Məhkəmə qərarları › İş №e-2(013)-2598/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2598/2024

14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2598/2024 14.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Nümayəndə2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı «X1 Azərbaycan» QSC cavabdeh Nümayəndə2 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı “X1 Azərbaycan» QSC-nin xeyrinə 1013.92 manat əsas kredit borcun, 2.68 manat faiz borcun, 5.59 manat cərimə borcun, cəmi 1019.19 manat məbləğində borcun və 34.81 manat ödənilmiş dövlət rüsumunun əvəzi pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «X1 Azərbaycan» QSC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X1 Azərbaycan» QSC ilə cavabdeh Nümayəndə2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 259538 nömrəli Güzəştli Kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, 1 il güzəşt müddəti tətbiq edilməklə 1% dərəcəsi olmaqla istehlak məqsədləri üçün 7210 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, kredit üzrə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə «X1 Azərbaycan» QSC-yə 1013.92 manat əsas, 2.68 manat manat faiz, 5.59 manat cərimə, cəmi 1019.19 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2019-cu il tarixli, 259538 nömrəli “Güzəştli Kredit Müqaviləsi”ndən görünür ki, Nümayəndə2 “X1 Azərbaycan» QSC tərəfindən 60 ay müddətinə, 1 il güzəşt müddəti tətbiq edilməklə 1% dərəcəsi olmaqla istehlak məqsədləri üçün 7210 manat məbləğində kredit verilmişdir. “X1 Azərbaycan» QSC-nin maliyyə arayışından görünür ki, Nümayəndə2nın xx.xx.2024-cü il tarixinə, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə «X1 Azərbaycan» QSC-yə ödənilməmiş borcu 1013.92 manat əsas, 2.68 manat manat faiz, 5.59 manat cərimə, cəmi 1019.19 manat borcu yaranmışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 1013.92 manat əsas, 2.68 manat manat faiz, 5.59 manat cərimə, cəmi 1019.19 manat borc və 34.81 manat ödənilmiş dövlət rüsumunun əvəzi pul tutularaq “X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Nümayəndə2 1013.92 manat əsas kredit borcu, 2.68 manat faiz borcu, 5.59 manat cərimə borcu olmaqla, cəmi 1019.19 (bir min on doqquz manat on doqquz qəik) manat məbləğində borcun və 34.81 (otuz dörd manat səksən bir qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi pul alınaraq iddiaçı “X1 Azərbaycan» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar