Məhkəmə qərarları › İş №e-2(013)-533/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-533/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-533/2024 22.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m üə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək, 134.81 manat xidmət haqqı, və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 164.81 manat vəsaitin cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış “Abunə müqaviləsi”nə əsasən ********* nömrə ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə 134.81 manat məbləğində abunə və xidmət haqqı borcu yaranmışdır. Qeyd olunan müqavilənin şərtlərinə əsasən hesab-faktura üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, "Azercell” abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin hər növbəti təqvim gününə hesablanmış həmin günə olan borc məbləğinə 0,1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləinin 20%-dən artıq olmamaq şərti ilə borc tam ödənilənə qədər "Azercell" tərəfindən davam etdirilir. Cavabdehin borcunu ödəməsinin son tarixi müəyyən olunsa da o, müqavilənin bu şərtlərini pozaraq, qeyd edilən borcunun vaxtında ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə görəərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarını araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi cavabdeh xx.xx.2021-ci il tarixli, ********* saylı “Abunə müqaviləsi”nə əsasən 502013608№-li mobil nömrə ilə iddiaçının rabitə xidmətlərindən istifadə etmiş və nəticədə 134.81 manat məbləğində borc yaranmış, həmçinin, "xxxx" MMC məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. “Abunə müqaviləsi”nin 4.2-ci bəndinə əsasən "xxxx" MMC tərəfindən abunəçiyə faktura kəsildiyi tarixdən 45 (qırx beş) təqvim günü sonra növbəti təqvim günündən başlayaraq gecikmə faizi tətbiq edir ki, bu da ödənişin hər növbəti təqvim gününə hesablanmış həmin günə olan borc məbləğinə 0,1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Gecikmə faizinin hesablanması, gecikmə faizi borc məbləinin 20%-dən artıq olmamaq şərti ilə borc tam ödənilənə qədər "Azercell" tərəfindən davam etdirilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verilərək belə qənaətə gəlinir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" MMC-nin xeyrinə ümumilikdə 134.81 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 164.81 manat tutularaq ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360, 284-5, 284-6-cı maddələrinə əsasən, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 134.81 manat xidmət haqqı və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 164.81 (bir yüz altmış dörd manat səksən bir qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar