Məhkəmə qərarları › İş №e-2(014)-1036/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1036/2024

25.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1036/2024 25.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında 0,0628 ha torpaq sahəsi və fərdi yaşayış evi vardir. Eyni zamanda həmin həyətə bitişik 0,0436 ha torpaq sahəsi vardir. Belə ki, əvvəllər uzun müddət Rusiyada yaşayıb və Rusiya Federasiyası vətəndaşı olan qardaşı Cavabdeh Azərbaycana gələrək, onun mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikili, ev tikdirir. Dəfələrlə onun qanunsuz əməlləri barəsində Ağdaş RPŞ-nə müraciət etsə də, bunu nəticəsi olmur. Hazırda Cavabdeh qanunsuz hərəkətləri nəticəsində həm mülkiyyətindən olmuş, həm də ona külli miqdarda maddi ziyanlıq dəymişdir. Cavabdeh belə hərəkətləri nəticəsində onun qanunla qorunan torpaq üzərində olan mülkiyyət hüquqlarını pozur. Cavabdehə həmin zəbt olunmuş sahəni boşaltmasını, qanunsuz tikilini sökməsini tələb etsə də buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. Belə ki, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi hallarının aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Nəticədə cavabdehin qannunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.1968-ci il tarixdə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə saat 11:30-da keçrilən məhkəmə hazırlıq iclasında iştrak etmişdir. Məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə, saat 11:40-a təyin edilmiş, təyin edilmiş məhkəmə baxış iclasında iştirak edə bilməyəcək. Məhkəməyə iddia tələbi ilə bağlı bütün sübutları təqdim etmişdir. Verdiyi iddia tələbini müdafiə edir. Odur ki, təyin edilmiş məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********26 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində ünvan 2 ünvanında yerləşən 0,0628 hektar torpaq sahəsi üzərində ümumi sahəsi 65,8 kv.m olar fərdi yaşayış evi inşa edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyətində 0,0436 hektar torpaq sahəsi vardır. İşin materiallarında olan 2 ədəd fotoşəkildən görünür ki, fərdin yaşayış evi tikilir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin məktubundan görünür ki, İddiaçı mübahisəyə dair məhkəməyə iddia ilə müraciət etmək tövsiyə edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 100 (yüz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı mülkiyyətində ünvan 2 ünvanında yerləşən torpaq sahələri üzərində ümumi sahəsi 65,8 kv.m olar fərdi yaşayış evi inşa edilmişdir. Eyni zamanda ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə 0,0436 hektar torpaq sahəsi verilmişdir. Hazırda iddiaçının qardaşı xx.xx.1968-ci il tarixdə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı olan Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək qanunsuz olaraq həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirir. İddiaçı həmin tikilinin dayandırılması və sökülməsi üçün polis şöbəsinə müraciət etsə də, ona mübahisəyə dair məhkəməyə iddia ilə müraciət etmək tövsiyə edilmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, eyni zamanda Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 100 (yüz) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, tərəflər arasında olan mübahisə ərazinin koordinatları ilə bağlı olmadığından, məhkəmə ekspertiza təyin etməyi zəruri hesab etməmişdir. Belə ki, hər iki tərəf həmin torpaq sahəsinə hüququnun olmasını əsas gətirir, iddiaçının isə cavabdehdən fərqli olaraq mülkiyyət hüquqlarını təsdiq edən sənədləri vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ev 55 ünvanında yerləşən 0,0628 hektar və 0,0436 hektar torpaq sahələrində Cavabdeh tərəfindən qanunsuz tikilmiş ev sökülməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ev 55 ünvanında yerləşən 0,0628 hektar və 0,0436 hektar torpaq sahələrindən çıxarılmalı, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ev 55 ünvanında yerləşən 0,0628 hektar və 0,0436 hektar torpaq sahələrində Cavabdeh tərəfindən qanunsuz tikilmiş ev sökülsün. Cavabdeh İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi ev 55 ünvanında yerləşən 0,0628 hektar və 0,0436 hektar torpaq sahələrindən çıxarılsın. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 100 (yüz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar