Məhkəmə qərarları › İş №e-2(012)-731/2023

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-731/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-731/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair mülki işə 13 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul vəsaitinin tutulması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, abunə müqaviləsi üzrə xidmət müqabilində 1699,03 manat məbləğində borcun və 37 (otuz yeddi manat) manat dövlət rüsumunun, ümumilikdə cəmi 1736,03 manat vəsaitinin məbləğində pul vəsaitinin cavabdehdən tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-731/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi üzrə mülki işə iddia icraatı qaydasında baxılması və məhkəməhazırlıq iclası təyin edilməsi qərara alınması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən ********** mobil nömrəsində kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 1699,03 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq Cavabdeh adına olan ********** nömrədə borc hazırkı tarixədək kimi ödənilməmişdir Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı MMC işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan sənədlərdən müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə əsasən ********** saylı mobil telefon nömrələri ilə rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 1699,03 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Mülki işin materiallarında olan hesab-fakturadan müəyyən edilir ki, Cavabdeh hesabfaktura üzrə xx.xx.2014-cü il tarixə ödəniləcək məbləğ 73,03 manat təşkil edir, son ödəmə tarixi xx.xx.2018-ci ildir. Mülki işin materiallarında olan hesab-fakturadan müəyyən edilir ki, Cavabdeh hesabfaktura üzrə xx.xx.2018-ci il tarixə ödəniləcək məbləğ 92,00 manat təşkil edir, son ödəmə tarixi xx.xx.2018-ci ildir. Mülki işin materiallarında olan hesab-fakturadan müəyyən edilir ki, Cavabdeh hesabfaktura üzrə xx.xx.2018-ci il tarixə ödəniləcək məbləğ 1541,00 manat təşkil edir, son ödəmə tarixi xx.xx.2018-ci ildir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli cari hesab arayışından müəyyən edilir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli abunə müqaviləsinə əsasən ********** saylı mobil telefon nömrəsində istifadəyə görə 1699,03 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında abunə müqavilələrinin bağlanmasına baxmayaraq, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən Cavabdeh abunə müqaviləsi üzrə xidmət müqabilində 1699,03 manat məbləğində borc alınaraq İddiaçı MMC-nə verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən ödənilmiş 37 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-nə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 04 dekabr 2017-ci il tarixli abunə müqaviləsinə əsasən ********** saylı mobil telefon nömrəsində istifadəyə görə 1699,03 manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 37 manat dövlət rüsumu, ümumilikdə 1736,03 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar