Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1490/2025 09.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC "xxxx" Bankının Cavabdeh qarşı pul tələbi barədə mülki işə 09 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: ASC "xxxx" Bankının Tovuz filialının drektoru İ.İ.Ələkbərov rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 028OTM********** saylı "xxxx" Müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 22 No-li, 240mmx340mmx270mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh icarə müddətinin sonuncu iş gününün bitməsinə qədər seyfin icarə müddətini uzatmaq niyyətində olduğu haqqında Bankı xəbərdar etdiyi, seyfin icarə müddətinin uzadılması haqqında Bankla əlavə saziş bağladığı və əlavə sazişin imzalanması tarixinə qüvvədə olan Bankın tariflərinə müvafiq olaraq seyfin icarəsinin yeni müddəti üçün icarə haqqını ödədiyi halda seyfin icarə müddəti Əlavə saziş bağlanmaqla uzadıla bilər. Lakin Müqavilə üzrə müəyyənləşdirilmiş icarə müddəti xx.xx.2025-ci il tarixində bilmiş və seyfin icarə müddətinin uzadılması barədə cavabdehdən hər hansı müraciət daxil olmamışdır. Seyfin icarə müddəti bitdiyi üçün seyfi Saxlama predmetlərindən boşaltmaq və Seyfi (o cümlədən seyf penal), Seyfin açarını təhvil təslim aktı üzrə texniki saz vəziyyətdə zədəsiz Banka qaytarmaq barədə cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına və onun Banka məlum olan sonuncu yaşayış ünvanlarına xx.xx.2025-cü il tarixli Xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində hər hansı əməli addım atılmamışdır. Müqavilənin 3.2.3-cü yarımbəndinə əsasən bankın Seyfin icarə müddətinin bitməsinə 5 (beş) is günü qalınıs müştəri ilə əlaqa saxlavaraq seyfin icarə müddətinin bitdiyi tarixdən sonrakı iş günü ərzində seyfin müştəri tərəfindən buşaldılmasının zəruriliyi barədə müştərini xəbərdar etmək və müştəri yuxanda qeyd edilmiş müddətdə seyfi boşaltmadıqda, Seyfin/seyf penalının boşaldtılması tələbi ilə bildirisin müştəriyə göndərilmasindən 30 taqvim günü keçdikdən sonra Seyfin/seyf penalının məcburi açılması, saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılması və saxlamaya götürülmasinə dair məhkəmədə iddia qaldırmaq, müvafiq məhkəmə qərarı icra edildikdən sonra isə Seyfin/seyf penalının açar(lar)ını və kilid(lər)ini dəyişdirmək hüququ vardır. Müqavilənin 4.1.9-cu yarımbəndinə əsasən cavabdeh həmin Müqavilənin 4.1.8-ci yarımbəndi ilə nəzərdə tutulmuş öhdəliklərin (yəni İcar müddətinin sonuncu günündə Seyfi/seyf penalını Saxlama predmetlərindən boşaldılması və Seyfi (o cümlədən seyf penalını), Seyfin/seyf penalının açar(lar)ının «Seyfin, seyf penalının, habelə Seyfin/seyf penalı açar(lar)ının Müstəri ilə təhvil-təsliminə dair» müvafiq kitab(lar)da qol çəkməklə texniki cəhətdən saz vəziyyətdə, zədəsiz Banka qaytarılması ilə bağlı vəzifələrin) icrasının gecikdirilməsi halında ödəniş gününə qüvvədə olan bankın tarilərinə müvafiq olaraq icarə müddətinin bitməsindən sonra seyfin/seyf penalının saxlama predmetlərindən boşaldılması və/və ya seyfin/seyf penalı açar(lar)ının qaytarılması üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə cəriməni və Seyfdən/seyf penalindan çıxarılmış saxlama predmetlərinin Bank tərəfindən saxlamaya götürülməsinə görə xidmət haqqını Banka ödəməlidir. Bankm qüvvədə olan tariflərində seyf qutusunun boşaldılması və seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə pozuntunun davam etdiyi hər gün üçün 1 (bir) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Beləliklə, icarə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən cari tarixədək (xx.xx.2025-ci il) olan dövr (52 gün) üzrə cavabdehin müvafiq öhdəliyin pozulmasına görə ödəməli olduğu cərimənin məbləği 52 (əlli iki) manat təşkil edir. Bundan başqa cavabdeh müqavilənin 4.1.6-cı bəndinə əsasən onun təqsiri üzündən (hərəkət və ya hərəkətszliyindən) seyfin/seyf penalının və seyf kilidinin məcburi açılmasına görə (seyf kilidinin və açarının dəyişdirilməsi və s.) iddiaçı tərəfindən çəkiləcək xərclərin əvəzinin ödəniliməsini öldəlik kimi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən cavabdehin istifadəsinə verilmiş Seyflə/seyf penalı ilə eyni marka və növdən olan seyflərin/seyt penalnın, habelə onların ehtiyat hissələrinin tachizatını hayata keçirən "xxxx"MMC tərəfndan müvafiq Seyfin bərpası üçün zəruri xərcləri əks etdirən müvafiq arayış Banka təqdim edilmişdir (əlavə edilir). Həmin arayışdan da göründüyü kimi depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan kilid dəstinin qiyməti 295 (iki yüz doxsan beş) manat təşkil etdiyini, sıradan çıxan kilidin bərpası üçün tələb olunan digər işlər (kilidin sökülməsi, yeni kilid dəstinin quraşdırılması və s.) bankın öz qüvvə və vəsaiti besabına aparıldığına görə "xxxx" MMC tərəfindən veriliniş arayışda əks olunmadığını və bank bunlarla bağlı məbləğləri cavabdehdən tələb etmədiyini qeyd etməklə Cavabdeh müvəqqəti istifadəyə verilmiş ünvan 2 ünvanında xüsusi mühafizə istemi ilə təchiz edilmiş fərdi bank seyfinin saxlanıldığı sahədə yerləşən 22 №-li, 240mmx340mmx270mm ölçülü fərdi bank seyfinin məcburi açılması, saxlama predmetlərinin Seyfdən/seyf penalından çıxarılması və İddiaçıya saxlamaya verilməsi, seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 52 (əlli iki) manat nəbləğində cərimənin, depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş manat) nanat pul vəsaiti olmaqla, cəmi 347 (üç yüz qurx yeddi manat) manat məbləğində xərclərin və iddia ərizəsinin verilməsinə görə müəyyənləşcirilmiş 30 otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərclərin cavabdeldən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsindəki xüsusatları təsdiqləyərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən təkrarən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2024-cü il tarixli 028OTM********** saylı "xxxx" Müqavilənin surətindən görünür ki, iddiaçı ASC "xxxx" Bankı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 22 No-li, 240mmx340mmx270mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmişdir. “NBA Technologiesİnternational” LLC-nin xx.xx.2025-ci il tarixli məlumatının surətindən görünür ki, ASC "xxxx" Bankına məxsus 240mmx340mmx270mm ölçülü fərdi bank seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunacağ kilidin dəstəyinin qiyməti 295 manat təşkil edir. ASC "xxxx" Bankının cavabdehə ünvanıladığı məktubun surətindən görünür ki, ona məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh (borclu) arasında bağlanmış xx.xx.2024-cü il tarixli 028OTM********** saylı "xxxx" Müqaviləyə əsasən İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinə qədər sənədlərin, qiymətli kağızların, əşya və qiymətlilərin saxlanması üçün 22 No-li, 240mmx340mmx270mm ölçülü fərdi bank seyfi müvəqqəti istifadəyə (icarəyə) verilmişdir. Cavabdeh müqavilə bitdikdən sonra seyfi banka qaytarmamışdır. Seyfin məcburi açılması nəticəsində açarın sıradan çıxacağı təqdirdə seyfə 295 manat ziya dəyəcəkdir. Belə olan halda Cavabdeh iddiaçı ASC "xxxx" Bankına vurduğu 347 manat zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilmlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh müvəqqəti istifadəyə verilmiş ünvan 2 ünvanında xüsusi mühafizə sistemi ilə təchiz edilmiş fərdi bank seyfinin saxlanıldığı sahədə yerləşən 22 №-li, 240mmx340mmx270mm ölçülü fərdi bank seyfi məcburi açılsın. Saxlama predmetləri Seyfdən/seyf penalından çıxarılsın və İddiaçıya saxlamaya verilsin. Seyf qutusunun boşaldılması, seyf qutusunun açarının qaytarılması üzrə öhdəliklərin icrasının gecikdirilməsinə görə 52 (əlli iki) manat cərimə, depozit seyfinin məcburi açılması nəticəsində sıradan çıxan kilidin bərpası üçün tələb olunan 295 (iki yüz doxsan beş) manat olmaqla, cəmi 347 (üç yüz qurx yeddi) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC "xxxx" Bankının xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1490/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1490/2025
09.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver