Məhkəmə qərarları › İş №e-2(013)-405/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-405/2025

24.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-405/2025 24.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağdam rayon 1 nömrəli tam orta məktəbinə qarşı Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2024-cü il tarixli № 1 iclas protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qarabağ Regional Təhsil İdarəsi - Ağdam rayon 1 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2024-cü il tarixli №1 iclas protokolunun, ona aid hissədə ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı Ağdam rayon 1 nömrəli tam orta məktəbin, xx.xx.2022-ci il tarixdə 2 əmək müqavuləsi bağlanmışdır, yəni ingilis dili müəllimi vəzifəsinə görə 50№-li əmək müqaviləsi, kitabxana müdiri vəzifəsinə görə isə 53№-li əmək müqaviləsi bağlanmışdır. Ağdam rayon 1 nömrəli tam orta məktəbin Pedoqoji Şurasının, xx.xx.2024-cü il tarixli №1 iclas protokolu əsasında, 2023-2024-cü və 2024-2025-ci tədris ili üzrə dərs bölgüsü müəyyən edilərkən, V.İmamverdiyevaya dərs yükü verilməsi nəzərdə tutulmamışdır. Ağdam rayon 1 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli №1 iclas protokolunun ona aid hissəsinin Əmək qanunvericiliyinin tələbləri ilə uzlaşmamaqla yanaşı qanunvericiliyin tələblərinə ziddir və bu səbəbdən də, xx.xx.2024-cü il tarixli №1 iclas protokolu ləğv edilməli və 50№-li əmək müqaviləsinin şərtlərinə və müqavilədə tutulmuş öhdəliklərə cavabdeh tərəfindən əməl olunmaqla, Ağdam rayon 1 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli №1 iclas protokolunun ona aid hissəsinin ləğv olunmaqla, məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəməyə elektron ərizə daxil olmuş və iddiaçı ərizəsində xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Ağdam rayon 1 nömrəli tam orta məktəbinin nümayəndəsi, məktəbin direktoru, Cavabdeh məhkəməyə ərizə daxil olmuş və cavabdeh tərəf ərizəsində təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın əsası olmadığı üçün həmin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə olan halda məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon 1 nömrəli Tam Orta Məktəbin Pedaqoji Şuranın xx.xx.2024-cü il tarixli, 01 nömrəli Protokolunun İddiaçı aid olan hissəsindən Çıxarışdan görünür ki, 2024-2025-ci tədris ili üzrə müəllimlərin dərs yükü müəyənləşdirilərkən məktəbdə əsas iş yeri olaraq kitabxana müdiri, əlavə iş yeri olaraq ingilis dili (diaqnistik qiymətləndirmə və sertifikatlaşdırma imtanında iştirak etməyib) müəllimi vəzifəsində işləyən İddiaçı dərs yükü nəzərdə tutulmasın. Buna səbəb 2024-2025-ci il üzrə müvafiq tədris planı və sinif komplektlərinin sayına əsasən məktəbdə mövcüd olan 92 saat ingilis dili dərsinin olması və əmək müqaviləsi üzrə yanlız ingilis dili müəllim vəzifəsində işləyəyn (diaqnistik qiymətləndirmə və sertifikatlaşdırma imtanında iştirak edən) 6 nəfər müəllimin hər birinin minumum 18 saat dərs yükü ilə təmin oluna bilməməsi səbəbi ilə vakansiya etiyacının (xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmrlə təsdiq edilmiş Azərbaycan respublikası təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəsissələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi pedaqoji kadırların işə qəbulu və yerləşdirilməsi Qaydalarının 2.2-ci bəndinin tələbləri) yaranmaması halı hesab olunsun. İş materiallarında olan Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2018-ci il tarixli, 207 nömrəli Əmrdən çıxarışdan görünür ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-5812/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı işinə bərpa edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək Kitabçasından görünür ki, İddiaçı Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəbində işləməsi ilə əlaqədar əmək kitabçası mövcuddur. İş materiallarında olan Sosial Arayışdan görünür ki, İddiaçı Müəllim və Kitabxanaçı vəzifələri üzrə əmək haqqı ödənişlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon X4 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, arayışından görünür ki, X2 hamilədir. İş materiaalarında olan Ağdam Regional Təhsil Şöbəsi üzrə xx.xx.2013-cü il tarixli əmrdən görünür ki, məktəbin direktorunun təqdimatına əsasən İddiaçı əsas iş yeri saxlanılmaqla 1 salı Tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi X9 və Texnologiya Kölleci tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 30254 nömrəli Diplomun surətindən (BB-İİ № 107917) görünür ki, X1 Dövlət İdarəetmə və Texnologiya Köllecinə daxil olmuş və xx.xx.2010-cu ildə İngilis dili ixtisası üzrə tam kursu bitirmiş və ona İngilis dili müəllimi ixtisası verilmişdir. İş materiallarından olan xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsindən görünür ki, X5 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. İş materiallarından olan xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023- cü il tarixli 01 nömrəli əlavədən görünür ki, X3 ilə İddiaçı arasında xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 nömrəli əlavə bağlanmış və xx.xx.2022-ci tarixdən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci tarixli əmək müqaviləsinin 4.1-ci maddəsi dəyişdirilərək işçiyə hər ay 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarından olan xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsindən görünür ki, X5 ilə İddiaçı arasında əmək müqaviləsi bağlanmış, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə Kitabxanaçı qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. İş materiallarından olan xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 01 nömrəli əlavədən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci tarixli 53 nömrəli əmək müqaviləsinə 01 nömrəli əlavə bağlanmış və xx.xx.2022-ci tarixdən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci tarixli əmək müqaviləsinin 4.1-ci maddəsi dəyişdirilərək işçiyə hər ay 538 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 5-ci maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı)- işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 42-ci maddəsinin 1-bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddəti bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 5-ci bəndinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. X Fəslində əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları göstərilmişdir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı Ağdam rayon 1 nömrəli tam orta məktəbin xx.xx.2012-ci il tarixli, №14 əmri ilə Ağdam rayon 1 nömrəli tam orta məktəbdə kitabxanaçı vəzifəsinə təyin olunmuş, daha sonra Ağdam Rayon Təhsil Şöbəsinin xx.xx.2013-cü il tarixli, №66 əmri ilə, əsas iş yeri saxlanılmaqla, Ağdam rayon 1 nömrəli tam orta məktəbdə, ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmişdir. Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəb üzrə xx.xx.2017-ci il tarixli, 136 nömrəli əmri ilə məktəbin ingilis dili müəllimi işləyən İddiaçı işinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "d" bəndinə əsasən işinə xitam verilsə də, o, Ağdam rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(13)-5812/2017 nömrəli qətnaməsinə əsasən, işinə bərpa edilmiş və həmin qətnamə əsasında, onun işinə bərpa olunması barəsində Ağdam rayonu 1 nömrəli Tam Orta Məktəbnin xx.xx.2018-ci il tarixli, 207 nömrəli əmri verilmişdir. Həmçinin, İddiaçı ilə xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsi bağlanmış, həmin müqavilə ilə, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun 151,80 manat əməkhaqqı ödənilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsi (2.1) müddətsiz bağlanmışdır. Ağdam rayon 1 nömrəli Tam Orta Məktəbin Pedaqoji Şuranın xx.xx.2024-cü il tarixli, 01 nömrəli Protokolunun İddiaçı aid olan hissəsindən Çıxarışı ilə isə 2024- 2025-ci tədris ili üzrə müəllimlərin dərs yükü müəyənləşdirilərkən məktəbdə əsas iş yeri olaraq kitabxana müdiri, əlavə iş yeri olaraq ingilis dili (diaqnistik qiymətləndirmə və sertifikatlaşdırma imtanında iştirak etməyib) müəllimi vəzifəsində işləyən İddiaçı dərs yükü nəzərdə tutulmasın. Buna səbəb 2024-2025-ci il üzrə müvafiq tədris planı və sinif komplektlərinin sayına əsasən məktəbdə mövcüd olan 92 saat ingilis dili dərsinin olması və əmək müqaviləsi üzrə yanlız ingilis dili müəllim vəzifəsində işləyəyn (diaqnistik qiymətləndirmə və sertifikatlaşdırma imtanında iştirak edən) 6 nəfər müəllimin hər birinin minumum 18 saat dərs yükü ilə təmin oluna bilməməsi səbəbi ilə vakansiya etiyacının (xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmrlə təsdiq edilmiş Azərbaycan respublikası təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəsissələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi pedaqoji kadırların işə qəbulu və yerləşdirilməsi Qaydalarının 2.2-ci bəndinin tələbləri) yaranmaması halı hesab olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2013-cü il tarixdən Ağdam rayon 1 nömrəli tam orta məktinə, ixtisası üzrə ingilis dili müəlliməsi vəzifəsinə təyin edilməklə, həmin vaxtdan həmin vəzifədə işləyir və onunla yenidən xx.xx.2022-ci tarixli 50 nömrəli əmək müqaviləsi bağlanmış, həmin müqavilə ilə, İddiaçı Ağdam rayon 1 nömrəli köçkün tam orta məktəbə İngilis dili müəllimi qəbul edilmiş, xx.xx.2022-ci tarixdən işə başlanmış hesab olunmuş, işçiyə 6 saat dərs yükü verilməsi, hər ay əmək haqqı cədvəlinə uyğun 151,80 manat əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı ilə cavabdeh işəgötürən arasında əmək müqaviləsinin 4.12-ci bəndində həftə ərzində 6 saatdan çox olmayaraq, yəni 6 saat dərs yükü nəzərdə tutulmuşdur. Bağlanılmış əmək müqaviləsi hazırda qüvvədədir, ləğv edilməmiş və ya hər hansı şərti dəyişdirilməmişdir. Belə olan halda, Ağdam rayon 1 nömrəli tam orta məktəbin Pedaqoji Şuranın xx.xx.2024-cü il tarixli, 01 nömrəli Protokolunun çıxarışı İddiaçı münasibətdə qanuni və əsaslı sayıla bilməz. Digər tərəfdən, Elm və Təhsil Nazirliyinin 22 iyul 2017-ci il tarixli təlimat məktubu kitabxanaçı işləyən şəxsin ixtisası üzrə müəllimə işləməsini qadağan etmir və belə qadağanedici norma olsa idi, onunla bağlanılmış əmək müqaviləsinə digər hüquqi əsasla əmək qanunvericiliyin tələblərinə əməl edilməklə, xitam verilə bilərdi. Məhkəmə hesab edir ki, iddia tələbinin 2 Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2024-cü il tarixli, 01 nömrəli iclas protokolunun, ona aid hissədə ləğv edilməsinə dair hissəsi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının xx.xx.2024-cü il tarixli № 1 iclas Protokolunun, İddiaçı aid hissədə ləğv edilməli və ona xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Ağdam rayon 1 nömrəli tam orta məktəbinin, Pedoqoji Şurasının, xx.xx.2024cü il tarixli № 1 iclas protokolunun İddiaçı aid hissədə ləğv edilsin və ona xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar