Məhkəmə qərarları › İş №e-2(013)-2382/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2382/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2382/2025 11.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) Cavabdeh qarşı reqres qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC (əvvəlki adı "xxxx" MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1181.71 manat əsas kredit borcun və ödənilmiş 31.81 manat dövlət rüsumu olmaqla ümumilikdə cəmi 1213.52 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahatında iddianı müdafiə etdiyini, "xxxx" MMC (indiki adı İddiaçı MMC) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, iddiaçı pambıq məhsulunun istehsalı üçün cavabdehin kreditləşdirilməsini təmin etmək məqsədi ilə kreditor qarşısında zaminliklə təmin edilmiş öhdəlik götürdüyünü, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə uyğun olaraq kredit xəttinin açıldığını və zəruri maliyyə vəsaitlərinin verildiyini, iddiaçının isə həmin vəsaitin ödənilməsinə zamin qismində öhdəlik götürdüyünü, cavabdehin kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini və kreditor qarşısında ümumilikdə 1181.71 manat məbləğində öhdəliyinin yarandığını, lakin cavabdehə edilən xəbərdarlıqlara baxmayaraq kreditin və kredit faizlərinin qaytarılmasına dair bu günə kimi borcun ödənilməsi üçün heç bir tədbir görmədiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında pambıq əkilməsi və becərilməsi üçün "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli 095 nömrəli Kredit Xətti (Limiti) müqaviləsinə əsasən ona kredit xəttinin açıldığını, 12 ay müddətinə, illik 15 % olmaqla kredit götürdüyünü, lakin pambıq əkilsə də məsulu yaxşı olmadığını və onun da maddi imkanının yaxşı olmaması səbəbindən göstərilən borcu ödəyə bilmədiyini bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC (indiki adı İddiaçı MMC) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli № 01/23 saylı Əməkdaşlıq və zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC pambıq əkilməsi və becərilməsi üçün sahiblarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı müqavilələr üzrə həmin şəxslərin kreditləşməsi məqsədi ilə banka şifarişçilərin (borcalanlar) adının və kredit məbləği əks edirinən siyahı təqdim edir və bank isə həmin siyahı üzrə boralanlara kredit xətti açır. Həmin müqavilədən görünür ki, şifarişçilərin (borcalanlar) açılmış kredir xətti üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımca yerinə yetirmədiyi halda zamin "xxxx" MMC (indiki adı İddiaçı MMC) "xxxx" ASC qarşısında borcun dərhal qaytarıması öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli № 095 Kredit Xətti (limiti) müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Gəngə filialı tərəfindən "xxxx" MMC-nin (indiki adı İddiaçı MMC) zaminliyi ilə Cavabdeh illik 15 %-dən çox olmayaraq, 12 ay müddətinə cəmi 100000 (bir yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə cəmi borcu 1181.71 manat təşkil edir. xx.xx.2023-cü il tarixli, 01/23 nömrəli zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin "xxxx" MMC (indiki adı İddiaçı MMC) Cavabdeh 1181.71 manat məbləğində gecikdirilmiş borcunu xx.xx.2025-ci il tarixdə kreditora tam şəkildə ödəmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X4rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 1181.71 manat borc cavabdehdən tutularaq iddiaçı BOKT İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 31.81 manat məbləğində dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1181.71 (bir min bir yüz səksən bir manat yetmiş bir qəpik) manat və ödənilmiş 31.81 (otuz bir manat səksən bir qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar