Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6562/2022 12.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 25 noyabr 2020-ci il tarixli, 0358-RKRGM/20 nömrəli Konsiqnasiya müqaviləsinə əsasən, 684.80 manat əsas, 492.2 manat cərimə borcu, 60 manat mediasiya xərci olmaqla, cəmi 1237 manat borcun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 152.1.5 və 284.3.5-ci maddələrinin tələblərinə cavab vermədiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-3.5. maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. 152.1.5. maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki iş materiallarından göründüyü kimi, İddiaçı MMC dəymiş zərərin əvəzi olaraq cavabdehdən cəmi 1237 manat borcun tutulmasını xahiş etmiş və iddianın qiymətini 1237 manat təşkil etdiyi halda, kiçik iddialara dair ərizənin verilməsinə görə iddiaçı dövlət rüsumu ödəməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi iddianın qiyməti məbləğində dövlət rüsumu ödənilməlidir. İddia tələbindən göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 32.37 manat dövlət rüsumu ödəməli olduğu halda, dövlət rüsumunu ödəməmiş, bununla da kiçik iddialara dair ərizənin forma və məzmununa riayət etməmişdir. Halbuki, iddiaçı elektron qaydada verilmiş ərizəsində “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4-cü bəndinə istinad edərək dövlət rüsumunun ödənilməsindən azad olduğunu qeyd etsə də, məhkəmə qeyd edir ki, sözügedən mübahisə üzrə mediasiya prosesindən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemi Dövlət rüsumunun ödənilməsi kalkulyatoruna əsasən, iddianın qiyməti 1237 manat olduqda, iddia ərizəsinin verilməsinə görə 32.37 manat dövlət rüsumu ödənilməlidir. “Mediasiya haqqında Qanun”un 3.4. maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. “Dövlət rüsumu haqqında Qanun”un 9.1-1. maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə, məhkəmə iddiaçı tərəfindən ərizəyə dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən və bununla da kiçik iddialara dair ərizənin forma və məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərarına gəlir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı, ərizədə yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçıya təkrarən ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 149.1. 150.1. 151.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh barəsində borcun tutulması haqqında kiçik iddialara dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, kiçik iddialara dair ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-6562/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6562/2022
12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver