Məhkəmə qərarları › İş №e-2(014)-1257/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1257/2024

08.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1257/2024 08.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclаsının kаtibi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cаvаbdеh Cavabdeh iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 51 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilmə» tələbinə dаir işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «əmək müqaviləsinin ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli 51 nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilmə» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin direktor vəzifələrini müvəqqəti icra edən Cavabdeh onun işdən azad olunmağı barədə 27 iyun 2024-cü il tarixli 51 nömrəli əmrinin qanunsuz və əsassız kimi ləğv edilməsi, Ağdaş rayonu Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 sentyabr 1983-cü ildən Ağdaş rayonu Qarağan Şıxlar kənd 8 illik məktəbində (hazırda Ağdaş rayonu Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəb) Pioner baş dəstə rəhbəri vəzifəsində işləməyə başlamışdır. Məktəbdə ibtidai sinif müəlliminə ehtiyac olduğundan 01 iyun 2010cu ildə məktəb direktorunun 25 saylı əmri ilə o, tutduğu vəzifədən azad edilərək məktəbdə ixtisası üzrə daimi müəllim saxlanılmışdır. Məktəbdə işlədiyi müddət ərzində üzərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş və intizam tənbehi verilə bilinməsi üçün əsas olan heç bir intizam xətası törətməmişdir. 27 iyun 2024-cü il tarixdə cavabdehin səlahiyyətli nümayəndəsi olan məktəbin direktor vəzifələrini müvəqqəti icra edən Cavabdeh 51 saylı əmri ilə o, AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə tutduğu vəzifədən azad olunmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə (“peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə”) işdən azad edilməyi barədə 27 iyun 2024-cü il tarixli 51 nömrəli əmrdə onun verilmə səbəbi kimi, 23 iyun 2023-cü il tarixdə onun “Dövlət ümumi təhsil müəssisələrində(ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunaraq keçirilən sertifikatlaşdırmada və həmçinin 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməməyi, bu səbəbdən isə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi barədə AR Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29T69/3-2-13F/2024 nömrəli əmri göstərilmişdir. Aşağıda göstərilən səbəblərdən o belə hesab edir ki, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinin birtərəfli ləğv edilməsi barədə qərar qəbul edilən zaman hazırda mövcud olan əmək qanunvericiliyinin tələbləri pozulmuş və o əsassız olaraq işdən azad edilmişdir. AR Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı lə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssislərində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digə r dövlət təhsil müəssislərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasına əsasən Təhsil müəssislərində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. 20 iyun 2023-cü ildən 25 iyun 2023-cü ilədək xəstə olduğundan o, 23 iyun 2023-cü il tarixdə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilən sertifikatlaşdırmada iştirak etməmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsi əlavə edilir. Qaydanın 1.5-ci bəndində qeyd olunur ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 31 oktyabr 2023-cü ildə onun 60 yaşı tamam olduğundan o, 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmək istəməmişdir. İşəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə onu işdən azad etməsini ədalətsiz hesab edərək o, məsələni məhkəmə qaydasında həll etmək qənaətinə gələrək “Mediasiya haqqında” Qanunun normalarına əsasən cavabdehə Mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Lakin cavabdehin inadkarlığı səbəbindən 30 iyul 2024-cü il tarixdə keçirilmiş ilkin Mediasiya sessiyası nəticəsində aralarında yaranmış mübahisəni onunla qarşılıqlı razılığa əsasən həll edə bilməmişdir. O, işdən çıxarılmağı barədə 27 iyun 2024cü il tarixli 51 nömrəli əmrin surətini 29 iyun 2024-cü il tarixdə almışdır və həmin günü əmək kitabçası ona verilmişdir. İddiаçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, nümayəndəsi və vəkili olduğu İddiaçı hüquqları Cavabdeh qanunsuz hərəkətləri nəticəsində pozulmuşdur. Belə ki, AR Nazirlər Qərarı ilə təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. İddiaçı 20 iyun 2023-cü ildən 25 iyun 2023-cü ilədək xəstə olduğundan o, 23 iyun 2023-cü il tarixdə sertifikatlaşdırmada iştirak etməmişdir. Əmək qabiliyyətinin olmaması vərəqəsi də məktəb direktoruna və onun vasitəsi ilə Ağdaş rayonu üzrə Təhsil sektoruna təqdim olunmuşdur. Daha sonra 8 iyun 2024-cü ildə keçirilən sertifikatlaşdırmada iddiaçı 8 ay əvvəl 60 yaşı olduğundan iştirak etməkdən imtina etmişdir. Qaydanın 1.5-ci bəndində qeyd olunur ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Təkrar sertifikatlaşdırma imtahandan kəsilənlərə aid olan bir imtahandır. Lakin iddiaçı imtahandan kəsilməmişdir, xəstə olduğu üçün iştirak etməmişdir və sənədləri təqdim olunmuşdur, bu il keçirilən sertifikatlaşdırmadan 60 yaşı olduğundan iştirak etməkdən imtina etmişdir. Cavabdeh tərəf iddiaçının təkrar keçirilən sertifikatlaşdırmada nə üçün iştirak etmədiyini araşdırmalı idi və lazım olan yerlərə məlumatları bildirməli idi. Cavabdeh iddiaçıya təkrar keçirilən sertifikatlaşdırmada yaşına görə iştirak etməyəcəyini bildirməli olduğunu qeyd etmişdir, lakin bunu iddiaçı onlara bildirməli deyil, cavabdeh tərəf özləri araşdıraraq işçiləri haqqında məlumatları toplamalı və lazım olan yerlərə bildirməlidir. Qanunda yazılmayan qaydaları tələb etmək özü qeyri-qanunidir. Cavabdeh tərəf bu araşdırmaları etməmiş bunun əvəzinə iddiaçının işinə son verilmiş və əmri ləğv edilmişdir. Bu səbəblərə görə də, 27 iyun 2024-cü il tarixli 51 nömrəli Əmrin ləğv edilməsini və iddiaçının işinin bərpa edilərək ibtidai sinif müəllimliyinə geri qayıtmasını xahiş etmişdir. Cаvаbdеh Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, əsassız heç bir hərəkət etməmişdir. İddiaçının 23 iyun 2023-cü il tarixdə keçirilən sertifikatlaşdırmada xəstə olduğu üçün iştirak etmədiyini bilir və bu barədə əmək qabiliyyəti olmamaq vərəqəsini ona təqdim etmiş, o, isə Ağdaş rayonu üzrə Təhsil Sektoruna təqdim etmişdir. Lakin təkrar keçirilən sertifikatlaşdırma hər kəsin şəxsi səhfəsinə gəlir və iddiaçının da şəxsi səhifəsinə gəlmişdir. İddiaçı da təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün onun barədə məlumat gəlmiş və bu səbəbdən əmri ləğv edilmişdir. Sertifikatlaşdırmada müəyyən səbəblərdən iştirak etməyən şəxslərə 1 il müddət verilir və yenidən sertifikatlaşdırma aparılır, əgər yenidən iştirak etməzsə bu zaman işdən azad edilir. O da bu qaydalara riayət edərək işini görmüşdür. İddiaçıya sertifikatlaşdırmanın keçirilməsi barədə məlumat gələndə onun 59 yaşı var idi. Onun heç bir gunahı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 20 iyun 2023-cü ildən 25 iyun 2023-cü ildək işləməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırma iştirak etməyən Ağdaş rayon Qarağan Şıxlar kənd Yasin Abdurrahmanov adına ümumi orta məktəbin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyul 2024-cü il tarixli MŞM/MT 00445/2024 saylı ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh mediasiya sessiyasında iştirak etmişlər. Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil İdarəsi tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli 51 saylı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, AR Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən) təhsil verənlərin sertifikatlaşdırma Qaydas”nın 5.4-cü bəndinə əsasən AR-nın Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq əmr edir: Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində işləyən) təhsil verənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifikatlaşdırma iştirak etməyən Ağdaş rayon Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 3-16-5/8-A-69-813/2024 saylı arayışın surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1963-cü ildə Ağdaş rayonu Qarağan Şıxlar kəndində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Elm və Təhsil Nazirliyi Məktəbəqədər və ümumi təhsil üzrə X5 Aran Regional Təhsil İdarəsi Ağdaş rayonu üzrə Təhsil sektoru tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli 66 saylı məktubdan və Yevlax şəhəri X8 Təhsil İdarəsinin müdiri Elçin Kərimov tərəfindən verilmiş 17 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının qanununun (bundan sonra qanun) 1.0.6-1-ci maddəsinə əsasən Sertifikatlaşdırma — Dövlət məktəbəqədar va ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə tahsilverənlərə münasibətdə digər Dövlət təhsil müəssisəlarinda) pedaqoji fəaliyyətlə maşğul olan, Ali və Orta ixtisas təhsilinə malik təhsilverənlərin peşakarlıq səviyyəsinin va peşə yararlılığının yoxlanılması prosedurudur. Həmin qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan təkrar keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Həmçinin bildiririk ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilveranlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın təsdiq edilmasi haqqında 30 aprel 2020-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlar Kabinetinin Qərarının 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadak Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddasinin 4-cü hissasina asasan “Tahsil haqqında” Azarbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin həmin məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Belə ki, həmin qanunun 36-2.3-1. Maddəsina və qeyd edilən qərarın 1.5 maddəsinə əsasən 60 va daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüd ür. Ancaq İddiaçı 60 yaşının tamam olması və sertifikasiya imtahanında könüllü olaraq iştirak etmək istəmədiyi barədə müəssisəyə onun tərəfindan hər hansı yazılı və yaxud şifahi müraciət daxil olmamışdır. Har hansı müraciət daxil olmadığı təqdirdə heçkim şəxsin imtahanda iştirakını mahdudlaşdıra bilməz. Eyni zamanda həmin qərarın 5.2-ci maddəsinə əsasən Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaq la, takrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlar. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslar sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı Qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçirilmiş əvvəlki və təkrar sertifikatlaşdırma imtahanında heçbir məlumat vermədən iştirak etməməklə sertifikatlaşdırma imtahanından keçmədiyini nəzərə alaraq işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Azarbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq xitam verilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirirəm ki, şəxsin işə bərpası qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsi Ağdaş Rayonu üzrə Təhsil Sektoru tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Ağdaş rayon Qarağan Şıxlar kənd Y.Abdurahmanov adına ümumi orta məktəbində müəllim işləmiş İddiaçı ilə əlaqədar olaraq 20 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirilməsi üzrə bülletendə olmuşdur. Qeyd edilir ki, ibtidai sinif müəllimlərinin sertifikatlaşma imtahanı 23 iyun 2023-cü il tarixdə keçirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 67-2-ci maddəsinin 3-1-ci bəndinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Azərbaycan Respublikasının “Təhsil haqqında” qanununun 36-2.3-cü maddəsinə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qanunun 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli qərarına əsasən 1.4-cü bəndinə əsasən aşağıdakı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 1.5. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı 01 sentyabr 1983-cü ildən Ağdaş rayonu Qarağan Şıxlar kənd 8 illik məktəbində (hazırda Ağdaş rayonu Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəb) pioner baş dəstə rəhbəri vəzifəsində işləməyə başlamışdır. 01 iyun 2010-cu ildə tutduğu vəzifədən azad edilərək ixtisası üzrə daimi ibtidai sinif müəllimi təyin edilmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. Xəstəliyi ilə əlaqədar 23 iyun 2023-cü il tarixdə keçirilən sertifikasiyada iştirak edə bilməmiş və əmək qabiliyyəti olmamaq vərəqəsini müvafiq qurumlara təqdim etmişdir. 31 oktyabr 2023-cü il tarixdə 60 yaşı tamam olmuş və bu səbəbdən 8 iyun 2024-cü il də keçirilən sertifikasiyada iştirak etməmişdir. Ağdaş rayon Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin direktor vəzifələrini müvəqqəti icra edən, direktor müavini Cavabdeh 27 iyun 2024-cü il tarixli 51 saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib qeyd edir ki, İddiaçı sertifikasiyada təkrar iştirak etməməsi məhkəmə iclasında öz təsdiqini tapmır. Belə ki, İddiaçı 23 iyun 2023-cü il tarixdə keçirilən sertifikasiyada üzürlü səbəbdən, yəni xəstəliyi ilə əlaqədar iştirak edə bilməmiş və bununla bağlı əmək qabiliyyəti olmamaq vərəqəsini müvafiq qurumlara təqdim etmişdir, cavabdeh Ağdaş rayon Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin direktor vəzifələrini müvəqqəti icra edən Cavabdeh da bu faktı təsdiq edir. 8 iyun 2024-cü ildə keçirilən sertifikasiyada isə 60 yaşı tamam olması ilə əlaqədar iştirak etməsi könüllü olduğundan iştirak etməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı sertifikasiyada iştirak etməməsində təkrarçılıq müəyyən olunmur, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar və təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, Ağdaş rayon Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin direktor vəzifələrini müvəqqəti icra edən, direktor müavini Cavabdeh 27 iyun 2024-cü il tarixli 51 saylı əmri ləğv edilməli və İddiaçı Ağdaş rayonu Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Bundan başqa məhkəmə hesab edir ki, cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi təmin edilsin. Ağdaş rayon Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin direktor vəzifələrini müvəqqəti icra edən, direktor müavini Cavabdeh 27 iyun 2024-cü il tarixli 51 saylı əmri ləğv edilsin. İddiaçı Ağdaş rayonu Qarağan Şıxlar kənd Y.Abdurrahmanov adına ümumi orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunsun. Cavabdehdən 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar