Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-852/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1, İlkin və qarşılıqlı iddialar üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3, Qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənziln boşaldılaraq təhvil verilməsi və mənzilə dair sənədlərin təqdim edilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması barədə ilkin, Cavabdeh2 İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddialarına dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı iddia qaldıraraq, onların arasında bağlanmış 03 avqust 2018-ci il tarixli, 039 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 MMC arasında 03 avqust 2018-ci il tarixdə mənzil tikintisi haqqında 039 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Abşeron rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzil iddiaçıya verilməlidir. Həmin mənzilin dəyəri 28 may 2021-ci il tarixdə tam şəkildə ödənilmiş və iddiaçıya mənzilin dəyərinin ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh mənzili iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Lakin bir müddət bundan öncə iddiaçıya məlum olmuşdur ki, həmin mənzilə dair başqa şəxslə də müqavilə bağlanmışdır. Şəxsin dəqiq kimliyi məlum olmasa da, özünü Asuman (telefon ***-***-**-**) olaraq təqdim edən şəxs mənzilin ona məxsus olduğunu bildirir, lakin hər hansı bir sənəd təqdim etməkdən imtina edir. Cavabdehə elektron sistem vasitəsi ilə pretenziya göndərilsə də, cavabdeh tərəfindən heç bir cavab verilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Gürcüstan vətəndaşı Cavabdeh2 Zəkəriyyə qızının başqa cavabdeh qismində işə cəlb edilməsi, Cavabdeh1 ilə Gürcüstan vətəndaşı Cavabdeh2 Zəkəriyyə qızı arasında Abşeron rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzilə dair bağlanmış 15 fevral 2022-ci il tarixli müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 avqust 2018-ci il tarixli, 039 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzilin iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh1 ilə Gürcüstan vətəndaşı Cavabdeh2 Zəkəriyyə qızı arasında Abşeron rayon, İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10- cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzilə dair bağlanmış 15 fevral 2022-ci il tarixli müqavilənin etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış 03 avqust 2018-ci il tarixli, 039 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzilindən cavabdehlərin çıxarılaraq və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın alınması üçün zəruri olan müvafiq sənədlərin (ümumi yığıncağın qərarından çıxarış, maliyyə arayışı, notarial təsdiqli sənədləşmə və s.) verilməsi vəzifəsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 İddiaçı və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldıraraq İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli 039 saylı müqavilənin etibarsız hesab olunması, ödənilmiş 101 manat dövlət rüsumunun əvəzinin və 120 manat vəkil xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 isə tələbini bununla əsaslandırmışdır ki, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 03 avqust 2018-ci il tarixli, 039 saylı mənzil tikintisi haqqında müqavilənin 1.1-ci maddəsinə əsasən MMC Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə 1 ünvandakı yaşayış binasının 5-ci blok,10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.mertdən ibarət 318 saylı mənzilinin pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən mənzilin sahəsi 62.87 kv.metr, mənzilin hər kv.metrinin dəyəri 636 manat, ümumi dəyəri 40000 manat təşkil edir. Payçı mənzilin dəyərini ilkin olaraq tam ödəmişdir. 03 May 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvandakı yaşayış binası Cavabdeh1 MMC şirkətinə məxsusdur. Bu binanın 5-ci blok,10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.mertdən ibarət 318 saylı mənzilinin pay dəyəri olan 40000 manat payçı Cavabdeh2 Zəkəriyyə qızı tərəfindən tam ödənilmişdir. Mənzil müqavilə üzrə 03 avqust 2018-ci il tarixdə ona təhvil verilmiş, ailə üzvləri ilə birlikdə mənzilə köçmüşdür və orada yaşayır. Mənzilə işıq, qaz və su çəkdimiş, abonent kimi onun adı müvafiq qurumlarda qeydə alınmışdır. Mənzilin kommunal xərclərini, yəni elektrik enerjisi, təbii qaz və suya görə ödənişləri mütəmadi olaraq ödəyir. Cavabdeh1 MMC-nin məsul şəxsləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmış,həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. O, istintaq orqanı tərəfindən şahid qismində dindirlmişdir. Abşeron Rayon Məhkəməsinin qərardadı ilə iddia tələbinə münsibətdə müstəqil tələb irəli sürən 3-cü şəxs qismində işə cəlb olunmuşdur. Bundan sonra ona məhkəmə bildirişi göndərilən zaman İddiaçı ilə cavabdeh FAM-88 ” MMC arasında bağlanmış 03 avqust 2018-ci il tarixli, 039 saylı mənzil tikintisi haqqında müqavilənin mövcudluğu ona məlum olmuşdur. Göstərilənlərə əsasən qarşılıqlı iddia təmin olunmalıdır. İlkin iddia üzrə İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Onlar qarşılıqlı iddia ilə razılaşmadılar və onun rədd olunmasını xahiş etdilər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 ilki iddiaya etiraz etdi və onun təmin edilməməsini xahiş etdi. O bildirdi ki, mübahisəli mənzil Cavabdeh2 məxsus olduğundan onun qarşılıqlı iddiası haqlıdır və təmin edilməlidir. Mənzil faktiki olaraq da onun istifadəsindədir. Məhkəmə iclasında hər iki iddia üzrə Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 bildirdi ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən faktiki istifadə olunur. O, ilkin iddia ərizəsini qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Nümayəndə bildirdi ki, hazırda təmsil etdiyi MMC Cavabdeh2 müqaviləsinin legitimliyini qəbul edir. Buna görə də qarşılıqlı iddia təmin olunmalıdır. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X2 ifadələrində göstərdilər ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzili uzun müddətdir ki, Cavabdeh2 istifadə edir. Mənzildə o və ailəsi yaşayır. Bu mənzildən nə vaxtsa İddiaçı istifadə etməsini görməmişlər. İşdə olan mənzil tikintisi barədə xx.xx.2018-ci il tarixli 039 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Abşeron rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzili hər kv.metri üçün 500 manat olmaqla, 30 ay ərzində cəmi 31435 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür. Ödəmə barədə qrafik tərtib olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə müqaviləyə əsasən 31435 manat vəsaiti tam ödəmişdir və MMC-yə borcu yoxdur. İşdə olan xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı qaz, su və elektrik sayğacının quraşdırılması üçün Cavabdeh1 MMC-yə cəmi 1100 manat pul ödəmişdir. İşdə olan mənzil tikintisi barədə xx.xx.2022-ci il tarixli 318M saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Abşeron rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 318 saylı mənzili hər kv.metri üçün 636 manat olmaqla, cəmi 40000 manat pul ödəməklə inşa edib Cavabdeh2 Zəkəriyyə qızına təhvil verməyə dair öhdəlik götürmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Zəkəriyyə qızı Cavabdeh1 MMC-yə müqaviləyə əsasən 40000 manat vəsaiti tam ödəmişdir və MMC-yə borcu yoxdur. Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh1 təsisçisi X1 və direktoru X4 Abşeron rayonu, Xırdalan şəhərində inşa olunan binada mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satılmasına dair faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. Müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə istintaq materiallarının cari tarixə olan vəziyyətinə görə Cavabdeh1 MMC-nin təsisçisi X1 və direktoru X8 tərəfindən ilkin olaraq 03 avqust 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə İddiaçı adına rəsmiləşdirilmiş həmin Cəmiyyətin ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62,87 m2 olan 318 nömrəli mənzil Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri tərəfindən 15 fevral 2022-ci il tarixli mənzil tikintisi haqqında müqavilə ilə Cavabdeh2 Zəkəriyyə qızının adına təkrarən rəsmiləşdirilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqaviləyə istinad edərək, Cavabdeh2 Zəkəriyyə qızı ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi və onun ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62,87 kv.metr olan 318 nömrəli mənzildən çıxarılmasını, Cavabdeh2 Zəkəriyyə qızı isə Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli müqaviləyə istinad edərək, İddiaçı Cavabdeh1 MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə işin hallarına əsaslanaraq belə hesab edir ki, ilk öncə eyni mənzilə dair bağlanmış hər iki müqavilənin legitimliyi araşdırılmalı, sonra isə əmlakın boşaldılması məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki tərəflə MMC arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən göründüyü kimi, mübahisə predmetini Cavabdeh1 MMC ilə ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci giriş, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62,87 kv.metr olan 318 nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli və Cavabdeh2 Zəkəriyyə qızı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələr təşkil edir. Bu müqavilələrin hansının tarix baxımından daha öncə bağlanmasının müəyyən edilməsi mümkün deyildir, çünki bu tip müqavilələr vahid reyestrə daxil edilmədiyindən onların köhnə tarixlə tərtib edilməsi istisna edilmir. Bu baxımdan məhkəmə, MMC ilə İddiaçı arasında daha öncə bağlanan müqavilənin K.Z.Kasumova ilə bağlanan müqavilədən daha legitim olması barədə dəlilə tənqidi yanaşır. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MMC-yə tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də K.Z.Kasumova mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa, əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MMC-nin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə, mübahisəli mənzilin hazırda K.Z.Kasumovanın faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır (kommunal xidmətlərin ödənilməsilə bağlı müqavilələr və qəbzlər). Bu fakt tərəflərin iştirakı ilə mübahisəli mənzilə baxış keçirilərkən də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçı K.Z.Kasumova tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MMC tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı K.Z.Kasumova İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməməlidir. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, hazırki halda mənzilə dair müqavilənin olması İddiaçı mübahisəli mənzillə bağlı K.Z.Kasumovanın sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Qeyd edildiyi kimi, işin tədqiq olunan faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Başqa sözlə, qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə hər iki tələblə bağlı qeyd edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş K.Z.Kasumovanın sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə bu hissədə təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Ödənilmiş 120 manat vəkil xərcinin tutulması barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, iddianın bu hissəsi ilə bağlı K.Z.Kasumova məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli 039 saylı müqavilə etibarsız hesab edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üçün dövlət rüsumu kimi ödənilmiş 100 manat pul İddiaçı aid edilməli, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 100 manat pul isə İddiaçı alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 3 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 62,87 kv.metr olan 318 nömrəli mənzilə dair İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli 039 saylı müqavilə etibarsız hesab edilsin. Qalan hissədə qarşılıqlı iddia təmin edilməsin. İddiaçı ilkin iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh2 (Cavabdeh2 Zəkəriyyə qızının) qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödədiyi 100 manat pul İddiaçı tutularaq Cavabdeh2 (Cavabdeh2 Zəkəriyyə qızına) verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-852/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-852/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver