Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1482/2025 14.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 98.38 EUR əsas kredit borcu, 0.00 EUR faiz borcu, cəmi 98.38 EUR borcun və ödənilmiş 30 manat dövlət rüsumu pulun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-yə Cavabdeh tərəfindən kartların hazırlanmasına və verilməsinə dair ərizə ilə müraciət olunmuş və bank tərəfindən ona MasterCard Standart növlü EUR valyutasında ödəniş kartı təqdim edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kompleks bank xidməti müqaviləsinin 5.1-ci maddəsinə əsasən Müştəri tərəfindən Bank hesabının açılmasına və ya ödəniş kartlarının əldə olunmasına dair ərizə ilə Banka müraciət olunması kompleks bank xidməti müqaviləsinin elektron xidmət barədə müddəalarının tərəflər üçün məcburi qüvvəyə minməsi üçün əsasdır. Cavabdeh 5417****4173 saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitini daxil edərək istifadə etmişdir. xx.xx.2015-ci il tarixdən yaranan texniki xəta səbəbindən hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə, cavabdeh 98.38 EUR məbləğində banka məxsus pul vəsaitini istifadə etmiş və beləliklə də, cavabdeh tərəfindən banka məxsus 98.38 EUR məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Kompleks bank xidməti müqaviləsinin 3.1.6-cı maddəsinə əsasən hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (limitin aşılması) “Texniki overdraft” hesab olunur. Qeyd olunan müqavilənin 4.15.4-cü maddəsinə görə kart sahibi və ya kart nistifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdarafta yol verməməlidir. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq borcun ödənilməsi üçün tədbir görülməmiş, müqavilədən irəli gələn öhdəliklər lazimi qaydad icra edilməmiş, cavabdehin texniki overdraft nəticəsində yaranan 98.38 EUR məbləğində borcu ödənilməmiş qalmışdır. Ona görə də iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış Kompleks bank xidməti müqaviləsin şərtlərinə əsasən ona xx.xx.2014-cü il tarixindən, xx.xx.2025-ci il tarixinədək istifadə etmək üçün, hesab nömrəsi **********467171001, 5417****4173 saylı MasterCard Standard kartı verilmişdir. İddiaçı ASC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə, cəmi 98.38 EUR borc yaranmışdır. Həmçinin, iddiaçı tərəf məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək, belə qənaətə gəlinir ki, iddia təmin edilməli, cavabdehdən 98.38 EUR əsas borcu məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, eləcə də, ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh cəmi 98.38 (doxsan səkkiz avro otuz səkkiz sent) EUR məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1482/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1482/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver