Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-836/2024 24.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi - «Yasa» Vəkil Bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 24 iyun 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı nümayəndəsi Vəkil rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 94990 (doxsan dörd min doqquz yüz doxsan) manat və ödənilmiş dövlət rüsumu əvəzində 375 manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh Bakı şəhərində qonşu olmuşlar. 2019-cu ilin yanvar ayından başlayaraq Ayşən Qadirə müxtəlif məbləğlərdə borc vermiş, Qadir isə əsas məbləğdən əlavə qazancından hər ay 1000 manat Ayşənə ödəyəcəyinə söz vermişdir. 2019-cu ildən başlayaraq 2023-cü ilə qədər Ayşən Qadirə 68400 manat borc vermişdir. 2023-cü ilin fevral ayına qədər Qadir 37 ay ərzində Ayşənə hər ay 1000 manat ödəməli olmuşdur. X2 105400 manat borcu qalmışdır. Qadir 2023-cü ilin mart ayında Ayşənə 2000 manat ödəmiş, sonra xırda-xırda 2000 manat ödəmiş və xx.xx.2023-cü ilə qədər Ayşənə 102390 manat borclu qalmışdır. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. Tərəflər xx.xx.2023-cü ildə notariat orqanında borc müqaviləsi bağlamaq istəmiş, lakin depozitə pul qoyulmadığından müqavilənin bağlanması mümkün olmamışdır. Bundan sonra Ayşənlə Qadir arasında sonuncunun hər ay iddiaçıya 6000 manat ödəyəcəyi barədə şifahi razılaşma olmuşdur. xx.xx.2024-cü il tarixə qədər Qadir Ayşənə 7400 manat ödəyərək 94990 manat borclu qalmışdır. Tələb etməsinə baxmayaraq cavabdehin öhdəliyi icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, Ayşənlə qonşu olmuşdur. Yaxın müddətlərə qədər «Sədərək» ticarət mərkəzində alver etmiş, lakin sonradan müflic olmuş və alveri dayandırmışdır. Ayşən 10000 manat pulunun olduğunu və banka qoymaq istədiyini, lakin bankın hər ay 110 manat faiz ödədiyini ona demişdir. Ayşən həmin 10000 manat məbləği alverdən əldə etdiyi gəlirdən 10 faiz götürmək şərti ilə ona verməsi barədə razılaşmışlar. Ayşən 2020-ci ilin fevral ayında sözügedən 10000 manat məbləği ona təqdim edərkən 3500 manatı geri götürmüş və ona 6500 manat verərək 10000 manat hesablamışdır. Həmin 10000 manatı bir ilə Ayşənə qaytarmağı üzərinə götürmüşdür. Ayşən ona 2020-ci ilin may ayında 5000 manat, yay aylarında 7000 manat, 5000 manat, yenidən 5000 manat və 11000 manat vermişdir. Ayşəndən cəmi 43000 manat almışdır. Hər aldığı məbləğə görə hər ay Ayşənə 10 faiz ödəməyi üzərinə götürmüşdür. Ayşənin qardaşı X1 məxsus "xxxx" ASC tərəfindən verilmiş **********651805 nömrəli karta xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2024cü ildə 500 manat, xx.xx.2024-cü ildə 400 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 500 manat ödəniş etmişdir. Bundan başqa Ayşənə məxsus "xxxx" ASC tərəfindən verilmiş **********905953 nömrəli leokarta xx.xx.2024-cü ildə 120 manat, xx.xx.2024-cü ildə 121 manat, xx.xx.2024-cü ildə 120 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2023-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 25 manat ödəniş etmişdir. Ayşən onun barəsində polisə şikayət etmiş, Ayşən özünü öldürəcəyi ilə onu hədələdiyindən o, qorxaraq Ayşənə 102390 manat borclu olması barədə izahat vermişdir. xx.xx.2023-cü ildə Ayşənin dayısı oğlu ilə 68400 manat məbləği ödəyəcəyi barədə razılaşma əldə etmişlər. Bundan sonra Ayşənə 6500 manat ödəyərək 52900 manat borcunun qaldığını qeyd etməklə iddianın qalan hissəsinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh R.Cavabdeh iş üzrə xx.xx.2024-cü ildə keçirilmiş məhkəmə iclasında izahat verərək iddiaçıya 58400 manat borcunun qaldığını bildirərək iddianın həmin hissədə təmin olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsi bağlanmış və hər iki tərəf üzərinə öhdəlik götürmüşdür. İddiaçı cavabdehə 55000 manat verməklə üzərinə düşən öhdəlikləri icra etmiş, qarşı tərəf isə aldığı məbləği tam şəkildə qaytarmayaraq öhdəliklərini icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İstər iddiaçı tərəf, istərsə də cavabdeh tərəf İddiaçı müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. İddia ərizəsində İddiaçı Cavabdeh 68400 manat borc verməsi, cavabdehin iddiaçıya 10300 manat qaytarması göstərilmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan hissə-hissə olaraq cəmi 43000 manat borc aldığını etiraf etmiş və 15936 manat qaytardığını bildirmişdir. İş materiallarında olan Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə verdiyi izahatın surətindən görünür ki, o, İddiaçı 102390 manat borcunun olduğunu etiraf etsə də sonuncudan 55000 manat borc aldığını, qalan məbləğin isə qazancdan İddiaçı düşən pay olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə iddiaçının cavabdehə 55000 manat borc verməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçının qardaşı X1 məxsus "xxxx" ASC tərəfindən verilmiş **********651805 nömrəli karta xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 2000 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 400 manat, xx.xx.2024-cü ildə 100 manat, xx.xx.2024-cü ildə 500 manat, xx.xx.2024-cü ildə 500 manat, bundan başqa iddiaçıya məxsus "xxxx" ASC tərəfindən verilmiş **********905953 nömrəli leokarta xx.xx.2024-cü ildə 120 manat, xx.xx.2024-cü ildə 121 manat, xx.xx.2024-cü ildə 120 manat, xx.xx.2024-cü ildə 25 manat, xx.xx.2023-cü ildə 25 manat, xx.xx.2024-cü ildə 25 manat (15936 manat) ödəniş etdiyini bildirmişdir. Müvafiq sənədlər sözügedən banklardan götürülərək mülki işə əlavə edilmiş, lakin cavabdehin məhkəmədə verdiyi izahatında göstərdiyi tarixlərdə həmin kartlara pul ödəməsi təsdiq olunmamışdır. Bu səbədən məhkəmə cavabdehin iddiaçıya iddia ərizəsində göstərilən kimi 10300 manat ödəməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bütün bunlarla yanaşı Cavabdeh məhkəməyə verdiyi ərizəsində iddiaçıya 24 iyun 2024-cü il tarixə 58400 manat borcunun qaldığını etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə idianın 58400 manat hissədə təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq 265,20 manat cavabdehdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 58400 manat və iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 265,20 manat - cəmi 58665 (əlli səkkiz min altı yüz altmış beş) manat 20 (iyirmi) qəpik alınaraq İddiaçı verilsin. İddiaçı Cavabdeh qarşı iddiasının qalan 36500 (otuz altı min beş yüz) manat və ödənimiş dövlət rüsumu əvəzində 109 (yüz doqquz) manat 80 (sksən) qəpik tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-836/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-836/2024
24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver