Məhkəmə qərarları › İş №e-2(013)-2755/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2755/2025

05.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2755/2025 05.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə mülki işə 05 noyabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, "xxxx" MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 208 saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və "X3" haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il il tarixli 132-x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində "xxxx" MMC-nin OBA Bakıxanov 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 7096 (yeddi min doxsan altı) manat 25 (iyirmi beş) qəpik, xx.xx.2024-cü il tarixdə inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 16601 (on altı min altı yüz bir) manat 65 (altımış beş) qəpik təşkil edir. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin edilmiş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirməklə yaranmış borcu etiraf etmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən verilmiş lisensiya əsasında fəaliyyət göstərən sərbəst auditor X1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli "Auditor rəyi"ndən görünür ki, xx.xx.2024-cü il tarixli inventarizasiya nəticələrinə dair akt üzrə Cavabdeh tərəfindən "xxxx" MMC-yə 16601 (on altı min altı yüz bir) manat 65 (altmış beş) qəpik dəyərində maddi ziyan vurulmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə təbii itki normalarının tətbiqi haqqında əmrə əsasən müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq hər iki aktın cəmi üzrə 18923 (on səkkiz min doqquz yüz iyirmi üç) manat 27 (iyirmi yeddi) qəpik borc qalmışdır. Beləliklə Cavabdeh hal-hazırda "xxxx" MMC-yə ümumilikdə 18923 (on səkkiz min doqquz yüz iyirmi üç) manat 27 (iyirmi yeddi) qəpik borcu qalmaqdadır. Borcun ödənilməsi cavabdehə bildirilsə də, o, borcunu ödənilmədiyini qeyd etməklə İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 18923,27 manat, auditor xərci üçün ödənilmiş 750 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat, iddia qaldırılması üçün ödənilmiş 97 manat Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavənin, xx.xx.2020-ci il tarixli 062/İQ saylı və xx.xx.2021-ci il tarixli 208 saylı əmrlərdən çıxarışların surətlərindən görünür ki, Cavabdeh İddiaçı MMC-də işə götürülmüş, daha sonra ona administrator vəzifəsi verilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli tam maddi məsulliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh X3i öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli 132-x saylı əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, yoxlama zamanı Cavabdeh İddiaçı MMC-yə 7096,25 manat zərər vurması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, yoxlama zamanı Cavabdeh İddiaçı MMC-yə 16601,65 manat zərər vurması müəyyən edilmişdir. Four Reason LLC Consulting tərəfindən xx.xx.2025-ci il tarixli auditor rəyi və auditor hesabatının surətlərindən görünür ki, 16601,65 manat dəyərində məhsul əskik gəlmişdir. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Four Reason LLC Consulting tərəfindən aparılmış audit yaxlamasının xərci olaraq 750 manat ödənilmişdir. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, borcun ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir. İddiaçı tərəfin təqdim etdiyi xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında çatışmazlıqlar müəyyən edilmiş və ona güzəşt tətbiq olunduqdan sonra onun 18923,27 manat borcu qalmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh işə götürmüş, Cavabdeh isə işlədiyi müddətdə iddiaçıya 18923,27 manat ziyan vurmuşdur. Cavabdeh vurduğu ziyanın əvəzini ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsasən cavabdehin İddiaçı MMC-yə 5322,94 manat borcunun olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 18923 (on səkkiz min doqquz yüz iyirmi üç) manat 27 (iyirmi yeddi) qəpik, auditor xərci üçün ödənilmiş 750 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat, iddia qaldırılması üçün ödənilmiş 97 manat tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar