almış və Abşeron rayonu notarius Masimova G.İ. tərəfindən təsdiq edilmiş 4Ə-183 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 52000 manata satmışdır. Daha sonra isə Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci tarixli, 4Ə-2492 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, 18 nömrəli evi 34000 manata almışdır və hazırda da onun mülkiyyətindədir. Alqı-satqı müqavilələrindən görünür ki, iddiaçı hər dəfə mənzil satıb alarkən daha ucuzunu almışdır ki, bu da sonuncu alınmış evin birgə nikah müddətində əldə edilmiş kimi qiymətləndirilməsini istisna edir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin e-2(012)- 2014/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh mübahisəli ev alınandan iddiaçı ilə ailə üzvü kimi orada yaşamış və nikah pozulandan sonra da istədiyi vaxt evə gəlib-gedir. Artıq ailə münasibətlərinin pozulmasına baxmayaraq, cavabdehi oradan çıxarmaq olmur və bu səbəbdən iddiaçı həmin iddia tələbi ilə məhkəmə müraciət etmək məcburiyyətindədir. Belə ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2014/2024 saylı, xx.xx.2024-cü qətnaməsi ilə Primova (Qazıməhəmmədova) Zalina Nadirovna ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydində 832 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Yəni Cavabdeh İddiaçı Nadirovnın keçmiş həyat yoldaşıdır. Beləliklə, Cavabdeh İddiaçı ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli evdən istifadə hüququ haqqında razılıq yoxdur. İddiaçı mübahisəli evin mülkiyyətçisidir, Cavabdeh isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun artıq mübahisəli mənzilə istifadə hüququ yoxdur. Cavabdehin istifadə hüququna faktiki olaraq ailə münasibətləri pozulduğu andan xitam verilmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, 18 nömrəli ev üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payının müəyyən edilməsi, ailənin tələbatlarının ödənilməsi və aldıqları evdə təmir işləri ilə bağlı Bank VTB ASC-dən və Azərbaycan Beynəlxalq Bankı ASC-dən Cavabdeh götürmüş olduğu kredit məbləğləri üzrə 2902.50 manatın İddiaçı alınıb Cavabdeh verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra mətndə “qarşılıqlı iddia üzrə iddiaçı” adlanacaq) qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, 18 nömrəli ev üzərində ½ hissədə Cavabdeh, ½ hissədə İddiaçı payının müəyyən edilməsi, ailənin tələbatlarının ödənilməsi və aldıqları evdə təmir işləri ilə bağlı Bank VTB ASC-dən və Azərbaycan Beynəlxalq Bankı ASC-dən Cavabdeh götürmüş olduğu kredit məbləğləri üzrə 3860,25 manatın İddiaçı alınıb Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd edildiyi kimi vaxtilə iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olmuş Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən 13 nömrəli evin 32 nömrəli mənzilini xx.xx.2019-cu il tarixdə 72500 manata satılmış, bundan sonra xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 6 nömrəli evin 64 nömrəli mənzilini 50000 manata almışlar. Həmin alqı-satqıdan sonra əldə qalan 22500 manat pul məbləği ailənin tələbatlarına, çoxsaylı gəzintilərə xərclənmişdir. Həmin puldan qalan cüzi məbləğ ilə aldıqları mənzildə təmirə başlamışlar. xx.xx.2019-cu il tarixdə Cavabdeh vərəsəlik qaydasında miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbabayev küçəsində yerləşən 2 nömrəli evin 56 nömrəli mənzilinin satışından payına düşən 20000 manat pul məbləğini də, aldıqları evin təmirinə, evin yaxşılaşdırılmasına xərcləmişdir. Qısa müddət sonra anası Cavabdeh 10000 manat pulu hədiyyə verdi ki, evin təmiri ilə bağlı ehtiyaclarına xərcləsin. Evlilik müddətində evə qazanc gətirən şəxs Cavabdeh olmuşdur və evin bütün təmir və.s xərclərini o çəkmişdir. xx.xx.2021-ci il tarixdə onun vəsaiti ilə tam təmir olunmuş, yeni məişət əşyaları ilə təmin edilmiş sözügedən mənzili 52000 manata satmışlar və xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, 1-ci dalan, döngə 1-də yerləşən 18 nömrəli evi 34000 manata almışlar. Əvvəlki mənzilin satışından əllərində qalan pul məbləğini ailənin müəyyən ehtiyaclarına, gəzintilərə xərcləmişlər. Aldıqları evin təmirini isə tək öz vəsaiti ilə həyata keçirmişdir. Cavabdeh ilə aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2014/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, hər dəfə mənzillər daha ucuz qiymətə satılmışdır ki, bu həmin mənzillərin birgə nikah dövründə əldə edilməsini istisna edir. Cavabdeh bu əsassız mövqe ilə razı deyildir. Belə ki, bütün alınmış mənzillərin təmir xərclərini o ödəmişdir. Həmin evlərin bütün məişət əşyalarını o almışdır. İddiaçı cehiz əmlakı hələ 2019-cu il tarixdə ev alınan zaman artıq mövcud deyildi. Bütün əşyalar yenidən Cavabdeh tərəfindən alınmışdır. Hazırda isə İddiaçı Cavabdeh vərəsəlik qaydasında əldə etdiyi evin satışından əldə etdiyi 20000 manatı, valideyninin təmir üçün ona hədiyyə verdiyi 10000 manatı, bu illər ərzində təmirə, məişət əşyalarına, mebellərə xərclədiyi vəsaitləri vurğulamamış, nəzərə almamışdır. Həmçinin tərəflər birgə nikah dövründə bir neçə bankdan kredit götürərək evə, ailəyə xərcləyiblər. Aralarında olan münasibətlər pozulduğu və İddiaçı nikahın pozulması üçün müvafiq qeydiyyat şöbəsinə, mediasiya qurumuna müraciət etdiyi dövrdə Cavabdeh tərəfindən məbləği tam ödənilmiş və hazırda da ödənilən kredit vardır. 2023-cü il tarixdə Cavabdeh ailənin tələbatlarının ödənilməsi və aldıqları evdə təmir işləri ilə bağlı Bank VTB ASC-dən 3900 manat məbləğində kredit götürmüşdür. Həmin vaxtdan bu günədək kredit məbləği hər ay Cavabdeh tərəfindən ödənilir. 2025-ci ili noyabr ayı da daxil olmaqla 2624 manat ödənilmişdir. Hazırki vaxta 1275 manat qalmaqdadır. VTB bank üzrə İddiaçı noyabr ayı da daxil olmaqla ödənilmiş pullar üzrə 1312 manat, qalıq 1276 manatdan isə 638 manat İddiaçı payına düşür. İddiaçı Bank VTB ASC üzrə payına düşən məbləğ 1950 manat təşkil edir. Həmçinin 2023-cü il tarixdə Cavabdeh ailənin tələbatlarının ödənilməsi və aldıqları evdə təmir işləri ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ASC-dən də kredit götürmüşdür. Həmin kredit məbləği xx.xx.2024-cü il tarixdə tam olaraq ödənilmişdir. Həmin ödəniş üzrə 952.50 manat İddiaçı payına düşür. Göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi-vəkili Vəkil1 ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzil iddiaçıya vərəsəlik qaydasında keçmişdir və qanunvericiliyə görə vərəsəlik qaydasında keçən əmlak şəxsin özünə məxsusdur. Mübahisə predmeti olan mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmiş mənzil olmamaqla, əvvəlki mənzilin satılması nəticəsində əldə edilən vəsait hesabına alınmışdır. İkinci ev daha ucuz məbləğə alınmışdır. Hazırda evdə iddiaçı yaşayır, cavabdeh isə gəlib-gedir. Nikah pozulduqdan sonra tərəflər birlikdə yaşamışlar. İddiaçı dəfələrlə cavabdehdən mənzildən çıxmasını tələb etsə də, nəticə əldə edilməmişdir. İddiaçı da üzləşməməyə görə həmin evdə yaşamır. 50000 manata alınmış evdə 30000 manatlıq təmir işləri görüldükdən sonra 52000 manata satılması məntiqəuyğun deyil. Mütəmadi olaraq cavabdeh kredit götürürdü. Belə ki, həmin kredit məbləği ailənin saxlanılması üçün deyil, iddiaçının razılığı olmadan, xırda səbəblərə görə götürülmüş, ailə üçün xərclənməmişdir. Hazırki ev alınanda necə alınıbsa, hazırda da elədir. Şahid də ifadəsində qeyd etmişdir ki, evə müəyyən qədər xərc çəkilmişdir. Əgər evə xərc çəkilsəydi, normal olaraq daha baha qiymətə satılmalı idi. Odur ki, cavabdehin istifadə hüququnun olmayan şəxs kimi qəbul edilməsini və mənzildən çıxarılmasını istəyirlər. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, sözügedən əmlakda Cavabdeh da əməyi vardır. Tərəflər uzun illər ailəli olmuş, ev satılıb digər ev alınanda da yalnız Nazim evdə işləmiş, yeni evdə də yaxşılaşdırma işlərini Nazim gördürmüşdür. Birgə nikah dövründə bankdan pul götürülmüş, bu borcun da tərəflər arasında bölünməsini istəyirlər. Cavabdeh yaşayış yeri həmin evdir, lakin işinə görə hazırda orda deyil. Yaxşılaşdırma etmiş, vərəsəlik yolu ilə əmlak keçmiş, həmin 20000 manat evin təmirinə xərclənmişdir. Vərəsəlik qaydasında qəbul edildiyini qəbul edirlər. Kredit N.Pirimov tərəfindən götürülmüşdür. Qalıq məbləğ hesablanmışdır. Tərəflər hazırki evi 34000 manata almış, əsaslı təmir işləri görülmüşdür. Mübahisəli evdə və əvvəlki mənzildə də Cavabdeh yaxşılaşdırma işləri aparmışdır. Bildiyinə görə Nazimin aldığı 20000 manat və anasının verdiyi 10000 manat evin yaxşılaşdırılmasına xərclənmişdir. Təcrübədə də baha qiymətə alınmış əmlakın müəyyən zərurətlərdən ucuz qiymətə satıldığına rast gəlinir. Dəvət olunması barədə vəsatətdə qeyd etdikləri şahidlər sonuncu evdə işləmişlər. Birgə nikah dövründə kreditlər götürülmüş, kreditlərin bir qismi ödənilmiş, bir qismi hələ də ödənilir. Odur ki, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək izahatında göstərdi ki, ev alınanda 22 il birlikdə yaşayıblar. Qanuni şəkildə evin paylara bölünməsini xahiş edirlər. Nazim hazırda Moskvada işləyir. Zalinaya vərəsəlik qaydasında ev qalmışdır. Həmin ev satılmış, lakin neçəyə satıldığını bilmir. Daha sonra başqa evi alıb-satdıqlarından xəbəri var. Zalina və Nazim notarius vasitəsilə 20000 manat pul götürüblər. 10000 manat da əlavə götürmüş, evi bu vəsaitlə almışlar. Zalina pulu Nazim və qızları ilə birlikdə istirahətə, gəzməyə xərcləmişdir. Nazim əşyaları evdən çıxarmamış və qayıdanda həmin evə gələcəkdir. Odur ki, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2026-cı il tarixli, e-2(012)-5764/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və istifadə hüququnun itirilməsi tələbinə dair ilk iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, 18 nömrəli evdən Cavabdeh istifadə hüququnun olmadığının müəyyən edilməsi hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia qismən təmin edilməli (iddia tələbinin Cavabdeh istifadə hüququnun olmadığının müəyyən edilməsi hissəsində xitam verildiyi üçün), qarşılıqlı iddia isə təmin edilməməlidir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-2014/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X19 ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış 832 saylı nikahın pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İ №501773 saylı, xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdehlə X19 arasındakı nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2024-cü il tarixdə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 407 saylı qeydiyyat aparılmışdır. Nikah pozulduqdan sonra arvada Qazıməhəmmədova soyadı verilmişdir. İş materiallarında olan ünvan 6ndə xx.xx.2018-ci il tarixdə 2V-134 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2015-ci ildə vəfat etmiş nənəsi X2 vərəsəsi hesab olunmuşdur. Miras əmlak ünvan 2 ünvanından ibarədir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-1 №0820634 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 63,4 kv.m olan mənzili 72500 manata X1. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-1 №0823960 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 6 nömərli evin, 64 nömrəli mənzilini 50000 manata X10 almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-1 №0997372 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19 ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 56,3 kv,m olan mənzili 52000 manata X4. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AN-1 №1000224 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X19 ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 39,8 kv.m olan 18 saylı fərdi yaşayış evini 34000 manata X6 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DƏDKR PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X14 adına ünvan 6nin 2V-134 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeydə alınmışdır. Həmin mənzil Bakı şəhəri 52 saylı Notariat Ofisinin 4Ə-1149 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Abşeron rayonu 1 saylı Notariat Ofisinin 4Ə-2492 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X8 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 39,8 kv.m olan 18 saylı fərdi yaşayış evi X14 adına özgəninkiləşdirilmişdir. Hazırda xx.xx.2021-ci il tarixli ********** qeydiyyat, **********00-10301 reyestr nömrəli çıxarışla X14 mülkiyyətindədir. Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 48-2943 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X12 mülkiyyətində olan ünvan 7 ünvanı X14 adına özgəninkiləşdirilmişdir. Sözügedən mənzilə X14 adına xx.xx.2019-cu il tarixində ********** qeydiyyat, **********59-05101-093025 reyestr nömrəli çıxarış verilmişdir. Daha sonra Abşeron rayonu Notariusu Masimova G.İ. tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-183 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X15 adına özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AN-1 №0826381 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 64,83 kv.m olan mənzili 20000 manata X17 satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, Cavabdehlə Bank VTB (Azərbaycan) ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 363215-1-42149 nömrəli “Nağd pul kreditinin yenidən maliyyələşdirmə” müqaviləsinə və ödəniş cədvəlinə əsasən, bank tərəfindən Cavabdeh 53 ay müddətinə 3670 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Cavabdeh tanıyır, onunla qohumluq əlaqəsi yoxdur. İddiaçını da görmüş, lakin tanımır. 2020-2021-ci illərdə tərəflərin Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhələdə, 5-ci mərtəbədə yerləşən evində usta kimi təmir işləri görmüşdür. Evin çöl qapısını dəyişmiş, oboy çəkmiş, eyvanı kəsib böyütmüş, evdə qapılar qoyulmuşdur. Evdə digər ustalarda işləmiş, lakin onları tanımamışdır. Bəzi yerlər təmir edilmiş, zəhmət haqqı olaraq ona 1500 manat pul verilmişdir. O, bina evində işləmiş, lakin həyət evində işləməmişdir. Təxmini bildiyinə görə evin təmirinə 10000-12000 manat xərc çəkilmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olmuşlar. Sonradan onlar arasında münasibətlər pisləşmiş və onların nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, 18 nömrəli evdən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı payların müəyyən edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseyn küçəsi, dalan 1, döngə 1, 18 nömrəli ev üzərində ½ hissədə onun, ½ hissədə İddiaçı payının müəyyən edilməsi, ailənin tələbatlarının ödənilməsi və aldıqları evdə təmir işləri ilə bağlı Bank VTB ASC-dən və Azərbaycan Beynəlxalq Bankı ASC-dən Cavabdeh götürmüş olduğu kredit məbləğləri üzrə 3860,25 manatın İddiaçı alınıb Cavabdeh verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil birgə nikah zamanı əldə edilsə də, tərəflərin birgə vəsaiti ilə əldə edilməmişdir. Bu hal həmçinin cavabdeh tərəfin izahatı ilə də müəyyən edildiyi üçün işin mübahisəsiz halına çevrilmişdir. Belə ki, ilk iddia üzrə İddiaçı xx.xx.2018-ci il tarixdə 2V-134 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2015-ci ildə vəfat etmiş nənəsi X2 vərəsəsi hesab olunmuş və ondan miras qalmış ünvan 2 ünvanında yerləşən mənzili əldə etmişdir. Bu hal həmçinin cavabdeh tərəfin izahatı ilə də müəyyən edildiyi üçün işin mübahisəsiz halına çevrilmişdir. Bundan sonra İddiaçı həmin mənzili xx.xx.2019-cu il tarixli, AN-1 №0820634 nömrəli alqı-satqı müqaviləsi əsasında 72500 manata X3 və bundan 2 gün sonra, yəni xx.xx.2019-cu il tarixli, AN-1 №0823960 nömrəli alqı-satqı müqaviləsi əsasında X13 məxsus olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 6 nömərli evin, 64 nömrəli mənzilini 50000 manata öz adına almışdır. İddiaçı həmin mənzili də xx.xx.2021-ci il tarixli, AN-1 №0997372 nömrəli alqı-satqı müqaviləsi əsasında 52000 manata X5, bundan 10 gün sonra İddiaçı xx.xx.2021-ci il tarixli, AN-1 №1000224 nömrəli alqı-satqı müqaviləsi əsasında hazırda mübahisə predmeti olan, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 39,8 kv.m olan 18 saylı fərdi yaşayış evini 34000 manata X6 almışdır. Sözügedən mənzil xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat, **********00-10301 reyestr nömrəli çıxarışla X14 mülkiyyətindədir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ər-arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Göründüyü kimi, nikaha daxil olanadək onlara məxsus olan əmlak ər-arvadın hər birinin əmlakıdır. Ər-arvadın şəxsi mülkiyyəti o vaxt onların ümumi birgə mülkiyyətinə çevrilə bilər ki, tərəflər nikah dövründə əmək sərf etməklə və ya pul xərcləməklə, əmlakın ümumi dəyərini, ilkin dəyəri istisna olmaqla xeyli artırmış olsunlar (məsələn qanuni əsaslarla əlavə tikililərin aparılması, yenidənqurma işlərinin görülməsi, avadanlığın dəyişdirilməsi və s.). Belə olan halda əmlak ümumi birgə əmlak kimi bölünə bilər. Qanunvericiliyin normasından da göründüyü kimi, 2019-2021-ci illər ərzində qeyd olunan mənzillər satılıb-alınarkən alınmış mənzilərin üzərinə hər hansı məbləğdə pul əlavə edilməmiş, satılmış mənzillərin əvəzinə hər dəfə daha ucuz qiymətə mənzil alınmışdır. Hazırkı iş üzrə mübahisə predmeti olan mənzil də tərəflərin birgə vəsaiti hesabına əldə edilməmiş, həmin mənzil İddiaçı vərəsəlik qaydasında keçmiş mənzilin satışından əldə olunmuş vəsait hesabına əldə edilmişdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il № 1/2024 saylı Qərarından görünür ki, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. Mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2- ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur. Mülki hüquqda əvəzsiz əqdlərə vərəsəlik, bağışlama, əvəzsiz istifadə müqavilələri və s. aid edilir. Əvəzli və əvəzsiz müqavilələrin anlayışı Mülki Məcəllənin 397-ci maddəsində təsbit olunmuşdur. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərəflərdən birinin nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi əmlak ər-arvadın birgə təsərrüfat fəaliyyətinin, yəni təsərrüfat birliyinin nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya arvadın şəxsi mülkiyyəti olaraq tanıyır. Beləliklə, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh onun tərəfindən satılmış mənzilin pulundan payına düşən 20000 manat məbləğin və anası tərəfindən hədiyyə olaraq verilmiş 10000 manat pulun mübahisə predmeti olan fərdi yaşayış evinin təmirinə xərclədiyini iddia etsə də, mübahisəli mənzilin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əsaslı təmir edilərək, mənzildə əlavə tikililərin aparılması və yenidənqurma işləri görülməsi, o cümlədən, təmir işlərinin aparılmasına Cavabdeh tərəfindən vəsait sərf edilməsi işin materialları ilə müəyyən olunmur. Həmçinin, sübut olaraq Cavabdeh tərəfindən faktı təsdiq etməli olan şəxs kimi məhkəmə iclasında dindirilmiş şahid də ifadəsində, usta kimi Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 6 nömərli evin, 64 nömrəli mənzilində təmir işləri gördüyünü, hazırkı mübahisə predmeti olan fərdi yaşayış evində işləmədiyini bildirmişdir. Odur ki, həmin fərdi yaşayış evi tərəflərin birgə nikah müddətində əsaslı təmir edilməklə həmin ev tərəflərin birgə mülkiyyətinə çevrilməmiş və ilk iddia üzrə yalnız iddiaçı göstərilən evə mülkiyyət hüququ əldə etmişdir. Məhkəməyə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təqdim edilmiş kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin isə ailə ehtiyacları üçün xərclənməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə olunmadığından, qarşılıqlı iddia tələbi təmin edilməməli, ilk iddia tələbi qismən təmin edilərək, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən 18 saylı fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 9.2.2-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulları ilə həyata keçirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Eyni zamanda, İnsan Hüquqlarının və X11 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən ilk iddia üzrə cavabdehin ilk iddia üzrə iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində onun davamlı şəkildə fərdi yaşayış evi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Məhkəmə hesab edir ki, ilkin iddia qismən (iddia tələbinin Cavabdeh istifadə hüququnun olmadığının müəyyən edilməsi hissəsində xitam verildiyi üçün) təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, qarşılıqlı iddia isə təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia (müəyən hissədə xitam verilməsi nəzərə alınaraq) qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 18 saylı fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh İddiaçı qarşı payların müəyyən edilməsi və pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar