Məhkəmə qərarları › İş №e-2(013)-1800/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1800/2024

19.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1800/2024 19.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçınə vurulmuş zərərin əvəzi olaraq 100 000 (yüz min) manat, mediyasiya xərcinə görə 50 manat və ödənilmiş dövlət rüsumu olaraq 340 manat məbləğində pulun alınb iddiaçının xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında imzalanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh 450 manat əmək haqqı müqabilində müddətsiz olaraq baş mühasib vəsinəsinə təyin edilmiş, daha sonra xx.xx.2022-ci il tarixli əlavəyə əsasən onun əmək haqqı 650 manata çatdırılmışdır. “Ağ şəhər” ərazisində bina tikintisi işləri ilə məşğul olan iddiaçı təşkilatda baş mühasib vəzifəsini icra edən cavabdehin işlədiyi müddət ərzində ciddi yanlışlıqlara yol verdiyi və şirkət barəsində vergi yoxlamasının açılması, külli miqdarda vergi borcunun hesablanmasına səbəb olmuş, bu səbəbdən də iddiaçı təhfil verməli olduğu binanı sakinlərə vaxtında təhfil verə biməmiş və böyük narazılıqlar yaranmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. A.Salmanova vəzifəsini icra etdiyi dövrdə vəzifə səlahiyyətlərindən sui istifadı edərək vergi orqanlarının işçisi ilə əlbir olaraq 2019, 2020 və 2021-ci ilin vergi hesablarına artıq məbləğdə (əlavə kvadrat yazaraq) dəqiqləşmə hesabatı verərək, şirkət üzərində 422.700,44 manat məbləğində saxta borc yaratmış, baş vermiş hadisədən sonra isə, şirkətə məxsus sənədləridə götürərək təhfil-təslim etməkdən boyun qaçırmışdır. Cavabdehin məhz təqsirli hərəkətləri nəticəsində, mühasibat uçotu düzgün aparılmadığından şirkətə böyük ziyan dəymişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Vəkil oğlundan məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia ərizəsi üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə etdiklərini bildirmiş və mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh elektron ərizə daxil olmuş və ərizədə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 09:00 da keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyik. İddiaçının iddia tələbi tamamilə əsassızdır. Rəhbərliyin səriştəsizliyi nəticəsində şirkətə hər hansı ziyan dəyibsə (bu materialda öz əksini tapmayıb, olsada belə cavabdeh tərəfindən şirkətə ziyan vurulması sübut olunmayıb) bunu pərdələmək üçün atılmış hüquqi hərəkətlərdir. Həmçinin onda olan dəqiq məlumatlara əsasən digər mühasiblərədə qarşı qətnamə qəbul edilən zaman predisiyual əhəmiyyət kəsb edən Ali məhkəmənin qərarını nəzərə almağınızı, iddianın sübut olunmaması əsası ilə yanaşı 1 illik iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra- Mülki Məcəllə) 21-ci və 1097-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Məhkəmə qeyd edir ki, iş materiallarında iddianın təmin edilməsinə əsas verə bilən mötəbər dəlil-sübut yoxdur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin, məhkəmə onu da qeyd edir ki, Həmçinin, məhkəmə hesab edir ki, Cavabdeh ərizəsində ifadə etdiyi 1 illik iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini barədə mövqe qanunun tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində göstərilir ki, Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi qeyd olunan qanun normasının müddəasından belə başa düşülür ki, bir ilik iddia müddəti işəgötürənə yox işçiyə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 340 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən İddiaçınə vurulmuş zərərin əvəzi olaraq 100 000 (yüz min) manat, mediyasiya xərcinə görə 50 manat və ödənilmiş dövlət rüsumu olaraq 340 manat məbləğində pulun alınb iddiaçının xeyirinə ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 340 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar