Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-753/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və Cavabdeh1 qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh1 və X5 tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq zəbt edilmiş torpaqdan çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı, 12.02.2008-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsusdur. Bu torpağın bir hissəsini cavabdehlər X5 və Cavabdeh1 tərəfindən özbaşına tutularaq orada tikinti işləri aparmışlar. Belə ki, iddiaçının aldığı torpaq sahəsi tamamilə boş sahə olmuş və maddi sıxıntıları olduğuna görə torpaq sahəsini əhatəyə ala bilməmişdir. İddiaçı 2015-ci ilin təxminən payız aylarına kimi torpağa nəzarət etmişdir. Hətta sonuncu dəfə gəldiyi zaman adını xatırlamadığı bir insanla söhbət zamanı bu sahənin iddiaçıya məxsus olduğunu da bildirmişdir. Bundan sonra 2016-cı ilin avqust ayında iddiaçı torpaq sahəsinə baş çəkməyə gedərkən orada bir otaqlı fərdi ev tikildiyinin şahidi olmuşdur. Həmin evdə yaşayan Cavabdeh1 bildirmişdir ki, bu torpaq sahəsi ona məxsusdur. Bu torpağı İlqar Abbasovdan almışdır. Lakin, qardaşı X8 Abbasovun hazırda cəzaçəkmə müəssisəsində olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər X5 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yer haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmığa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X4 ifadəsində göstərmişdir ki, o, cavabdehlərdən X3 anasıdır. Digər Cavabdeh1 isə kürəkəni olmuşdur. Cavabdehlər qızı Minarə Baratova və Cavabdeh1 6-7 il mübahisəli torpaq sahəsində olan tikilidə yaşamışlar. Daha sonra, qızı Minarə ilə Babasən boşanmışlar. Boşanmadan sonra qızı Minarə mübahisəli torpaq sahəsində yerləşən evdə tək yaşayır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən 12.02.2008-ci il tarixdə tərtib edilmiş AA 006898 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, DƏDRX Abşeron rayon Ərazi İdarəsinin 10.11.2007-ci il,160711759 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Abşeron rayon 1 saylı DNK-nun 16.01.2008-ci il tarixli 4Ə/01-78 nömrəli alıcı ilə arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən **********32 reyestr nömrəli 0.07 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsi 12.02.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, cavabdeh X3 faktiki istifadəsində olan 0,0114 ha torpaq sahəsi və tikili (yaşayış evi) İddiaçı 12.02.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Yerinə yetirilmiş işin ümumi smeta dəyəri 311 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyun 2021-ci il tarixli 10/1924 nömrəli ekspert rəyindən görünür ki, cavabdeh X3 faktiki istifadəsində olan 0,0114 ha torpaq sahəsi və tikili (yaşayış evi) İddiaçı 12.02.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı ona məxsus olan qeyd olunan 0.07 torpaq sahəsinin cavabdehlər X5 və Cavabdeh1 tərəfindən zəbt olunduğunu iddia edərək, həmin torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq tikilmiş tikilinin onların şəxsi vəsaiti hesabına sökülməsini və qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılmasını xahiş edir. Mülki iş üzrə təyin edilmiş inşaat-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, cavabdeh X3 faktiki istifadəsində olan 0,0114 ha torpaq sahəsi və tikili (yaşayış evi) İddiaçı 12.02.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Beləliklə, məhkəmə iddia tələbinin tikintinin və torpaq sahəsinin boşaldılması hissəsi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə tərəflərin izahatları, ekspert rəyi və işin materialları ilə təsdiqini tapdığından əsaslı hesab edilməli və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 12.02.2008-ci il qeydiyyat tarixli, **********32 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və X5 tərəfindən tikilmiş tikili cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməli və onlar həmin torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edildiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu bərabər olaraq cavabdehlər Cavabdeh1 və X2 tutularaq iddiaçıya ödənilməli, ekspertizanın keçirilməsi məhkəmənin təşəbbüsü ilə aparıldığından aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə ekspertizası xərcinin 25 manat hissəsi iddiaçıdan, 25 manat hissəsi isə bərabər olaraq cavabdehlər Cavabdeh1 və X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Eləcə də, mütəxəsiss rəyinin alınması üçün 311 manat məhkəmə xərcinin 155,5 manatı iddiaçıdan, 155.5 manatı isə bərabər qaydada cavabdehlərdən tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli, 12.02.2008-ci il qeydiyyat tarixli, **********32 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və X5 tərəfindən tikilmiş tikili cavabdehlərin şəxsi vəsaiti hesabına sökülsün və onlar həmin torpaq sahəsindən çıxarılsınlar. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu bərabər olaraq cavabdehlər Cavabdeh1 və X2 tutularaq İddiaçı ödənilsin. Məhkəmə ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın 50 manat məhkəmə ekspertizası xərcinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə bərabər olaraq cavabdehlər Cavabdeh1 və X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Mütəxəsiss rəyinin alınması üçün 311 manat məhkəmə xərcinin 155,5 manatı İddiaçı, 155.5 manatı isə bərabər qaydada cavabdehlər Cavabdeh1 və X2 tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-753/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-753/2021
03.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver