Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-85/2023 24.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Abil Gadzhievin cavabdehlər Cavabdeh2 MMC-yə, X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mənzilin təhvil verilməsi tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2 MMC-yə və X5 qarşı mənzilin sahiblik və istifadəsinə verilməsi tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Abil Gadzhiev Cavabdeh2nə qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X4 ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli mənzil alqı-satqısı haqqında müqavilələrə əsasən tam dəyərləri V.B.Hacıyev tərəfindən ödənilmiş mənzillərin, yəni Abşeron rayonu Ceyranbatan qəsəbəsində inşa olunan yüksəkmərtəbəli mansardlı binanın 1-ci blok 13-cü mərtəbəsində yerləşən 72 saylı mənzilin və həmin blokda 15-ci mərtəbədə yerləşən 80 saylı mənzillərin cavabdehdən alınaraq iddiaçıya qaytarılması və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı Abil Gadzhievin nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh2 MMC-yə, X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissədə saxlanılmaq şərtilə, X3 məxsus Abşeron rayonu Ceyranbatan qəsəbəsində inşa olunan yüksəkmərtəbəli mansardlı binanın 1-ci blok 13-cü mərtəbəsində yerləşən 72 saylı mənzilə dair mülkiyyət sənədinin etibarsız hesab edilməsi, iddiaçının mənzillərə giriş-çıxışına, daxil olmasına və təmir işlərinin görülməsinə maneələrin törədilməsinin cavabdehə və digər şəxslərə qadağan olunması, evdə yaşayan şəxslərin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər Cavabdeh2 MMC-yə və X5 qarşı mənzilin sahiblik və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Ceyranbatan qəsəbəsi ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1-ci blok 13-cü mərtəbə ümumi sahəsi 110.7 kv.m olan 3 otaqlı 72 saylı mənzilə dair Cavabdeh2 MMC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilin boşaldılaraq xx.xx.2008-ci il tarixli müqavilə üzrə mülkiyyətçi X1 və istifadəsinə verilməsi öhdəliyinin Cavabdeh2 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Abil Gadzhievin Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iş üzrə Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi vəfat etmiş və hələ də vərəsəsi müəyyən olunmamışdır. Bu səbəbdən də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin əsillərini ona təqdim etməyi və işin baxılmamış saxlanılması barədə qərardad qəbul etməyi xahiş etmişdir. Mülki iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Abil Gadzhievin cavabdehlər Cavabdeh2 MMC-yə, X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mənzilin təhvil verilməsi tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2 MMC-yə və X5 qarşı mənzilin sahiblik və istifadəsinə verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-85/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-85/2023
24.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver