Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-853/2023 23.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtinə son qoyulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin ona qaytarılması, cavabdehin ona məxsus torpaq sahəsində inşa etdiyi hasarın, daş və metal konstruksiyadan ibarət tikilinin cavabdehin öz vəsaiti hesabına müvafiq olaraq sökülməsi və çıxarılması, torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi və 395 (üç yüz doxsan beş) manat məhkəmə xərcinin Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 iyun 2019-cu il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0255 ha olan torpaq sahəsini almışdır. Bundan sonra, sözügedən torpaq sahəsini Azərbaycan Respublikası DƏDRX-də xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçirməklə bu barədə qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Lakin, bunlara baxmayaraq, Cavabdeh heç bir qanuni əsas olmadan, özbaşına şəkildə iddiaçıya məxsus torpağın bir hissəsini zəbt edərək, həmin ərazini daş hasara alaraq, özünə məxsus torpaq sahəsinə qatmışdır. Dəfələrlə bu barədə cavabdehə məlumat verməyinə, polisə şikayət etməyinə baxmayaraq cavabdeh buna əhəmiyyət verməmiş və buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hal-hazırda Ağstafa rayonunun Xətai kəndində yaşayır. O, Xırdalan şəhərinə hər dəfə məhkəməyə gələrkən və qayıdarkən 50 manat xərcləməli olur. Məhkəmə ən azı 5 iclas davam edərsə, iddiaçı və ya onun nümayəndəsi (həyat yoldaşı) 250 manat yol xərci çəkməli olacaqdır. Bundan başqa, 100 manat dövlət rüsumu, 20 manat nümayəndəyə verilən etibarnamə xərci və asan imza almağı üçün 25 manat xərci, toplam məhkəmə xərcləri – 395 (üç yüz doxsan beş) manat, hətta daha çox olacaqdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, 2022ci ilin avqust ayınadək torpaq sahəsi ərazisində hasarın olmadığını, hasarın 2022-ci ilin avqust ayında çəkildiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, Abşeron rayonu, Masazır kəndində yerləşən hazırda onun mülkiyyətində olan torpaq sahəsini üzərində olan evlə birlikdə alanda hasar olmuşdur, bu hasarı özü tikdirməmiş, evi hasarla birlikdə hazır almışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH **********27 saylı , xx.xx.2019-cu il tarixli,çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0255 ha torpaq sahəsi-yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********7 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi,Yaşar Nuri küçəsi ev 58, 0.01 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr l 2023-cü il tarixli 10/5267 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya və cavabdehə məxsus torpaq sahələri üst-üstə düşmür.İddiaçı 0xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0255 ha torpaq sahəsinin şərq hissəsində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində 5.19 kv.m sahəsindən faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, işin araçdırılan hallarından müəyyən edilir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin ona qaytarılması, cavabdehin ona məxsus torpaq sahəsində inşa etdiyi hasarın, daş və metal konstruksiyadan ibarət tikilinin cavabdehin öz vəsaiti hesabına müvafiq olaraq sökülməsi və çıxarılması, torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi və 395 (üç yüz doxsan beş) manat məhkəmə xərcinin Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr l 2023-cü il tarixli 10/5267 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya və cavabdehə məxsus torpaq sahələri üst-üstə düşmür.İddiaçı xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0255 ha torpaq sahəsinin şərq hissəsində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində 5.19 kv.m sahəsindən faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur.Qeyd edilənlərədən göründüyü kimi İddiaçı 0-xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0255 ha torpaq sahəsinin şərq hissəsində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində 5.19 kv.m sahəsindən faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. Odur ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0255 ha torpaq sahəsinin şərq hissəsində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində 5.19 kv.m sahəsindən cavabdeh çıxarılmalı,həmin sahə cavabdeh tərəfindən boşaldılmalı, torpaq sahəsi ilkin vəziyyətə gətirilməli və iddiaçının mülkiyyətinə qaytarılmalıdır. İddia tələbinin 395 (üç yüz doxsan beş) manat məhkəmə xərcinin Cavabdeh tutularaq, ona verilməsi hissəsində məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin izahatından və işin materiallarından görünür ki, iddiaçı və onun nümayəndəsi olan əri Aqstafa rayonunda yaşayırlar, məhkəmə iclaslarına oradan gəlib gedir.Təqdim edilən yol biletlərindən görünür ki, gediş haqqı 11.90manat təşkil etməklə 4 ədəd bilet təqdim edilmişdir.İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddia pul tələbi hissəsində qismən təmin edilməli rüsuma görə 50 manat,yol xərcinə görə 30 manat məbləğində pul cavabdehdən tululub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci vardır ki, iddia qismən təmin edildiyindən həmin məbləğ cavabdehdən tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülsün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0255 ha torpaq sahəsinin şərq hissəsində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində 5.19 kv.m sahəsindən Cavabdeh çıxarılsın,həmin sahə cavabdeh tərəfindən boşaldılsın, torpaq sahəsi ilkin vəziyyətə gətirilsin və İddiaçı mülkiyyətinə qaytarılsın. Cavabdeh rüsuma görə 50 manat,yol xərcinə görə 30 manat məbləğində pul tutularaq, İddiaçı verilsin. Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-853/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-853/2023
23.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver