Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-968/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan рауın müəууən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan рауın müəууən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən 19.11.2021-ci il tarixdə rəsmiləşdirilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin etibarsız hesab edilməsi, mərhum atalarından miras əmlak olaraq qalmış Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 4 ev 2-də yerləşən mənzilin ½ hissəsinə onun payı müəyyən edilərək həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mərhum atası X10 məxsus olmaqla onun adına dövlət reyestrində rəsmiləşdirilmişdir. Həmin mənzildə İddiaçı mərhum atası X14, mərhum anası X15, İddiaçı digər vərəsələrlə birlikdə yaşamışdır. X15 08 iyun 2011-ci il tarixdə, X14 isə 23 yanvar 2021-ci il tarixdə vəfat etmişdir və tərəflər həmin vaxtdan faktiki olaraq orada yaşayaraq mirası faktiki qəbul etmişlər. Belə ki, iddiaçı onun qardaşları Cavabdeh, Mahir Mehdiyev və Fikrət Mehdiyev ilə miras qalmış əmlakın üzərində paylarının müəyyən edilməsi barədə müzakirələr aparmışlar. Belə ki, onlar Fikrət Mehdiyevin iddiaçının, Mahir Mehdiyevin isə cavabdehin xeyrinə paydan imtina etməsinə dair razılığa gəlmişlər. Eyni zamanda, tərəflərin miras qalmış əmlak üzərində hər birinin ½ hissədə olmaqla payları müəyyən edilməlidir. İki ildən artıq müddətdir ki, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Koronavirus (Covid-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti 01.01.2022-ci il tarixədək saat 06:00-dək uzadılmışdır. İddiaçı atasının ölüm haqqında şəhadətnaməsi, miras qalmış əmlakın çıxarışı cavabdehdə qaldığından onunla birlikdə notariat ofisinə gedərək ərizə vermək barədə razılığa gəlmişlər. İddiaçı 17 ildir ki, şəkərli diabet xəstəsi olmaqla, xüsusi risk qrupunda olan xəstə və yaşlı adam kimi bütün dünyada, o cümlədən, Respublikada da tüğyan edən Covid-19 pandemiyası səbəbindən notariusa müraciət edə bilməməmişdir. Bununla da, digər qardaşının Respublikanın hüdudlarından kənarda olmasından notariat ofisi və Cavabdeh istifadə edib, onun vərəsəliyə çağırılmasının qarşısını almış, atalarının digər vərəsələri olmasını bilərəkdən gizlətmiş, vərəsə kimi iddiaçını və qardaşı Fikrət Mehdiyevi vərəsəlikdən kənarda qoymuşdur. Beləliklə də, mərhum atalarına məxsus miras əmlakı vərəsələrdən faktiki şəkildə hər biri qəbul etmişlər. Lakin bu yaxınlarda iddiaçı öz vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi məqsədilə notariat orqanına müraciət etdikdə cavabdehin onun məlumatı və xəbəri olmadan, digər vərəsələri gizlətməklə tam olmaqla miras əmlaka dair vərəsəlik hüququ barədə şəhadətnamə əldə etməsi məlum olmuşdur. Hal-hazırda, mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına dövlət qeydiyyatından keçmişdir. Bütün bunlar barədə iddiaçı tam təsadüf nəticəsində xəbər tutmuşdur. Halbuki, miras əmlakın vərəsələr arasında bölüşdürülməsi zamanı iddiaçının da vərəsə kimi çağırılması zəruri idi. Eyni zamanda, cavabdehə vərəsəlik şəhadətnaməsinin verilməsi tamamilə qanunsuzdur. Ona görə də hesab edir ki, miras əmlakda yalnız Cavabdeh deyil, İddiaçı, X13 da payı müəyyənləşdirilməli, bununla da, vərəsəlik hüquqları məhkəmə qaydasında müdafiə edilməlidir. Yuxarıda qeyd etdiyi kimi, cavabdeh notariat kontoruna müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Halbuki, notariusun vəzifəsidir ki, yaşayış yeri və ya iş yeri ona məlum olan vərəsələrə mirasın açılması barədə məlumat versin. İddiaçı Bakı şəhəri Yasamal rayonunda daimi yaşasa da, atasının evinə gedib-gəlmiş, atasının vəfatından sonra da yas mərasimlərində iştirak etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tərəflərin mərhum atası X10 məxsus olmaqla onun adına dövlət reyestrində rəsmiləşdirilmişdir. X4 08 iyun 2011-ci il tarixdə, ataları X14 isə 23 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Tərəflər 4 övlad, bacı-qardaş olmaqla, Cavabdeh, İddiaçı, X25 və X22r. Mübahisəli fərdi yaşayış evi 2003-cü ilin noyabr ayında alınmışdır. Bundan sonra isə 16.04.2004-cü il tarixdə cavabdehin anasının ayağı qırılmış, bundan sonra anası yeriyə bilməmiş, yataq xəstəsi olmuş, bu müddət ərzində qızı deyil, cavabdehin yoldaşı onun anasına ömrünün sonunadək baxmışdır. Həmin müddətdə cavabdehin bacısı yoldaşının evində yaşamış, yoldaşı 1996-cı ildə vəfat etməsinə baxmayaraq yoldaşından qalmış əmlakı qəbul edərək həmin evdə yaşamışdır. Həmçinin, iddiaçı ümumiyyətlə, mübahisəli fərdi yaşayış evində yaşamamış, hətta qeydiyyatı belə olmamışdır. Cavabdehin atası da xəstə olmuş, ölümündən 20 gün əvvəl əməliyyat olunaraq ona plastik çanaq yerləşdirilmiş, xəstəxanadan qayıtdıqdan sonra da cavabdehin yoldaşı ona baxmışdır. Hətta cavabdehin atası vəfat etdikdən sonra da iddiaçı mirası qəbul etməmiş, həmin ünvanda yaşamamış, kommunal ödənişlər etməmiş, hər hansı təmir işləri görməmişdir. Həmin ünvanda elə alınan vaxtdan hazırki müddətə kimi cavabdeh, onun valideynləri, yoldaşı, uşaqları yaşamışlar. Bunu bütün qonşular, qohumlar, dost-tanış da təsdiq edə bilər. İddiaçı atasının vəfatı ilə əlaqədar olaraq verilmiş 3 (üç), 7 (yeddi) və 40 (qırx) yas mərasimlərində qonaq kimi iştirak etmişdir. Həm anasının sağlığından onun bütün baxımı və xərcləri, həm də atasının əməliyyatı, xərcləri cavabdeh və ailəsi tərəfindən qarşılanmışdır. İddiaçı mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə nə mirası faktiki olaraq qəbul etmiş, nə də mirasın qəbulu üçün rəsmi qaydada notariat kontoruna müraciət etmişdir. İddiaçı bir tərəfdən həmin ünvanda yaşayıb mirası qəbul etdiyini bildirsə də, digər tərəfdən xüsusi karantin rejimini, şəkərli diabet xəstəsi olduğunu, xüsusi risk qrupunda olduğu üçün notariusa müraciət edə bilməməyini bildirmişdir. Hələ atasının sağlığında iddiaçı gələcəkdə qeyd edilən mübahisəli fərdi yaşayış evindən bir şey tələb etməmək üçün cavabdehdən 10000 ABŞ dolları pul istəmiş, cavabdeh və yoldaşı hissə-hissə də olsa, ona 2 ayda bir dəfə 1000 ABŞ dolları olmaqla, ümumilikdə 8000 ABŞ dolları pul vermişdir. Hələ atası sağ olan vaxtdan, cavabdehdən aldığı pullar az deyilmiş kimi, atasının ölümündən sonra da mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddətdə notariusa müraciət etməmiş, indi isə cavabdehi yaşayış yerindən məhrum etmək istəyir. Hətta iddiaçı vaxtında müraciət etmiş olsa idi də mirasdan ona ½ deyil, ¼ hissə çatmalı idi. İddiaçı isə mirasın qəbulu üçün qanunda nəzərdə tutulmuş 3 ay müddət ərzində notariusa müraciət edərək mirasın qəbulu ərizəsini yazmamış, faktiki olaraq mirası qəbul etməmişdir. İndi isə ¼ hissədə pay tələb edir. Qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Həmçinin, qeyd edir ki, iddiaçı digər qardaşı X25 ilə miras əmlaka dair iddiaçının xeyrinə imtina etməsini qeyd etsə də, buna dair sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı xəstəliyi ilə bağlı notariat qurumuna vaxtında müraciət edə bilmədiyini qeyd etsə də, bu barədə də sübutunu təqdim edə bilməmişdir. Cavabdeh notariat ofisinə müraciət edən zaman ərizə notarius tərəfindən tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmışdır. Başqa vərəsələrin adının qeyd edilib-edilməməsi ilə bağlı isə cavabdehin hər hansı bir məlumatı olmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 28.03.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Cavabdeh yaxından tanıyır. Belə ki, mehriban qonşuluq münasibətləri vardır. Mübarizin yoldaşı ilə yaxın olduqlarından bir-birlərinin evlərinə gedişgəlişləri olmuşdur. X2 bacısıdir. Atası xəstə olduğundan Südabə arada-bir atasına baş çəkmək üçün həmin evə gəlib-getmişdir. Onu sonuncu dəfə atasının hüzr mərasimində görmüşdü. Cavabdeh mərhum atası Mehtiyev Babacan rəhmətə getməmişdən qabaq və sonar da həmin evdə daimi olaraq Cavabdeh öz ailəsi ilə birlikdə yaşadığını görmüşdür. Başqa şəxslərin orada daimi yaşamasını görməmişdir. Mərhum ataları Babacan kişi həmişə evin Cavabdeh olduğunu qeyd etmişdir. 28.03.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, o, Cavabdeh və X11 qonşusudur. Onların anası ilə onun anası 2004-cü ildən rəfiqə olmuşlar. 23.01.2021-ci il tarixdə Cavabdeh atasının vəfatından sonra keçirilən yas mərasimlərinin və digər zəruri xərcləri Cavabdeh tərəfindən qarşılanmışdır. Mübarizin bacısı X23 atasının evinə daimi yaşmamış, hərdən-bir gəlibgetmişdir. Sonuncu dəfə Südabə xanım atasının hüzr mərasimində iştirak etmiş, onun vərəsəlik məsələsi ilə bağlı məlumatı olmuşdur. Üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron şəhər Ərazi İdarəsinə və Abşeron rayon 2 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -26.03.1959-cu il tarixli № 175395 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X16, anası X12r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.06.2011-ci il tarixli AZ-İ № 487530 saylı saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 08.06.2011-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 210 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26.10.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi döngə 4 ümumi sahəsi 100.3 kv.m olan 7 saylı fərdi yaşayış evi X8 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 155 saylı reyestr kitabının 42 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********13-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli AZ-İİ № 163904 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 23.01.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 209 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Cavabdeh ünvan 3 ünvanladığı 13.11.2021-ci il tarixli ərizədən görünür ki, o, 23.01.2021-ci il tarixdə vəfat etmiş atası X8 başqa vərəsəsinin olmadığını qeyd edərək mərhumdan miras qalmış Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi döngə 4, 7 nömrəli fərdi yaşayış evinə dair ona çatası vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. -Abşeron rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli 2V-223 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 23.01.2021-ci il tarixdə vəfat etmiş X8 vərəsələri Cavabdeh miras əmlakdan tam hissədə pay almalı, şəhadətnamə verilən miras əmlak Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 7 nömrəli fərdi yaşayış evindən ibarətdir. -Abşeron rayon 2 saylı Notariat Ofisinin 24.11.2021-ci il tarixli 316 saylı məktubundan görünür ki, 23 yanvar 2021-ci il tarixdə vəfat etmiş mərhum X6 miras qalmış əmlaka dair onun vərəsəsi Cavabdeh adına 19 noyabr 2021-ci il tarixdə 2V-223 reyestrlə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilmişdir. -X18 ünvan 3 ünvanladığı 10.11.2021-ci il tarixli ərizədən görünür ki, o, 23.01.2021-ci il tarixdə ölmüş atası X6 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etmişdir. -X18 ünvan 3 ünvanladığı 17.11.2021-ci il tarixli ərizədən görünür ki, o, 23.01.2021-ci il tarixdə ölmüş atası X8 ölümündən sonra ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən qardaşı Cavabdeh xeyrinə imtina etmişdir. -Abşeron rayon 2 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı 06.12.2021-ci il tarixli 324 saylı məktubdan görünür ki, ünvan 6 ünvanlanmış 23 yanvar 2021-ci il tarixdə vəfat etmiş mərhum atası X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı 30 noyabr 2021-ci il tarixli yazılı ərizəyə cavab olaraq bildirilmişdir ki, İddiaçı 23 yanvar 2021-ci il tarixdən sonra qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət etmədiyindən və qardaşı Cavabdeh notariat ofisinə digər vərəsələrin olması barədə məlumat vermədiyi üçün mərhum atadan İddiaçı düşən vərəsəlik payının tanınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron rayon İcra Hakimiyyəti 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli 126 saylı arayışdan görünür ki, mərhum X3 rayonu Xırdalan şəhəri 1260-cı keçid məhəllə 30 ünvanında 1965-ci il təvəllüdlü oğlu Cavabdeh ilə birlikdə qeydiyyatda olmuşdur. -Azərbaycan Beynəlxalq Bank ASC-dən Cavabdeh həyat yoldaşı X26 adına olan, 01.02.2021-12.01.2022-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, X34 tərəfindən Azərişıq ASC, Azəriqaz İB, Azərsu ASC, Aztelekom MMC-nin hesabına kommunal xərclərə görə ödənişlər edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu H.Məcidov küçəsi məhəllə 592, 6 saylı mənzildə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh ünvan 8də qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X23 və Cavabdeh bir ailənin üzvü olmaqla valideynləri - anası X17 08.06.2011-ci il tarixdə, atası X14 isə 23.01.2021-ci il tarixdə vəfat etmişdir. X1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi döngə 4, ümumi sahəsi 100.3 kv.m olan 7 saylı fərdi yaşayış evi miras əmlak olaraq qalmış və həmin əmlak üzərində cavabdehin vərəsəlik hüquqları tanınaraq bu barədə sonuncuya Abşeron rayonu 2 saylı Notariat Ofisi tərəfindən 19.11.2021-ci il tarixdə 2V-223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda, iddiaçı həmin şəhadətnamənin etibarsız hesab edilməklə miras qalmış əmlakın ½ hissəsinə onun payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun: 58-ci maddəsinin İ hissəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı, eyni zamanda şahid ifadələri əsasında müəyyən edilmişdir ki, X1 23.01.2021-ci il tarixdə vəfatından sonra keçirilən yas mərasimlərində İddiaçı da iştirak etmişdir. Mərhumun vəfatından sonra ünvan 8 ünvanına dair ona çatası miras əmlakdan imtina etməsinə dair tərəflərin qardaşı X28 10.11.2021-ci il tarixdə ərizə təqdim etmiş, eyni zamanda həmin paydan Cavabdeh xeyrinə imtina etməsi barədə 17.11.2021-ci il tarixdə ərizə vermişdir. Beləliklə də, X18 imtina barədə ərizəsindən sonra mərhum X9 vərəsələri qismində İddiaçı, Cavabdeh və X25 olmuşlar. Göründüyü kimi, Cavabdeh 13.11.2021-ci il tarixdə ərizə ilə ünvan 3 müraciət edərək mərhum atasından miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş və bu barədə Abşeron rayon 2 saylı Notariat Ofisi tərəfindən verilmiş 19.11.2021-ci il tarixli 2V-223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, cavabdeh miras qalmış fərdi yaşayış evinə münasibətdə vərəsə kimi tanınmaqla həmin əmlakdan tam hissədə pay almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1243.1 maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Tərəflərin izahatından, məhkəmə iclasında dindirilmiş şahid ifadələri əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində daimi olaraq yaşamaqla həmin ünvanda məskunlaşmış İddiaçı atasının sağlığında, eləcə də, 23.01.2021-ci il tarixdə atasının vəfatından sonra onun Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi döngə 4, 7 saylı fərdi yaşayış evinə gedib-gəlmiş, lakin həmin ünvanda daimi olaraq yaşamamış, beləliklə də, əmlaka faktiki sahibliyi həyata keçirməmişdir. Həmçinin, atasının yas mərasimlərində iddiaçı iştirak etmiş, atasından fərdi yaşayış evinin miras əmlak olaraq qaldığını bildiyi halda, həmin əmlaka dair vərəsəlik hüququnun tanınması üçün notariat qurumuna müraciət etməmiş, qanunvericiliklə miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixili Qərarındakı hüququ mövqeyə əsasən, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının miras qalmış əmlaka faktiki sahiblik etməsi, əmlakı faktiki idarə etməyə başlaması, başqa sözlə, miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar sərgiləməsi öz təsdiqini tapmamışdır. Həmçinin, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarındakı hüququ mövqeyə əsasən, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Məhkəmə Plenum Qərarlarına istinad edərək məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə qənaətə gəlir ki, Cavabdeh atası X14 ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi döngə 4, 7 saylı fərdi yaşayış evində yaşamış, həmin evdə yaşamaqla həmin əmlaka faktiki sahiblik etmiş, evə dair su, qaz, işıq və digər kommunal xərclərə dair ödənişlər etmiş, atasının ölümündən sonra vərəsəliyin açılması üçün notariat qurumuna ərizə ilə müraciət etməklə miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar sərgiləmişdir. Bu səbəbdən də, məhkəmə Abşeron rayonu 2 saylı notariat qurumunun 19.11.2021-ci il tarixli 2V-223 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsinə əsaslar görmür. Belə ki, iddiaçı atasının vəfatından sonra miras əmlaka vərəsəliyin açılması olduğunu bildiyi və ya bilməli olduğu halda qanunla müəyyən edilmiş müddətdə notariat qurumuna müraciət etməmişdir. Bu səbəbdən də iddia tələbləri bu hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının miras əmlaka vərəsə kimi tanınaraq, onun həmin əmlaka ½ hissəsinə payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınmasına dair tələbi ilə bağlı qeyd edir ki, tərəflərin izahatları və şahid ifadələri ilə iddiaçının miras əmlakda heç vaxt yaşamadığı, həmin əmlaka faktiki sahiblik etməyi, bu halın isə onun miras əmlakı faktiki qəbul etmək niyyətini təsdiqləyən konkret hərəkətlər olmadığı qənaətinə gəldiyindən iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı ölkədə tüğyan edən Covid-19 pandemiyası ilə əlaqədar olaraq, həmçinin, şəkərli diabet xəstəliyi səbəbindən vaxtında notariat qurumuna müraciət edə bilmədiyini qeyd etsə də, buna dair mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı iddiaçının sağlamlığı ilə əlaqədar olaraq notariat qurumuna müraciət etməsinə maneə törədən hallar isə öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15-ci bəndinə əsasən, notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Təlimatın tələblərindən göründüyü kimi, vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması, asanlaşdırılması məqsədilə bu və ya digər qurumlara onlayn müraciətin mümkünlüyü tətbiq edildiyi halda, iddiaçı miras əmlakı qəbul etmək niyyəti ilə notariat orqanına onlayn ərizə ilə də müraciət etməmişdir. Eyni zamanda, iddiaçı onun digər qardaşı X13 miras əmlaka olan öz payından onun xeyrinə imtina etməsini və bu səbəbdən də Abşeron rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi döngə 4, 7 saylı fərdi yaşayış evinə dair ½ hissədə onun payının müəyyən edilməsini tələb etdiyi halda, məhkəmə araşdırması zamanı belə bir yazılı razılığın olmadığı, mülki iş materiallarında olan ərizənin yalnız X18 qardaşı Cavabdeh xeyrinə imtina etməsi barədə olması, həmçinin, bu razılıq olduğu təqdirdə isə onun yalnız şifahi razılıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən də iddia tələbləri əsaslı olmadığından tan həcmdə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X7 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan рауın müəууən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi sübut edilmədiyindən rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, miras əmlakdan рауın müəууən edilərək həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-968/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-968/2022
28.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver