Məhkəmə qərarları › İş №e-2(014)-133/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-133/2023

05.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-133/2023 05.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 və onların nümayəndəsi, vəkili Vəkil1 Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə 05 aprel 2023-cü il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «fərdi yaşayış evinə istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 azyaşlı xx.xx.2008-ci il təvəllüdlü Ağasəlim və xx.xx.2010-cu il təvəllüdlü Pünhan adlı övladları ilə birlikdə cavabdehlərin mülkiyyətində olan Ağdaş rayonu Şəkili kəndində yerləşən 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasına iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh3 da cavabdeh kimi cəlb olunmasını, onların yəni, İddiaçı1 və İddiaçı2 azyaşlı xx.xx.2008-ci il təvəllüdlü Ağasəlim və xx.xx.2010-cu il təvəllüdlü Pünhan adlı övladları ilə birlikdə cavabdehlərin mülkiyyətində olan Ağdaş rayonu Şəkili kəndində yerləşən 0.31 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınması və həmin mənzilə köçürülməkləri və sözügedən torpaq sahəsində yerləşən evə köçürülməklərinə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsini 53 və 51.3-cü maddələrinə əsasən mümkün hesab etmişdir. İddiaçı2 qızı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı2 1965-ci ildə Ağdaş rayonu Şəkili kəndində anadan olmuşdur. xx.xx.2009-cu ildə İddiaçı1 ilə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü Ağasəlim və xx.xx.2010-cu il təvəllüdlü Pünhan adlı iki övladları olmuşdur. Bir müddət Ağdaş rayon Şəkili kəndində yaşasalar da hazırda sözügedən kənddə yerləşən ata mülklərindən istifadə edə bilmirlər. Onların və azyaşlı övladlarının həmin evdə yaşamaqları və istifadə hüquqları olması ilə bağlı heç bir problem olmasa da sərbəst olaraq evdən istifadə edə bilmirlər. O sözügedən evdən və torpaq sahəsindən uşaqlığından istifadə etmiş və orada yaşamışdır. Onun və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur. Ağdaş rayon Şəkili kəndində yerləşən JN-061A (KOD ********) saylı şəhadətnamə ilə olan torpaq sahəsində olan evdə onların istifadə hüquqları vardır. O belə düşünür ki, cavabdeh də buna mane ola bilməz. Çünki onların ata mülküdür və bununla bağlı heç vaxt mübahisə olmamışdır. Övladı ilə birlikdə uzun illərdir yaşadıqları mənzildən ayrı düşməkləri onlara problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə bildirmək istəyir ki, bacısının şəhadətnamədə olan soyadı ilə hazırki soyadının fərqli olması onun ailə qurması ilə əlaqədardır. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o 2009cu ildə İddiaçı2 ilə ailə qurub, Şəkili kəndində yaşamışdırlar. Birgə nikahlarından iki övladıları var. Onlar bir müddət sonra Ağdaş rayonunun Şəkili kəndində yaşaslar da hazırda sözü gedən kənddə yerləşən mülklərindən istifadə edə bilmirlər. Onların azyaşlı övladlarının həmin evdə yaşamaqları və istifadə hüquqları olması ilə bağlı heç bir problem olmasa da sərbəst olaraq evdən istifadə edə bilmirlər. Onun və ailə üzvlərinin başqa yaşayış yeri yoxdur. Qardaşlarının hamısının ayrı təsərüfatı olmuşdur. Lakin Qeyisin ayrıca təsərüfatı olmayıb. Ağdaş rayonu Şəkili kəndində yerləşən JN-061A (KOD ********) saylı şəhadətnamə ilə olan torpaq sahəsində olan evdə onların istifadə hüquqları var. O belə düşünür ki, cavabdeh buna mane ola bilməz. Ailəsi ilə birlikdə uzun illərdir ki, yaşadıqları mənzildən ayrı düşməkləri onlara problemlər yaradır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsində iki ev mövcuddur. Biri köhnə miras qalan ev, ikincisi hüququnun tanınmasını və köçürülməsini tələb etdikləri Cavabdeh3 yaşadığı təzə tikili olan ev. İddianın təzə tikiliyə münasibətdə təmin edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 1965ci ildə Şəkili kəndində anadan olmuşdur. 4 bacı, 4 qardaşdırlar. 6-sı ondan böyük 1-i balacadır. O evdə ən çox böyük qardaşı və yoldaşı yaşayıb. 1997-ci ildən 2007-ci ilədək anası və bacısı ilə orada yaşamışlar. Əvvəl gündən orada qeydiyyatdadır. Qardaşının orada yaşamasına rəsmi icazə verməmişdir. İddiaçı1 ilə Şəkili kənddə evlənmişdir. Torpaq islahatları zamanı ona pay torpaq verilməyib. Həyətyanı torpaq sahəsində ev tikdirmiş, həmin evi alqı-satqı müqavilə əsasında 2020-ci ildə satıb pulunu İlhama vermişdir. Halhazırda Mingəçevirdə kirayədə yaşayır. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsində iki ev mövcuddur. Biri köhnə miras qalan ev, ikincisi hüququnun tanınmasını və köçürülməsini tələb etdikləri Cavabdeh3 yaşadığı təzə tikili olan ev. İddianın təzə tikiliyə münasibətdə təmin edilməsini xahiş edir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi, vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, hüququnun tanınmasını və köçürülməsini tələb etdikləri ev, hal-hazırda Cavabdeh3 yaşadığı təzə tikili olan evdir. Köhnə tikili yaşayış üçün yararsız olduğundan onunla bağlı hər hansı tələbləri yoxdur. Təzə tikiliyə qanuni mülkiyyət gözləntiləri olduğundan iddia təmin edilməlidir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, Ağdaş rayon Şəkili kəndində yerləşən torpaq sahəsi ona, oğluna və rəhmətlik anasına məxsusdur. Həmin torpaq sahəsində iki ev mövcuddur: biri köhnə, biri təzə. Qardaşları, bacıları və o həmin evdə dünyaya gəlmiş, həmin evdən gəlin köçmüşlərdir. Anası ölənə qədər İlham ailəsi ilə orda yaşamış, övladları o evdə dünyaya gəlmişdirlər. Qeys iki dəfə ailə həyatı qurmuşdur. Qardaşı xəstə olduğuna görə İlhamın həmin torpaq sahəsində ev tikməyinə icazə vermişdir. Həmin ev Qeyisinin evinin satışından əldə edilmiş pul vəsaiti hesabına tikilmişdir. Ona görə də hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirmişdir ki, iddia tələbini qəbul edir, iddiaçıların onlara məxsus Ağdaş rayon Şəkili kəndində yerləşən 0.31 ha torpaq sahəsində onlar tərəfindən inşa edilmiş fərdi yaşayış evinə köçürülməsinə etiraz etmir və onların həmin torpaq sahəsinə və orada yerləşən evə köçürülmələrini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, 1986-cı ildə o evə gəlin köçmüşdür. Bu günə kimi orada köhnə evdə yaşamışdır. 2 ildir ki təzə evə köçmüşdür. Üç övladı olmuşdur. 2019-cu ildən təzə evə fundament qoyub tikmişlər. Ərinin yaxşı imkanı, torpaqları olmuş, həmin torpaqları sataraq ailəsinə baxaraq öz pulu ilə də evi tikdirmişdir. Tikdirdikləri ev bir otaqdan, hamam və sanitar qovşaqdan ibarətdir. Evi tikdirəndə Qeyis onlara köməklik etməmişdir. Qeyis 2007-ci ildə boşanmışdır, 2006-2007ci ildə orada yaşamış, sonra Mingəçevirə köçmüşdür. Həmin həyətdə iki ev var. İddiaçıların orada olan köhnə evə köçmələrinə etirazı yoxdur. İkinci tikilən evin heç bir sənədi yoxdur. Cavabdeh3 vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini rədd edilməsini xahiş etmişdir. İzahatında əlavə olaraq bildirmişdir ki, iddiaçılarının köçürülməsini tələb etdikləri ev cavabdehin və ərinin vəsaiti hesabına inşa edilmiş, köhnə tikiliyə isə iddiaçını istifadə hüquqları itirilmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Şahid6 ifadə verərək bildirdi ki, fərdi qaydada usta fəaliyyəti ilə məşğul olur. Təzə tikilən evin üstünü o və qardaşı Şahid7 örtmüşdür. Həmin vaxtı İlham və ailəsi köhnə evdə yaşayırdı. Evin təmir pulunu onlara İlham vermişdir. Həmin evdə 10 gün işləmişdirlər. Orada ev tikməkləri ilə bağlı Könül onlara etiraz etməmişdir. Onlar evi tikəndə İlham xəstə idi. Təsərüfat işləri ilə məşğul idi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid7 məhkəmə iclasında Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadə verərək bildirdi ki, O qonşulqda yaşayır. Evin özülünün tikintisinə bir gün kömək etmişdir. Həmin evdə İlham və Məlahət yaşayırdı. Qeyis həmin evə qonaq kimi gəlib gedib. Ev tikilən vaxtı Qeyis həmin evə qonaq kimi gəlirdi. Ustaların pulunu İlham verirdi. İlham taxıl əkirdi, maddi imkanı yaxşı idi. İlhamın torpaq sahəsi var idi. Əlavə olaraq icarəyə torpaq sahəsi götürüb əkirdi. İlhama evin tikintisində kiminsə kömək etdiyini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək bildirdi ki, İlham onun əmisidir. Ev tikilən vaxtı orada olmuşdur. İlhamın hər bir işinə o köməklik etmişdir. Evi İlham və arvadı tikdirmişdir. Qeyis 2007-ci ilədək orada yaşamışdır. 2000-ci ildə Qeyis Rusiyada olub. Qeyis birinci dəfə evlənəndə ailəsi ilə birlikdə orada yaşayıb. Sonradan əmisi Qeyis ikinci dəfə evlənmiş və arvadının Mingəçevirdə evi olduğu üçün orada yaşamış və həm də Mingəçevirdə işləmişdir. Əmisi Qeyisin evi olmuş, həmin ev əmisi İlhamın göstərişi ilə satılmış, həmin evin puluna həyətdə Qeysin də yaşaması şərti ilə 5 otaqlı evin tikilməsi razılaşdırılmış, ev tam şəkildə tikilməmiş, əmisi İlham rəhmətə getmiş, həmin vaxt zal, 1 otaq, hamam və sanitar qovşaq inşa edilə bilmiş, əmisi Qeyis həmin evdə yaşamamışdır. Qeysin əmisinə pul verməsini görməmişdir.Əmisi Qeyisə aid olan və sonradan satılan evi qardaşlar birləşərək və nənəsi mallarını sataraq tikdirmişdir. Əmisi Qeyisin satdığı evi hansı tarixdə satdığını xatırlamır. Əmisinin imkanı olmadığı üçün evi tam təmir etdirə bilməmişdir. Əmisi Qeyisin evini İlham əmisi satmışdır. Əmisi İlham evi Qeyis əmisinin pulu ilə tikdirmişdir. Ustalara pulu əmisi İlham vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, Məlahət bibisi Xanımın gəlinidir. Evi 2 il əvvəl İlham tikdirib. Taxıl əkdirib, pul əldə etmişdir. Qeyis orda köhnə evdə yaşayıb. İlham evi tikdirən zaman Qeyis orada olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək bildirdi ki, fərdi qaydada usta fəaliyyəti ilə məşğul olur. Evi İlham tikib. İlhamın imkanı yaxşı olub. Evin tikintisində Qeyis iştrak etməyib. Qeyisin İlhama pul verdiyini bilmir, nə də ki, görməmişdir. Ev tikintisi ustası işləyir. İlham daş gətizdirib, evi tikmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, o qohum deyildir, fərdi qaydada usta fəaliyyəti ilə məşğul olur. İlhamı qonşu kənd sakini kimi tanıyırdı. Evi İlham tikdirib. Qeyisi tanımır. O 3 il bundan əvvəl evin barısını tikmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-061A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən Ağdaş rayon Şəkili kəndi ərazisində yerləşən 0.31 hektar torpaq sahəsi X4, Abdullayeva Hicran Əlmüslüm qızı və Cavabdeh1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* saylı arayışın surətindən məlum olur ki, İddiaçı2 11 sentyabr 2004-cü il tarixdən Ağdaş rayon Şəkili kəndində qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il traixli 1720 saylı arayışdan məlum olur ki, X5 xx.xx.2005-ci ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il traixli AZ-T 032693 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı2 ilə X15 xx.xx.2009-cu ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanmaıs haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixli 53 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ 408455 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 xx.xx.2010-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Atası İddiaçı2, anası İddiaçı1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ 216495 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X7 xx.xx.2008-iu il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. Atası İddiaçı2, anası İddiaçı1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11 saylı arayışdan məlum olur ki, Cavabdeh3 AR DT və XK-si tərəfindən verilmiş JN-061A, kod 90310028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”-yə əsasən həyətyanı sahədə mərhum əri X9 ilə birlikdə yaşamış 2021-ci ildə yeni ev inşa etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-32/2-19/2023 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Şəkili kəndində 0.31 ha həyətyanı sahəsində Cavabdeh3 ailə həyatı qurduqdan sonra ailəsi ilə birlikdə yaşamışdır. Həyətyanı sahədə iki ev vardır. Bunlardan biri 1975-ci ildə, digəri 2021-ci ildə tikilmişdir. Cavabdeh3 hal-hazırda həmin həyətdə tək yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 34 saylı arxiv arayışdan məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd Nümayəndəliyinin Şəkili kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 05 saylı təsərrüfatbaşına kitabının 293/66 saylı təsərrüfatı X2 adına olunmaqla təsərrüfatında ailə başçısı-X5, oğlu-X9, qızı- Abdullayeva Hicran Əlimüslüm qızı, gəlini- Cavabdeh3, nəvəsi-X16, nəvəsi- X10 olması və X2 adına 0.25 ha torpaq sahəsinin olması ümumi sahəsi 64 kv.m olan o cümlədən yaşayış sahəsi 48 kv.m olan evin olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 33 saylı arxiv arayışdan məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qoşaqovaq kənd XDSİK-nın Şəkili kəndinə aid olan 1986-1987-1988-1989-1990-ci illərin 04 saylı təsərrüfatbaşına kitabının 245/66 saylı təsərrüfatı X2 adına olunmaqla təsərrüfatında ailə başçısı-X5, oğlu-X9, qızı- Abdullayeva Hicran Əlimüslüm qızı, gəlini- Cavabdeh3, nəvəsi-X16, nəvəsi- X10 olması və X2 adına 0.25 ha torpaq sahəsinin olması 1975-ci ildə tikilmiş ümumi sahəsi 69 kv.m olan o cümlədən yaşayış sahəsi 48 kv.m olan evin olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-32/2-27/2023 saylı arayışın surətindən məlum olur ki, 2015-ci ilə qədər olan təsərrüfatbaşına uçot kitabları Dövlət arxiv şöbəsinə təhvil verilmişdir. 2015-2020-ci illər üzrə təsərrüfatbaşına uçot kitablarına əsasən 2012-ci ildə Ağdaş rayonu Şəkili kəndində vəfat etmiş X1 yaşadığı təsərrüfatda qızı Cavabdeh2 və nəvələri Cavabdeh1, X17 qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ağdaş rayonu Şəkili kənd icra nümayəndəliyinin 2015-2020-ci il üçün təsərrüfat kitabından 47 saylı çıxarışa əsasən İddiaçı2 Ağdaş rayon Şəkili kəndində təsərrüfatda qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-32/2-46/2023 saylı arayışdan məlum olur ki, 2015-ci ilə qədər olan təsərrüfatbaşına uçot kitabları Dövlət arxiv şöbəsinə təhvil verilmişdir. 2015-2020-ci illər üzrə təsərrüfatbaşına uçot kitablarına əsasən 02 saylı kitabın 41-ci səhifəsinin 128 saylı təsərrüfatında İddiaçı2 adına 0.30 ha həyətyanı sahəsi və yaşayış tam hazır olmayan ev olmuşdur. Bizdə olan qeyri-rəsmi məlumata görə özünə məxsus olan həyətyanı sahəni və tikilini bir neçə il bundan öncə satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Ağdaş rayonu Şəkili kənd icra nümayəndəliyinin 2015-2020-ci il üçün 45 saylı təsərrüfatbaşına kitabının 205 saylı təsərrüfatı Cavabdeh2 adına olunmaqla təsərrüfatında Cavabdeh2, Cavabdeh1 və X17 qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, Ağdaş rayon Şəkili kənd icra nümayəndəliyinin 2015-2020-ci illərin 03 saylı təsərrüfatbaşına kitabının 205 saylı təsərrüfatı Cavabdeh2 adına olmaqla təsərrüfatında Cavabdeh2, X22 və X17 olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11 saylı arayışın surətindən məlum olur ki, Şəkili kənd sakini İddiaçı2 həqiqətən 0.30 ha həyətyanı torpağı və həmin həyətdə yarımtikili olaraq fərdi yaşayış evi vardır.Evin bir neçə il bundan əvvəl qeyri rəsmi məlumata görəd satılmışdır, lakin hal-hazırda onun istifadəsində 0.48 ha pay torpağı vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 04 saylı arayışdan məlum olur ki, Cavabdeh3 həqiqətən xx xxxxxx 1963-cü ildə anadan olmuşdur, halhazırda Ağdaş rayon Şəkili kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 56 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Şəkili kənd nümayəndəliyinin Şəkili kəndinə aid olan 2011-2012-2013-2014-2015-ci illərin 02 saylı təsərrüfatbaşına kitabının 124 saylı təsərrüfatı X6 adına olmaqla təsərrüfatında X6 olması və adına 0.30 ha torpaq sahəsinin olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 55 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Şəkili kənd nümayəndəliyinin Şəkili kəndinə aid olan 2006-2007-2008-2009-2010-cu illərin 03 saylı təsərrüfatbaşına kitabının 188/467 saylı təsərrüfatı İddiaçı2 adına olmaqla təsərrüfatında İddiaçı2 olması və adına 0.30 ha torpaq sahəsinin olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 54 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Şəkili kənd nümayəndəliyinin Şəkili kəndinə aid olan 2001-2002-2003-2004-2005-ci illərin 08 saylı təsərrüfatbaşına kitabının 473 saylı təsərrüfatı İddiaçı2 adına olmaqla təsərrüfatında İddiaçı2 olması və adına 0.30 ha torpaq sahəsinin olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 53 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Şəkili kənd nümayəndəliyinin Şəkili kəndinə aid olan 196-1997-1998-1999-2000-ci illərin 07 saylı təsərrüfatbaşına kitabının 482 saylı təsərrüfatı İddiaçı2 adına olmaqla təsərrüfatında İddiaçı2 olması və adına heç bir torpaq sahəsinin olmaması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 52 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət arxivində saxlanılan Ağdaş rayon Şəkili kənd nümayəndəliyinin Şəkili kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 07 saylı təsərrüfatbaşına kitabının 437 saylı təsərrüfatı İddiaçı2 adına olmaqla təsərrüfatında İddiaçı2 olması və adına heç bir torpaq sahəsinin olmaması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, Ağdaş rayon Şəkili kənd icra nümayəndəliyinin 2015-2020-ci illərin 02 saylı təsərrüfatbaşına kitabının 128 saylı təsərrüfatı İddiaçı2 adına olmaqla təsərrüfatında İddiaçı2 olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Şəkili kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-32/2-46/2023 saylı arayışından məlum olur ki, 2015-ci ilə qədər olan təsərrüfatbaşına uçot kitablarına əsasən 02 saylı kitabın 41-ci səhifəsinin 128 saylı təsərrüfatında İddiaçı2 adına 0.30 ha həyətyanı sahəsi və yaşayışa tam hazır olmayan ev olmuşdur. Bizdə olan qeyri-rəsmi məlumata görə özünə məxsus olan həyətyanı sahəni və tikilini bir neçə il bundan öncə satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-751/2023 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Şəkili kənd ərazisində Cavabdeh1, Abdullayeva Hicran Əlimüslüm qızının və X3 ümumi birgə mülkiyyətinə JN-061A saylı “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0.31 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində hquqular daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə işə baxarkən ilk növbədə iddiaçıların mübahisəli mənzilə istifadə hüququnun tanınması və köçürülməsinə qiymət verməzdən əvvəl, onların subyektiv hüququ olub-olmamasını, həmçinin cavabdehin mübahisəli mənzilə mülkiyyət hüququnun (və ya istifadə hüququnun) olub-olmaması məsələsini araşdırılmalıdır. Belə ki, hazırki hüquqların mövcud olmadığı halda istifadə hüququnun tanınması və köçürülməsi məhkəmə qaydasında həll edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı halda iddianın obyektini torpaq sahəsində yerləşən köhnə tikili deyil, təzə tikili təşkil edir. İş materiallarından və tərəflərin izahatından məlum olur ki, cavabdehin yaşadığı fərdi yaşayış evi birgə mülkiyyətində olan torpaq sahəsində yerləşsə də, o rəsmi dövlət qeydiyyatından keçməməklə özbaşına tikilidir. İddiaçılar və cavabdeh həmin evin tikintisinə çəkilən xərcin onlar tərəfindən ödənildiyini qeyd etsələr də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdirlər. Bundan başqa məhkəmə iclasında ifadə vermiş evin tikintisində iştirak etmiş şahidlərin ifadələrindən də məlum olur ki, Cavabdeh3 faktiki yaşadığı ev Məlahət və onun əri İlham tərəfindən ümumi gəlirləri hesabına inşa edilmişdir, iddiaçılar həmin fərdi yaşayış evində ümümiyyətlə yaşamamışlardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. (AR MM 180.1; 180.2 ) Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (AR MM 139.1 ) Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. (Azərbaycan Respublikası Mənzil Məcəlləsi maddə 30 ) Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun.Vətəndaşların kirayəçinin ailə üzvləri kimi yaşayış sahəsinə köçürülməsi yaşayış sahəsinin sosial kirayə müqaviləsində kirayəçinin yeni ailə üzvünün qeyd olunması zəruriliyi hissəsində dəyişikliyə səbəb olur. (Azərbaycan Respublikası Mənzil Məcəlləsi maddə 30; 68.1; 68.3; 69.1; 69.2; 69.3 ) Beləliklə, yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, mübahisəli yaşayış evi hazırki vəziyyətdə hüquqi statusuna görə daşınmaz əmlak hesab edilmədiyindən, iddiaçılar və cavabdehlərin həmin yaşayış evinə mülkiyyət və istifadə hüquqları yaranmadığından, həmin evin inşasında hər hansı şəkildə aidiyyətləri olmadığından, eləcə də analoji hüquq normalarının tələbləri baxımından iddiaçıların “fərdi yaşayış evinə istifadə hüququnun tanınması,mənzilə köçürülmə və s. “ iddiası təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 100 (yüz) manat dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52.5-cü maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «fərdi yaşayış evinə istifadə hüququnun tanınması, mənzilə köçürülmə və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar