Məhkəmə qərarları › İş №e-2(012)-96/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-96/2022

26.07.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-96/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı Həsən qızının vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Həsən qızının Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Həsən qızı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin paylarına uyğun olaraq (1\3 hissəsinin) naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 28/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçıqızı, 2/3 hissəsi isə Cavabdeh arasında bölünməsi, Cavabdeh məxsus 2001-ci buraxılışlı, gümüşü rəngli, Ban: WDB 2100071B426957, “Mersedes E 200CDİ MİNİK” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 6000 manatın 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh arasında bölünməsi, iddianın qalan hissədə təmin olunmaması, Ekspertiza xəcləri olan 100 manat tərəflərə aid edilərək, İddiaçı 50 manat və Cavabdeh 50 manat olmaqla tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Neftçilər fillialında olan bank hesabına köçürülməsi qət edilmişdir. İddiaçı həmin qətnamə əsasında fərdi yaşayış evinin bölünməsi və ondan payın ayrılması ilə əlaqədar cavabdehlə razılığa gələ bilməmişdir. Ona görə də, Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölgüsünə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Həsən qızının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(034)-28/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi isə Cavabdeh arasında bölünməsi, Cavabdeh məxsus 2001-ci buraxılışlı, gümüşü rəngli, Ban: WDB 2100071B426957, “Mersedes E 200CDİ MİNİK” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 6000 manatın 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh arasında bölünməsi, iddia qalan hissədə təmin olunmaması, Ekspertiza xəcləri olan 100 manat tərəflərə aid edilərək, İddiaçı 50 manat və Cavabdeh 50 manat olmaqla tutularaq "xxxx" MMC-nin “Bank of Baku" ASC-nin Neftçilər filialında olan bank hesabına köçürülməsi qət edilmişdir. Mülki işin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli 10/702 nömrəli rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı payına düşən 1/3 hissənin (35,03 kv.metr) real olaraq naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Lakin, paylardan kənara çıxmaqla və əlavə tikililər inşa edilməklə bölünməsi mümkündür. Bunun üçün, fərdi yaşayış evinin 7 saylı yaşayış otağı tikilisi digər (1, 2, 3, 4, 5 və 6) tikililərdən təcrid olunaraq və həmçinin həyətyanı sahədə yerləşən 8 saylı mətbəx tikilisi İddiaçı istifadəsinə verilə bilər. Eyni zamanda qeyd olunur ki, bölgü zamanı 4 saylı tikilidən 7 saylı tikiliyə olan giriş-çıxış qapısı bağlanmalı, 8 saylı mətbəx tikilisinin qarşısında olan hissəyə qapı boşluğu açılmalıd və həyətyanı sahədə yerləşən 8 saylı mətbəx tikilisinin qarşısında olan hissədə dəhliz tikilisi yaradılmalıdır, Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər 21 oktyabr 2003-cü il tarixdə birgə nikaha daxil olmuşlar, 03 oktyabr 2019-cu il tarixdə tərəflər arasındakı nikah pozulmuşdur. Birgə nikahda olduqları dövrdə Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evi almışlar, Zəngilan Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(034)-28/2020 saylı qətnaməsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi isə Cavabdeh arasında bölünməsi, Cavabdeh məxsus 2001-ci buraxılışlı, gümüşü rəngli, Ban: WDB 2100071B426957, “Mersedes E 200CDİ MİNİK” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 6000 manatın 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdeh arasında bölünməsi, iddia qalan hissədə təmin olunmaması, Ekspertiza xəcləri olan 100 manat tərəflərə aid edilərək, İddiaçı 50 manat və Cavabdeh 50 manat olmaqla tutularaq "xxxx" MMC-nin “Bank of Baku" ASC-nin Neftçilər filialında olan bank hesabına köçürülməsi qət edilmişdir hazırda İddiaçı Həsən qızı məhkəməyə iddia tələbi ilə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin paylarına uyğun olaraq (1\3 hissəsinin) naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iş üzrə keçirilmiş ekspert rəyinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Məmməd yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı payına düşən 1/3 hissənin (35,03 kv.metr) real olaraq naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Ona görə də, məhkəmə hesab edir ki, ekspertizanın rəyini təkzib edən sübutlar olmadığından rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməli, bu əsasda iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Həsən qızının Cavabdeh qarşı paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edilmədiyinə görə, İddiaçı Həsən qızının tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı Həsən qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Həsən qızının Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı Həsən qızından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar