Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-98/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızının vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızının cavabdeh «Aztelekom” MMC-yə (İİİ şəxs Abşeron rayon Masazır Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızı cavabdeh «Aztelekom” MMC-yə (İİİ şəxs Abşeron rayon Masazır Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Masazır kəndində yerləşən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan 0.042 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş ATS binasının cavabdehin hesabına sökülməsi, ona məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyinə görə cavabdehdən 10.000.00 (on min) manat məbləğində kompensasiya və 1000 manat məbləğində mənəvi zərərin əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən sahəsi 0.042 ha olan torpaq sahəsi və torpaq sahəsinin içərisində yerləşən ümumi sahəsi 128.1 kv fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. O, mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir və həmin evdə yaşayır. Cavabdeh MMC-nin X1suz olaraq və onun xəbəri olmadan ona məxsus torpaq sahəsində ATS tikdirmiş və ona məxsus torpaq sahəsini demək olar ki zəbt etmişdir. Dəfələrlə, cavabdeh təşkilata mülkiyyətində olan torpaq sahəsini boşaltmasını tələb etsə də onun tələbinə məhəl qoymamışdır. Ona görə də pozulmuş mülkiyyət hüquqlarının məhkəmə vasitəsilə bərpa olunması qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi,. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, 2007-ci ildə Masazır bələdiyyəsi tərəfindən onlara torpaq sahəsi ayrılıb, İcra Hakimiyyətinin icazəsi və rəyi əsasında ETS tikilib. Sənədlər qaydasındadır və icazə də alınmışdır. Torpaq cavabdehin balansındadır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. İİİ şəxs Abşeron rayon Masazır Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0.042 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 128.1 kv.m olan fərdi yaşayış evi X5 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 126 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində xx.xx.2015ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Qənbərova (Əzizova) Əfsanə Bilal qızı arasında xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlanmış, Qənbərova (Əzizova) Əfsanə Bilal qızına Əzizova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli **********29-10301 reyestr nömrəli texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən 0.042 ha torpaq sahəsi və fərdi yaşayış evi X5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1i, 247 nömrəli sahədə yerləşən 0.042 ha torpaq sahəsi X5 adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 141 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2011-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamənin surətindən görünür ki, X2 rayonu ərazisində yerləşən Masazır bələdiyyəsinin, dövlətin mülkiyyətində olan 426,0 kv.metr və ya 0,0426 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsi və ya icarə qaydasında əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 23 sentyabr 2010-cu il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibidir. Torpaq sahəsi açıq torpaq hərracında, müsabiqədə 970 (doqquz yüz yetmiş) manata mülkiyyətə və ya icarəyə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1i, 247 nömrəli sahədə yerləşən 0.042 ha torpaq sahəsi Abşeron rayon Masazır bələdiyyəsinin adına daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın Dövlət reyestrində 141 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarın surətindən görünür ki, Əhalinin telefon rabitəsinə artan tələbatını və Cavabdeh X6 Telekommunikasiya Qovşağının xx.xx.2007-ci il tarixli, 5/232 saylı məktubunu nəzərə alaraq “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün 250 kv.m torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X9 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli “Abşeron rayonun Masazır kəndinin Atçılıq yaşayış massivində tikilən EATS binasının tikintisi obyektinin balansa qəbul edilməsi haqqında” əmrin surətindən görünür ki, Qəbul Komissiyasının xx.xx.2009-cu il tarixli aktı təsdiq edilməsi, Qəbul Komissiyasının xx.xx.2009-cu il tarixli aktına əsasən 41283,75 manat dəyərində əsas vəsaitlər inzibati binanın dəyəri qovşağın balansına qəbul edilməsi əmr edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin Masazır Bələdiyyəsinin müraciətinə əsasən Cavabdeh İstehsalat Birliyinin X3 ATS tikintisi məqsədi ilə torpaq ayrılmasına dair rəyin surətindən görünür ki, Masazır Bələdiyyəsinin perspektiv inkişaf fondunun torpaq sahəsindən Cavabdeh İstehsalat Birliyinin X3 ATS tikintisi məqsədi ilə 250 kv.metr torpaq sahəsinin ayrılmasına etiraz etmir. İş materiallarında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X9 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli əmrin surətindən görünür ki, Abşeron TKQ-nin vəsaiti hesabına Masazır kəndinin atçılıq massivində tikintisi nəzərdə tutulan EATS-in binasının tikintisi obyektinin istismara qəbul edilməsi üçün Qəbul Komissiyası yaradılmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-1002/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə inşaat-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2101 saylı ekspert rəyindən müəyyən edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,042 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində cavabdeh "xxxx" MMC-nin X3 tərəfindən faktiki olaraq istifadə etdiyi 0,0259 ha hissəsində yerləşən tikililərin (inzibati bina poçt və köməkçi tikili) məhz iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, ünvan 1ində yerləşən sahəsi 0.042 ha olan torpaq sahəsi və torpaq sahəsinin içərisində yerləşən ümumi sahəsi 128.1 kv fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsi ilkin olaraq iddiaçının adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş şəhadətnamə əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Torpaq hərrac və müsabiqə komissiyası tərəfindən 23 sentyabr 2010-cu il tarixdə keçirilmiş açıq torpaq hərracının və ya müsabiqənin qalibi kimi rəsmiləşdirilmişdir. Bundan əvvəl isə iş materiallarından göründüyü kimi Abşeron rayonu Masazır Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə Cavabdeh X6 Telekommunikasiya Qovşağının xx.xx.2007-ci il tarixli, 5/232 saylı məktubunu nəzərə alaraq “Atçılıq” adlanan sahənin yanında yeni Telekommunikasiya Qovşağının tikintisi üçün 250 kv.m torpaq sahəsi ayrılması qərara alınmış və həmin ərazidə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X9 Telekommunikasiya Qovşağının EATS-in binasının tikintisi obyekti tikilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2101 saylı ekspert rəyindəniddiaçının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,042 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları daxilində cavabdeh "xxxx" MMC-nin X3 tərəfindən faktiki olaraq istifadə etdiyi 0,0259 ha hissəsində yerləşən tikililərin (inzibati bina poçt və köməkçi tikili) yerləşdiyi müəyyən edilir. İş materiallarında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Cavabdeh X9 Telekommunikasiya Qovşağının xx.xx.2009-cu il tarixli əmrin surətindən görünür ki, Abşeron TKQ-nin vəsaiti hesabına Masazır kəndinin atçılıq massivində tikintisi nəzərdə tutulan EATS-in binasının tikintisi obyektinin istismara qəbul edilməsi üçün Qəbul Komissiyası yaradılması halı və işin yuxarıda müəyyən edilən halı, habelə işin digər materialları məcmu halda qiymətləndirilərkən belə nəticəyə gəlmək olar ki, cavabdehə qeyd edilən məqsədlə ayrılan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən torpaq sahəsindən daha əvvəl olmuşdur, hətta iddiaçıya torpaq sahəsi ayrılan zaman mübahisəli tikili artıq mövcud olmuşdur. Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29 iyun 2001-ci il tarixli Qanunun 16.3.maddəsinə görə Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaiti özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci və iddiaçı tərəfindən mütəxəsiss rəyi alınması üçün 311 manat məhkəmə xərci vardır. İddia təmin edilmədiyindən həmin xərc ona aid edilməli, 50 manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qənbərova (Əzizova) Əfsanə Bilal qızının cavabdeh «Aztelekom” MMC-yə (İİİ şəxs Abşeron rayon Masazır Bələdiyyəsi) qarşı qanunsuz tikilinin sökülməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manat və mütəxəsiss rəyi alınması üçün 311 manat məhkəmə xərci iddiaçının özünə aid edilsin. İş üzrə 50 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-98/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-98/2022
24.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver