Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-956/2023 12.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «fərdi yaşayış evinə köçürmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 mart 1990-cı il tarixli müqavilənaməyə əsasən, Xırdalan şəhəri, M.Müşviq küçəsi, dalan 2-də yerləşən 1 nömrəli evin ona məxsus sahəsinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, hal-hazırda Cavabdeh yaşadığı Xırdalan şəhəri, Mikayıl müşviq küçəsində, 2-ci dalanda yerləşən 1 nömrəli ev 26 fevral 1990-cı il tarixli 14 nömrəli arayışa və 2948 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X3 məxsus olmuşdur. Qeyd etmək istəyir ki, 14 mart 1990-cu il tarixdə onunla mərhum atası X4 arasında Abşeron Rayon Dövlət Notariat Kontorunda müqavilənamə bağlanmışdır. Həmin müqavilənaməyə əsasən, mərhum atası Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 2-də yerləşən, yaşayış sahəsi 73,5 kvadrat metrdən ibarət, köməkçi sahəsi 52,1 kvadrat metrdən ibarət 4 otaqlı olan 1 nömrəli evin 1/4 hissəsini ona bəxşiş vermişdir. Həmin müqavilənamə 14 mart 1990-cı il tarixdə Abşeron Rayon Dövlət Notariat Kontorunun notariusu Sadıqov Q.T. tərəfindən təstiqlənmişdir. Nümayəndəsi tərəfindən isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivi tərəfindən həmin müqavilə 8i-268 nömrəsi ilə qeyd edilərək təstiqlənib informasiya sisteminə daxil edilmişdir. 2007-ci il tarixdə mərhum atası X4 Cavabdeh həmin daşınmaz əmlakın qalıq hissəsini, yəni 54,6 kavadrat metrdən ibarət yaşayış sahəsini, köməkçi sahəsi 23,1 kvadrat metr olan 3 otağını vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Abşeron Rayon Notariusu Günay Məsimova tərəfindən təstiqlənmişdir. Beləliklə, qeyd olunanlara əsasən məlum olur ki, Xırdalan şəhəri, M.Müşviq küçəsinin 2-ci dalanında yerləşən 1 nömrəli fərdi yaşayış evinin 19 kvadrat metr yaşayış sahəsi (1 otaq), 29 kvadrat metr köməkçi sahəsi, 14 mart 1990-cı il tarixli müqavilənaməyə əsasən ona məxsusdur və onun bu sahəyə hüquqları vardır. Lakin buna baxmayaraq, Cavabdeh onu ona məxsus olan sahəyə buraxmır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, 62 ildir ki, Xırdalan şəhəri, M.Müşviq küçəsi, dalan 2-də yerləşən 1 nömrəli evdə yaşayır. Ev 4 otaqlıdır. Yaşadığı otağın sənədi vardır. Belə ki, atası ona vəsiyyatnamə vermiş və vəsiyyətnamə notarial qaydada təsdiq olunmuşdur. Həmçinin 14 mart 1990-cu il tarixdə İlhamla mərhum atası X4 arasında Abşeron Rayon Dövlət Notariat Kontorunda bağlanmış bağışlanma müqaviləsində imza düzgün olmamışdır, imza atasına məxsus deyil. Odur ki, o, qardaşının evə köçməsinə razı deyildir və iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarında olan 14 mart 1990-cu il tarixli, 1/1-444 reyester nömrəli,Abşeron Rayon Dövlət Notariat Kontoru tərəfindən aparılmış notarial işində olan sənədlərdən görünür ki, 14 mart 1990-cu il tarixdə, Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 2-də yerləşən, yaşayış sahəsi 73,5 kvadrat metrdən ibarət, köməkçi sahəsi 52,1 kvadrat metrdən ibarət 4 otaqlı olan 1 nömrəli evin 1/4 hissəsini oğlu İddiaçı bağışlamış və həmin müqavilə Abşeron Rayon Dövlət Notariat Kontorunun notariusu Sadıqov Q.T. tərəfindən təstiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən X2 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evi üzərində mülkiyyət hüququna dair xx.xx.1990-cı il tarixdə 2948 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, lakin Abşeron Rayon Dövlət notariat kontorunun xx.xx.1990-cı il larixli, 1.1-444 reyestr nömrəli müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı özgəninkiləşdirilmişdir. Reyestr kitabında sözügedən fərdi yaşayış evi üzərində X2 (3/4 hissə) və İddiaçı (1/4 hissə) mülkiyyət hüququ xx.xx.1990-cı il tarixdə 2948A reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 169 nömrəli mənzilin dəyişdirilməsi haqqında qərarına əsasən həmin fərdi yaşayış evi üzərində X2 (3/4 hissə) və X6(1/4 hissə) mülkiyyət hüququ reyestr kitabında xx.xx.1990-cı il tarixdə 2948A reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Abşeron Rayon Dövlət notariat kontorunun xx.xx.1991-cı il tarixli, 1/1-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 1/4 hissəsi Cavabdeh özgəninkiləşdirilmişdir. Reyestr kitabında sözügedən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.1991-ci il tarixdə 2948A reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan müqavilələr və Abşeron Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 169 nömrəli mənzilin dəyişdirilməsi haqqında qərarı arxiv əsaslarında aşkar olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən X2 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evi üzərində mülkiyyət hüququna dair xx.xx.1990-cı il tarixdə 2948 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, xx.xx.1990-cı il tarixdə iddiaçının atası həmin fərdi yaşayış evinin 1/4 hissəsini,hazırki iddiaçı olan oğlu İddiaçı bağışlamış və həmin bağışlama müqaviləsi xx.xx.1990-cı il tarixdə,Abşeron Rayon Dövlət Notariat Kontorunun notariusu Sadıqov Q.T. tərəfindən təstiqlənərək 1/1-444 reyestrdə qeyd edilmişdir.Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan məlum olur ki, keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyatı İdarəsi tərəfindən X2 adına ünvan 1 ünvanında yerləşən fərdi yaşyış evi üzərində mülkiyyət hüququna dair xx.xx.1990-cı il tarixdə 2948 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmiş, Abşeron Rayon Dövlət notariat kontorunun xx.xx.1990-cı il larixli, 1.1-444 reyestr nömrəli müqaviləsinə əsasən həmin fərdi yaşayış evinin 1/4 hissəsi İddiaçı özgəninkiləşdirilmişdir. Reyestr kitabında sözügedən fərdi yaşayış evi üzərində X2 (3/4 hissə) və İddiaçı (1/4 hissə) mülkiyyət hüququ xx.xx.1990-cı il tarixdə 2948A reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Abşeron Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 169 nömrəli mənzilin dəyişdirilməsi haqqında qərarına əsasən həmin fərdi yaşayış evi üzərində X2 (3/4 hissə) və X6(1/4 hissə) mülkiyyət hüququ reyestr kitabında xx.xx.1990-cı il tarixdə 2948A reyestr nömrəsi ilə qeydiyyata alınmış, lakin Abşeron Rayon Dövlət notariat kontorunun xx.xx.1991-cı il tarixli, 1/1-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən evin 1/4 hissəsi Cavabdeh özgəninkiləşdirilmişdir. Reyestr kitabında sözügedən fərdi yaşayış evinin 1/4 hissəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.1991-ci il tarixdə 2948A reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan müqavilələr və Abşeron Rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli, 169 nömrəli mənzilin dəyişdirilməsi haqqında qərarı arxiv əsaslarında aşkar olunmamışdır. Beləliklə,məhkəmədə müəyyən edilmiş, işin faktiki hallarından göründüyü kimi Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 2-də yerləşən, yaşayış sahəsi 73,5 kvadrat metrdən ibarət, köməkçi sahəsi 52,1 kvadrat metrdən ibarət 4 otaqlı olan 1 nömrəli evin 1/4 hissəsi İddiaçı mülkiyyətindədir və Cavabdeh iddiaçını mübahisə predmeti olan daşınmaz əmlaka buraxmaması,sonuncunun sahiblik,istifadə və mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Abşeron Rayon Dövlət notariat kontorunun xx.xx.1990-cı il larixli, 1.1-444 reyestr nömrəli müqaviləsinə əsasən İddiaçı adına özgəninkiləşdirilmiş Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 2-də yerləşən, yaşayış sahəsi 73,5 kvadrat metrdən ibarət, köməkçi sahəsi 52,1 kvadrat metrdən ibarət 4 otaqlı, 1 nömrəli fərdi yaşayış evin 1/4 hissəsinə iddiaçının hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə hesab edir ki, hazırki halda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Abşeron rayonu, Xırdalan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 2-də yerləşən fərdi yaşayış evinə dair tərəflər arasında olan münasibətlər 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrləri əhatə etdiyindən,məhkəmə MPM-nin 217.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, münasibətlərə 1982ci ildə qəbul edilmiş mənzil qanunvericiliyinin müvafiq norması tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 122ci maddəsinə əsasən vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən edilmiş hallardan başqa, onlardan alına bilməz, mülkiyyətçi yaşayış evindən istifadə hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus sahəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-956/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-956/2023
12.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver