Məhkəmə qərarları › İş №e-2(013)-1469/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1469/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1469/2024 15.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi barədə mülki işə 15 avqust 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi – fərdi qaydada fəaiyyət göstərən Vəkil xx.xx.2024-cü ildə Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində ünvan 1i dairəsi üzrə nümayəndəliyində xx.xx.2006-cı ildə İddiaçı ilə Cavabdeh arasında akt qeydləri kitabında 15 nömrə ilə qeydə alınmaqla bağlanmış nikahın etibarsız sayılması, mediasiya prosesi ilə bağlı ödənilmiş 50 manat və iddianın verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumunun – cəmi 100 manat məhkəmə xərcinin Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi əsasında qeydə alınmış 2(013)-1469/2024 saylı mülki iş xx.xx.2024-cü il tarixli qərardadla Ağdam Rayon Məhkəməsinin icraatına qəbul olunmuşdur. Mülki işin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Vəkil Ağdam Rayon Məhkəməsinə vəsatət ünvanlayaraq Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə iddia ərizəsi ilə xx.xx.2023-cü ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etdiyini, həmin iddia ərizəsi üzrə başlanmış 2(011)-263/2024 mülki işin hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olduğunu, həmin işdə İddiaçı iddiaya etiraz edərək Cavabdeh pozulmasını tələb etdiyi nikaha daxil olmaq barədə yazılı ərizə vermədiyini, İddiaçı bu nikahın bağlanmasına yazılı razılığının olmadığını, həmçinin nikah akt qeydinə də imza etmədiyini göstərdiyini, bundan sonra İddiaçı nikahın etibarsız sayılması barədə Ağdam Rayon Məhkəməsində iddia qaldırdığını bildirməklə Ağdam Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi barədə 2(013)- 1469/2024 saylı mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə 2(011)-263/2024 saylı mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1 və 43.2-ci maddələrinə əsasən İddiaçı nümayəndəsi Vəkil vəsatəti təmin edilərək Ağdam Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi barədə mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələblə bağlı iddia ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsində toplanmış mülki işlə bir icraatda birləşdirilməli və ilkin olaraq icraata qəbul etmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsində göstərilmişdir ki, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxardakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi Vəkil vəsatəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi barədə 2(013)-1469/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi ilə bağlı iddia ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsində toplanmış mülki işlə bir icraatda birləşdirilsin. Ağdam Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbi barədə 2(013)-1469/2024 saylı mülki iş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbi barədə iddia ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsində toplanmış 2(011)-263/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün ilkin olaraq icraata qəbul etmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar