Məhkəmə qərarları › İş №e-2(014)-144/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-144/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-144/2024 13.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı Aqroservis» ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2023-cü il 20 sentyabr tarixli XM/02/03082 nömrəli müqaviləyə əsasən 1 ədəd DG-70G-AL markalı çəltikyığan kombayn ona istifadəyə verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş DG-70G-AL markalı çəltikyığan kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1386 (min üç yüz səksən altı) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, DG-70G-AL markalı çəltikyığan kombaynın tam bərpası üçün 1386 (min üç yüz səksən altı) manat dəymiş maddi ziyan hesablanmışdır. Göstərilənlərə əsasən 1 ədəd DG-70G-AL markalı çəltikyığan kombaynın tam bərpası üçün hesablanmış 1386 (min üç yüz səksən altı) manat dəymiş maddi ziyanın və 33,86 (otuz üç manat, səksən altı qəpik) manat dövlət rüsumunun, cəmi 1419,86 (min dörd yüz on doqquz manat, səksən altı qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, 20 sentyabr 2023-cü il tarixdə cavabdehlə müqavilə bağlanmış və ona saz vəziyyətdə 1 ədəd DG-70G-AL markalı çəltikyığan kombayn verilmişdir. Texnika təhvil verilərkən istifadə qaydaları izah edilərək, təlimatlandırılırlar. Lakin kombayn geri qaytarılarkən baxış keçirilmiş və nsaz vəziyyətdə olduğu müəyyən edilmişdir. Kombaynın yenidən saz vəziyyətə gətirilməsi üçün 1386 manat vəsait lazımdır ki, hazırda həmin məbləğin Cavabdeh tərəfindən ödənilməsi tələb edilir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin ediməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 20 sentyabr 2023-cü il tarixli, XM/02/03082 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd DG-70G-AL markalı çəltikyığan kombayn ona istifadəyə verilmişdir. İşin materiallarında olan 20 sentyabr 2023-cü il tarixli, XM/02/03082 nömrəli aktdan görünür ki, İddiaçı ASC-nin Yevlax RN-nin Ağdaş rayon bölməsinin istifadəsində olan DG- 70G-AL modelli, 2017-ci il buraxılışlı, 200486 zavod nömrəsi, **-AB-*** dövlət qeydiyyat nişanlı çəltikyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İşin materiallarında olan 9 oktyabr 2023-cü il tarixli, XM/02/03082 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-nin Yevlax RN-nin Ağdaş rayon bölməsinin istifadəsində olan DG-70G-AL modelli, 2017-ci il buraxılışlı, 200486 zavod nömrəsi, **-AB- *** dövlət qeydiyyat nişanlı çəltikyığan kombayn nasaz vəziyyətdə geri qaytarılmışdır. İşin materiallarında olan 20 sentyabr 2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh DG-70G-AL modelli, 2017-ci il buraxılışlı, 200486 zavod nömrəsi, **-AB-*** dövlət qeydiyyat nişanlı çəltikyığan kombayn Yevlax RN-nin Ağdaş rayon bölməsindən təhvil almasını imzası ilə təsdiq etmişdir. İşin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 7 noyabr 2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 1386 manat borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İşin materiallarında olan arayışın surətindən görünür ki, DG-70G-AL markalı çəltikyığan kombaynın işlək vəziyyətə gətirilməsinə sərf olanaca xərc ümumilikdə 1386 manat təşkil edir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 33,86 (otuz üç manat, səksən altı qəpik) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 sentyabr 2023-cü il tarixli, XM/02/03082 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd DG-70G-AL markalı çəltikyığan kombayn ona saz vəziyyətdə istifadəyə verilmiş, kombayn bölməyə təhvil verilərkən baxış keçirilmiş və nəticədə texnikaya 1386 manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehdən dəymiş zərərin əvəzi olan 1386 manat pulun geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1 ədəd DG-70G-AL markalı çəltikyığan kombaynın tam bərpası üçün hesablanmış 1386 (min üç yüz səksən altı) manat dəymiş maddi ziyan və 33,86 (otuz üç manat, səksən altı qəpik) manat dövlət rüsumunun, cəmi 1419,86 (min dörd yüz on doqquz manat, səksən altı qəpik) manat məbləğ alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1 ədəd DG-70G-AL markalı çəltikyığan kombaynın tam bərpası üçün hesablanmış 1386 (min üç yüz səksən altı) manat dəymiş maddi ziyan və 33,86 (otuz üç manat, səksən altı qəpik) manat dövlət rüsumunun, cəmi 1419,86 (min dörd yüz on doqquz manat, səksən altı qəpik) manat məbləğ alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar