Məhkəmə qərarları › İş №e-2(013)-3015/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3015/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3015/2025 21.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh X6 vərəsəsələri cavabdeh X9 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X6 vərəsəsələri cavabdeh X9 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması" tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 vərəsəsi cavabdeh X7 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********58 saylı kredit müqaviləsi üzrə 1497.92 manat əsas borcun, vəfat etdiyi tarixə qədər hesablanmış 29.71 manat faiz borcu olmaqla, cəmi 1527.63 manat borcun və 35.28 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********58 saylı kredit müqaviləsinə əsasən cavabdehə 44 ay müddətinə, 2750 manat məbləğində kredit verilmişdir. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ seriyalı № 256424 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. X2 qalmış mirasa X12 və Cavabdeh1 Mingəçevir regional “Asan Xidmət” mərkəzində notarial ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 2V-319 və 2V-320 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X3 və Cavabdeh1 X6 vərəsələri olduğu müəyyən olmuşdur. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2020-ci il tarixli, BPM**********58 saylı “Kredit Müqaviləsi”ndən görünür ki, X8 "xxxx" ASC tərəfindən 44 ay müddətinə, illik 20% dərəcəsi ilə 2750 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixinə, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 1497.92 manat əsas, 29.71 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 1527.63 manat borcu yaranmışdır. İş materiallarında olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ № 256424 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2022-ci il tarixində ölmüşdür. İşin materiallarında olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən veriliş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat X1 adına reyestr nömrəsi 2V-319 ilə qeydə alınmış, V-136/2023 nömrəli vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, seyidli ərazi dairəsi, Sarıhacılı kəndi ünvanında qeydiyyatda olan və əmlakdan ½ hissədə pay alan oğlu X11r. Şəhadətnamə verilən miras əmlak, "xxxx" ASC Mingəçevir Filialının xx.xx.2023-cü il tarixli, 185 saylı məktubuna əsasən mərhum X6 banka girov qoyduğu üzük qadın (1 ədəd, 585 əyyar, 3.5 qr), üzük qadın (1 ədəd, 583 əyyar, 3 qr), üzük kişi (1 ədəd, 585 əyyar, 3.7 qr) üzük qadın əyyarsız (1 ədəd, 500 əyyar, 3.8 qr) qızıl-zinət əşyalarından ibarətdir. İşin materiallarında olan Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən veriliş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Mingəçevir regional “Asan Xidmət” mərkəzində Notariat X1 adına reyestr nömrəsi 2V-320 ilə qeydə alınmış, V-136/2023 nömrəli vərəsəlik işi açılmış və vərəsəsi Agdam rayonu, seyidli ərazi dairəsi, Sarıhacılı kəndi ünvanında qeydiyyatda olan və əmlakdan ½ hissədə pay alan oğlu Cavabdeh1dur. Şəhadətnamə verilən miras əmlak, "xxxx" ASC Mingəçevir Filialının xx.xx.2023-cü il tarixli, 185 saylı məktubuna əsasən mərhum X6 banka girov qoyduğu üzük qadın (1 ədəd, 585 əyyar, 3.5 qr), üzük qadın (1 ədəd, 583 əyyar, 3 qr), üzük kişi (1 ədəd, 585 əyyar, 3.7 qr) üzük qadın əyyarsız (1 ədəd, 500 əyyar, 3.8 qr) qızıl-zinət əşyalarından ibarətdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 1151-ci məcəlləsinə uyğun olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 35.28 manat ödənilmiş dövlət rüsumu, habelə 0.40 manat bank xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh X6 vərəsəsi cavabdeh X7 xx.xx.2020-ci il tarixli, BPM**********58 saylı kredit müqaviləsi üzrə 1497.92 manat əsas borc, vəfat etdiyi tarixə qədər hesablanmış 29.71 manat faiz borcu olmaqla, cəmi 1527.63(bir min beş yüz iyirmi yeddi manat altmış üç qəpik) manat borc və ödənilmiş 35.28 (otuz beş manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu, habelə 0.40 (qırx qəpik) manat bank xidməti haqqı məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar