Məhkəmə qərarları › İş №e-2(013)-1206/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1206/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1206/2024 09.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə 09 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, KE/18310/85/28 saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə, illik 19 faizlə, 37500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 37 nömrəli fərdi yaşayış evini İddiaçı ASC-nin xeyrinə ipotekaya qoymuşdur. Cavabdeh3 ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəmədiyini qeyd etməklə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, KE/18310/85/28 saylı kredit sazişi üzrə İddiaçı ASC-nin xeyrinə 24121,33 manat əsas, 2563,64 manat faiz - cəmi 26684,97 manat borcun və ödənilmiş 171 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda Cavabdeh1 və digər şəxslərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişlər. Məhkəmə cavabdehlərin iclasa gəlməmələrinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılması haqqında müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 19 faizlə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli L001/2022/28 “01” mart 2022-ci il kredit limitinin ayrılması haqqında müqavilə daxilində №KE/18310/85/28 saylı kredit sazişinin surətindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh3 36 ay müddətinə, illik 19 faizlə 37500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 mülkiyyətindəki ünvan 2ndə yerləşən 0.02 ha torpaq sahəsi və onun üzərindəki 37 saylı fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 55000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX 1315379, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan çıxarışların surətlərindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 37 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində Cavabdeh2 adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 98.3 kv metrdə yerləşən 37 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulması daşınmaz əmlakın dövlət reyestrində 187 nömrəli reyestr kitabının 12 nömrəli vərəqində qeydə alınmışdır. İddiaçı tərəfin cavabdehlərə ünvanladığı məktubun surətindən görünür ki, öhdəliklərin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 müqaviləsinə əsasən əsas kredit borcu 24121,33 manat, faiz borcu üzrə 2563,64 manat təşkil edir. 08 avqust 2024-cü il tarixli 9/5171 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh3 əsas borcu 23707,93 manat, faiz borcu 1766,27 manat təşkil edir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında kredit sazişi müqavilsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh3 müqaviləyə əsasən 36 ay müddətinə, illik 19 faizlə 37500 manat məbləğində kredit verməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə 23707,93 manat əsas məbləğdən, 1766,27 manat faizdən borclu qalmaqla öhdəliyi icra etməmişdir. Borc üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 37 nömrəli fərdi yaşayış eviini ipoteka ilə yüklü etmişdir. İpoteka predmeti 55000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh3 müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh2 arasında hər hansı kredit və ya zaminlik müqaviləsi bağlanmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 xx.xx.2022-ci il tarixli, KE/18310/85/28 saylı kredit sazişi üzrə İddiaçı ASC-nin xeyrinə 24121,33 manat əsas, 2563,64 manat faiz və ödənilmiş 171 manat dövlət rüsumunun tutulması tələbi, həmçinin ipoteka predmeti olan digər şəxslərin mənzildən çıxarılması tələbi üzrə digər şəxslər haqqında məlumat olmadığından iddianın ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 37 nömrəli fərdi yaşayış evindən digər şəxslərin çıxarılması tələbinə dair hissəsi təmin edilə bilməz. Həmin Məcəllənin 319.1-ci maddəsində göstərilmişdir ki, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsində qeyd olunmuşdur ki, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehlər Cavabdeh3 alınaraq iddiaçıya verilməli və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat tutulmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh3 23707,93 manat əsas, 1766,27 manat faiz - cəmi 25474 (iyirmi beş min dörd yüz yetmiş dörd) manat 20 (iyirmi) qəpik və ödənilmiş 171 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 37 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərracda satılsın, əldə olunan vəsaitlər cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilsin, eyni zamanda Cavabdeh2 və Cavabdeh1 mənzildən çıxarılsınlar. İpoteka predmetinin ilkin satış qiyməti 55000 (əlli beş min) manat müəyyən edilsin. Aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh3 100 (yüz) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İddianın Cavabdeh2 24121,33 manat əsas, 2563,64 manat faiz - cəmi 26684,97 manat borcun və ödənilmiş 171 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbi, Cavabdeh3 əsas borc tələbinin qalan 413,4 manat hissəsi və faiz borcu tələbinin qalan 797,37 manat hissəsi və digər şəxslərin ünvan 2 ünvanında yerləşən 0.02 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan 37 nömrəli fərdi yaşayış evindən çıxarılması hissəsi əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar