Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-655/2023 17.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 5 saylı yaşayış evin, ümumi sahəsi 54,4 kv.m. olan 2 otaqlı, 28 saylı mənzilin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qanunsuz sahibliyindən geri alınıb, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən, 5 saylı yaşayış evin, ümumi sahəsi 54,4 kv.m. 2 otaqlı, 28 saylı mənzil mülkiyyət hüquqlar əsasında İddiaçı məxsusdur. Həmin mənzili 4 oktyabr 2012-ci il tarixli alqı-satqısı müqaviləsinə əsasən, tam dəyərini ödəməklə mülkiyyət hüququnu əldə etmişdir. İddiaçının mənzilə qanuni əsaslarla əldə etdiyi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və bununla bağlı adına RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış verilmişdir. Cavabdeh2 iddiaçının mərhum qardaşı Aydının oğlu, Cavabdeh1 isə Cavabdeh2 anasıdır. İddiaçı çox zaman xaricdə olur. İddiaçı qardaşı oğlu kirayədə qalmasın deyə mənzilində bir müddət qalmasına icazə vermiş və mənzildə yaşadığına icazəsi olduğu müddət ərzində olmaqla, ünvana qeydiyyata alınmasına razılıq vermişdir. Hər dəfə də iddiaçı gələndə mənzilində qalmağına heç bir maneçiliyi əvvəllər olmamışdır. Lakin Cavabdeh2 iddiaçıdan icazəsiz anası-digər Cavabdeh1 da mənzilə gətirmişdir. Cavabdeh1 da sonra qızını gətirmiş, beləliklə iki otaqlı mənzil 3 ailə ilə dolmuşdur. Son dəfə iddiaçı gələndə qeyd olunan səbəbdən mənzilində qala bilməmiş və kirayə qalmaq məcburiyyətində qalmışdır. Məlum məsələyə görə iddiaçın mülkiyyətindən istəyinə uyğun istifadə edə bilmir. Ona görə də hesab edir ki, iddiaçı mülkiyyətində olan adı mənzildən cavabdehlərin qanunsuz istifadəsindən geri tələb edilməklə, iddiaçıya qaytarılması təmin edilməlidir. Cavabdehlərdən iddiaçının mülkiyyətinə qarşı qanunsuz hərəkətlərinə son qoyulması tələb edilsə də, buna məhəl qoymayaraq, qanunsuz hərəkətlərini davam etdiyindən məsələni məhkəmə qaydasında həll etmək məcburiyyəti yaranmışdır. Cavabdehin özgəsinin mülkiyyətində olan əmlakı mülkiyyətçinin iradəsinə zidd zəbt etməsi, qanunda yol verilməz və məsuliyyətlə nəticələnən əməldir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirdi ki, o, 3 ildir ki, evlənmişdir. Onun və anası Cavabdeh1 adına başqa yaşayış yeri yoxdur. Həmçinin Cavabdeh2 məhkəməyə ərizə göndərərək qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 28 saylı mənzildən çıxarılmasına etirazı,qeyd olunan ünvanla bağlı heç bir iddiasının olmamasını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzili onun mərhum yoldaşı almışdır, bu hala qohumlar da şahiddir. Lakin həmin mənzil çıxarışla İddiaçı adına rəsmiləşdirilmişdir. Onlar əvvəl qaynatasının evində yaşamışlar. Daha sonra bu evi iddaçı onlara tapmışdır. O, övladı Cavabdeh2 ilə birlikdə 40 ildir ki, həmin evdə yaşayır, 2012-ci ildən etibarən isə həmin evdə qeydiyyatdadır. Onun qaldığı ev 3 otaqlıdır. O, mənzildən çıxardılarsa, qalmağa başqa yaşayış yeri yoxdur. Odur ki, ona vaxt keçirilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Asan 1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışından görünür ki, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh2 və Cavabdeh1 da qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan göründüyü kimi ünvan 2 ünvanında yerləşən 28 saylı mənzil tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Asan 1 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzildə İddiaçı ilə birgə Cavabdeh2 və Cavabdeh1 da qeydiyyatdadır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının mənzili üzərində mülkiyyət hüqularına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Məhkəmə cavabdehlərin iddaçıya məxsus mənzildən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus olan ünvan 2 ünvanında yerləşən 28 saylı mənzildən çıxarılsınlar və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-655/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-655/2023
17.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver