Məhkəmə qərarları › İş №e-2(012)-905/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-905/2025

26.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-905/2025 26.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlk iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi (vəkil) Vəkil, Qarşılıqlı iddiaçı (ilkin iddia ərizəsi üzrə cavabdeh) Cavabdeh2 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş həyətyanı sahədən və özbaşına tikilidən cavabdehlərin hesabına çıxarılma və həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair ilkin iddiası, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlk iddiaçının və qarşılıqlı iddiaçıların tələbləri:

1. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017ci il təvəllüdlü İsrailov Hüseynin öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmaları (həmin sahənin məcburən boşaltmaları) və həmin ərazinin iddiaçının öz qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra məhkəmə gedişatında ilk iddiaçı özünün nümayəndəsi (vəkili) vasitəsilə ilkin redaksiyada verilmiş iddia ərizəsində dəqiqləşdirmə apararaq, məhkəmədən son olaraq İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017-ci il təvəllüdlü İsrailov Hüseynin öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmaları (həmin sahənin məcburən boşaltmaları) və həmin ərazinin iddiaçının öz qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 və onların azyaşlı uşaqlarının Bakı şəhəri Sabunçu rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, M.Muxtarov küçəsi, döngə 3, ev 44-ə istifadə hüquqlarının tanınmasını xahiş etmişdilər.

4. Daha sonra məhkəmə gedişatında həmin cavabdehlər Cavabdeh1 və Cavabdeh2da şəxsən özləri tərəfindən ilkin redaksiyada verilmiş qarşılıqlı iddia ərizələrində dəqiqləşdirmə apararaq, məhkəmədən son olaraq Cavabdeh1 və Cavabdeh2 və onların azyaşlı uşaqlarının ünvan 8-ə istifadə hüquqlarının tanınmasını xahiş etmişdilər. İlkin iddia ərizəsində qeyd edilən işin halları və əsaslandırma:

5. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 28 yanvar 2014-cü il tarixli notarial təsdiqli X17 əsasən X9 (baba) öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evini öz doğma qız nəvəsinə, yəni İddiaçı hədiyyə etmiş və bunun qarşılığında sonuncu qeyd edilən müqaviləyə əsasən həmin əmlak üzərində mülkiyyət hüququnu əldə etmişdir. Belə ki, İddiaçı adına müvafiq dövlət orqanı tərəfindən həmin fərdi yaşayış evinin xüsusi mükiyyətinə verilməsinə dair xx.xx.2014-cü il tarixli ******* nömrəli Çıxarış verilmişdir və bu sənəddən də göründüyü kimi həmin evin yeganə mülkiyyətçisi F.Haçızadədir. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü olmaqla hazırda yetkinlik yaşına çatmamış şəxsdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş notarial təsdiqli AZ-İİ seriyalı 217622 nömrəli doğum haqqında şəhadətnamənin ana qrafasında aparılmış qeyddən görünür ki, İddiaçı anası Qanuni nümayəndədır. Məhz bu səbəbdən hazırki iddia ərizəsi üzrə xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış İddiaçı hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onun qanuni nümayəndəsi - anası Qanuni nümayəndə tərəfindən qorunur və ilk iddiada həmin şəxs tərəfindən məhkəməyə təqdim edilir. X9 (ilk iddiaçının babası) xx.xx.2017-ci il tarixində hipertoniya xəstəliyindən vəfat etmişdir. Belə ki, həmin şəxs ölən günə kimi nəvəsinə öz sağlığı dövründə bağışıladığı evdə yaşamış və həmin ünvanda hazırki cavabdehlər ümumiyyətlə yaşamamışlar. Belə ki, X9 (baba) öz sağlığı dövründə doğma oğlu hazırki iş üzrə 1-ci cavabdeh olan Cavabdeh2 başqa ünvanda ayrıca torpaq alaraq onun üçün ev tikmiş və oğlunu həmin evə köçürmüşdür. Həmin cavabdehdə öz ailəsi ilə birgə (2-ci cavabdeh arvadı Cavabdeh1 və övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm, 2010-cu il təvəllüdlü İsrailova Almarə, 2014-cü il təvəllüdlü İsrailov Həmzə və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn) məhz atasının sağlığı dövründə atası tərəfindən ona alınmış torpaq sahəsi üzərində tikilmiş ayrıca evdə yaşamışlar. Lakin xx.xx.2017-ci il tarixində iddiaçının babası X9 vəfat etdikdən sonra, cavabdehlər heç bir qanuni əsas olmadan hazırki iddiaçıya məxsus fərdi evin yerləşdiyi ünvana, yəni ünvan 3nvanına gələrək, həmin ünvanda özbaşına bir tikilini yaşayış vəziyyətinə gətirərək həmin tikilidə qanunsuz yaşamağa başlamışlar. Artıq geridə qalmış 8 ilə yaxın müddət ərzində cavabdehlər və onların azyaşlı övladları iddiaçıya məxsus ünvanda qanunsuz yaşayırlar və hər dəfə onlara həyəti tərk etmələri tələb olunarkən, cavabdehlər iddiaçı tərəfə bildirirlər ki, yalnız yeni evlə özlərini təmin etdikdən sonra onlar iddiaçıya məxsus sahəni tərk edəcəklər. Lakin cavabdehlər nədənsə artıq uzun müddətdir ki, heç bir əsas olmadan iddiaçıya məxsus ünvanı boşaltmaqdan faktiki olaraq imtina edirlər. Məhz bu səbəbdən iddiaçı tərəf yuxarıda qeyd olunanları əsas tutaraq hazırda həmin cavabdehlərə qarşı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq zəbt olunmuş ərazinin və torpaq sahəsinin boşaldılmasına dair rayon məhkəməsində mülki iddia irəli sürmək məcburiyyətində olmuşlar. Qarşılıqlı iddia ərizəsində qeyd edilən işin halları və əsaslandırma:

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində qeyd edilən evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 mərhum atası X4 adına olmuş və sonucu həmin fərdi yaşayış evini ilk iddiaçıya 2014-cü ildə hədiyyə etmişdir. Lakin bundan qarşılıqlı iddiaçıların xəbəri olmamışdır. 2014-cü ilə kimi həmin ev Cavabdeh2 atasının əvvəlcə faktiki sahibliyində və daha sonra isə mülkiyyətində olmuş və o öz ailə üzvləri ilə mülkiyyətçinin razılığı əsasında, həmin evə köçürülmüş, onunla birlikdə bu evdə yaşamış və birgə təsərrüfatı idarə etmişdir. Belə ki, Cavabdeh2 evin kiçik oğludur. Bu torpaq sahəsini onun atası 1985-ci ildə almış, boş torpaq sahəsi olmuş və bir yerdə yaşadıqları vaxt bu torpaq sahəsi üzərində həmin ev inşa olunmuşdur. Qeyd edilən evin hər hansısa sənədi olmamışdır və bu evə dair çıxarışı onun atası evi F.Hacizadəyə bağışlamamışdan az bir müddət qabaq almış və sonra evi ona hədiyyə etmişdir. O ilk dəfə bu evə 1993-cü ildə köçüb yaşamış və qardaşı İsarailov Heyyət ilə Bakı şəhəri 8-ci kilometr bazarında işləmişlər. O valideyinləri ilə ünvan 4 ünvanda doğulmuş və qeyd edilən evi satdıqdan sonra da anası və bacıları (onlardan biri Qanuni nümayəndə) 2003-cü ildə bu ünvana köçmüşlər, onlar gələnə kimi o atası ilə və qardaşının ailəsi ilə birlikdə bu ünvanda yaşamışlar. Bu evdə yaşadıqları vaxt birgə vəsait hesabına burada əlavə tikililər inşa etmiş və o ailə həyatı qurduqdan sonra atası evdə onun üçün ayrıca yer ayıraraq orada onun köməkliyi ilə 1 otaqdan ibarət tikili və yardımçı sahə inşa etməklə 4 azyaşlı uşaqları ilə (onlardan 2-si ağır formada xəstədir) bu tikilidə yaşayır, həmin tikili ilk iddiaçının adına olan çıxarışa salınmamışdır. İlk iddiaçı azyaşlıdır və onun anası olan bacısı Qanuni nümayəndə RF-da yaşayır, onun ilk iddiaçıya hər hansısa maneəçiliyi yoxdur, lakin ilk iddiaçı evin atası tərəfindən ona hədiyyə edilməsindən istifadə edərək ona qarşı bu iddianı qaldırmışdır. Hazırda hesab edir ki, o 1993-cü ildən bu mülkün keçmiş sahibi olmuş atası tərəfindən bu evə köçürülmüş və onun ailə üzvüdür (oğludur). Bu isə onun bu evə istifadə hüququnun həmin vaxtdan yarandığına dəlalət edir. Bundan başqa o bu gündə həmin evdə yaşayır və onun başqa daimi yaşayış yeri yoxdur, bu evi tərk etməmiş və onun bu evin tərkib hissəsinə istifadə hüququ olan şəxs kimi bu evdə yaşamaq hüququnu əldə etmişdir. Odur ki, qeyd edilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi ərizədə xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları:

7. Məhkəmə iclasında iştirak edən ilk iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi (vəkil) Vəkil ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək və həmin iddia tələbini müdafiə edərək, öz izahat və çıxışında bildirdi ki, ilkin iddia ərizəsinin əsaslı olması ilə bağlı müvafiq rəsmi sənədlər, mötəbər sübutlar kimi məhkəməyə təqdim edilmişdir. İlkin iddiaçının istinad etdiyi həmin sübutlar, işdə olan 28 yanvar 2014-cü il tarixli notarial təsdiqli X23 və ilk iddiaçının adına rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli ******* nömrəli Çıxarışdır. Məhz həmin rəsmi sənədlərdən görünür ki, 11 il bundan öncə X9, yəni ilk iddiaçının doğma babası, öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evini öz doğma qız nəvəsinə, yəni İddiaçı hədiyyə etmiş və bunun qarşılığında həmin nəvədə qeyd edilən bağışlama müqaviləsinə əsasən göstərilən ev üzərində mülkiyyət hüququnu əldə etmişdir. Yəni ilk İddiaçı adına müvafiq dövlət orqanı tərəfindən həmin fərdi yaşayış evinin xüsusi mükiyyətinə verilməsinə dair xx.xx.2014cü il tarixli ******* nömrəli Çıxarış verilmişdir və bu sənəddən də göründüyü kimi həmin evin yeganə mülkiyyətçisi İddiaçıdir. Buradan göründüyü kimi mərhum X9 öz sağlığı dövründə özünün sağ olan 7 övladlarından heç birinə deyil, məhz qız nəvəsinə yəni İddiaçı sözügedən evi hədiyyə etmiş və bununlada şəxs həmin mülkün müqəddəratını öz sağlığı dövründə, yəni 28 yanvar 2014-cü il tarixli notarial təsdiqli X23 yolu ilə həll etmişdir. Məhkəmədə tərəflərində təsdiq etdiyi kimi X9 xx.xx.2017ci il tarixində vəfat etmiş və vəfat edən günə kimi həmin şəxsin özüdə ünvan 2 ünvanında yerləşən evdə yaşamışdır. Lakin bu işin rəsmi və faktiki hallarından da göründüyü kimi, istər sözügedən bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən sonra geridə qalmış 11 il ərzində, istərsədə X4 vəfatından sonra geridə qalmış 8 il ərzində hazırda qarşılıqlı iddiaçıların özlərinin uşaqları ilə birgə məhkəmə qaydasında istifadə hüquqlarının tanınmalarını tələb etdikləri ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evinin baba tərəfindən qız nəvəsinə bağışlanması faktı heç vaxt nə qarşılıqlı iddiaçılar, nədəki mərhum X4 digər sağ olan övladları tərəfindən rəsmi şəkildə mübahisələndirilməmişdir. X2 (ilk iddiaçının babası) xx.xx.2017-ci il tarixində vəfat etdikdən sonra, ilk iddiaçının və onun valideyinlərinin ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evində olmaması faktından istifadə edərək, ilkin iddia ərizəsi üzrə cavabdehlər heç bir qanuni əsas olmadan hazırki ilk iddiaçıya məxsus fərdi evin yerləşdiyi ünvana, yəni ünvan 5vanına gələrək, həmin evin həyətində ayrıca özbaşına bir tikilini yaşayış vəziyyətinə gətirərək həmin tikilidə qanunsuz yaşamağa başlamışlar. Halbu ki, qarşılıqlı iddiaçı Cavabdeh2 özünündə məhkəmədə verdiyi izahatında təsdiq etmişdir ki, o vaxta kimi onun özü başqa ünvanda ayrıca torpaq üzərində özü üçün ev tikmiş, lakin sonradan pula ehtiyacı olduğuna görə həmin tikilini satmış və pulunuda ailə ehtiyaclarına sərf etmişdir. Yalnız qarşılıqlı iddiaçı Cavabdeh2 öz ailəsi ilə birgə (ilkin iddia ərizəsi üzrə 2-ci cavabdeh olan arvadı Cavabdeh1 və övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm, 2010-cu il təvəllüdlü İsrailova Almarə, 2014-cü il təvəllüdlü İsrailov Həmzə və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn) məhz atasının vəfatından sonra ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evin həyətyanı sahəsinə ilk iddiaçının heç bir razılığı olmadan, yəni mülkiyyətçi İddiaçı və onun valideyinlərinin (qanuni nümayəndələrinin) iradəsi əlehinə, ata yurdumdu deyərək özbaşına olaraq daxil olub məskunlaşmışdır. Bu qanunsuzluq düz 8 ildir ki davam edir və bu səbəbə görə də, ilk iddiaçı öz qanuni əmlakından rahat şəkildə istifadə edə bilmir. İlk iddiaçı öz qanuni əmlakından özü istədiyi kimi istifadə etmək istədikdə isə ilk iddiaçının ailəsi ilə qarşılıqlı iddiaçıların ailə üzvləri arasında daimi olaraq məişət zəmnində mübahisəli hallar baş verir. Ona görə də, hazırda ilk iddiaçı məcburiyyət qarşısında qalaraq həmin xüsusi mülkiyyət nəzarətsiz qalmasın deyə, Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi M.Muxtarov küçəsi, döngə 3 ev 44-də tənha qalan Gülnar İsrailova adlı doğma xalasını yerləşdirmişdir ki, qarşılıqlı iddiaçılar həmin evidə qanunsuz zəbt etməsinlər. Odur ki, ilk iddiaçı (qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh) İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi (vəkil) Vəkil həmin Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi M.Muxtarov küçəsi, döngə 3 ev 44-ün müdafiə etdiyi şəxsin mülkiyyətində, evin yerləşdiyi torpaq sahəsinin isə qanuni sahibliyində olduğunu, ilk iddiada adları qeyd edilən cavabdehlərin (şəxslərin) həmin evin yerləşdiyi ünvanda, yəni evin həyətyanı sahəsində (ilk iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidə) qalmaları və yaşamaları ilk iddiaçının bir mülkiyyətçi və qanuni sahib kimi onun hüquqlarını pozduğunu nəzərərə alaraq, ilkin iddia ərizəsinin tam təmin edilməsini və ilkin iddia üzrə cavabdeh şəxslərin ilk iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsindən çıxarılmaları və həmin ərazinin cavabdehlərin hesabına boşaldılması ilə ərazinin iddiaçının əməli istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, həmin nümayəndə həmçinin qarşılıqlı iddiaçıların ümumiyyətlə Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olmalarını və Abşeron rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi M.Muxtarov küçəsi, döngə 3 ev 44-ə onların istifadə hüquqlarının tanınmalarına dair irəli sürülmüş tələblərinin ümumiyyətlə mülki qanunvericiliyə əsasən yolverilməz olduğunu və ev mülkiyyətçisinin buna rəsmi razılığının olmadığını əsas gətirərək qarşılıqlı iddianın da bütünlüklə rədd edilməsini məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 ilkin iddianı qəbul etmədiyini və qarşılıqlı iddia ərizəsini müdafiə etdiyini qeyd edərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq şifahi izahatında bildirmişdir ki, o yalnız mərhum atası tərəfindən ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evinin qız nəvəsinə, yəni ilk İddiaçı bağışlanmasını ilk iddiaçı 2023-cü ilin sentyabr ayında ona qarşı məhkəmədə ilkin iddianı irəli sürərkən bilmişdir. Həmin vaxta kimi elə bilmişdir ki, atası 2014-cü ildə həmin evi digər bacısı Gülnar İsrailova bağışlamışdır. Çünki hazırda həmin evdə bacısı Gülnar İsrailova yaşayır. 2023-cü ilin sentyabr ayında biləndə ki, bu ev digər bacısı Qanuni nümayəndə qızı İddiaçı 2014-cü ildə bağışlanıb, o bununla razı olmamışdır. Lakin geridə qalmış müddət ərzində həmin bağışlanma müqaviləsini və onun əsasında ilk iddiaçıya verilmiş çıxarışı məhkəmə qaydasında mübahisələndirməmişdir. Belə ki, hesab edir ki, onun özüdə mərhum atasının oğludur, onada həmin həyətdən torpaq payı ayrılıb verilməlidir. Əlavə olaraq bildirir ki, həqiqətəndə onun tərəfindən Bilgəh Zəfəran sovxozu ərazisində vaxtilə ayrıca ev tikmək məqsədilə əlavə tikili inşa etdirilmiş, həmin tikilinin dam örtüyünə qədər inşaat işləri görülmüş vəziyyətdə olmuşdur. Lakin sonradan pula ehtiyacı olduğuna görə, həmin tikilini satmış və pulunu öz ehtiyaclarına sərf etmişdir. Hətta həmin tikilini inşa edərkən bacısı Gülnar İsrailovadan 1000 manat məbləğində borc pulda almış və sonra qaytarmışdır. Baxmayaraq ki, onun və həyat yoldaşı Cavabdeh1, o cümlədən uşaqlarının pasport qeydiyyatları digər bacısının evinə, yəni Bakı, şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 1, ev 5-dir, o ailəsi ilə birgə ilk İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinin daxilində deyil, məhz həmin evin həyətyanı sahəsində, yəni ilk iddiaçının istifadəsində olan torpaq ərazisində yerləşən əlavə bir otaqlı tikilidə yaşayır. Hazırda 4 uşağından ikisi ağır xəstədir və onlara əlilliyə görə dövlət tərəfindən müvafiq pensiyalar təyin edilibdir. Həyat yoldaşı Cavabdeh1 gözdən ikinci qrup əlildir. Ona görə də, hazırki ailə vəziyyətini və mərhum atasının kiçik oğlu olmasını əsas gətirərək, baxmayaraq ki, mərhum atası vaxtilə evi 2014-cü ildə bacısı Qanuni nümayəndə qızına, yəni ilk İddiaçı bağışlamışdır, o hesab edir ki, həmin evin yerləşdiyi torpaq sahəsindən onunda yaşaması və istifadə etməsinə şərait yaradılmalıdır. Ona görə də, mübahisəli tikilini və ərazini tərk etmək niyyətində deyil və ilk iddianı qəbul etmir. Məhkəmədən ilk İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinə özünün və ailə üzvlərinin istifadə hüquqlarının tanınmasını xahiş edir.

9. İlkin iddia üzrə digər cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə digər iddiaçı Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin və qarşılıqlı iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X11, öz sərbəst ifadəsində bildirdi ki, o Cavabdeh2 həm dayısı oğlu, həmçinin də Rəşadın bacısı X5 rəsmi olaraq həyat yoldaşıdır (əridir). Tərəflər arasında mövcud mübahisə ilə bağlı bir şahid olaraq məhkəməyə onu deyə bilər ki, Rəşadın və yoldaşı Nailənin mərhum atası tərəfindən ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evinin qız nəvəsinə, yəni ilk İddiaçı bağışlanmasını o yalnız, 2023-cü ilin sentyabr ayında Rəşada qarşı məhkəmədə ilkin iddianı irəli sürülərkən bilmişdir. Həmin vaxta kimi o və həyat yoldaşı Nailə elə bilmişdilər ki, Heybət kişi 2014-cü ildə həmin evi digər gızı Gülnar İsrailovaya bağışlamışdır. Çünki hazırda həmin evdə Gülnar İsrailova yaşayır. 2023-cü ilin sentyabr ayında biləndə ki, bu ev Heybət kişinin digər qızı Qanuni nümayəndə qızı İddiaçı 2014-cü ildə bağışlanıb, onun yoldaşı Nailədə bu faktla razı olmamışdır. Lakin onunda həyat yoldaşı Nailə geridə qalmış müddət ərzində həmin bağışlanma müqaviləsini və onun əsasında ilk iddiaçıya verilmiş çıxarışı məhkəmə qaydasında mübahisələndirməmişdir. Hazırda şahid olaraq hesab edir ki, həmin evin vaxtilə İddiaçı bağışlanması Heybət kişinin yanılması və qızı Qanuni nümayəndə həyat yoldaşı Mübarizin təkidi və təşkli ilə baş tutmuşdur. Şahidlik edir ki, Cavabdeh2 öz ata evində həmişə yaşamışdır və ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evi məhz mərhum Heybət kişinin və onun ailə üzvlərinin birgə səyi və dəstəyi nəticəsində inşa edilmişdir. Hesab edir ki, hazırda Rəşadın həmin həyətdən ailəsi ilə birgə çıxarılmasının tələb edilməsi məhz İddiaçı atası Mübariz tərəfindən təşkil edilib ki, sonradan həmin evi rahat sata bilsinlər.

11. Məhkəmə iclasında qarşılıqlı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X10 öz sərbəst ifadəsində bildirdi ki, o Cavabdeh2 doğma bacısıdır. Onun özü ailəsi ilə birgə Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayır. Rəsmi qeydiyyat ünvanı ünvan 7sında mövcud mübahisə ilə bağlı bir şahid olaraq məhkəməyə onu deyə bilər ki, mərhum Heybət kişi onun doğma atası olmuşdur. Valideyinlərinin 7 övladı vardır və hamısı sağdır, həyatdadırlar. Atası 2017-ci ildə, yəni anasının vəfatdan altı ay sonra ölmüşdür. Rəşad onun kiçik qardaşıdır. Onun mərhum atası tərəfindən ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evinin qız nəvəsinə, yəni ilk İddiaçı bağışlanmasını o yalnız, 2017-ci ildə atasının vəfatından öncə bilmişdir. Belə ki, atası sağ ikən bir dəfə ona demişdir ki, evdə bax gör bacın Gülşən evin bağışlanma sənədlərini haraya qoyubdur. Oda axtarmış lakin sənədləri tapa bilməmişdir. Sonradan atası ona demişdir ki, bacın Gülşən evin sənədlərini deyəsən özü ilə aparıbdır. Əslində həmin vaxta kimi o və Rəşad elə bilmişdilər ki, ataları Heybət kişi həmin evi digər gızı Gülnar İsrailovaya bağışlamışdır. Çünki hazırda həmin evdə bacısı Gülşənin xahişinə əsasən Gülnar İsrailova yaşayır və evə həmin bacısı baxır. Sonradan Rəşad biləndə ki, bu ev atası tərəfindən digər qızı Qanuni nümayəndə qızı İddiaçı bağışlanıb, o bu faktla razı olmamışdır. Lakin oda Heybət kişinin qız övladı olaraq 2017-ci ildən hesablanaraq geridə qalmış müddət ərzində həmin bağışlanma müqaviləsini və onun əsasında ilk iddiaçıya verilmiş çıxarışı məhkəmə qaydasında mübahisələndirməmişdir. Hazırda şahid olaraq hesab edir ki, həmin evin vaxtilə İddiaçı bağışlanması atası Heybət kişinin yanılması və bacısı Qanuni nümayəndə həyat yoldaşı Mübarizin təkidi və təşkli ilə baş tutmuşdur. Şahidlik edir ki, qardaşı Cavabdeh2 öz ata evində həmişə yaşamışdır və ünvan 2 ünvanında yerləşən 44 nömrəli fərdi yaşayış evi məhz mərhum atası Heybət kişinin və onun ailə üzvlərinin birgə səyi və dəstəyi nəticəsində inşa edilmişdir. Hesab edir ki, hazırda Rəşadın həmin həyətdən ailəsi ilə birgə çıxarılmasının tələb edilməsi məhz İddiaçı atası Mübariz tərəfindən təşkil edilib ki, sonradan həmin evi rahat sata bilsinlər. İş materiallarına əlavə edilmiş sənədlər, onlara əsasən təsdiq edilən faktlar və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

12. AZ-İİ seriyalı 217622 nömrəli 22 yanvar 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı anası Qanuni nümayəndə, atası isə X6r.

13. 28 yanvar 2014-cü il tarixli notarial təsdiqli X14 müəyyən edilir ki, X9 öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evini xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı hədiyyə etmişdir (bağışlamışdır).

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi 40 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olmaqla ümumi sahəsi 72,8 kv.metr olan 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Çıxarışda fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) bölümü boş göstərilmişdir.

15. X4 adına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportdan görünür ki, həmin sənəddə torpaq üzərində Tikili və Qurğuların təsviri aşağıdakı kimidir: A)Yaşayış evi, B) Ayaq-yolu, V) Hamam, Q) Əl-damı, 1) Darvaza və 2) Hasar.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2024-cü il tarixli, 3-16-16/1-10/6484 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi S.Soltanovun mütəxəssis rəyində qeyd edilir ki, tədqiqatın aparılması üçün mülki iş materialında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-24376/2024 saylı mütəxəssis rəyinin məlumatlarına istinad olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X18 Abşeron rayon ərazisində qalan hissəsində yerləşdiyi göstərilmişdir. Sərhəd məlumatlarına əsasən sahə Abşeron rayonu inzibati sərhədləri daxilində olduğu göstərilmişdir. Texniki pasportla faktiki vəziyyət arasında az perimetrik ölçü olduğu göstərilmişdir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evinin bitişik əlavə tikili inşa edildiyi göstərilmişdir. Həmçinin torpaq sahəsində əlavə 2 ədəd birmərtəbəli yaşayış evi inşa olunduğu göstərilmişdir. Qeydiyyat keçmiş yaşayış evi hüquq sahibi tərəfindən İsrafilova (əslində İsrailovadır) Gülnaz adlı xanıma həvalə edildiyi məlum olduğu göstərilmişdir. Sahənin bölünən digər hissəsində İsrafilov (əslində İsrailovdur) Heyət Heybət oğlu qeydiyyatdan keçmiş fərdi yaşayış evinə paralel hissədə yerləşən birmərtəbəli yaşayış evində isə İsrafilov (əslində İsrailovdur) Rəşad Heybət oğlunun yaşadığı göstərilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2025-ci il tarixli, 10/4464 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Abşeron Ərazi İdarəsinin mühəndisi Elxan Əbdulhəsənovun mütəxəssis rəyində qeyd edilir ki, tədqiqatın aparılması üçün mülki iş materialında həmin mütəxəssis rəyinin məlumatlarına istinad olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə X18 Abşeron rayon ərazisində qalan hissəsində yerləşdiyi göstərilmişdir. Sərhəd məlumatlarına əsasən sahə Abşeron rayonu inzibati sərhədləri daxilində olduğu göstərilmişdir. Texniki pasportla faktiki vəziyyət arasında az perimetrik ölçü olduğu göstərilmişdir. Qeydiyyatdan keçmiş fərdi yaşayış evinin bitişik əlavə tikili inşa edildiyi göstərilmişdir. Həmçinin torpaq sahəsində əlavə 2 ədəd birmərtəbəli yaşayış evi inşa olunduğu göstərilmişdir. Qeydiyyat keçmiş yaşayış evi hüquq sahibi tərəfindən İsrafilova (əslində İsrailovadır) Gülnaz (Gülnardı əslində) adlı xanıma həvalə edildiyi məlum olduğu göstərilmişdir. Sahənin bölünən digər hissəsində İsrafilov (əslində İsrailovdur) Heyət Heybət oğlu qeydiyyatdan keçmiş fərdi yaşayış evinə paralel hissədə yerləşən birmərtəbəli yaşayış evində isə İsrafilov (əslində İsrailovdur) Rəşad Heybət oğlunun yaşadığı göstərilmişdir (şəxslər arasında mübahisə mövcuddur).

18. Məhkəmə (işə sədrlik edən hakim) tərəfindən 16 dekabr 2025-ci il tarixində mübahisəli əraziyə ilk iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 iştirakları ilə keçirilmiş yerli baxış protokolunda qeyd edilən məlumatlardan görünür ki, ilk İddiaçı adına xüsusi mülkiyyət kimi çıxarışla qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evi, həqiqətəndə sahəsi 40 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olmaqla ümumi sahəsi 72,8 kv.metr olan 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evidir. Həmçinin həmin torpaq sahəsinə qonşuluqda 1 ədəd birmərtəbəli yaşayış evi inşa olunduğu müəyyən edildi. Yerli baxış zamanı Cavabdeh2 həmin evin qardaşı X12 aid olduğunu bildirdi və qeyd etdi ki, həmin qardaşı ayrıca ailəsi ilə birgə həmin evdə yaşayır və onlara qarışacağı yoxdur. Hazırda ilk iddiaçının adına qeydiyyatdan keçmiş fərdi yaşayış evinə paralel hissədə yerləşən birmərtəbəli tikilidə isə onun özü, yəni Cavabdeh2, onun həyat yoldaşı Cavabdeh1 (yerli baxış zamanı həmin qarşılıqlı iddiaçı faktiki olaraq evdə deyildi və yerli baxışda iştirak etmədi) və onun dörd övladı yaşayırlar. Yerli baxış zamanı müəyyən edildi ki, əslində Cavabdeh2 ailəsi ilə birgə yaşadığı tikili yaşayış üçün inşa edilmiş yararlı ev deyil, vaxtilə mərhum X4 adına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportda qeyd edilən, həmin evin həyətində ayrıca olaraq Ayaqyolu, Hamam və Əl-damına bitişik Rəşad tərəfindən sonradan inşa edilmiş bir otaqlı özbaşına tikilidir. Məhz həmin tikilidə Cavabdeh2 öz ailə üzvləri ilə (özü, həyat yoldaşı və dörd övladı ilə) birgə özbaşına olaraq məskunlaşaraq yaşayır. Həmçinin yerli baxış zamanı həmin qeydiyyatdan keçmiş yaşayış evi həqiqətəndə hüquq sahibi İddiaçı tərəfindən doğma xalası X7 həvalə edildiyi məlum oldu. X3 yerli baxış zamanı işə sədrlik edən hakimə bildirir ki, Cavabdeh2 onun doğma qardaşı, Qanuni nümayəndə isə onun doğma bacısıdır. İddiaçı isə bacısı Qanuni nümayəndə doğma qızıdır. Mərhum ataları Heybət kişi 2017-ci ildə vəfat etmişdir. Ataları vəfat etməmişdən 3 il öncə, yəni 2014-cü ildə ünvan 8 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş hazırki yaşayış evini öz istəyi ilə nəvəsi İddiaçı bağışlamışdır. Bunu onun bütün bacı və qardaşları həmin vaxtı bilmişlər və heç kim bu halı mübahisəlındirməmişdir. Onların atalarının 7 övladı vardır və hamısı sağdır. Atası Heybət kişinin öz doğma kiçik oğlu Rəşad ilə münasibəti ölən vaxta kimi soyuq olmuşdur. Rəşad atası Heybət kişi vəfat edənə kimi, yəni 2017-ci ilə kimi bu həyətə atası tərəfindən buraxılmamışdır. Belə ki, Rəşad ata sözünə baxan oğul olmamışdır. Əslində Rəşad ailə qurandan sonra xeyli müddət başqa yerdə ailəsi ilə kirayədə yaşamış, daha sonra Bilgəh Zəfəran sovxozu ərazisində vaxtilə ayrıca ev tikmiş və orada yaşamışdır. Hətta həmin evi inşa edərkən ondan 1000 manat məbləğində borc pul istəmiş, oda həmin pulu ona borc vermişdir. Sonradan həmin borc pulu Rəşad ona qaytarmışdır. Lakin Rəşad sonradan heç kimə məlum olmayan səbəbdən həmin evi kiməsə satmış və pulunu özünə xərcləmişdir. Ataları Heybət kişi vəfat etdikdən sonra Rəşad bacısı Qanuni nümayəndə ailəsinin (onun qızı Fatima Hacizadənin və əri Mübariz Hacıyevin) evdə olmamalarından istifadə edərək, onların iradəsi əlehinə, hazırki evin həyətinə qanunsuz daxil olaraq, həyətdə Ayaq-yolu, Hamam və Əl-damına bitişik ayrıca olaraq bir otaqlı özbaşına tikili inşa edərək ailəsini gətirib həmin tikiliyə yerləşdirmişdir və artıq səkkiz ildir ki, həmin tikilidən çıxmır. Bu səbəbdən bacısı Qanuni nümayəndə onun qızı İddiaçı və Mübariz Hacıyev bu həyətə və evə gələndə Rəşadla (onun ailəsi ilə) həmin ailə arasında daimi olaraq mübahisələr yaranır. Məhz bu səbəbdən Rəşad və onun ailəsi İddiaçı xüsusi mülkiyyətində olan evin daxilinə girə bilməsin deyə, o bacısı Qanuni nümayəndə xahişi ilə ünvan 8 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş hazırki yaşayış evində tək yaşayır və evi Rəşadın ailəsindən qoruyur. Bacısı qızı Fatmə Hacızadənin məhz məhkəmədə Rəşada və onun ailəsinə qarşı qaldırdığı iddianın səbəbidə məhz bunlardır.

19. Məhkəmə tərəfindən 16 dekabr 2025-ci il tarixində mübahisəli həyətyanı sahənin mövcud vəziyyətini əks etdirən video çəkilişi aparılaraq müvafiq CD diskə həmin çəkiliş köçürülərək iş materiallarına əlavə edilmişdir.

20. Mülki iş materiallarına əlavə edilmiş digər sənədlər. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası: 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43.İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

22. İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Əlavə Protokol:

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

24. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu:

1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 9.5. yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. 49.2. On altı yaşı olan yetkinlik yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli elan edildiyi halda (emansipasiya) o, məhkəmədə şəxsən öz hüquq və vəzifələrini həyata keçirə bilər. 49.3. Yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin,habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. 49.4. On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarı.

27. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı. Məhkəmənin mövqeyi:

28. Məhkəmə ilk iddiaçının nümayəndəsinin (vəkilinin) və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahat və çıxışlarını, iş üzrə dindirilmiş şahid ifadələrini, hər iki iddia tələblərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia əsaslı olduğundan tam təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir.

29. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarında qeyd edilir ki, AR MPM-də hakimin təşəbbüsü minimuma endirilmiş, ekspertiza təyin olunması istisna olmaqla, hakimə öz təşəbbüsü ilə sübutlar toplamaq səlahiyyəti verilməmişdir. Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. (§27)

30. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. (§27)

31. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. (§26)

32. İlkin iddia ərizəsindəki tələbdən göründüyü kimi, hazırki mübahisə ilk iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi torpaq və həyətyanı sahədə cavabdehlərin (qarşılıqlı iddiaçıların və onların övladlarının) özbaşına inşa edərək məskunlaşdıqları tikilidən çıxarılmaları, həmin cavabdehlərin hesabına həmin tikilinin boşaldılması və ilk iddiaçının əməli istifadəsinə verilməsi ilə bağlıdır. İlkin iddia tələbindən də göründüyü kimi hazırkı iş əslində mülkiyyət, o cümlədən əmlakdan sərbəst istifadə etmək hüququnun maneəsiz həyata keçirilməsi ilə bağlıdır. Qarşılıqlı iddia ərizəsindəki tələbdən isə görünür ki, qarşılıqlı iddiaçılar məhz ilk iddiaçının xüsusi mülkiyyətində olan daşınmaz əmlaka istifadə hüquqlarının tanınmasını tələb edirlər. Halbu ki, qarşılıqlı iddiaçılar ilk iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi torpaq və həyətyanı sahədə özbaşına inşa edərək məskunlaşdıqları tikilidə yaşayırlar və onların rəsmi passport qeydiyyatlarıda başqa ünvanadır.

33. Qanunvericilikdə «mülkiyyət hüququ»nun anlayşı MM-in 152.1-ci maddəsində verilir. Bu maddəyə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. İşin mübahisəsiz hallarından görünür ki, 28 yanvar 2014-cü il tarixli notarial təsdiqli X17 əsasən, X9 öz xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evini xx xxxxxx 2009-cu il təvəllüdlü İddiaçı hədiyyə etmişdir (bağışlamışdır). Məhz həmin İddiaçı - X4 doğma qızı Qanuni nümayəndə ilə Mübariz Hacıyev ilə olan rəsmi nikahından anadan olmuş övladıdır, yəni ilk iddiaçı Fatimə X1 doğma qız nəvəsidir. Yəni mərhum X9 öz sağlığında həmin mülkiyyətinin taleyini öz iradəsinə əsasən həll etmişdir. Geridə qalmış 11 il ərzində sözügedən evin bağışlanması ilə bağlı 28 yanvar 2014-cü il tarixli notarial təsdiqli müqavilə X4 heç bir sağ olan doğma övladları, o cümlədən qarşılıqlı iddiaçılardan biri olan Cavabdeh2 tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Bu fakt məhkəmədə qarşılıqlı iddiaçının özünün izahatı ilə yanaşı, onun vəsatəti əsasında dindirilmiş bacısı şahid Nailə Baloğlanovanın ifadəsi ilədə öz təsdiqini tapmışdır. Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış sahəsi 40 kv.metr, yardımçı sahəsi 32,8 kv.metr olmaqla ümumi sahəsi 72,8 kv.metr olan 1 mərtəbədən ibarət 2 otaqlı fərdi yaşayış evi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ üzrə ilk İddiaçı adına dövlət qeydiyyatına alınmışdır, torpaq sahəsi üzərində hüququn növü istifadə, torpaq sahəsinin mülkiyyət növü isə bələdiyyə mülkiyyətidir. Həmin çıxarışdan oda müəyyən edilir ki, həmin fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) bölümü ümumiyyətlə adı çəkilən sənəddə boş göstərilmişdir. Hətta vaxtilə mərhum X4 adına ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasportdan da müəyyən edilmişdir ki, həmin sənəddə torpaq üzərində Tikili və Qurğuların təsviri məhz aşağıdakı kimi olmuşdur: A)Yaşayış evi, B) Ayaq-yolu, V) Hamam, Q) Əl-damı, 1) Darvaza və 2) Hasar. Yəni hazırda iş materiallarında olan rəsmi sənədlərdə ünvan 8 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikilililər sırasında qarşılıqlı iddiaçıların məskunlaşdıqları tikili rəsmən dövlət orqanı tərəfindən qeydiyyata alınmamış tikilidir. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən 0,00936 ha torpaq sahəsinin üzərində inşa edilmiş 2 otaqlı fərdi yaşayış evində ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 (o cümlədən onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəmin, 2010-cu il təvəllüdlü İsrailova Almarənin, 2014-cü il təvəllüdlü İsrailov Həmzənin və 2017-ci il təvəllüdlü İsrailov Hüseynin) ümumiyyətlə pasport qeydiyyatları belə yoxdur. Qarşılıqlı iddia üzrə iddiaçılardan biri olan Cavabdeh2 məhkəmədə etiraf etdiyi kimi, onun və ailə üzvlərinin hamısının rəsmi pasport qeydiyyatları digər bacısının evinə, yəni Bakı, şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, dalan 1, ev 5-dir. Belə ki, Cavabdeh2 məhkəmədə verdiyi izahatdan oda müəyyən edilmişdir ki, həqiqətəndə onun tərəfindən Bilgəh Zəfəran sovxozu ərazisində vaxtilə ayrıca ev tikmək məqsədilə əlavə tikili inşa etdirilmiş, həmin tikilinin dam örtüyünə qədər inşaat işləri görülmüş vəziyyətdə olmuşdur. Lakin sonradan pula ehtiyacı olduğuna görə, həmin tikilini və onun yerləşdiyi torpağı satmış və pulunu da öz ehtiyaclarına sərf etmişdir. Hətta həmin tikilini inşa edərkən bacısı Gülnar İsrailovadan 1000 manat məbləğində borc pulda almış və sonra qaytarmışdır. Hazırda o hesab edir ki, onun özüdə mərhum atasının oğludur, onada ilk iddiaçı tərəfindən həmin həyətdən torpaq payı ayrılıb verilməlidir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 hazırda ailəsi ilə birgə ilk iddiaçının iradəsi əlehinə məskunlaşıb yaşadığı tikili əslində yaşayış üçün inşa edilmiş yararlı tikili deyildir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh2 hazırda ailəsi ilə birgə ilk iddiaçının iradəsi əlehinə məskunlaşıb yaşadığı tikili əslində ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evinin özü deyil, həmin evin həyətində ilk iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində özbaşına inşa edilmiş əlavə bir otqalı tikilidir. İlk iddiaçıya aid çıxarışdan müəyyən edilir ki, əslində həmin fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) bölümü ümumiyyətlə adı çəkilən sənəddə boş göstərildiyindən, hazırda həmin evin həyətində ilk iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində qarşılıqlı iddiaçı Cavabdeh2 özünün inşa etdiyi və ailəsini məskunlaşdırdığı həmin bir otqalı tikili Mülki Məcəllənin 180-ci maddəsinin tələbinə əsasən özbaşına tikilidir. Bu fakt məhkəmənin iş üzrə keçirdiyi yerli baxış zamanıda faktiki olaraq müəyyən edilmişdir. Belə ki, iş üzrə əldə edilmiş ekspertiza rəylərində göstərilənlər məhkəmə tərəfindən mötəbər sübutlar kimi nəzərə alınaraq, işə baxan məhkəmənin özü tərəfindən də ayrıca olaraq 16 dekabr 2025-ci il tarixində mübahisəli evin həyətyanı sahəsinə tərəflərin iştirakları ilə yerli baxış keçirilmiş və həmin baxış zamanı müəyyən edilmişdir ki, ilk iddiaçının hazırda xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 72,8 kv.m olan 2 (iki) otaqdan ibarət 44 nömrəli fərdi yaşayış evin həyətində ayrıca olaraq mövcud olan Ayaq-yolu, Hamam və Əl-damına bitişik Cavabdeh2 tərəfindən sonradan inşa edilmiş əlavə bir otaqlı özbaşına tikili vardır. Məhz həmin tikilidə Cavabdeh2 öz ailə üzvləri ilə (özü, həyat yoldaşı və dörd övladı ilə) birgə özbaşına olaraq ilk iddiaçının iradəsinə zidd olaraq məskunlaşaraq yaşayır. Həmçinin məhkəmənin həmin yerli baxışı zamanı qeydiyyatdan keçmiş yaşayış evinin həqiqətəndə hüquq sahibi, yəni ilk İddiaçı tərəfindən onun doğma xalası X7 həvalə edildiyi məlum olmuşdu. Məhz X3da, baxmayaraq ki, iş üzrə məhkəmə baxışlarında şahid qismində gəlib ifadə verməmişdir, lakin məhkəmənin ayrıca prosessual hərəkəti olaraq tərəflərin iştirakı ilə həyata keçirdiyi yerli baxış zamanı, işə sədrlik edən hakimə onun qardaşı Cavabdeh2 yalnız atasının vəfatından sonra, yəni 2017-ci ildə bacısı Qanuni nümayəndə ailəsinin (onun qızı Fatima Hacızadənin və əri Mübariz Hacıyevin) evdə olmamalarından istifadə edərək, onların iradəsi əlehinə, hazırki evin həyətinə qanunsuz daxil olaraq, həyətdə Ayaq-yolu, Hamam və Əl-damına bitişik ayrıca olaraq bir otaqlı özbaşına tikili inşa edərək ailəsini gətirib həmin tikiliyə yerləşdirməsini və artıq səkkiz ildir ki, həmin tikilidə Rəşadın ailəsi ilə birgə digər bacısı Qanuni nümayəndə ailəsi ilə münaqişəli halda yaşaması faktını təsdiq etmişdir.

35. Məhkəmə qeyd edir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

36. Hazırda yaranmış vəziyyətdə məhkəmə hesab edir ki, ilk İddiaçı, yəni ünvan 5vanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinin mülkiyyət hüququnu, o cümlədən həmin evinin həyətyanı sahəsindən istifadə hüququnun tam və sərbəst şəkildə həyata keçirməsinə cavabdehlər (qarşılıqlı iddiaçılar) tərəfindən maneələrin yaratmaları səbəbindən, ilk iddia tam təmin edilməli və bu qətnamə qanuni qüvvəyə mindikdən sonra ilk iddiaçının xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (ilk iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların övladları 2009-cu il təvəllüdlü İsrailov Əkrəm, 2010-cu il təvəllüdlü İsrailova Almarə, 2014-cü il təvəllüdlü İsrailov Həmzə və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmalı (həmin sahə məcburən boşaldılmalı) və həmin ərazi ilk iddiaçının öz qanuni sahibliyinə qaytarılmalıdır. Belə ki, ilk iddiaçının xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə ilk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddiaçıların) məskunlaşması ilk iddiaçının ilk növbədə iradəsi əlehinə həyata keçirilmiş, ilk iddiaçının qanuni istifadəsində olan torpaq ərazisində ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddiaçılar) tərəfindən özbaşına tikili inşa edilmiş və nəhayət həmin tikilinin özüdə ünuniyyətlə yaşayış üçün yararlı yer hesab edilmir. Hazırda ilk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddiaçıların) ilk iddiaçının fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz özbaşına tikili inşa edib məskunlaşaraq yaşamaqda davam etmələri qanunla yolverilməzdir. Həmçinin məhkəmə ilk iddia üzrə cavabdehlərin (qarşılıqlı iddiaçıların) yetkinlik yaşına çatmayan uşaqlarına münasibətdə qeyd edir ki, MM-nin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır sayılır. İlkin iddia tələbi onların valideyninə münasibətdə təmin edildiyindən onların yaşayış yeri valideynləri ilə eyni yer olmalıdır.

37. Hazırki işin rəsmi və faktiki hallarını nəzərə alan məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qarşılıqlı iddia ərizəsindəki tələbdən görünür ki, qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 məhz ilk iddiaçının xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinə özlərinin və övladlarının istifadə hüquqlarının tanınmasını tələb edirlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə ünvan 5vanında yerləşən fərdi yaşayış evi 2014-cü ildə ilk İddiaçı xüsusi mülkiyyətinə rəsmən qeydiyyata alındıqdan sonra, həmin evin hazırki mülkiyyətçisi tərəfindən qarşılıqlı iddiaçılar Cavabdeh2 və Cavabdeh1 öz övladları ilə birgə həmin evə köçüb yaşamalarına nə rəsmi olaraq, nədəki faktiki olaraq icazə verilməmiş və həmin qarşılıqlı iddiaçıların ünvan 5vanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının tanınmasına dair qanuni əsaslar yaranmamış və hazırki məhkəmə araşdırması zamanı bu hüququn tanınmasına yeni hallarda müyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ümumiyyətlə qarşılıqlı iddiaçıların özləri ilk iddiaçının mülkiyyətində olan evdə deyil, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq və həyətyanı sahədə faktiki olaraq özbaşına inşa edərək məskunlaşdıqları tikilidə yaşayırlar və onların rəsmi passport qeydiyyatlarıda başqa ünvanadır. Göründüyü kimi qarşılıqlı iddiaçıların özləri və onların övladları ilk iddiaçının yəni ünvan 5vanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən onunla birgə yaşayan ailə üzvləri deyillər. Üstəlikdə qarşılıqlı iddiaçılar məhkəmə gedişatı zamanı ünvan 5vanında yerləşən fərdi yaşayış evində nə vaxtsa köçüb yaşamalarına dairdə heç bir rəsmi mötəbər sübutlar təqdim etməmişlər. Əksinə qarşılıqlı iddiaçıların məhz 8 ildir ki, özlərinin ilk iddiaçının mülkiyyətində olan evdə deyil, həmin daşınmaz əmlakın yerləşdiyi torpaq və həyətyanı sahədə faktiki olaraq özbaşına inşa edərək məskunlaşdıqları tikilidə yaşamaları və onların rəsmi passport qeydiyyatlarınında başqa ünvanda olmaları faktı tamamilə qarşılıqlı iddianın əsassız olmasını sübut edir. 38.Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli və bu qətnamə qanuni qüvvəyə mindikdən sonra ilk iddiaçının xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (ilk iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların övladları 2009cu il təvəllüdlü İsrailov Əkrəm, 2010-cu il təvəllüdlü İsrailova Almarə, 2014-cü il təvəllüdlü İsrailov Həmzə və 2017-ci il təvəllüdlü İsrailov Hüseyn öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılmalı (həmin sahə məcburən boşaldılmalı) və həmin ərazi ilk iddiaçının öz qanuni sahibliyinə qaytarılmalıdır.

39. Qarşılıqlı iddia isə təmin edilməməlidir. Məhkəmə xərcləri:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ilk iddiaçı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmədiyindən ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyinə görə qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumuda qarşılıqlı iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə keçirilmiş iki ekspertiza tədqiqatına görə cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ:

1. İlk İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş həyətyanı sahədən və özbaşına tikilidən cavabdehlərin hesabına çıxarılma və həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi üzrə tələbləri təmin edilsin.

2. İlk İddiaçı xüsusi mülkiyyətində olan ünvan 5vanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən (ilk iddiaçının istifadəsində olan torpaq ərazisində olan özbaşına tikilidən) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların övladları 2009-cu il təvəllüdlü X19, 2010-cu il təvəllüdlü X15, 2014-cü il təvəllüdlü X20 və 2017-ci il təvəllüdlü X16 öz əşyaları (bütün əmlakları) ilə birgə çıxarılsınlar (həmin sahə məcburən boşaldılsın) və həmin ərazi ilk İddiaçı qanuni sahibliyinə qaytarılsın.

3. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilsin.

4. Qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə tələbləri təmin edilməsin.

5. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıların özlərinə aid edilsin.

6. İş üzrə keçirilmiş iki ekspertiza tədqiqatına (ekspertiza xərclərinə) görə cəmi 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti qarşılıqlı iddiaçılar (ilk iddia üzrə cavabdehlər) Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin.

7. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar