Məhkəmə qərarları › İş №e-2(014)-1185/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1185/2023

02.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1185/2023 02.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin nümayəndəsi (direktoru) X7 iştirakları ilə İddiaçı cavabdeh Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli 05 nömrəli əmrinin ləğv edilməsi və digər tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli 05 nömrəli əmrinin ləğv edilməsi və digər tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 01 sentyabr 2016-cı il tarixdə Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinə kompüter laborantı vəzifəsinə işə təyin edilmişdir. Həmin vaxtdan sonra öz işinə məsuliyyətlə yanaşaraq daim işə getmişdir, əmək müqaviləsi ilə üzərinə düşən öhdəliyi layiqincə yerinə yetimişdir. Lakin, 2020-ci ilin yanvar ayında o, həmişəki kimi işə getdikdən sonra, məktəb direktoru tərəfindən ona bildirilmişdir ki, “sən işdən çıxarılmısan və buna görə də məktəbi tərk etməlisən”. Onun bu hərəkətlərindən sonra iddiaçı ona öz etirazını bildirmişdir. Amma buna baxmayaraq, o, iddiaçını məktəbdən qovmuşdur. Həmin günün səhəri günü iddiaçı məktəbə gələrək ondan işdən çıxarılmağı barədə əmri və əmək kitabçasını tələb etmişdir. Lakin, o, iddiaçıya bildirmişdir ki, “nə əmr, nə əmək kitabçası, sənə heç nə verilməyəcək, özün də get hara şikayət edirsən et”. Onun bu hərəkətlərindən sonra iddiaçı dəfələrlə qeyd olunan sənədləri ondan tələb etsə də, bunun heç bir nəticəsi olmamışdır. Buna görə də məcbur qalaraq vəkil Nümayəndəla müqavilə bağlamışdır. Vəkil Nümayəndə tərəfindən də işdən çıxarılmağı barədə əmrin surətinin və əmək kitabaçasının əldə edilməsi ilə bağlı Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinə rəsmi sorğular verilmişdir. Lakin, məktəb tərəfindən həmin sorğulara cavab verilməmişdir. Bundan sonra, o, məcbur qalaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevə şikayət ərizələri ilə müraciətlər etmişdir. (sorğular və şikayət iddia ərizəsinə əlavə edilir) Qeyd olunan şikayət ərizələrindən sonra, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh 3-29/-2-H4040-4/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli məktubu ilə onların müraciətlərinə cavab verilmişdir. (məktub iddia ərizəsinə əlavə edilir) Həmin məktubda qeyd edilmişdir ki, Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktoru Ş.Əhmədov Cavabdehnə dəvət olunmuş və məsələ ilə əlaqədar müvafiq araşdırma aparılmışdır. Araşdırma materiallarının məzmunundan məlum olmuşdur ki, İddiaçı 01 sentyabr 2016-cı il tarixdə Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinə kompüter laborantı vəzifəsinə işə təyin edilmişdir. 2019-cu ilin avqust ayından mütəmadi olaraq müxtəlif vaxtlarda üzürsüz səbəblərdən işə gəlməmiş, işə gəlmədiyi günlər məktəb rəhbərliyi tərəfindən aktlaşdırılmış və bununla əlaqədar məktəbin həmkarlar təşkilatı tərəfindən iclas keçirilərək protokollar tərtib olunmuşdur. İşə davam etmədiyi nəzərə alınaraq məktəb direktorunun 04 yanvar 2020-ci il tarixli 05 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin məktubda o da qeyd edilmişdir ki, vətəndaş İddiaçı işdən azad olunması ilə bağlı 04 yanvar 2020-ci il tarixli zəruri sənədlərin (əmrdən çıxarışın, əmək kitabçası) qoşma kimi əlavə olunduğu məktub təqdim olunmuşdur. Qeyd olunan məktubdan sonra iddiaçıya məlum olmuşdur ki, Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli 05 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Həmin məktubda o da qeyd edilmişdir ki, vətəndaş İddiaçı işdən azad olunması ilə bağlı 04 yanvar 2020-ci il tarixli zəruri sənədlərin (əmrdən çıxarışın, əmək kitabçası) qoşma kimi əlavə olunduğu məktub təqdim olunmuşdur. Həmçinin, 03 iyul 2023-ci il tarixdə saat 11:30 radələrində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş, lakin qarşı tərəf iştirak etməmişdir. Buna dair Mingəçevir 1 X6 00705 nömrəli, 03 iyul 2023-cü il tarixli arayışı da təqdim olunmuşdur. İddiaçı işlədiyi müddət ərzində heç bir əmək intizam pozuntusuna yol verməmiş, iş yerinə hər zaman vaxtında gəlmiş və vaxtında tərk etmiş, ona tapşırılan işi vaxtında icra edərək nəticələrini təqdim etmişdir. Heç bir əmək intizamı pozulmasına görə məsuliyyətə cəlb edilməmişdir. Bunun təsdiqi də iddiaçının iş yerində saxlanılan şəxsi işidir. Buna baxmayaraq, işəgötürən digər daha yüngül intizam tədbirlərini belə tətbiq edəcəyi halda birbaşa əmək müqaviləsinə ləğv etməyi seçmişdir. Bu zaman sual olunur: əgər iddiaçı 2019-cu ilin avqust ayından mütəmadi olaraq müxtəlif vaxtlarda üzürsüz səbəblərdən işə gəlməmişdirsə, məktəb rəhbərliyi tərəfindən onun barəsində nəyə görə hər hansı intizam tənbehi görülməmişdir? Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işə götürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Lakin, iddiaçının işdən çıxarılmağı barədə əmrin surəti və əmək kitabçası ona verilməmişdir. Bununla da, məktəbin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinin və 87-ci maddəsinin 3-cü bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. Əsassız olaraq iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə və bu əmək kitabçasında qeyd etməklə gələcəkdə iddiaçının işsizlik və bazar iqtisadiyyatı şəraitində iddiaçının dövlət və özəl müəssisələrdə işləmək şansı da demək olar ki, mümkünsüz etmişdir. Adı çəkilən məktubdan görünür ki, işəgötürən tərəfindən əmək münasibətlərinin xitamında formal mülahizələrə istinad edilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsində göstərilir ki, Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi qanunvericilik Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək münasibətlərinə xitam verilən müəssisədə fəaliyyət götərən həmkarlar ittifaqının rəyinin nəzərə alınmalı olduğunu zəruri şərt kimi müəyyən edir. Lakin, buna baxmayaraq iddiaçının işi ilə bağlı heç bir həmkarlar ittifaqı tərəfindən dəvət olunmamış iddiaçının iştirakı ilə heç bir iclas keçirilməmişdir. Göstərilənlərə əsasən iddiaçının Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbində kompüter laborantı vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli 05 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2020-ci il tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbindən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktoru X15 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı cavabdeh Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli əmrinin ləğv edilməsi və və digər tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbində kompüter laborantı vəzifəsi üzrə əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə xx.xx.2020-ci tarixdən işə bərpa olunacağı günədək əmək haqqının hesablanaraq Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbindən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin surətini və məhkəmə bildirişini almışdır. İddia tələbini qəbul etmir və aşağıda göstərdiyi hallara və əsaslara görə hesab edir ki, iddia tələbi tamamilə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası kimi işəgötürən tərəfindən onun işdən azad edilməsi ilə bağlı əmək münasibətlərinin xitamında formal mülahizələrə istinad edildiyini göstərsə də həmin formal mülahizələrin nədə ifadə olunmasını və bunu təsdiq edən sübutlarını sübutlarını məhkəməyə təqdim etməmişdir. Bildirir ki, o, keçmiş Ağdaş Rayon Təhsil Şöbəsinin müdirinin 39/4 saylı, 02 mart 2012-ci il tarixli əmri ilə Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçı 01 sentyabr 2016-cı il tarixdən işdən azad olunduğu günədək Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbində kompüter laborantı vəzifəsində işləmişdir. İddiaçı 01 avqust 2019-cu il tarixdən 28 avqust 2019-cu il tarixədək heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. İddiaçının qeyd edilən iş günləri işə gəlməməsi barədə hər gün məktəbin əməkdaşları tərəfindən aktlar tərtib olunmuşdur. İddiaçının qeyd edilən tarixlərdə işə gəlməməsi məktəbin işçilərinin işə davamiyyət tabeli ilə təsdiq olunur. Ona görə də müraciətləri əsasında buna münasibət bildirilməsi üçün həmkarlar təşkilatına müraciət olunmuşdur. 28 avqust 2019-cu il tarixdə Ağdaş rayonu Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbin həmkarlar təşkilatının iclası keçirilmiş, təşkilatın həmin tarixli iclas protokolu ilə məktəbin kompüter laborantı İddiaçı 01 avqust 2019-cu il tarixdən 17 avqust 2019-cu il tarixlərində və 20 avqust 2019-cu il tarixdən 27 avqust 2019-cu il tarixlərində işə gəlmədiyi üçün onun əmək haqqının tutulması qərara alınmışdır. Məktəb direktorunun 48 saylı, 28 avqust 2019cu il tarixli əmri ilə İddiaçı qeyd edilən tarixlərdə işə gəlmədiyi üçün onun əmək haqqının tutulmasına əmr verilmişdir. İddiaçı 05 oktyabr 2019-cu il tarixdən 31 oktyabr 2019-cu il tarixlərində heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyindən məktəbin həmkarlar təşkilatının 4 saylı 31 oktyabr 2019-cu il tarixli islas protokoluna və həmin tarixdə tərtib olunmuş akta əsasən onun əmək haqqının tutulması qərara alınmışdır. Məktəb direktorunun müvafiq olaraq 98 və 100 saylı əmrləri ilə İddiaçı qeyd edilən tarixlərdə işə gəlmədiyi üçün onun əmək haqqı tutulmuş və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı məktəbin işçilərinin işə davamiyyət tabelinə imza etməmişdir. İddiaçı 02 dekabr 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixlərində heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyindən məktəbin həmkarlar təşkilatının 7 saylı 30 dekabr 2019-cu il tarixli iclas protokoluna və həmin tarixdə tərtib olunmuş akta əsasən onun əmək haqqının tutulması və ona və ailəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinə görə “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti verilməsi” növbəti həmkarlar təşkilatı iclasında baxılması qərara alınmış, məktəb direktorunun 115 saylı 30 dekabr 2019-cu il tarixli əmri ilə İddiaçı qeyd edilən tarixlərdə işə gəlmədiyi üçün onun əmək haqqı tutulmasına əmr verilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayı üzrə məktəbin işçilərinin işə davamiyyət tabelinə imza etməmişdir. İddiaçı 02 dekabr 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixlərində heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyindən məktəbin həmkarlar təşkilatının 7 saylı 30 dekabr 2019-cu il tarixli iclas protokoluna və həmin tarixdə tərtib olunmuş akta əsasən onun əmək haqqının tutulması və ona və ailəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə görə “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti verilməsi” növbəti həmkarlar təşkilatı iclasında baxılması qərara alınmış, məktəb direktorunun 115 saylı 30 dekabr 2019-cu il tarixli əmri ilə İddiaçı qeyd edilən tarixlərdə işə gəlmədiyi üçün onun əmək haqqından tutulmasına əmr verilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayı üzrə məktəbin işçilərinin işə davamiyyət tabelinə imza etməmişdir. Ağdaş rayonu Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbin həmkarlar təşkilatının 04 yanvar 2020-ci il tarixli 08 saylı iclas protokoluna əsasən məktəbdə kompüter laborantı vəzifəsində işləyən İddiaçı onunla bağlanmış əmək müqaviləsi üzrə vəzifə funksiyalarını və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və axırıncı haqq-hesabın ödənilməsi qərara alınmışdır. Məktəbin direktorunun 05 saylı 04 yanvar 2020-ci il tarixli əmri ilə iddiaçı Ağdaş rayonu Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbində kompüter laborantı vəzifəsində işləmiş İddiaçı onunla bağlanmış əmək müqaviləsi üzrə vəzifə funksiyalarını və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və axırıncı haqq-hesabın ödənilməsinə əmr verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış və əmək kitabçası iş gününün sonuna kimi ona təqdim olunmuş, o, həmin sənədləri götürmüş, lakin həmin sənədləri qəbul etməsi barədə müvafiq qeydlərin edilməsindən və imzalamaqdan imtina etmişdir. Bu barədə həmin gün məktəbin işçiləri tərəfindən akt tərtib olunaraq imzalanmış və təsdiq edilmişdir. İddiaçı yuxarıda qeyd edilən tarixlərdə heç bir üzürlü səbəb göstərmədən işə gəlməməsi etirazın əsaslarını təşkil edən etiraza əlavə olunmuş sənədlərlə tam sübut olunur. İddiaçı istifadə etdiyi mobil telefon nömrəsini dəyişdiyindən onunla əlaqə yaratmaq mümkün olmamışdır. Ona görə də onun hansı səbəblərdən işə gəlməməsi ilə əlaqədar valideynlərindən soruşanda ilkin olaraq onlar da Arzu barədə məlumatlarının olmadığını bildirmiş, sonradan əldə etdikləri məlumatlara görə valideynləri onun itkin düşməsi barədə Mingəçevir şəhər Polis şöbəsinə ərizə ilə müraciət elmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Türkiyə Respublikasındadır. Göstərilənlərdən aydın olur ki, iddiaçı 2019-cu ilin avqust ayından 2019-cu ilin dekabr ayının sonlarınadək qeyd edilən tarixlərdə heç bir üzürlü səbəb göstərmədən işə gəlməmiş, bununla da o, onunla bağlanmış əmək müqaviləsi üzrə vəzifə funksiyalarını və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyinə görə haqlı olaraq cavabdeh Ağdaş rayonu Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbin direktorunun məlum əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə və axırıncı haqq-hesabın ödənilməsinə əmr verilmişdir. İddiaçının işdən azad olunması zamanı heç qanun pozuntusuna yol verilməmişdir. Göründüyü kimi iddiaçı heç bir üzürlü səbəb göstərmədən etirazda qeyd edilən tarixlərdə işə gəlmədiyindən və bununla da onunla bağlanmış əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə işdən azad olunduğuna, işdən azad olunması barədə əmrdən çıxarış və əmək kitabçası 04 yanvar 2020-ci il tarixdə məktəbin əməkdaşlarının iştirakı ilə ona təqdim olunduğuna, həmin sənədləri qəbul etsə də, sənədlərin qəbul edilməsi ilə bağlı imza etməkdən imtina etdiyinə görə onun hazırda belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün heç bir heç bir hüquqi əsasları olmamışdır. Ona görə də hesab edir ki, iddiaçının ona qarşı hazırkı iddia ərizəsi tam əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahatlar verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin nümayəndəsi (direktoru) X15 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, xx.xx.2012-ci il tarixdə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin edilmişdir və hal-hazırda da həmin məktəbdə direktor vəzifəsində işləyir. İddiaçı 01 sentyabr 2016-cı il tarixdə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinə kompüter laborantı vəzifəsinə işə təyin edilmişdir. İddiaçı 2019-cu ilin avqust ayından mütəmadi olaraq müxtəlif vaxtlarda üzürsüz səbəblərdən işə gəlməmiş, gəlməməsinin səbəbi barədə məktəbə və rəhbərliyə heç bir məlumat verməmişdir. İddiaçı işə gəlməməsi rəhbərlik tərəfindən aşkar edilmiş və aktlaşdırılmışdır. İddiaçı mobil nömrəsi ilə əlaqə saxlanılmış, lakin İddiaçı nömrəsinə zəng çatmamış, bundan sonra İddiaçı valideynləri ilə əlaqə saxlanılmışdır. A.Nəbiyanın valideynləri qızlarının harada olması barədə məlumatlarının olmadığını bildirmişlər. Sonradan əldə edilmiş məlumatlara əsasən İddiaçı valideynləri qızlarının itkin düşməsi barədə Mingəçevir şəhər Polis şöbəsinə müraciət etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı hansısa xarici dövlətdədir. Sonradan İddiaçı mütəmadi işə gəlməməsi səbəbindən məktəbin həmkarlar təşkilatı tərəfindən iclaslar keçirilərək protokollar tərtib olunmuşdur. Göstərilənlər iş materiallarına əlavə edilmiş aktlarla və digər sübutlarla da öz əksini tapır. Ona görə də iddiaçının iddiası tam əsassız olduğundan iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, Ağdaş rayon Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbində katib işləyir. Məktəbdə çalışan işçilər gündəlik işçilərin işə davamiyyət tabelinə imza edirlər. İddiaçı məktəbin kompüter laborantı işləyir. İddiaçı uzun müddət rəhbərliyə məlumat vermədən işə gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçı işə gəlmədiyinə dair məktəb rəhbərliyinin, işçilərin və özünün iştirakı ilə aktlar tərtib olunmuşdur. İddiaçı ilə nə işçilər, nə də rəhbərlik arasında heç bir münaqişə və ya sözsöhbət olmamışdır. İddiaçı uzun müddət işə gəlmədiyi üçün rəhbərliyin əmrinə əsasən işdən azad olunmuş, bu barədə İddiaçı və ailə üzvlərinə məlumat verilmişdir. İddiaçı 04 yanvar 2020-ci il tarixində əmək kitabçası və əmrdən çıxarış verilmiş, lakin İddiaçı sənədləri qəbul etməsi barədə imza etməkdən imtina etmişdir və bu barədə akt tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 və X21 da özlərindən əvvəl ifadə vermiş şahid X1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, Ağdaş rayon Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbində müəllim, həmkarlar təşkilatının sədri işləyir. Məktəbdə çalışan işçilər gündəlik işçilərin işə davamiyyət tabelinə imza edirlər. İddiaçı məktəbin kompüter laborantı işləyir. İddiaçı uzun müddət rəhbərliyə məlumat vermədən işə gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir sənəd təqdim etməmişdir. İddiaçı işə gəlmədiyinə dair məktəb rəhbərliyinin, işçilərin və özünün iştirakı ilə aktlar tərtib olunmuşdur. İddiaçı ilə nə işçilər, nə də rəhbərlik arasında heç bir münaqişə və ya söz-söhbət olmamışdır. İddiaçı uzun müddət işə gəlmədiyi üçün rəhbərliyin əmrinə əsasən işdən azad olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22, X8, X2, X12, X5, X17, X18, X9, X13 və X19 da özlərindən əvvəl ifadə vermiş şahid X1 ilə eyni məzmunlu ifadə vermişlər. Belə ki, işin materiallarında olan Ağdaş RTŞ üzrə 39/4 saylı, 02 mart 2012-ci il tarixli əmrin surətindən görünür ki, X15 01 mart 2012-ci il tarixdən Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin əməkdaşlarının imzaları ilə təsdiq edilmiş aktların surətlərindən görünür ki, 01 avqust 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbin kompüter laborantı İddiaçı işə gəlməmişdir. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin əməkdaşlarının imzaları ilə təsdiq edilmiş 28 avqust 2019-cu il tarixli aktın və 3 nömrəli protokolun surətlərindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı 01 avqust 2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işə gəlmədiyi üçün onun əmək haqqından tutulması və Azərbaycan Respublikası Əmək Məcəlləsinin qanunvericiliyinə uyğun olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməməsinin onun nəzərinə çatdırılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli, 48 nömrəli əmrin surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı 01 avqust 2019-cu il tarixdən xx.xx.2019cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işə gəlmədiyi üçün onun əmək haqqından tutulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin əməkdaşlarının imzaları ilə təsdiq edilmiş 31 oktyabr 2019-cu il tarixli aktın və 4 nömrəli ptorokolun surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərində işə gəlmədiyi üçün onun əmək haqqından tutulması və İddiaçı və onun ailəsinə Əmək Məcəlləsinin 186-cı maddəsinə görə “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti verilməsi”nin təkrar nəzərlərinə çatdırılması qərar alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli, 98 nömrəli əmrin surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərində işə gəlmədiyi üçün onun əmək haqqından tutulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin əməkdaşlarının imzaları ilə təsdiq edilmiş 30 noyabr 2019-cu il tarixli aktın və 5 nömrəli ptorokolun surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı 01 noyabr 2019-cu il tarixdən 30 noyabr 2019-cu il tarixlərində işə gəlmədiyi üçün onun əmək haqqından tutulması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli, 108 nömrəli əmrin surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərində işə gəlmədiyi üçün onun əmək haqqından tutulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin əməkdaşlarının imzaları ilə təsdiq edilmiş 30 dekabr 2019-cu il tarixli aktın və 7 nömrəli protokolun surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı 02 dekabr 2019-cu il tarixdən 30 dekabr 2019-cu il tarixədək işə gəlmədiyi üçün onun əmək haqqından tutulması və İddiaçı və onun ailəsinə Əmək Məcəlləsinin 186-cı maddəsinə görə “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti verilməsi”nin təkrar nəzərlərinə çatdırılması qərar alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbi üzrə xx.xx.2019-cu il tarixli, 115 nömrəli əmrin surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işə gəlmədiyi üçün onun əmək haqqından tutulmuşdur. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kəndİlham Həsənov adına tam orta məktəbində işləyən texniki işçilərin işə davamiyyət tabelinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərində, xx.xx.2019-cu il tarixlərində işə gəlmədiyin tabelə imza etməmişdir. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd İlham Həsənov adına tam orta məktəbin həmkarlar təşkilatının 04 yanvar 2020-ci il tarixli 8 nömrəli iclas protokolunun surətindən görünür ki, məktəbin informatika kabinetinin laborantı ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (məktəbdə işin, təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna görə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və axırıncı haqq-hesabının ödənilməsi, həmkarlar təşkilatı iclasının 04 yanvar 2020-ci il tarixli 8 nömrəli protokolundan çıxarışın kompüter laborantı İddiaçı və onun ailəsinə çatdırılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin 04 yanvar 2020-ci il tarixli aktın surətindən görünür ki, məktəbin kompüter laborantı İddiaçı 04 yanvar 2020-ci il tarixində əmək kitabçası və əmrdən çıxarış verilmiş, lakin sənədləri qəbul etməsi barədə imza etməkdən imtina etmişdir. İşin materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi Yuxarı Nemətabad kənd İlham Həsənov adına orta məktəbin direktoru tərəfindən İddiaçı ünvanlanmış 04 yanvar 2020-ci il tarixli, 06 nömrəli məktubun surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yəni xx.xx.2019-cul il tarixdən xx.xx.2019-cu il tarixlərində və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixlərində heç bir səbəb olmadan işə gəlmədiyinə görə məktəb həmkarlar təşkilatının xx.xx.2020-ci il tarixli 8 nömrəli iclasının qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə, yəni vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (məktəbdə işin, təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna görə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Təhsil Şöbəsi Yuxarı Nemətabad kənd İlham Həsənov adına orta məktəbi üzrə 04 yanvar 2020-ci il tarixli, 05 nömrəli Əmrin surətindən görünür ki, məktəbin informatika kabinetinin laborantı ilə bağlanmış əmək müqaviləsi vəzifə funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə (məktəbdə işin, təlim-tədris prosesinin, əmək və icra intizamının normal ahəngini pozduğuna görə) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və axırıncı haqqhesabının ödənilməsi əmr edilmişdir. İşin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə X3 dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinin tərk edərək Türkiyə respublikasının İstanbul şəhərinə getmiş, xx.xx.2019-cu ildə Qırmızı Körpü dövlət sərhəd buraxılış məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 01 sentyabr 2016-cı il tarixdə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinə kompüter laborantı vəzifəsinə təyin edilmişdir. İddiaçı 2019-cu ilin avqust ayından mütəmadi olaraq işə gəlməmiş, gəlməməsinin səbəbləri barədə rəhbərliyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də İddiaçı işə davamlı gəlməməsinə dair həmin məktəbin həmkarlar təşkilatı üzvlərinin iştirakları ilə aktlar tərtib olunmuş, İddiaçı və ailə üzvlərinə A.Nəbiyevın işə gəlməməsi barədə məlumatlar verilmiş və İddiaçı barəsində intizam tənbehi kimi müvafiq olaraq töhmət və şiddətli töhmət verilmişdir. İddiaçı işə mütəmadi gəlmədiyinə və əmək intizamı qaydalarını pozduğuna görə Ağdaş rayon Təhsil Şöbəsi Yuxarı Nemətabad kənd İlham Həsənov adına orta məktəbi üzrə 04 yanvar 2020-ci il tarixli, 05 nömrəli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə İddiaçı sərhəd keçmə məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə sərhəddən çıxış etmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının ərazisinə giriş etmişdir və. Bununla da İddiaçı işə mütəmadi gəlməməsi öz təsdiqini tapır. Həmçinin, İddiaçı əsassız olaraq işdən çıxarıldığını iddia etsə də, nə iddia ərizəsinə, nə də məhkəməyə işdən mütəmadi qalmasının səbəblərini və ya işdən qalmasına dair rəhbərliyə məlumat verməsini təsdiq edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi iddiaçı öz vəzifə öhdəliklərini pozmuş, ona intizam tənbehi tətbiq edilmiş, lakin İddiaçı yenə də mütəmadi olaraq işə gəlməməsi hazırkı işin materialları ilə də öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli 05 nömrəli əmrinin ləğv edilməsi və digər tələblərinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə Ağdaş rayon Yuxarı Nemətabad kənd tam orta məktəbinin direktorunun 04 yanvar 2020-ci il tarixli 05 nömrəli əmrinin ləğv edilməsi və digər tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar