Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6322/2021 15.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı Əhmədova Pərvin Natiq qızının cavabdehlər Xosiyev Asif Allahverdi oğlu və Cavabdeh2 oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədova Pərvin Natiq qızının cavabdehlər Xosiyev Asif Allahverdi oğlu və Cavabdeh2 oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək iddiaçının azyaşlı övladı ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi 2-ci sahədə yerləşən fərdi yaşayış evinə köçürülməsi, həmin yaşayış evinin qiymətləndirilməsi və real bazar dəyərinin yarısı qədər pulun, cavabdehə məxsus Mersedes-Ç 180 markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçının mülkiyyət hüququnun tanınması və real dəyərinin yarısı qədər pulun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(008)- 2200/2021 saylı qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir.Qeyd edilən qərardadda mülki işin aidiyyətlə göndərilməsinə əsas kimi daşınmaz əmlakın fərdi yaşayış evinin inşa edildiyi torpaq sahəsinin 08.07.2013-cü il tarixdə DƏDRX-də icarə hüququ Xosiyeva Sahibə Allahverdi qızının adına qeydə alınmış sahəsi 0,25 ha. olmaqla RX ******* reyestr saylı Çıxarışa əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşməsi göstərilmiş və MPM-nin 39.1 maddəsinin tələblərinə əsaslanmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Sabunçu rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(008)-2200/2021 saylı qərardadı ilə mülki işin baxılması üçün Abşeron rayon məhkəməsinə göndərilməsində ərazi məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yarandığından işin hansı məhkəmədə baxılmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 45.4.maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Həmin Məcəllənin 45.5.maddəsinə görə işin bu Məcəllənin 44.2.3 və 44.2.4-cü maddələrində nəzərdə tutulmuş hallarda aid olduğu məhkəməyə verilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilir. İşin materiallarında olan 08.07.2013-cü il tarixli DƏDRX-də icarə hüququ üzrə sahəsi 0,25 ha. olmaqla Xosiyeva Sahibə Allahverdi qızının adına qeydə alınmış Çıxarışa və həmin Çıxarışa əlavə edilmiş arayışa əsasən həmin torpaq sahəsinin Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşməsi qeyd edilir. Tərəflərin izahatlarına görə mübahisəli tikilinin də həmin torpaq sahəsində yerləşməsi müəyyən olunur. Məhkəmə qeyd edir ki, Abşeron rayonu, Ramana südçülük sovxozunun ərazisi inzibati ərazi vahidi kimi Abşeron rayonunun ərazisi olmadığından, bu kateqoriyadan olan işlərin ərazi aidiyyatı Abşeron rayon Məhkəməsi deyildir.Belə ki,Ramana südçülük sovxozunun torpaq sahələri ilə baglı yaranan mübahisələrin ərazi aidiyyatı Abşeron rayon məhkəməsinə aiddir.Tərəflər arasında yaranan mübahisə isə göründüyü kimi həmin torpaq sahəsi ilə əlaqədar deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Əhmədova Pərvin Natiq qızının cavabdehlər Xosiyev Asif Allahverdi oğlu və Cavabdeh2 oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair mülki işin ərazi məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün iş materialları Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Göstərilən qanunvericilik normalarına əsasən hesab edirəm ki, aidiyyət üzrə hansı məhkəmədə baxılması ilə əlaqədar fikir ayrılığı olduğundan mülki işin aidiyyətı üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün iş Sumqayıt Apelyasiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 44, 45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əhmədova Pərvin Natiq qızının cavabdehlər Xosiyev Asif Allahverdi oğlu və Cavabdeh2 oğluna qarşı müqavilələrin etibarsız hesab edilməsi və əmlak bölgüsü tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən etmək üçün mülki iş Sumqayıt Apelyasiya məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-6322/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6322/2021
15.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver