Məhkəmə qərarları › İş №e-2(012)-946/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-946/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-946/2025 05.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli KM1104 nömrəli satmaq öhdəliyi ilə kirayə müqaviləsinə xitam verilməsi, Cavabdeh Fonda məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi, ev 75, mənzil 51 yaşayış sahəsindən çıxarılması və mənzilin boşaldılaraq Fonda təhvil verilməsi, satmaq öhdəliyi ilə kirayə müqaviləsinə əsasən ödənilməli aylıq ödənişlər üzrə yaranmış 1766,70 manat məbləğində borc, o cümlədən 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixində bağlanılmış barışıq sazişindən görünür ki, 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Abşeron Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli KM1104 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2 Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlı-vaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, Birinci tərəf 05 mart 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 3013,71 (üç min on üç manat, 71 qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar birbirini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9.Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3.Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Abşeron Rayon Məhkəməsinə təqdim ediləcəkdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə1 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Cavabdeh qarşı kirayə müqaviləsinə xitam verilməsi, yaşayış sahəsindən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişi aşağıdakı şərtləri ilə təsdiq edilsin: Bundan sonra “İddiaçı” adlandırılacaq Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq digər tərəfdən Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar: 2.1. Tərəflər razılığa gəlirlər ki, bu Saziş imzalandıqdan və Abşeron Rayon Məhkəməsi (bundan sonra - məhkəmə) tərəfindən təsdiq edildiyi tarixdən etibarən Tərəflər arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli KM1104 nömrəli Satmaq öhdəliyi ilə kirayə müqaviləsi (bundan sonra - kirayə müqaviləsi) üzrə münasibətlər təkrar davam etdirilir və Tərəflər kirayə müqaviləsi üzrə hüquq və vəzifələrini icra edəcəkdir. 2.2 Birinci tərəf təsdiq edir ki, bu Saziş imzalandığı tarixdən etibarən kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəli üzrə aylıq ödənişlərini cədvəl üzrə vaxtlı-vaxtında həyata keçirəcəkdir. 2.3. Tərəflər təsdiq edir ki, Birinci tərəf 05 mart 2025-ci il tarixinədək ümumilikdə ödənilməmiş borcu olan 3013,71 (üç min on üç manat, 71 qəpik) manat vəsaiti İkinci tərəfə nağdsız qaydada ödəmişdir. 2.4. Birinci tərəf təsdiq edir ki, həmçinin kirayə müqaviləsinin əlavəsi olan ödəniş cədvəlinə uyğun olaraq aylıq qaydada kirayə haqqını ödəyəcəkdir. 2.5. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəliklər nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verir, o cümlədən ödənilməmiş qalıq borc məbləğindən əlavə qanunvericiliyə uyğun olaraq gecikmə faizi, zərər və əldən çıxmış faydanı ondan tələb edə bilər. 2.6. Birinci tərəf təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində qeyd olunan öhdəlik onun tərəfindən nəzərdə tutulduğu qaydada icra edilmədikdə və ya gecikdirildikdə, o cümlədən qeyd olunan səbəblərdən İkinci tərəf kirayə müqaviləsinə birtərəfli qaydada xitam verdikdə, Birinci tərəf kirayə müqaviləsi üzrə istifadəsinə verilmiş mənzili boşaldaraq İkinci tərəfə 5 (beş) iş günü ərzində təhvil verir və 10 (on) iş günü müddətində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını təmin edir. Mənzil təhvil verilmədiyi təqdirdə İkinci tərəf mənzilin boşaldılması və təhvil verilməsi, o cümlədən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün bu Sazişin məcburi icrası üzrə icra sənədi ilə icraya müraciət edir. 2.7. Bu Sazişin imzalanması və məhkəmə tərəfindən təsdiq edilməsi əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişin və Tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin şərtləri etibarlıdır. 2.8. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, filiallarını, törəmələrini, təsisçilərini və onların müvafiq təmsilçilərini, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin məhkəmə tərəfindən təsdiq edildiyi ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 2.9. Tərəflər razılığa gəlirlər ki, bu Saziş təsdiq edilənədək yaranmış məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri tərəflərin özləri qarşılayırlar. 2.10. Bu Saziş icra edilmədiyi təqdirdə məcburi icra üçün Tərəflərdən biri icra sənədinin verilməsi üçün məhkəməyə müraciət edir. Əgər hər hansı tərəf digər tərəfə qarşı bu Sazişin icrası ilə əlaqədar məcburi icra üzrə icra orqanına müraciət edərsə, həmin tərəfin icra ilə əlaqədar tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəyir. 2.11. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq edildiyindən, sazişin məcburi icrası məhkəmənin verdiyi icra sənədinə əsasən həyata keçirilir. 2.12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Maddə 3. Digər şərtlər 3.1. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan bu Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Bu Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.2. Tərəflər bu Sazişi imzalayaraq təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar bu Sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər və ya bu Sazişi imzalamaqla bu hüquqlarından imtina edirlər. Tərəflər, həmçinin təsdiq edirlər ki, onlar bu Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.3. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildikdə Birinci tərəf, qanunvericiliklə tələb edildiyi hallar və ya İkinci tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla, bu Sazişin bağlanılması zamanı əldə edilmiş hər hansı bir məlumatı, sənədləri və ya bu Sazişin məzmununu məxfi saxlamaq və bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyir. Bu Sazişin məzmununun üçüncü şəxslərə açıqlanmasına görə birinci tərəf məsuliyyət daşıyır. 3.4. Bu Saziş bütün tərəflər tərəfindən imzalanana və məhkəmə tərəfindən təsdiq edilənədək heç bir tərəf üçün məcburi olmayacaqdır, Saziş imzalandığı və məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. 3.5. Bu Saziş 3 nüsxədə imzalanır, tərəflərin hər birində bir nüsxə qalmaqla, digər nüsxə təsdiq üçün Abşeron Rayon Məhkəməsinə təqdim ediləcəkdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-946/2025 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar