Məhkəmə qərarları › İş №e-2(013)-314/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-314/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-314/2025 03.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)- 3290/2016 saylı icra sənədinə əsasən pensiyasından tutulmuş 5567.45 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)-3290/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 4063.15 manat əsas kredit borcunun, 1292.88 manat məbləğində faiz borcunun və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5376.03 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilməli olduğu, Şəki Rayon İcra və Probasiya Şöbəsinin arayışından da göründüyü kimi qeyd olunan icra sənədinə əsasən İddiaçı pensiyasından 5567.45 manat məbləğində pulun "xxxx" QSC-nin xeyirinə tutulduğu, "xxxx" QSC-nin İddiaçı müraciətinə əsasən verilmiş cavab məktubundan da göründüyü kimi M.Sadığovanın artıq "xxxx" QSC qarşısında zamin kimi öhdəliyi mövcud deyil. "xxxx" QSC qarşısında əsas borclu Cavabdeh kredit razılaşması üzrə götürdüyü borcuna görə zamin qismində M.Sadığovanın pensiyasından tutulan 5567.45 manat məbləğində pulun cavabdehdən tələb etmək hüququnun yarandığı göstərilmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd olunan iddia tələbini müdafiə etdiyini göstərmiş və mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh oglu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli № 007R********** nömrəli kredit müqaviləsin sürətindən görünür ki, həmin müqaviləyə əsasən illik 2.4167 % olmaqla, cəmi 5000.00 manat məbləğində kredit 18 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli № 007S**********01 nömrəli zaminlik müqaviləsin sürətindən görünür ki, zamin İddiaçı kreditor "xxxx" QSC qarşısında borclu Cavabdeh xx.xx.2015-ci il tarixli № 007R********** nömrəli Kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)-3290/2016 saylı qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh, X1 və İddiaçı müştərək qaydada 4063.15 manat əsas kredit borcunun, 1292.88 manat məbləğində faiz borcunun və 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5376.03 manat borcun və 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyirinə tutulması qət edilmişdir. İş materiallarında olan Şəki rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 7895/24 saylı arayışından görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(013)-3290/2016 saylı icra sənədi üzrə İddiaçı pensiyasından 5567.45 manat məbləğində pul tutularaq "xxxx" QSC-nin xeyirinə ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin İddiaçı müraciətinə cavab 092198 nömrəli məktubundan görünür ki, M.Sadığovanın artıq "xxxx" QSC qarşısında zamin kimi öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin l-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X2rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 5567.45 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.2-ci maddəsinin tələblərinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsümu ödəməkdən azad olunmasını nəzərə alaraq cavabdehdən 75 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət gəlirlərinə alınmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5567.45 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 75 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar