Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-820/2025 13.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamasının qanunsuz hesab edilməsi, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdən çıxarılması, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, faktiki olaraq hüquqlarını müdafiə etdiyi İddiaçı məxsus olmaqla, daimi olaraq iddiaçının sahiblik və istifadəsində olmuş, ailə üzvləri ilə birlikdə orada yaşamış və hazırda da yaşayır. Cavabdeh isə İddiaçın guya həmin evi almaq barədə razılığa gəlmək adı ilə aldatmaqla həmin evə köçmüş, iddiaçının isə bir müddət həmin evdən çıxmasına səbəb olmuş, sonradan iddiaçı mübahisə predmeti olan evə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə köçürülmüş, lakin özü həmin evdən könüllü olaraq çıxmamış və hazırda da qanunsuz olaraq iddiaçıya aid olan evdə yaşamaqda davam edir. Belə ki, 2017-ci ildə İddiaçı həmin evi satmaq istədiyi üçün əvvəllər tanımadığı və Xırdalan şəhərində ev alqı-satqısı ilə məşğul olan X1 müraciət etmiş, F. Əliyev bir neçə dəfə evə müştəri gətirmiş, lakin hər dəfə onlar razılaşmamış, xx.xx.2017-ci ildə Fərhad Cavabdeh İddiaçı yaşadığı və satmaq istədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə baxmağa gətirmiş, Vəfa evi bəyənmiş, onlar evin içərisində olan əşyaları ilə birlikdə 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitinə satılması barədə onunla razılaşmışlar. Həmin vaxt Vəfa və Fərhad İddiaçı mübahisə predmeti olan evi kreditlə satmağı təklif edərək, əvvəlcə 10.000 (on min) manat ödəyəcəyini bildirmiş, qalan 60.000 (altmış min) manat məbləğində pulu isə başqa yerdən iddiçıya alacağı evin 12 il müddətində aylıq kreditini ödəyəcəyini bildirmiş, İddiaçı da Cavabdeh inanmış və təklifi ilə razılaşmışdır. xx.xx.2017-ci ildə Fərhad Əliyev tərəfindən beh müqaviləsi tərtib edilmiş, lakin həmin müqavilə notariat qaydasında təsdiq edilməmiş, həmin müqavilədə satılan evin Abşeron rayonu, Masazır qəsəbəsi, evi satan şəxsin İddiaçı, evin satış qiymətinin 70.000 (yetmiş min) manat, evi alan şəxsin Cavabdeh, evə verilən behin 10.000 (on min) manat, beh verənin Cavabdeh, beh alanın İddiaçı, vasitəçinin X3, şahidlərin X2, X5, evin boşaldılma tarixinin xx.xx.2017-ci il, evin alqı-satqısı tarixi xx.xx.2017-ci il olduğu göstərilmiş, müqavilə evi satan, alan və vasitəçi tərəfindən imzalanmışdır. Bundan sonra Cavabdeh İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzili onun üçün alacağını, ona təhvil verəcəyini, İddiaçı ödənilməli olan qalan 60.000 (altmış min) manat məbləğində pulu isə hər ay həmin mənzilin kreditinə ödəyəcəyini bildirmiş, buna görə də İddiaçı onlarla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən 15 saylı evi Cavabdeh təhvil vermiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin bir müddət sonra İddiaçı məlum olmuşdur ki, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi ələ keçirmək niyyətində olmuş və iddiaçının aldadaraq evini qanunsuz olaraq ələ keçirmişdir. Belə ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin müqaviləsini əvvəlcədən razılaşdıqları kimi İddiaçı adına deyil, öz adına sənədləşdirmiş, hazırki iş üzrə mübahisə predmeti olan evə görə iddiaçıya ödəməli olduğu qalan 60.000 (altmış min) manat məbləğində pulu qabaqcadan razılaşdıqlarının əksinə olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu ödəməmişdir. Buna görə də mənzilin mülkiyyətçisi olan "xxxx" MTK tərəfindən İddiaçı həmin mənzildən çıxarılması barədə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, iddia tələbi təmin edilmiş və İddiaçı həmin mənzildən çıxarılmışdır. Bundan sonra İddiaçı Cavabdeh tərəfindən aldadıldığına və hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evinin cavabdeh tərəfindən qanunsuz olaraq ələ keçirildiyinə əmin olmuşdur. Buna görə də İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1480/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə iddiası rədd edilmişdir. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1480/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1018/2023 saylı qətnaməsi ilə İddiaçınn apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1480/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş və İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-150/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apelyasiya Məhkəməsi icra vərəqəsi verilmiş və İddiaçı xx.xx.2024-cü il tarixdə ona aid olan və hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülmüşdür. Qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1018/2023 saylı qətnaməsi və həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-150/2024 saylı qərarında hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmamasına baxmyaraq faktiki olaraq İddiaçı məxsus olduğu, Cavabdeh isə iddiaçını aldadaraq onun evdən çıxmasına və özünün qanunsuz olaraq həmin evi zəbt etməsi faktına hüquqi qiymət verilmişdir. Yuxarıda istinad edilən apellyasiya və kassasiya instansiya məhkəmələrinin məhkəmə aktlarından göründüyü kimi həmin məhkəmə aktlarında hazırki iş üzrə cavabdeh V. Çobanovanın İddiaçı aid olan mübahisəli evdə yaşamasının qanunsuz olması faktına hüquqi qiymət verilmiş, onun həmin evdə yaşamasının hüquqi əsasının olmadığı göstərilmiş, əksinə mübahisəli evin iddiaçının vəsaiti hesabına əldə edilməklə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq ona məxsus olmaqla, onun sahiblik və istifadəsində olmalı olduğu göstərilmiş, iddiaçının həmin evdən məhrum edilməsinin, cavabdehin həmin evi əldə etməsi və orada yaşaması ilə bağlı hərəkətlərinin qanunsuz olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin qeyd olunan normasının tələbinə istinad edərək hesab edirəm ki, hazırki iş üzrə məhkəmə tərəfindən iddia tələbinə baxılıb hüquqi qiymət verilərkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1018/2023 saylı qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-150/2024 saylı qərarında iş üzrə tərəflər arasında mübahisə predmeti olan evlə bağlı müəyyən edilmiş faktlar nəzərə alınmalıdır. Qeyd edirəm ki, İddiaçı cbfələrlə Cavabdeh evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmaqdan imtina etmiş, hazırda da qanunsuz olaraq iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamaqda davam edir və evdən çıxmayacağını bildirir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında İddiaçı öz vəkili və nümayəndəsi Vəkil1 izahatına uyğun izahat vermişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, işin faktiki hallarından da görünür ki, tərəflər arasında olan razılaşmaya əsasən, İddiaçı qiyməti 70000 manat olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh almaqla Cavabdeh satmış, Cavabdeh isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək İddiaçı vermişdir. Bu məsələlər işin mübahisə edilməyən hallarıdır. İş materiallarında olan 3 tərəfli kredit müqaviləsindən göründüyü kimi Cavabdeh 70000 manat məbləğində puldan 10000 manat beh olmaqla, cəmi 55000 manat ödəmişdir və qalan ödənilməmiş məbləğ 15000 manat təşkil edir. Belə ki, İddiaçı əvvəlki məhkəmə qətnaməsi üzrə müraciət etdiyi iddia ərizəsində mənzildən çıxarılma yox, özünün mənzilə köçürülməsi tələbini qoymuşdur. Odur ki, o, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş onun vəkili və nümayəndəsi nümayəndəsi Vəkil2 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə, tərəfləri dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ bəndlərinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə iddiası rədd edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı özbaşına tikili olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh olmaqla, qalan 60000 manat məbləğində pulu isə cavabdeh tərəfindən 12 il müddətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin aylıq kreditini ödəmək şərtilə Cavabdeh satmış və ”Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Cavabdeh "xxxx" MTK-ya məxsus 8 saylı mənzili öz adına sənədləşdirmiş və həmin mənzilə görə ödənişləri verməmiş və nəticədə iddiaçı həmin mənzili boşaltmaq məcburiyyətində qalmışdır -Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında olan razılaşmaya əsasən, İddiaçı qiyməti 70000 manat olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh almaqla Cavabdeh satmış, Cavabdeh isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək İddiaçı vermişdir. İddiaçı onlarla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən 15 saylı evi Cavabdeh təhvil vermiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin bir müddət sonra İddiaçı məlum olmuşdur ki, Cavabdeh onu aldatmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi ələ keçirmək niyyətində olmuş və bu səbəbdən Abşeron Rayon Məhkəməsinə evinə köçürülmə iddiası ilə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi qətnaməsi ilə iddiası rədd etmiş, qətnamədən verilmiş apelyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi İddiaçı apellyasiya şikayətini təmin etmiş, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş İddiaçı iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşaması davam etdiyindən, iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamasının qanunsuz hesab edilməsi, onun evdən çıxarılması, evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evin lazımi icazələr almadan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi vəziyyətinə görə özbaşına tikili olması işin mübahisəsiz halıdır. Həmin evə dair İddiaçıyla Cavabdeh arasında 70000 manata satılmasına dair ümumi razılaşma olmuş və həmin razılaşmaya görə ilkin olaraq cavabdeh iddiaçıya 10000 manat ödəməklə, qalan 60000 manatını 12 ilə hər ay 400 manat olmaqla ödənilməsi barədə beh müqaviləsi tərtib edərək, tərəflər, o cümlədən vasitəçi kimi iştirak etmiş Fərhad Əliyev tərəfindən imzalanmışdır. Bundan sonra iddiaçı evi cavabdehə verməklə sonuncunun MTK-dan aldığı 2 otaqlı mənzilə köçürmüş, lakin cavabdeh mənzilin ödənişlərini həyata keçirmədiyindən, "Kristal Abşeron” MTK tərəfindən evin kommunal xidmətləri dayandırılmaqla, onun mənzildən çıxarılmasını tələb etmişdir. İşdən görünür ki, iddiaçı özbaşına tikili olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh olmaqla, qalan 60000 manat məbləğində pulu isə cavabdeh tərəfindən 12 il müddətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin aylıq kreditini ödəmək şərtilə Cavabdeh satmış və ”Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Cavabdeh "Kristal Abşeron” MTK-ya məxsus 8 saylı mənzili öz adına sənədləşdirmiş və həmin mənzilə görə ödənişləri verməmiş və nəticədə iddiaçı həmin mənzili boşaltmaq məcburiyyətində qalmışdır. Bütün göstərilənlərə Sumqayıt Apellayasiya Məhkməsinin 2(105)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qiymət verilmiş, həmin Məhkəmənin Qətnaməsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə, evin hüquqmüəyyənedici sənədləri olmasada iddiaçının faktiki sahiblik, istifadə hüquqları tanınmış o özünün əvvəlki evinə köçürülmüşdür. Həmin qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvəsində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir. Azərbaycan Respublikasının Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlandırılacaq) 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları qanunda və müqavilədə nəzərdə tutulduğu əsaslarla mülkiyyətçi olmayan, əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164-cü maddəsinin mənasına görə, mülkiyyətçinin öz əşyasını özgənin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də mənsubdur. Məhkəmə AR MPM-nin 82.3-cü maddəsinə istinad edərək və iddiaçının yaşayış ehtiyacını qarşılayan mövcud tikiliyə cavabdeh tərəfindən imkan verilməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının sahib olduğu əmlak hüququ cavabdeh məhdudlaşdırdığından, iddia tələbi qismən təmin edilməli, cavabdeh mübahisəli yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir. Bundan əlavə iddia tələbinin cavabdehin Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamasının qanunsuz hesab edilməsi hissəsi, cavabdehin Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi hissəsində özünü ehtiva etdiyindən, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizələrinin verilməsinə görə ödənilmiş dövlət rüsumu məbləği iddiaçı tərəfindən tələb edilmədiyindən dövlət rüsumu məbləği həmin iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdən çıxarılsın, həmin ev İddiaçı təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov