Məhkəmə qərarları › İş №e-2(013)-2368/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2368/2025

06.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2368/2025 06.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştiarakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 06 oktyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə "xxxx" arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 01/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsi məqsədi ilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kreditor cavabdehə kredit xətti açaraq onu zəruri maliyyə vəsaiti ilə təmin etmiş, iddiaçı isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhtəlik götürmüşdür. Cavabdeh sözügedən kredit müqaviləsinin ödəniş şərtlərin əməl etməmiş və kreditor qarşısında öhdəliyi yaranmişdır. Kreditor tərəfindən zamin-iddiaçıya təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, cavabdehin kreditora əsas və faiz borcu olmaqla ümumilikdə 7901,94 manat borcu mövcud olmuş və zaminlik müqaviləsindən irəli gələn öhtəliyin icrasını təmin etmək məqsədi ilə həmin borc tam şəkildə zamin iddiaçı tərəfindən kreditora ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 7901,94 manat borcu yaranmışdır. Bu borc üzrə cavabdeh tərəfindən ümumilikdə 2000 manat vəsait iddiaçıya ödənildiyini, cavabdehin iddiaçıya zaminlik və təmin edilmiş öhdəlik üzrə ümumilikdə 5901,94 manat borcu qaldığını qeyd etməklə cavabdehdən 5901,94 manat borc və ödəilmiş dövlət rüsumu əvəzində 79,01 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən X2 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə cavabdehin iclasa gəlməməsinin səbəbini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli Əməkdaşlıq və Zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə İddiaçı MMC-nin sifarişi ilə kredit xətti açılması və İddiaçı MMC-nin həmin şəxslərə zamin qalması ilə bağlı müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli № S035 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 100000 manat kredit xətti açılmışdır. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh banka olan 7901,94 manat borcunu xx.xx.2023-cü il tarixli 01/23 saylı zaminlik müqaviləsinə əsasən İddiaçı MMC banka xx.xx.2025-ci ildə tam şəkildə ödənmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, öhdəliyin icra edilməsi üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı MKT İstehsalat Kommersiya” MMC ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 saylı əməkdaşlıq və zaminlik müqaviləsinə əsasən İddiaçı MMC-nin sifarişi ilə bank tərəfindən cavabdehə kredit verilmiş, lakin cavabdeh banka olan borcunu geri qaytarmamışdır. Zaminlik müqaviləsinə əsasən cavabdehin banka olan 7901,94 manat borcu İddiaçı MMC tərəfindən banka tam şəkildə ödənmişdir. Cavabdeh iddiaçıya 2000 manat ödəmiş, 5901,94 manat borcu qalmışdır. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 5901,94 manat və ödənilmiş dövlət rüsumu əvəzində 79,01 manat - cəmi 5980 (beş min doqquz yüz səksən) manat 95 (doxsan beş) qəpik İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar