Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-6722/2025 19.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən 49,93 kv.m. sahəsi olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzil Nəsimi Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli, 002088 №-li orderinə əsasən iddiaçının mülkiyyətinə verilmişdir. Hazırda cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus mənzilə özbaşına daxil olaraq yaşayırlar və oradan könüllü olaraq çıxmaq istəmirlər. Bu isə mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Cavabdehlərə mənzili boşaltmaq təklif olunsa da bundan imtina olunur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərdən 4 nəfər Qubadlı rayonundan məcburi köçkündür və onlar təxminən 1990-1995-ci illərdən iddiaçıya məxsus mənzildə məskunlaşmışdırlar. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən bildirilmişdir ki, Cavabdeh2 gəlindir və o, məcburi köçkün deyildir, lakin digər cavabdehlər isə məcburi köçkündürlər. Cavabdehlər öz torpaqlarına köçürüldükdən sonra mənzildən çıxacaqlarını bildirmişdirlər. Onlar sözügedən mənzili özəlləşdirə bilmirlər, belə ki, cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarına mane olurlar. Cavabdehlər iddiaçının evini zəbt etmişdirlər və hələ də evdən çıxmırlar, iddiaçı isə kirayə evdə qalır. Əlavə olaraq bildirir ki, gələcəkdə onlar son üç il ərzində hesablanmış kirayə haqqını da qarşı tərəfdən tələb edə bilərlər. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan SSR Kürdəmir rayon Sığırlı kənd soveti tərəfindən verilmiş АЗ № 130676 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X1 xx.xx.1972-ci il tarixdə nikahlarını bağlamış və bu barədə vətəndaşlıq vəziyyət aktları kitabında 11 nömrə ilə qeyd edilmişdir. Evlənmə qeyd ediləndən sonra arvada «Cəfərova» soyadı verilmişdir. İş materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş «26 Bakı komissarları adına BMTZ-nin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının xx.xx.1992-ci il tarixli, 17 №-li vətəndaş İddiaçı (İddiaçı) order verilməsinin protokolunun təsdiq edilməsi» barədə xx.xx.1993-cü il tarixli, 117/14 nömrəli sərəncamın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Abşeron rayonu XDS İK-nin xx.xx.1969-cu il tarixli, 80 №-li qərarı ilə 26 Bakı komissarları adına BMTZ-nin işçiləri üçün Xırdalan qəsəbəsində, 26-cı məhəllədə M.Hüseynzadə küçəsi 6 №-li binanın 5 mərtəbəli 60 mənzilinin inşasına icazə verilmişdir və Bakı şəhəri İK-nin xx.xx.1986-cı il tarixli, 12/829 №-li qərarı ilə razılaşdırılmışdır. Yuxarıda göstərilən ünvanın 4-cü girişinin 4-cü mərtəbəsinin yaşayış sahəsi 49,93 kv.m. 4 otaqdan ibarət 37 №-li mənzili 26 Bakı komissarları adına BMTZ-nin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının xx.xx.1992-ci il tarixli, 17 №-li protokolu ilə İddiaçı ailə tərkibi 5 nəfər (özü, əri, qızı, 2 oğlu) olmaqla verilmişdir. Vətəndaş İddiaçı ailə tərkibi 5 nəfər (özü, əri, qızı, 2 oğlu) olmaqla İİ Cənub pitomn. 37 №-li evdə daimi pasport qeydiyyatındadır və yaşayır. Ev özbaşına tikilidir. Mənzil kirayəçisi vətəndaş İddiaçı 1986-cı ildən 26 Bakı komissarları adına BMTZ-də işləyir və 1992-ci ildə ailə tərkibi 5 nəfər (özü, əri, qızı, 2 oğlu) olmaqla, mənzil növbəsinə dayanmışdır. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların siyahısında vətəndaş İddiaçı ümumi mənzil növbəsində 23-cü 4 otaqlıya 9-cudur. Dörd otaqlıya dayanmış vətəndaş M.S.Əsədov, S.Q.Əsgərov, N.A.Quliyev, A.S.Muradova, F.Ə.Allahverdiyev, X.N.Bayramova, A.F.Vəliyev və A.N.Əliyev mənzillə təmin olunurlar. Yuxarıda göstərilənlər nəzərə alınaraq, 26 Bakı komissarları adına BMTZ-nin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının xx.xx.1992-ci il tarixli, 17 №-li protokolunun təsdiq edilməsi, Abşeron rayonu, Xırdalan qəsəbəsinin 26-cı məhəlləsində M.Hüseynzadə küçəsi 6 №-li binanın 4-cü girişinin 4-cü mərtəbəsinin yaşayış sahəsi 49,93 kv.m. 4 otaqdan ibarət 37 №-li mənzili vətəndaş İddiaçı ailə tərkibi 5 nəfər (özü, əri, qızı, 2 oğlu) olmaqla verilməsi və order yazılması, orderə aşağıdakı şəxslərin daxil olması, həmin şəxslərin mənzil növbəsindən çıxarılması və yaşadıqları mənzilin sökülməsi barədə sərəncam verilmişdir: 1. İddiaçı - 1949-cu il, özü; 2. X5 - 1944-cü il, əri; 3. X2 - 1973-cü il, qızı; 4. X4 – 1975-ci il, oğlu; 5. X6 – 1979-cu il, oğlu. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, 002088 nömrəli orderin surətinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 5 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildə (4-cü mərtəbədə yerləşən, 4 otaqlı, ümumi sahəsi 49,93 kv.m olan) yaşamaq hüququna malikdir. Ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: 1. İddiaçı - 1949-cu il, özü;
2. X5 - 1944-cü il, əri; 3. X2 - 1973-cü il, qızı; 4. X4 – 1975-ci il, oğlu; 5. X6 – 1979-cu il, oğlu. İş materiallarında olan 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 414368 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-36-3/2-6598/2025 nömrəli məktubdan görünür ki, məcburi köçkün statusuna malik olan Qubadlı rayonunun Dondarlı kəndindən məcburi köçkünlər - Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışlar. Həmçinin, məcburi köçkün sayılan (məcburi köçkün sənədi aşkar edilmədi) Qubadlı rayonunun Dondarlı kəndindən Cavabdeh4, Ağstafa rayonunun Xılxına kəndində daimi qeydiyyatda olan qeyri rəsmi həyat yoldaşı Cavabdeh2 ilə birlikdə sözügedən ünvanda məskunlaşmış və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Cavabdeh2 məcburi köçkün statusu yoxdur və o, məcburi köçkün deyil. Nəzərə çatdırılır ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”na uyğun olaraq Qubadlı rayonunun Dondarlı kəndindən olan məcburi köçkün ailələrinin doğma yurdlarına köçürülmələri başlanan zaman sözügedən ünvan üzrə ilkin sorğuları aparılan Cavabdeh5 da digər ailə üzvləri ilə birlikdə doğma yurdlarına köçürülməsi həyata keçiriləcək. Köçürülmə vaxtı mənzil boşaldılaraq mülkiyyətçinin özünə geri təhvil verilməsi üçün əvvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 117/14 nömrəli sərəncamın müvafiq qaydada təsdiq edilmiş surətindən və xx.xx.1993-cü il tarixli, 002088 nömrəli orderin surətinin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Lakin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və evi mülkiyyətçiyə təhvil verməkdən imtina etmişdirlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan mənzilə hüququ heç bir şəkildə, o cümlədən, müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan suiistifadə deyildir. Məhkəmə cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, yuxarıda qeyd edilən normalara istinad edərək məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov