Məhkəmə qərarları › İş №e-2(013)-2777/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2777/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2777/2024 24.10.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 24 oktyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh "xxxx" ASC-nin xeyrinə 140,97 manat əsas, 8,81 manat faiz, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 2,53 manat faiz cəmi 152,31 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş xx.xx.2023-ci il tarixli CO0180220 saylı tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqaviləsinin və bank kartının sifarişinə dair ərizənin surətlərindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh istifadə etməsi üçün kart verilmişdir. xx.xx.2024-cü il tarixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh istifadəsinə verilmiş kartdan müxtəlif vaxtlarda, müxtəlif əməliyyatlar edərək pul çıxarmış və ya istifadə edilmiş, bununlada onun 140,97 manat əsas, 8,81 manat faiz, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 2,53 manat faiz borcu qalmışdır. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişdən görünür ki, öhdəliklərin icra edilməsi üçün cavabdehə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh İddiaçı Cavabdeh istifadə etməsi üçün plastik kart verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə həmin kartdan pul çıxararaq istifadə etməklə 140,97 manat əsas, 8,81 manat faizdən borcu qalmaqla öhdəliyi icra etməmişdir. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə baxışında məlum olmuşdur ki, Cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etməmişdir. Cavabdeh müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 2,53 manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 140,97 manat əsas, 8,81 manat faiz, müqavilə müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5 faizlə hesablanmış 2,53 manat faiz – cəmi 152 (yüz əlli iki) manat 31 (otuz bir) qəpik borc, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar